Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Azərbaycan Minifutbol Federasiyasını təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Azərbaycan Minifutbol Federasiyasını təbrik edib. Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədova ünvanlanan təbrik məktubunda deyilir:

“Hörmətli Orxan müəllim!

Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının oyunlarını ilk gündən biz veteranlar həm televiziya vasitəsilə, həm də oyun meydançasından canlı olaraq  izlədik. Milli komandamızın oyunçuları bütün oyunlarda peşəkarlıq göstərərək final mərhələsinə qədəm qoydu. Futbolçularımızın final oyununda dünya çempionu titulunu qazanması Təşkilatımızı təmsil edən müxtəlif kateqoriyadan olan veteranları çox sevindirdi.

Futbolçularımız dünya çempionu olmaqla bütün Azərbaycana yeni qələbə sevinci bəxş etdi! Bu qələbə ilə onlar bir daha sübut etdilər ki, biz həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında qələbə qazanan ölkəyik.

Millimizin dünya çempionu olması idmanımızın, gənclərimizin Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin və I Vitse-Prezident Mehriban xanım Əliyevanın hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir.

“Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin Rəyasət Heyəti adından qələbə münasibətilə Azərbaycan Minifutbol Federasiyasının bütün kollektivini - komandanın oyunçularını, məşqçilərini və mütəxəssislərini təbrik edirik. Bu qələbə sevincini bizə bəxş etdiyiniz üçün Sizə təşəkkürümüzü bildiririk".

Dərin hörmətlə,

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri

polkovnik Cəlil Xəlilov

2025-06-04 14:29:22
2882 baxış

Digər xəbərlər

Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib

Veteran.gov.az xəbər verir ki, iyunun 12-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Siyavuş Novruzov iclasda 1 məsələnin – Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Mənzil Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirə olunacağını bildirib. Təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla)  məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı torpaq sahələrinin ayrılması, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, habelə şəhərsalma və tikinti prosedurlarının sadələşdirilməsi məqsədilə hazırlanan qanun layihəsi ilə bağlı komitə sədri məlumat verib. O bildirib ki, layihədə komitənin profilinə uyğun baxacağı normativ hüquqi aktlarda, əsasən, iki istiqamətdə dəyişikliklər təklif olunub. Belə ki, sənəddə məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin açıq torpaq hərracları və ya müsabiqələri olmadan verilməsi təsbit olunub. Həmçinin məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yaşayış evləri və çoxmənzilli yaşayış binaları bələdiyyə mülkiyyətində olan torpaq sahələrində tikildiyi hallarda bələdiyyəyə mütənasib dəyərdə dövlət mülkiyyətindən torpaq sahələrinin ayrılması nəzərdə tutulub. Sonra qanun layihəsinin müzakirəsi aparılıb. Müzakirədə Regional məsələlər komitəsinin sədr müavini Nurlan Həsənov, komitənin üzvləri Aydın Mirzəzadə, Arzuxan Əli-zadə, Elşən Musayev, Kamran Bayramov, Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov çıxış edərək, layihədəki dəyişikliklərlə bağlı  fikirlərini açıqlayıblar, bəzi qeydlərini və rəylərini səsləndiriblər. Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub. İclasda deputatlar Səttar Möhbalıyev, Xanlar Fətiyev, Məzahir Əfəndiyev və digər rəsmi şəxslər iştirak ediblər.

Hamısını oxu
Bu, Mehriban Əliyevanın qayğısıdır - Brifinq

Uzun müddətdir ki, koronavirusdan müalicə alan həkim-reanimatoloq Cavid Paşayev evə buraxılır. Axar.az xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. "Baxmayaraq ki, xəstəxanada müalicəsi bitib, onun uzunmüddətli reabilitasiya dövrünə ehtiyacı var. Həm öz adımdan, həm də həkimlərimiz adından həkimlərə göstərdiyi qayğıya görə Mehriban Əliyeva və Heydər Əliyev Fonduna təşəkkür edirəm", - o deyib.

