Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qəhrəmanlar unudulmur! İki Qardaş, Bir Vətən: Silahın və Sözün Qəhrəmanları

Azərbaycan torpağı əsrlər boyu igidlər,söz ustadları və mənəviyyat fədailəri yetişdirib.Bu torpaq bəzilərini döyüş meydanlarında qəhrəman, bəzilərini isə qələm başında müdrik bir söz adamı kimi tanıdıb.Lakin hər biri eyni məqsədə xidmət edib:Vətənin ruhunu yaşatmaq, qorumaq və gələcək nəsillərə ötürmək. Cəbhədə döyüşən bir əsgərin əllərində silah, gözlərində qeyrət olur.O, səngərin susqun gecələrində düşmənə qarşı təkcə güllə ilə yox, ruhu ilə də savaşır.Masasının arxasında oturmuş bir yazıçı isə sözlərlə savaşır, millətin yaddaşını yazır, tarix yaradır, kimliyini yaşadır.Onlar fərqli yollarla, lakin eyni amal uğrunda mübarizə aparırlar:Azərbaycanın varlığını qorumaq.Bu mübarizənin rəmzinə çevrilmiş iki qardaş var: biri Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədov, digəri Xalq yazıçısı Sabir Əhmədli.Cəmil Əhmədov Vətənin azadlığı uğrunda canını fəda edən igidlərdən biri idi. Onun adı döyüş meydanlarında yazıldı, qanı ilə tarixə həkk olundu. Qardaşı Sabir Əhmədli isə qələmi ilə Vətənin hayqırtısını dünyaya çatdırdı.Onun yazıları sadə bir ədəbi mətin deyildi. Onlar bir millətin yaddaşı, şəhidlərin ruhunun təcəssümü idi.Bu ailənin Vətən sevgisi təkcə bu iki qardaşla bitmir. Sabir Əhmədlinin oğlu Məhəmməd Əhmədov da əmisinin yolunu davam etdirdi. O da torpağın harayına biganə qalmadı, silaha sarılıb bir millətin qüruruna çevrildi.I Qarabağ müharibəsində şəhid olan Məhəmməd də bu müqəddəs ailənin Vətən uğrunda verdiyi qurbanlardan biri oldu. Bu ailənin keçdiyi yol bütöv bir xalqın həyat hekayəsidir.Bu Azərbaycanın hekayəsidir. Silahın və sözün birləşdiyi, səngərlə səhifənin eyni amal uğrunda döyündüyü müqəddəs bir yolun dastanıdır. Hamımıza məlumdur ki, 1941-1945-ci illər insanlıq tarixinin ən qanlı və amansız müharibəsi olan II Dünya Müharibəsi ilə yadda qalmışdır.Bu müharibədə milyonlarla insan həyatını itirmiş, dünya siyasi, iqtisadi və mənəvi baxımdan dərin dəyişikliklərə məruz qalmışdır.Azərbaycan xalqı da bu sınaqdan böyük əzmkarlıqla keçmiş, həm ön, həm də arxa cəbhədə əsl qəhrəmanlıq nümunələri göstərmişdir. Bu qəhrəmanlıq salnaməsinin parlaq simalarından biri də Sovet İttifaqı Qəhrəmanı Cəmil Məhəmməd oğlu Əhmədovdur.Onun keçdiyi döyüş yolu, göstərdiyi igidlik, vətənpərvərliyi və şəhidliyi Azərbaycan xalqının milli ruhunun təcəssümüdür.Azərbaycan müharibənin ilk günlərindən etibarən həm döyüş cəbhələrinə minlərlə oğul və qızını səfərbər etmiş, həm də arxa cəbhədə neft sənayesi və hərbi təchizat baxımından Sovet İttifaqının dayaqlarından birinə çevrilmişdi. 600 mindən çox azərbaycanlı müharibəyə getmiş, onlardan təxminən yarısı geri dönməmişdir.123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür ki, onlardan biri də Cəmil Əhmədov olmuşdur.Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədov1924-cü ildə Azərbaycanın Cəbrayıl rayonunda anadan olmuşdur.1942-ci ildə cəbhəyə yollanmış, hərbi məktəbdə təhsil alaraq leytenant rütbəsi ilə qvardiya bölməsində xidmət etmişdir.1944-cü ilin yayında Belorusiya ərazisində aparılan strateji əməliyyatlarda onun göstərdiyi şücaət xüsusi qeyd olunmalıdır. 25 iyul 1944-cü ildə Tremlya çayını birinci keçən bölməyə rəhbərlik etmiş, düşmən müqavimətinə baxmayaraq mövqeyini qoruyub saxlamış və əməliyyatın uğurla nəticələnməsində həlledici rol oynamışdır.Cəmil Əhmədovun rəhbərliyi və şəxsi nümunəsi döyüşçülərdə yüksək döyüş ruhu yaratmışdı. Lakin qəhrəman zabitimiz 2 sentyabr 1944-cü ildə Polşa ərazisində gedən döyüşlərdə şəhid olmuşdur. Onun nəşi Varşavada Sovet əsgərləri üçün ayrılmış hərbi qəbiristanlıqda dəfn edilmişdir. 1945-ci il 24 mart tarixində ona Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdir.Cəmil Əhmədov təkcə düşmənə qarşı deyil, qorxuya, ümidsizliyə və təslimiyyətə qarşı döyüşürdü. Onun timsalında Azərbaycan gəncinin müharibəyə münasibətini, torpağa, xalqa və azadlığa olan sədaqətini görmək mümkündür. Azərbaycan tarixində adını qızıl hərflərlə yazdıran Cəmil Əhmədov həyat yolu, mübarizəsi və şəhidlik zirvəsinə ucalması təkcə ailəsi üçün deyil, bütöv bir xalq üçün fəxr və qürur mənbəyidir.Bu gün Cəmil Əhmədovun həyatı və qəhrəmanlığı məktəblərdə, muzeylərdə, ədəbi əsərlərdə yaşadılır. Azərbaycan xalqı bu qəhrəmanları unutmayacaq, onların göstərdiyi fədakarlığı daim yad edəcəkdir.Cəmil Əhmədovun həyat yolu, qəhrəmanlığı və şəhidliyi müasir nəsillər üçün tükənməz bir ilham mənbəyidir. Müharibənin 80 illiyi qeyd olunan bir zamanda belə igidlərin adlarını anmaq, onları tanıtmaq həm borcumuzdur, həm də gələcək nəsillərə tarix dərsi verməyin ən təsirli yoludur. Onun kimi qəhrəmanların əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq, Azərbaycanın vətənpərvərlik ənənələri üçün örnək olacaqdır.

Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

2025-05-05 15:02:29
3470 baxış

Digər xəbərlər

Şuşa şəhərində Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası Şuşa şəhərində keçirilib. İclası Müşahidə Şurasının sədr müavini, Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev açaraq gündəliyə daxil olan məsələlər barədə məlumat verib. V. Quliyev "Şuşa ili"nə həsr edilmiş xüsusi qrant müsabiqəsi və 2022-ci il üçün kiçik qrant müsabiqələrinin mövzuları barədə fikirlərini bildirərək QHT-lərin hər iki müsabiqəyə ictimai əhəmiyyət kəsb edən layihələr təqdim edəcəyinə əmin olduğunu vurğulayıb. İclasda qonaq qismində iştirak edən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov çıxış edərək Agentliyin “Şuşa ili"nə həsr edilmiş qrant müsabiqəsi keçirməsindən məmnun olduğunu vurğulamış, bu məqsədlə birgə müzakirənin təşkil edilməsinin səmərəli olduğunu bildirmişdir. Müşahidə Şurasının üzvləri müsabiqə mövzuları ətrafında müzakirələr aparıblar və müvafiq qərarlar qəbul ediblər. Qeyd edək ki, Agentlik yaxın günlərdə hər iki müsabiqəyə layihələrin qəbulunu elan edəcək.  

Hamısını oxu
Vətən Müharibəsində qələbə münasibətilə orden və medallar təsis edilib

Prezident İlham Əliyev "Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 204-VIQD nömrəli Qanununun tətbiqi haqqında” Fərman imzalayıb. Sabahinfo.az-ın məlumatına görə, Fərmana əsasən, Vətən Müharibəsində qələbə münasibətilə "Zəfər” və "Qarabağ” ordenləri təsis olunub. Eyni zamanda, "Vətən Müharibəsi Qəhrəmanı”, "Cəsur döyüşçü”, "Döyüşdə fərqlənməyə görə”, "Suqovuşanın azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, "Zəngilanın azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, "Ağdamın azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Vətən müharibəsi iştirakçısı” və "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları təsis olunub.

