Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Şəhid küçəsi şəhid adına layiq olmalıdır: Eynən bu şəhərdə olduğu kimi...

Azərbaycanda şəhid məqamının uca tutulduğu, dövlətimizin şəhidlərin xatirəsini əbədiləşdimək, onları gənc nəsillərə tanıtmaq üçün bütün vasitələrdən itifadə etdiyi heç kimə sirr deyil. Məhz bu siyasətin nəticəsidir ki, bu gün ölkəmizdə yüzlərlə küçə şəhidlərimizin adını daşımaqdadır. Lakin təəssüflər olsun ki, bəzi hallarda yerli icra orqanları, eləcə də icra hakimiyyəti və bələdiyyələr bu küçələrin abadlığına lazımi diqqət yetirmir, onları göz önündəcə “unudur”.  Nəticədə, həm vətəndaşlar arasında ciddi narazılıq yaranır, həm də şəhid statusunun aliliyi ilə bu adı daşıyan küçənin baxım səviyyəsi arasında ciddi təzad formalaşır. Halbuki, şəhid küçəsi hökmən şəhid adına layiq olmalıdır. Eyniylə Sumqayıt şəhərində olduğu kimi...

Hər şeydən öncə qeyd edək ki, 44 günlük Vətən müharibəsində ən çox şəhid verən şəhərlərimizdən biri də Sumqayıtdır. Bu səbəbdən də Sumqayıtda şəhid adını daşıyan küçələrin sayı kifayət qədərdir. Hansı ki, bu küçələrin abadlığına hər zaman Sumqayıt Şəhər İcra Hakimiyyəti (SŞİH) tərəfindən xüsusi həssaslıqla yanaşılıb. Şəhid ailələrinin yaşadığı küçələr bilavasitə icra başçısı Zakir Fərəcov, eləcə də SŞİH-nin əlaqədar şöbələri – Şəhər təsərrüfatı şöbəsi, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi tərəfindən daim diqqət mərkəzində saxlanılır, şəhid ailələrinin hər bir müraciəti sadəcə sözdə deyil, əməli-praktiki baxımdan öz həllini tapır.

Sevindiricidir ki, Sumqayıt bələdiyyəsinin bu istiqamətdəki fəaliyyəti də son dərəcə təqdirəlayiqdir. Son bir neçə ayda Sumqayıtda şəhid adını daşıyan küçələrdə həyata keçirilən geniş asfaltlanma prosesi şəhər bələdiyyəsinin məhsuldar fəaliyyəti ilə yanaşı, həm də onun şəhid ailələrinə olan duyarlı münasibətindən xəbər verir. Nümunə üçün qeyd edək ki, cari ilin iyul ayında Sumqayıt bələdiyyəsi tərəfindən Xəzri 2 Yaşayış massivində yerləşən şəhid Gəray Məmmədov küçəsində genişmiqyaslı asfaltlanma işləri aparılıb. Nəticədə, küçədə gediş-gəliş rahatlaşıb, küçənin görünüşü ilə yanaşı, vətəndaşların gündəlik yaşamı da müsbət mənada dəyişib.

Onu da qeyd edək ki, Sumqayıt bələdiyyəsi tərəfindən analoji işlər Yaşma yaşayış massivində şəhid Cavid Mirzəyev və Xəzri 2 Yaşayış massivində şəhid Coşqun Zeynallı küçələrində də gerçəkəşdirilib. Bələdiyyə tərəfindən reallaşdırılan bu işlər sakinlər tərəfindən böyük rəğbət və məmnunluqla qarşılanıb.

Sumqayıt nümunəsi bir daha sübut edir ki, hər şey əlaqədar qurumların öz vəzifə və insani borclarına nə dərəcədə məsuliyyət və vicdanla yanaşmasından asılıdır.  

Ümid edirik ki, respublikamızın digər şəhər və qəsəbələri də Sumqayıt örnəyindən nümunə götürəcək, Sumqayıt təcrübəsini mənimsəməklə ölkə ərazisində şəhid adını daşıyan bütün küçələrin bu ada layiqliyini təmin edəcək.

