Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Rusiya Federasiyasının Dağıstan Respublikasının Bakıdakı nümayəndəsi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, Rusiya Federasiyasının Dağıstan Respublikasının Azərbaycan Respublikasının Bakı şəhərindəki nümayəndəsi Əliyar Abdullayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri polkovnik Cəlil Xəlilovla görüşüb. 

Görüş əsnasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyəti haqqında Əliyar Abdullayevə ətraflı məlumat verən polkovnik Cəlil Xəlilov, faşizm üzərində tarixi qələbənin 80-ci ildönümü münasibətilə görülən və görülməkdə olan işlərə diqqət çəkib. Cəlil Xəlilov qeyd edib ki, hazırda Təşkilatın qarşısında duran əsas vəzifələrdən biri keçmiş sovet respublikaları və Avropa dövlətlərinin faşist işğalından azad olunmasında iştirak edən azərbaycanlıların tam siyahısının müəyyən edilməsi, bu döyüşlərdə qəhrəmanlıq göstərən soydaşlarımızın xatirəsinin elə həmin ölkələrdə əbədiləşdirilməsinə nail olmaqdır.

Rusiya Federasiyasının Dağıstan Respublikasının ölkəmizdəki nümayəndəsi Əliyar Abdullayev səmimi qəbula görə polkovnik Cəlil Xəlilova təşəkkür edib, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Əliyar Abdullayev bir qrup veteranı faşizm üzərində qələbəni 80-ci ildönümü ilə bağlı Dərbənddə keçiriləcək konfransa dəvət edib.

Yaxın gələcəkdə qarşılıqlı təmasların davam etdirilməsi, birgə əməkdaşlıqla bağlı konkret addımların atılması qərara alınıb.

Seymur ƏLİYEV

2025-04-02 14:12:52
2938 baxış

Digər xəbərlər

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edib

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edib Bakı, 8 noyabr, AZƏRTAC Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda və Şəhidlər xiyabanında olublar. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edib. Əvvəlcə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildirdilər. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoydu. Azərbaycanın Dövlət Himni səsləndirildi. Dövlətimizin başçısı və xanımı görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini də yad etdilər. Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə gül dəstələri düzüldü. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanına gəldilər. Dövlətimizin başçısı və birinci xanım Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etdilər, məzarları önünə gül dəstələri düzdülər. Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu. Azərbaycanın Dövlət Himni səsləndirildi. Dövlətimizin başçısı Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət etdi.

Hamısını oxu
Azərbaycan Respublikasının Müdafiə Naziri general - polkovnik Zakir Həsənova

        Hörmətli   Zakir   müəllim!                                                                                                                    Sizi və Azərbaycan Ordusunun bütün şəxsi heyətini öz adımdan və bütün veteranlar adından 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab  İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilən müdrik siyasət qısa vaxtda Azərbaycan Ordusunu Cənubi Qafqazın ən güclü ordusuna çevirdi. Milli Ordumuzun bu müddətdə keçdiyi döyüş yolunun zirvəsi Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə - Qarabağ Zəfəridir.     Hörmətli   Zakir   müəllim!                        Sizi və bütün şəxsi heyəti 26 iyun - Silahlı Qüvvələr günü münasibətilə bir daha ürəkdən təbrik edir, gələcək xidmətinizdə yeni uğurlar, cansağlığı və ailələrinizə firəvanlıq arzulayıram.   Dərin hörmətlə,   Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri müharibə və əmək veteranı, Prezident təqaüdçüsü                    Fatma Səttarova

Hamısını oxu
Dövlətimizin veteranlara göstərdiyi diqqət və qayğı qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən gəlməyə imkan verir