Hamısını oxu
Şəhidin mövlüd günündə tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad Rayon Veteranlar Təşkilatı  şəhid Mübariz İsayevin mövlud günündə onun  50 yaşının tamam olması ilə bağlı tədbir  keçirib. Qarabağ müharibəsində itkin düşmüş şəhidimiz yaşasaydı, mart ayında 50 yaşı tamam olacaqdı. Şəhid Mübariz İsayevin doğulduğu Üçtəpə kəndində təşkil olunan tədbirdə şəhidin doğmaları, şəhid ataları, qazilər, tanınmış ziyalılar,  əmək və müharibə veteranları, rayon İcra Hakimiyyəti və ictimaiyyət nümayəndələri ilə yanaşı  qonşu rayonlardan gəlmiş qonaqlar da iştirak edibllər. Tədbirdən öncə torpaqlarımızın azadlığı uğrunda canlarnı fəda etmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub. Rayon Veteranlar Təşkilatının sədri, şair-jurnalist Ədalət Salman tədbiri giriş sözü ilə açaraq şəhid Mübariz İsayevin həyat və döyüş yolundan danışıb. Qeyd edib ki,  1975- ci ilin mart ayında  dünyaya göz açan Mübariz İsayev  orta məktəbi bitirdikdən sonra 1993-cü ildə torpaqlarımızın müdafiəsi uğrunda mübarizəyə qoşulub. Füzulinin Seyfəli ərazisində hərbi təlim keçdikdən sonra Murovdağ istiqamətində gedən döyüşlərdə şücaət göstərib, canından artıq sevdiyi Vətən yolunda şəhadətə ucalıb. Rayon İcra Hakimiyyətinin şöbə müdiri Füzuli Cəfərov, AYB Lənkəran bölməsinin sədri, yazıçı-dramaturq Qafar Cəfərli, Qarabağ qaziləri İctimai Birliyinin rayon filialının rəhbəri Maşallah Əliyev, şəhid atası Fuad Vəlişov, rayon Bələdiyyələri Əlaqələndirmə Şurasının sədri Əmrah Quluyev, RİH-nin Üçtəpə kənd  inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hafis Əliyev, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin rayon şöbəsinin sədri Asəf İsmayılov, Prezident təqaüdçüsü Əfrahim Abbas, ADPU-nun Cəlilabad filialının baş müəllimi Ələsgər Mirzəzadə, şəhidin müəllimi olmuş Sakit Kazımov, bədii qiraətçi Tarix Vüsallı və başqaları çıxış edərək torpaqlarımızın azadlığı və ölkəmizin suverenliyi uğrunda mərdlik göstərmiş igidlərimizin qəhrəmanlıqları ilə qürur hissi keçirdiklərini bildiriblər. Dövlətimiz və xalqımız tərəfindən  şəhidlərimizin əziz xatirəsinin həmişə ehtiramla yad olunduğunu  xüsusi vurğulayıblar. Şəhidin qardaşı Sakit İsayev   tədbirin keçirilməsinə görə rayon Veteranlar Təşkilatına və tədbir iştirakçılarına  minnətdarlıq edib. Tədbirdən sonra şəhidlərimizin xatirəsinə düzəldilmiş abidənin önünə güllər qoyulub və şəhidlərimizin ruhuna dualar oxunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Hamısını oxu
Hikmət Hacıyevdən ermənipərəst dairələrə mənəviyyat dərsi... - TƏHLİL!