Seymur ƏLİYEV

 

2025-07-28 11:20:13
2940 baxış

Digər xəbərlər

“Xalqın hərbi-diplomatik müstəvidə tarixi zəfərə imza atan Prezident İlham Əliyevin iqtisadi müstəvidə də böyük uğurlara imza atacağına inamı tamdır”

Cəlil Xəlilov: “Füzuli Beynəlxalq Hava Limanının açılması sadəcə ölkəmiz deyil, bütün region baxımından mühüm əhəmiyyət kəsb edir”   Dünən Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Füzili Beynəlxalq Hava Limanının rəsmi açılış mərasimi olub.   Bununla bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu hadisənin regional əhəmiyyətə malik olduğunu bildirib:   “Füzuli Beynəlxalq Hava Limanının açılması sadəcə ölkəmiz deyil, bütün region baxımından mühüm əhəmiyyət kəsb edir. Bu, hər şeydən öncə Azərbyacanın iqtisadi gücünün təcəssümüdür və dövlətimizin, xalqımızın quruculuq qabiliyyətindən, tikib-yaratmaq əzmindən xəbər verir. Füzuli Beynəlxalq Hava Limanının açılışı sadəcə ölkəmizdə deyil, bütün regionda iqtisadi həyatın canlanmasına öz müsbət təsirini göstərəcək, yeni iqtisadi inkişaf dalğasını stimullaşdıracaqdır.   Bildiyiniz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da açılış mərasimində iştirak etdi,  bütün dünyaya bir daha Azərbaycan və Türkiyənin qardaşlıq münasibəti ilə bağlı ciddi mesajlar verdi. Türkiyə Prezidentinin Füzuliyə bu səfəri sözügedən rayonun, ümumilikdə işğaldan azad edilən torpaqlarımızın iqtisadi önəmindən, regional əhəmiyyətindən xəbər verir.   Azərbaycan və Türkiyə prezidentləri Zəngilan rayonunda da birinci özəl investisiya layihəsinin əsasını qoydular. Azərbaycan və Türkiyənin birgə layihəsi olan bu layihə işğaldan azad edilən ərazilərimizdə bərpa-quruculuq işlərinin geniş vüsət aldığını, qardaş Türkiyə dövlətinin də bu prosesdə Azərbaycanla birlikdə iştirak etdiyini göstərir. Birgə həyata keçirilən bu layihələrin miqyas və əhəmiyyəti göstərir ki, işğaldan azad edilən torpaqlar qısa zamanda öz iqtsiadi inkişaf tempinə görə bütün regionda liderliyə yüksələcək, Azərbaycanın ümumi inkişafına böyük təkan verəcəkdir.   Bu gün ictimaiyyətin işğaldan azad edilən ərazilərdə həyata keçirilən quruculuq işlərinə münasibəti, media və sosial mediada yer alan məlumatlar, cəmiyyətdən gələn mesajlar göstərir ki, xalqın hərbi-diplomatik müstəvidə tarixi zəfərə imza atan Prezident İlham Əliyevin iqtisadi müstəvidə də böyük uğurlara imza atacağına inamı tamdır. Bizim üçün qürurvericidir ki, işğaldan azad edilən torpaqlarımızda həyata keçirilən bərpa və yenidənqurma prosesində qardaş Türkiyə dövləti də bizimlə birlikdə iştirak edir. Azərbaycan və Türkiyənin həyata keçirdiyi birgə layihələr Qarabağ və ətraf rayonların qısa zamanda dirçəlişini təmin edəcək, bu dirçəliş insanlarımızın sosial rifahının daha da yüksəlməsinə öz müsbət təsirini göstərəcəkdir”.  

Hamısını oxu
Vətənpərvərlik hər bir gəncin ürəyində.