Yanvarın 16-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib. Prezidentin köməkçisi Hikmət Hacıyevin də iştirak etdiyi iclasda Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov səhhəti ilə əlaqədar vəzifədən azad edilib. Rəyasət Heyəti üzvlərinin yekdilliklə qəbul etdikləri qərara əsasən, İkinci Dünya müharibəsi veteranı, Prezident təqaüdçüsü Fatma Səttarova Respublika Veteranlar Təşkilatının sədri vəzifəsinə seçilib. AZƏRTAC xəbər verir ki, Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov qurumun qarşısına qoyulan vəzifələrdən və məqsədlərdən danışıb. O bildirib ki, dövlətin veteranlara göstərdiyi dəstək, diqqət və qayğı qarşıya qoyduğumuz bütün vəzifələrin öhdəsindən gəlməyə imkan verir. Rəyasət Heyətinin iclasında görülən işlərlə yanaşı, gələcək fəaliyyətlərdən də ətraflı bəhs edilib: “Prezidentin köməkçisinin gələcək fəaliyyətimizlə bağlı verdiyi dəyərli tövsiyələr, səsləndirdiyi fikirlər təşkilatımız üçün əlavə məsuliyyət deməkdir. Biz qarşıdakı fəaliyyətimizdə bunlardan faydalanacaq, hər addımımızda bu tövsiyələri rəhbər tutacağıq”. C.Xəlilov bildirib ki, Respublika Veteranlar Təşkilatının bu illə bağlı ciddi plan və proqramları mövcuddur. Bura veteranlarla əlaqəni intensivləşdirmək, onların bilik və bacarığından cəmiyyətimizin maksimum faydalanmasını təmin etmək, dövlətimizin siyasətinin müxtəlif platformalarda daha səmərəli müdafiəsini həyata keçirmək, Vətən müharibəsində böyük igidliklərə imza atan qəhrəmanlarımızı ictimaiyyətə yaxından tanıtmaq, digər təşkilat və qurumlarla əməkdaşlığı daha da inkişaf etdirmək daxildir. “Veteranlarımız Prezident İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Dövlətimizin veteranlara göstərdiyi diqqət bütün dünya üçün nümunədir. Məhz dövlətimizin bizə verdiyi bu dəstək qarşıya qoyduğumuz vəzifələrin öhdəsindən gəlməyə imkan verir. Hər kəs əmin ola bilər ki, veteranlarımız hər zaman olduğu kimi, bundan sonra da dövlətimizin mənafeyini, ölkə başçısının siyasətini qətiyyətlə dəstəkləyəcək, xalqımızın mili maraqlarının təmini məsələsində fədakarlıq göstərəcək”, - deyə C.Xəlilov vurğulayıb.

Hamısını oxu
İlham Əliyev Qobustan rayonuna getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Qobustan rayonuna səfərə gedib. Dövlət başçısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Qeyd edək ki, regionların inkişafı ilə əlaqədar icra olunan dövlət proqramları, həmçinin Prezident İlham Əliyevin rayonlara səfərləri zamanı əhali tərəfindən qaldırılan məsələlərə həssas münasibət Qobustan rayonunun iqtisadi, sosial və mədəni həyatına da təsirsiz ötüşməyib. Son illər ölkənin bütün regionları kimi, bu rayon da özünün əsl inkişaf dövrünü yaşayır. İqtisadiyyatın şaxələndirilməsi, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülür.   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Qobustan rayonuna səfərə gedib. Dövlət başçısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.   İyulun 29-da Qobustanda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Dövlət başçısına modul tipli xəstəxanada yaradılan şərait barədə məlumat verildi. Bildirildi ki, üç korpusdan ibarət, 100 palatası və 200 çarpayı yeri olan bu xəstəxana kompleksi mərkəzləşdirilmiş Oksigen Generator Sistemi ilə, həmçinin mərkəzləşdirilmiş havalandırma sistemi ilə təchiz olunub. Burada orta ağırlıqlı simptomları olan infeksion koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün zəruri şərait yaradılıb. Ağır simptomları olan xəstələrin qəbulu üçün əlavə avadanlıqlarla təchiz edilməklə müvafiq təkmilləşdirilmə işləri görülür. Bu korpus zərurət olmadıqda – yəni pandemiya ilə mübarizə başa çatdıqdan sonra asanlıqla digər sahələrə köçürülə və başqa məqsədlər üçün – məsələn hərbi hissələr, sərhəd xidməti, tədris və ya fövqəladə hallar, yataq, məişət xidməti və sair üçün istifadə edilə bilər. Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, pandemiyanın qarşısının alınması, əhalinin sağlamlığının qorunması məqsədilə həyata keçirilən önləyici kompleks tədbirlər çərçivəsində ölkə ərazisində ümumilikdə 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanılıb. Mayın 7-də Bakıda 1 saylı Kliniki Tibbi Mərkəzdə ilk, iyunun 9-da 28 saylı Bilgəh qəsəbəsində Birləşmiş Şəhər Xəstəxanasının, 1 saylı Sumqayıt Şəhər Xəstəxanasının və Abşeron rayonunun Saray qəsəbə xəstəxanasının, iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusları, iyulun 6-da Xətai rayonunda modul tipli hospital istifadəyə verilib. Növbəti modul tipli infeksion xəstəliklər korpusu Qobustan rayonunda quraşdırılıb. Bu komplekslər rayon mərkəzi xəstəxanalarının yaxınlığında quraşdırılaraq onlara təhkim olunur ki, bu da koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi koordinasiyanı təmin edir. İyulun 29-da Qobustanda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Dövlət başçısına modul tipli xəstəxanada yaradılan şərait barədə məlumat verilib.

Hamısını oxu