Ruben Vardanyana verilən cəza Azərbaycanın qanuna, ədalətə, bəşəri dəyərlərə münasibətinin təzahürüdür Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında Bakı Hərbi Məhkəməsinin qərarı ilə 20 il azadlıqdan məhrum edilən Ruben Vardanyanın həbsinə münasibət bildirib. Hikmət Hacıyev Vardanyana verilən cəzanı 30 ildir davam edən münaqişənin simvolik və məntiqi yekunu kimi dəyərləndirib. Prezidentin köməkçisi həmçinin qeyd edib ki, Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində Ruben Vardanyana verilən bu cəza məlum faciənin günahsız qurbanlarının xatirəsinə dərin ehtiramdan xəbər verir. Erməni faşizmini müdafiə etmək, onun törətdiyi cinayətlərə ortaq olmaq deməkdir... Hikmət Hacıyevin paylaşımında diqqət çəkən məqamlardan biri isə Prezidentin köməkçisinin baş verənlərə həm də  mənəviyyat və bəşəri dəyərlər baxımından yanaşmasıdır. Bəzi qüvvələrin bir çox məsələlərə olduğu kimi, erməni terrorçuları ilə bağlı olaylara da ikili standartlardan yanaşdığına diqqət çəkən Hikmət Hacıyev, Ruben Vardanyan kimi cinayətkarlara azadlıq tələbinin qeyri-əxlaqi və qeyri-mənəvi olduğunu bildirib: “...Azərbaycan açıq məhkəmə prosesləri təşkil edərək ədaləti öz hüquq sistemi çərçivəsində təmin edib və bununla beynəlxalq ictimaiyyət üçün nümunə ortaya qoyub. Eyni zamanda, bəzi dairələrin, o cümlədən Avropa Parlamentinin bəzi üzvlərinin və “Amnesty International” kimi təşkilatların ağır müharibə cinayətlərində ittiham olunan şəxslərin azadlığa buraxılmasına çağırış etməsi qeyri-etik, qeyri-mənəvi addımdır. Azərbaycan Prezidenti İlham Əliyev “France 24” telekanalına müsahibəsində bu məsələyə toxunaraq bildirib: “İkinci Dünya müharibəsindən sonra Nürnberq məhkəmələrində ölüm hökmünə məhkum edilmiş bütün o nasist liderlərini təsəvvürünüzə gətirin ki, iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin. Onların törətdiyi cinayət İkinci Dünya müharibəsi zamanı nasistlərin etdiklərindən daha pis idi”. Göründüyü kimi, Hikmət Hacıyev paylaşımında insanlığa qarşı ağır cinayətlərdə ittiham edilən, cinayətləri məhkəmə prosesində sübut edilən şəxslərlə bağlı azadlıq çağırışının yalnız qanuna deyil, həm də əxlaqa zidd olduğuna diqqət çəkib. Eyni zamanda, dövlət başçısının “France 24” telekanalına verdiyi müsahibədən sitat gətirməklə, erməni faşistlərinin alman faşistlərindən daha ağır cinayətlər törətdiyini bildirib. Hikmət Hacıyevin bu sözlərindən alınan qənaət birmənalıdır: Erməni faşizmini müdafiə etmək, onun törətdiyi cinayətlərə mənəvi baxımdan ortaq olmaq deməkdir. Bu isə insanlığa, onun özündə ehtiva etdiyi dəyərlərə xəyanətdən başqa bir şey deyil. Bu mənada Hikmət Hacıyevin “X” hesabındakı sözügedən paylaşımını ermənipərəst dairələrə verilən növbəti mənəviyyat dərsi hesab etmək olar. Azərbaycan qanunun aliliyi ilə yanaşı, həm də əxlaqi-mənəvi dəyərlərin toxunulmazlığına sadiqdir Ruben Vardanyanın məhkəməsi ilə bağlı məlum həqiqətlərdən biri də bu məhkəmənin şəffaf şəkildə, media və ictimaiyyətin geniş iştirakı ilə keçirilməsiylə bağlıdır. Hansı ki, rəsmi Bakı ədalətli mühakiməni təmin etmək, məhkəmə və onun ədaləti ilə bağlı hər hansı qərəzli yanaşma və söyləntiyə yer qoymamaq üçün bu nüansa xüsusi diqqət yetirib, Ruben Vardanyanı vəkil, tərcüməçi və digər xidmətlərlə təmin edib. Məhkəmə prosesinin şəffaf şəkildə keçirilməsinin özü sübut edir ki, Vardanyanla bağlı qərarda zərrə qədər də olsun siyasi yanaşma yoxdur və verilən qərar sırf qanuni prizmadan qəbul edilib. Bütövlükdə, istər Bakı Hərbi Məhkəməsinin Ruben Vardanyana verdiyi cəza, istərsə də Hikmət Hacıyevin “X” hesabındakı mülahizələri sübut edir ki, Azərbaycan hər bir məsələdə qanunun aliliyi, ədalətin toxunulmazlığı ilə yanaşı, həm də əxlaqi-mənəvi dəyərlərə, bəşəri prinsiplərə sadiqlik sərgiləyir. Və nə zaman ki, yalnız Azərbaycan deyil, bütün ölkələr, eləcə də erməni faşistlərinin himayədarı qismində çıxış edən güclər atdıqları hər bir addımda insani dəyərləri rəhbər tutacaq, o zaman bütün dünyada ədalətin təntənəsinə şahid olacağıq. Seymur ƏLİYEV  

Hamısını oxu