23 oktyabr 2018-ci il tahrixdə Bakı şəhəri, Binəqədi rayonu 83 nömrəli məktəb Liseydə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə və Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illik yubileyi ilə əlaqədar olaraq Azərbaycan  Respublikası Müharibə, Əmək  ve Silahlı Qüvvələr Veteranları Təşkilatın  gənclərin hərbi vətənpərvərlik şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyevin və həmin şöbənin mütəxəssisləri İsmayıl İsmayılov, Nəbi Hacıyevin iştirakı və liseyin pedaqoji, şagird kollektivi ilə görüş keçirilmişdir. Görüşdə məktəbin direktoru, riyaziyyat elmləri namizədi Nəbi Mahmudov müntəzəm olaraq liseyin pedaqoji və şagird kollektivinin Respublika Veteranlar Təşkilatı ilə məhsuldar əməkdaşlığına görə Təşkilatın 30 illik yubiley medalı ilə təltif olunmuşdur. Eyni zamnada vətənpərvərlik işində fəal iştiraklarına görə liseyin bir qrup müəllim və şagirdləri Fəxri Fərmanla təltif olunmuşdur.

Hamısını oxu
MEHRİBAN - İNSANLARA MƏRHƏMƏTLİ

Bugünlərdə respublikamız gözəl insan, görkəmli siyasi və ictimai xadim, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yubileyini qeyd edəcək. Hər bir azərbaycanlı Mehriban xanıma hörmətlə yanaşır. Yalnız ləyaqətlə tutduğu yüksək vəzifəyə görə deyil, həm də özünəməxsus insani keyfiyyətlərinə görə. Müasir siyasətçinin bu keyfiyyətləri haradan qaynaqlanır? Bu barədə fikirlərimi bölüşmək istəyirəm. Adı ilə başlayacağam. Bir insanın adının müəyyən bir məna daşıdığına, taleyini, xarakterini əks etdirdiyinə inanılır. "Mehriban" adı güclü mərhəmət hissi olan və başqalarına qayğı göstərməyi bacaran bir insanı xarakterizə etmək məqsədi daşıyır. Mehriban xanım həqiqətən də səmimi qəlbdən və insanların köməyinə gəlməyə hazır olması ilə seçilir. Adını doğruldur — yaxınlarını sevən və hər bir insanın taleyinə mərhəmətli bir insandır. Emosional dəstək və xeyirxahlıq göstərmək, müxtəlif insanlarla ahəngdar münasibətlər yaratmaq, inam və sevgi aşılamaq qabiliyyətinə malikdir. Müasir genetikaya uyğun, azərbaycan atalar sözü var - "kök varsa, ot görünəcək. Mehriban xanımın ata babası tanınmış Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlal Paşayevdir. Atası Arif Paşayev fizika-riyaziyyat elmləri doktoru, professor, akademikdir. Ana babası Nəsir İmanquliyev "Bakı "qəzetinin görkəmli jurnalisti, təsisçisi və baş redaktoru olmuşdur. Anası Aida İmanquliyeva tanınmış şərqşünas, elmlər doktoru idi. Mehriban xanımın kökləri belədir, bu, göstərir ki, o, hansı intellektual ailədə formalaşmışdır. Mehriban xanımın Azərbaycanın vətənpərvər olduğunu, ölkənin tarixini hərtərəfli bildiyini və onunla fəxr etdiyini söyləmək çox xoşdur. Və bu, onun digər ölkələrə və xalqlara hörmət və anlayışla yanaşmasına, dünya tarixinin mürəkkəb palitrasını görməsinə heç də mane olmur.  Azərbaycanlıların şüurunda gözəl, müdrik, cəsur qadın həmişə Koroğlunun sadiq səhabələri Nigar və Qaçaq Nəbi — Həcərin obrazları ilə əlaqələndirilir. Bu obrazlar qadının Azərbaycan ailəsində, Azərbaycan cəmiyyətində rolunun mənası və əhəmiyyəti təfsirində özünəməxsus standartlara çevrilmişdir. Bəzən dini doqmaların, sosial çətinliklərin təsiri altında baş verən bu kanonun təhrifləri klassik Azərbaycan ədəbiyyatında həmişə tənqidi qiymətləndirilmişdir. Bununla əlaqədar Cəfər Cabbarlının, Səməd Vurğunun, İlyas Əfəndiyevin pyeslərini yada salmaq kifayətdir... Bu əsərlərdə qadının yalnız sevgi obyekti kimi təqdim olunduğu Şərq ənənələrindən fərqli olaraq, qadın aktiv, güclü iradəli və müstəqil bir insan kimi göstərilir. Məgər biz burada Mehriban xanımı tanımırıq? Ümumiyyətlə, Mehriban xanımın obrazının, onun insani keyfiyyətlərinin formalaşmasında xalqımızın ailə-psixoloji mənşəyinin və sosial-mədəni arxetiplərinin xoşbəxtliklə bir-birinə qovuşduğu fikrinə meyl edirəm.  Xidmət növünə görə mən müxtəlif ölkələrin xadimləri ilə görüşürəm, onların hamısı daim hesab edirlər ki, Azərbaycan belə mürəkkəb geosiyasi dövrdə rəhbərliklə sadəcə şanslıdır. Bəli, biz əminik ki, xarizmatik Prezidentimiz İlham Əliyev və onun gözəl, etibarlı xanımı, vitse-prezident Mehriban xanım Azərbaycanı inamla xoşbəxt gələcəyə aparır! Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri  polkovnik Cəlil Xəlilov        

