Digər xəbərlər
Veteran.gov.az xəbər verir ki, təqaüddə olan general-mayor Rasim Əliyev vəfat edib. Xatırladaq ki, Rasim Əliyev Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi-Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini olub. İkinci Qarabağ Müharibəsindən sonra yaş həddi ilə bağlı təqaüdə göndərilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Rasim Əliyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!
Hamısını oxu
İyulun 16-da səhər saat 05.45-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində aktiv döyüş əməliyyatları keçirilir. Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, hazırkı vaxtadək davam edən döyüşlərdə düşmənin 20-yə yaxın canlı qüvvəsi, 1 zirehli texnikası, 1 radioelektron mübarizə (REM) vasitəsi, döyüş postları və dayaq məntəqəsi bölmələrimizin sərrast atəşi ilə məhv edilib. Döyüşlər zamanı Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər İsmayılov Nazim Əfqan oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin! Bölmələrimiz düşmənin döyüş aktivliyinin qarşısını almaq məqsədi ilə cavab tədbirləri görür.
Hamısını oxu
Tədbirdə İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibəsi, əmək və Silahlı Qüvvələr veteranları, Nərimanov Rayon İcra Hakimiyyətinin təmsilçiləri, gənclər, media nümayəndələri iştirak etmişlər. Tədbir başlanmazdan əvvəl Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri RVT-nın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov acmış gənclərin Azərbaycanın ictimai-siyasi həyatındakı rolundan danışmışdır. C.Xəlilov bildirmişdir ki, gənclərin zəngin həyat təcrübəsinə malik veteranlardan öyrənmək, veteranlarınsa gənc nəslin nümayəndələrinə öz tövsiyələrini vermək baxımından belə görüşlərin əhəmiyyəti böyükdür. C.Xəlilov hazırda Azərbaycan əhalisinin təqribən üçdə birini gənclərin təşkil etdiyini, onların xalqına, dövlətçiliyinə sədaqətli, vətənpərvər, yüksək mənəvi və əxlaqi keyfiyyətlərə malik insanlar olduqlarını qeyd edib. O, Azərbaycanın ictimai-siyasi həyatında, müxtəlif sahələrdə qazanılan yüksək nəticələrdə gənclərin yaxından iştirakından danışaraq demişdir: “Azərbaycanda müasir gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev gənclərin potensialının üzə çıxarılması, onların təhsilli, geniş dünyagörüşünə malik vətənpərvər insanlar kimi yetişməsinə mühüm əhəmiyyət verirdi. Ümummilli Lider ölkənin inkişafında gənclərin iştirakını zəruri sayır, onları mühüm vəzifələrə irəli çəkirdi. Bütün bunlar gənclərin təşkilatlanmasına, hərtərəfli formalaşmasına şərait yaradıb. Respublika Veteranlar Təşkilatı gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda yetişmələri üçün ardıcıl iş aparır. Müntəzəm surətdə gənclərlə müxtəlif yerlərdə görüşlər keçirir, Azərbaycanın şanlı tarixi, döyüş ənənələrinin hərtərəfli təbliğində bilik və təcrübəsini əsirgəmir. Bu tədbirlərin əsas məqsədi gənclərimizi hazırda erməni hərbi birliklərinin işğalı altında olan Vətən torpaqlarını azad etməyə hər an hazır olmağa ruhlandırmaqdır. Gənclərin ölkənin inkişafının davamlılığında, dövlətimizin qarşısında duran problemlərin həllində üzərinə böyük məsuliyyət düşür. Gənclər ölkənin inkişafı naminə öz potensiallarını səfərbər etməli, siyasi cəhətdən daha da yetkinləşməli, Azərbaycanın etibarlı gələcəyinin qurulmasında yaxından iştirak etməlidirlər. Onlar daxili sabitliyə, xalqın birliyinə qarşı yönəlmiş yad təsirlərdən özlərini qorumağı bacarmalı, belə hallarla inamla mübarizə aparmalıdırlar. Vətəni, müstəqil dövləti qorumaq, daha da inkişaf etdirmək gənclərin ən ümdə borcudur”. Tədbirdə çıxış edən veteranlar Fatma Səttarova, Adil Haqverdiyev, Cahangir Nəsirov, Nərimanov İcra başçısının müavini İlqar Mirzəyev və başqaları da gənclərə öz dəyərli tövsiyələrini çatdırdılar. Azərbaycan naminə gələcək fəaliyyətlərində onlara uğurlar arzuladılar. Tədbirdə çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və başqaları gənclərin onlara göstərilən etimadı doğruldulacağına, layiqli vətəndaş olacaqlarına əminliklərini bildirdilər. Sonda xatirə şəkili çəkdirildi.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin təşkilatçılığı və Səfər Əlirzayevin dəstəyi ilə şəhidlərimizin bizlərə əmanət etdikləri övladları üçün möhtəşəm bayram şənliyi təşkil olunub. Şənlikdə dövlət və hökumət nümayəndələri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Xalq artistləri, ziyalılar, el ağsaqqalları, şəhid və qazi ailələri iştirak ediblər. Tədbir çərçivəsində təşkil olunan şou proqram, uşaqlar üçün müxtəlif əyləncəli oyunlar və maraqlı səhnəciklər tədbir iştirakçılarının böyük maraq və sevincinə səbəb olub. Tədbirin sonunda şəhid övladlarına hədiyyələr təqdim olunmuş, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilərək, ruhlarına dualar oxunub. Bu mərasimdə, həmçinin şəhid ailələrinə və onların övladlarına dəstəyin vacibliyi bir daha vurğulanmış, şəhidlərin qəhrəmanlıqları qeyd olunmuş, onların irsinin gələcək nəsillərə ötürülməsi üçün mühüm bir mesaj verilmişdi.
Hamısını oxu