Hamısını oxu
Председателю Организации Ветеранов Войны, Труда и Вооруженных Сил Азербайджанской Республики Д.М. Халилову

Уважаемый Джалил Маликович!   Поздравляем Вас с избранием Председателем Организации Ветеранов Войны, Труда и Вооруженных Сил Азербайджанской Республики.   Желаем Вам успехов в поддержке и защите ветеранов в Вашей прекрасной стране.   Лично Вам хорошего здоровья, благополучия необходимого для работы с ветеранами.         С уважением,   ПредседательКомитета «Ветеранов Чернобыльцев» лиц, пострадавших от катастрофы на  Чернобыльской атомной электростанции     Владимир Каменков

Hamısını oxu
“Laçın şəhəri xalqımızın və Prezidentimizin quruculuq əzminin simvoludur”

“Laçın şəhəri xalqımızın və Prezidentimizin quruculuq əzminin simvoludur” Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Laçın şəhəri və ətraf kəndlərdə böyük layihələr, nəhəng infrastruktur işləri həyata keçirilir ki, görülən bütün bu işlər şəhərin simasını tamamilə dəyişib: “Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilən bütün ərazilər kimi, Laçın şəhərində aparılan mühüm quruculuq işləri öz böyüklüyü, əzəməti və əhəmiyyəti ilə bütün dünyanı heyrətləndirməkdədir. Şəhər və ətraf kəndlərdə aparılan nəhəng ifrastruktur işləri, böyük tikinti layihələri tarixi Laçının yerində tamamilə yeni, Avropa şəhərlərindən heç nə ilə geri qalmayan müasir Laçının formalaşmasına səbəb olub. Bu gün Laçın şəhəri öz gözəlliyi ilə ora səfər edən hər kəsi heyran etməkdə, ovsunlamaqdadır. Cənab Prezidentin bilavasitə qayğısı və nəzarəti altında Laçında keçmiş məcburi köçkünlər üçün çoxsaylı evlər inşa edilib, məşğulluq probleminin həlli məqsədilə geniş təsərrüfatlar, müəssisələr  yaradılıb.  Bütün bunlar Laçında məskunlaşan vətəndaşlarımızın mənzil rahatlığını təmin etməklə yanaşı, onların məşğulluğunun da təmin edilməsinə imkan verir. Bu gün Laçında həyata keçirilən abadlıq-quruculuq işlərindən danışarkən Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin xidmətlərini də qeyd etmək vacibdir. Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov və rəhbərlik etdiyi kollektiv Prezidentin tapşırıq və göstərişlərinin çevik şəkildə, yüksək peşəkarlıqla icra edilməsində mühüm rol oynayır, öz novatorluğu, vətəndaşların hər bir müraciətinə yanaşmada göstərdiyi həssasiyyəti, hər bir işə, hər bir layihəyə vicdanlı münasibəti ilə  Laçının inkişafına böyük töhfə verir. Onu da qeyd edim ki, biz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşilatı olaraq 19 iyun 2025-ci il tarixində Laçında rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə birgə “8 Noyabr zəfəri suverenliyimizin qarantıdır” mövzusunda konfrans keçirmişik. Həmin konfrans zamanı Laçına səfərimizdə də oradakı yenilikləri böyük qürur və məmnunluq hissi ilə izlədik, görülən işlərə heyran olduq. Yaxın vaxtlarda Laçında daha bir tədbirimiz planlaşdırılır ki, qarşıdakı səfər zamanı da Laçında ciddi yeniliklərə şahid olacağımıza əminəm. 26 avqust – Laçın Şəhəri Günü münasibətilə bütün Azərbaycan xalqını, Laçının azadlığını və inkişafını təmin edən Müzəffər Ali Baş Komandanımızı, doğma laçınlıları, eləcə də Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyini təbrik edirəm. İnanıram ki, Laçında həyata keçirilən layihələr yaxın gələcəkdə bu şəhərimizin tərəqqisinə yeni töhfələr verəcək, Laçın öz inkişaf sürəti, sosial rifah səviyyəsi və iqtisadi potensialına görə bütün dünyanın ən qabaqcıl şəhərlərindən biri kimi tanınacaq”. Seymur ƏLİYEV  

Hamısını oxu