Hamısını oxu
“Prezident İlham Əliyevin “France 24”-ə müsahibəsi sübut etdi ki, Azərbaycanın hər bir dövlətə münasibəti adekvat olacaq”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Münxen şəhərində “France 24 telekanalına verdiyi müsahibə sübut etdi ki, bundan sonra da Azərbaycanın hər bir dövlətə münasibəti adekvat olacaq”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, dövlət başçısı müsahibəsində Azərbaycanın Fransa ilə olan münasibətinə aydınlıq gətirməklə yanaşı, bütövlükdə dövlətimizin digər ölkələrlə münasibətdə əsas tutduğu meyarları da şərh edib: “Prezident İlham Əliyev müshaibəsində bildirdi ki, Fransa ilə ölkəmiz arasında siyasi-diplomatik müstəvidə yaşanan gərginliyin səbəbkarı rəsmi Parisdir və Azərbaycan məhz Fransa hökumətinin yürütdüyü siaysətə cavab olaraq bəzi addımlar atmaq, bəyanatlar vermək məcburiyyəti qarşısında qalıb. Fransanın separatçıların açıq şəkildə müdafiə etməsi, qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanıması, ölkəmizin ünvanına yalan və böhtanlar səsləndirməsi fonunda Azərbaycan Fransa ilə bağlı həqiqətləri dilə gətirib ki, bu həqiqətlər hər kəsə məlumdur. Bununla yanaşı, dövlət başçısı Fransa-Azərbaycan münasibətlərində yeni bir səhifənin açılmasının mümkünlüyünə də toxundu və bildirdi ki, münasibətlərin inkişafı yalnız qarşılıqlı hörmət əsasında mümkündür. Prezident İlham Əliyev müsahibəsində vurğuladı ki, normal münasibətlərin inkişafı üçün suveren dövlətlərin bir-birlərinə hörmət etməsi, eyni zamanda bir-birlərinin daxili işlərinə müdaxilə etməməsi zəruridir. Yalnız bu halda sağlam, dinamik inkişafa səbəb olan münasibətlər qurmaq olar. Prezidentin məlum müsahibəsindən həm də bu nəticə hasil oldu ki, Azərbaycan bugünə qədər olduğu kimi, bundan sonra da beynəlxalq münasibətlərdə hər bir dövlətə adekvat yanaşacaq, hər ölkəylə onun layiq olduğu şəkildə davranacaq. Bu isə o deməkdir ki, Azərbaycan dövlətinin qərarlarına, suverenliyinə, hüquq sisteminə hörmətlə yanaşan hər bir dövlət özünə münasibətdə də eyni ehtiramı görəcək. Öz məkirli məqsədlərinə nail olmaq üçün Azərbaycana təzyiq etməyə çalışan, onunla təhdid dili ilə danışmağa cəhd edən dövlətlərin qazancı isə yalnız məyusluq və rüsvayçılıq olacaq”. Seymur ƏLİYEV      

Hamısını oxu