Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Polkovnik Cəlil Xəlilov Dərbənd Mərkəzi Kitabxanası və ADİU-nun Dərbənd filialını ziyarət edib

Təşkilat sədri hər iki müəssisəyə Ulu öndər Heydər Əliyev, mərhum dövlət xadimi Əziz Əliyev və general Həzi Aslanovla bağlı kitablar hədiyyə edib

Veteran.gov.az xəbər verir ki, Polkovnik Cəlil Xəlilov 17 aprel 2025-ci il tarixində Dərbənd Mərkəzi Kitabxanası və Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialına baş çəkib, hər iki müəssisəyə Ümummilli lider Heydər Əliyev, mərhum dövlət xadimi Əziz Əliyev və general Həzi Aslanovla bağlı kitablar hədiyyə edib.

Mərkəzi kitabxanada Rusiya tarixi ilə yanaşı, həm də Azərbaycan tarixi ilə bağlı nadir kitabların qorunduğundan məmnunluğunu bildirən polkovnik Cəlil Xəlilov, Dərbənd Mərkəzi Kitabxanasının bütün regionda qiymətli məlumat mənbəyi kimi xüsusi çəkiyə malik olduğunu vurğulayıb.

Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialına baş çəkən Təşkilat sədri, Universitet rəhbərliyi ilə görüşüb, burada təhsil alan azərbaycanlılarla maraqlanıb. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, Azərbaycan Dövlət İqtsiad Universitetinin Dərbənd filialı Dağıstanın elmi həyatında mühüm yer tutmaqla yanaşı, xalqlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin genişlənməsinə də böyük töhfə verir.

Polkovnik Cəlil Xəlilov universitetin müəllim-tələbə heyətinə uğurlar arzulayıb, müvəffəqiyyətlər diləyib.

Seymur ƏLİYEV

 

 

2025-04-28 11:32:49
3120 baxış

Digər xəbərlər

Prezident Gənclər Günü münasibətilə paylaşım edib

Prezident İlham Əliyev 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə paylaşım edib. Veteran.gov.az xəbər verir ki, paylaşımda deyilir: "Biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik!"  

Hamısını oxu
Ermənistanda gərgin gecə

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı silahlardan istifadə etməklə sutka ərzində atəşkəs rejimini 43 dəfə pozub. Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Ermənistan Respublikası Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Hamısını oxu
“Azərbaycanın “COP atəşkəsi” təklifi müharibədən əziyyət çəkən bütün xalqlar üçün ümid mənbəyidir”

“Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin ABŞ-ın “Newsweek” nəşrində dərc olunmuş məqaləsində bütün dünyanı “COP atəşkəsi”nə dəvət etməsi dövlətimizin sülhpərvər siyasətinin göstəricisidir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu təklif Azərbaycanın bütün bəşəriyyətin mənafeyini dünüşdüyünü, dünyada müharibə və zorakılığa son qoymaq arzusunu əks etdirir: “Azərbaycan hər zaman öz xarici siyasətində milli maraqlarla yanaşı, həm də  ümumbəşəri maraqları əsas götürüb, bütün insanlığın xeyrinə olan qərarlar qəbul edib. Biz bunu yaxın tarix keçmişimizin hər bir mərhələsində, eləcə də pandemiya dönəmində gördük. Azərbaycan o zaman da bütün dünya üçün ədalət tələb etdi, “vaksin inhisarçılığına” qarşı mübarizə kampaniyasına start verdi. Bu gün də ölkəmiz COP29 çərçivəsində planetimizin ekoloji təhlükəsizliyini təmin etməyə, iqlim dəyişikliyinin qarşısını almağa, təbiətin mühafizəsi və bərpası istiqamətində irimiqyaslı addımlar atmağa çalışır. Bununla yanaşı, ölkəmiz yaranmış fürsətdən istifadə edərək dünyadakı münaqişə və müharibələri müvəqqəti də olsa dayandırmağa, bütün münaqişə tərəflərini “COP atəşkəsinə” cəlb etməyə çalışır. Məqsəd bütün dünyada sülh və sabitliyi təmin etmək, müharibəyə, göz yaşı və iztiraba son qoymaqdır. Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin dövlətimiz adından növbəti dəfə gündəmə gətirdiyi bu təklif də ölkəmizin xoş niyyətinin təcəssümüdür. Ümid edirəm ki, dünya dövlətləri, beynəlxalq ictimaiyyət ölkəmizin bəşəriyyətin rifahına və təhlükəsizliyinəm olan həssaslığını lazımınca qiymətləndirəcək, dövlətimiz tərəfindən irəli sürülən təklifi dəstəkləməklə planetimizin hər yerində sülhün bərqərar olmasına töhfə verəcəklər”. Seymur ƏLİYEV

Hamısını oxu
Heydər Əliyev Fondu yeni layihəyə başlayır

Heydər Əliyev Fondu qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başlayır. Axar.az xəbər verir ki, bu barədə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva bildirib. Mehriban Əliyevanın açıqlamasında deyilir: “Əziz həmvətənlər! Bu günlər biz hamımız Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının qürurunu və sevincini yaşayırıq. 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində azad edilmişdir. Əlbəttə, işğaldan azad olunmuş torpaqlarımızdakı hazırkı mənzərəni hər birimiz ürək ağrısı ilə seyr edirik. Erməni təcavüzkarları bu illər ərzində şəhər və rayonlarımızı, oradakı yaşayış və inzibati binaları, bütün infrastrukturu dağıtmış, təbii sərvətlərimizi talan etmiş, bu ərazilərdəki dini, tarixi, mədəni abidələrimizi vandalizm aktlarına məruz qoymuşdur. Bir vaxtlar Azərbaycanın dilbər guşəsi olan Qarabağ bölgəsindəki abadlıqdan əsər-əlamət qalmamışdır. Amma əminliklə bildirmək istəyirəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün Qarabağ bölgəsini Azərbaycanın ən gözəl bölgələrindən birinə çevirəcəyik. Burada yenidən həyat canlanacaq, bütün rayonlarımız bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarında yaşayıb, yaradacaqlar. Əziz həmvətənlər, Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. Fondun tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur. Bu gün isə qürur hissi ilə sizə Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını bildirmək istəyirəm. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcəkdir. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılmışdır. Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidiləcək, dualar oxunacaqdır! Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN”.

Hamısını oxu