Digər xəbərlər
Cəlilabad rayon Veteranlar Təşkilatı Rayon İcra Hakimiyyəti ilə birgə Cəlilabad Tibb Kollecində Beynəlxalq Ailə Günü ilə bağlı “Ailə dəyərlərinin qorunub saxlanılaraq gənc nəsillərə aşılanması” mövzusunda maarifləndirici tədbir keçirib. Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xumarə Xəlilova, rayon Veteranlar Təşkilatınım sədri Ədalət Salman, Azərbaycan Yazıçılar birliyinin üzvləri Ruhiyyə Abbaszadə, Meyxoş Abdulla, müəllim və tələbələr iştirak ediblər.Tədbirdə çıxış edənlər, ailə dəyərlərinin vacibliyi, erkən nikah və qohum nikahlarının fəsadları, ölkəmizdə bu istiqamətdə görülən işlər barədə məlumat veriblər. Onlar, həmçinin tələbələri narahat edən sualları cavabladırıblar.Sonda maraqlı suallar verən tələbələrə kitablar hədiyyə olunub.
Hamısını oxu
“Bu gün aparılan döyüşlərdə düşmənin hərbi texnikası məhv edilib və hərbi qənimətlər götürülüb”. Bu barədə Prezident İlham Əliyev xalqa müraciətində bildirib. İ.Əliyev qeyd edib ki, düşmənin 16 komanda məntəqəsi, 196 tank, 38 BM-21, bir Uraqan, 10 özü yeriyən artilleriya qurğusu, 36 piyadaların döyüş maşını, 24 artilleriya batareyası, iki HHM vasitəsi, iki “S-300” kompleksinin, 25 ASA zenit raket kompleksi, dörd radio texniki maneə vasitəsi, 136 top, 56 mina atan, bir Tos-1-a sursatı və iki radiolokasiya stansiyası məhv edilib. Prezident düşməndən qənimət götürülən hərbi texnikadan da danışıb: “Düşməndən 18 tank, dörd top, 22 piyadaların döyüş maşını, 12 minaatan, dörd UAZ maşını, bir ekskavator, 27 “İqla” kompleksi, bir ZİL maşını və doqquz QAZ maşını götürülüb. Düşmənin əlində Azərbaycan silahlı qüvvələrinə aid olan bir texnika da yoxdur”.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Milli Məclisin deputatı Mahir Abbaszadə Bakı şəhəri Xəzər rayonu Qala kəndində dəfn olunan Vətən müharibəsinin şəhidi Laçın rayonu Malıbəyli kənd sakini Yaqubzadə Yaqub Eldəniz oğlunun məzarını ziyarət edib. Millət vəkili şəhidlərin əziz xatirəsinə ehtiramını bildirib, ruhlarına dualar oxunub. Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu ərazilərimizi işğaldan azad etdi. 44 gün müddətində 30 ilə yaxın davam edən işğala son qoyuldu, ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olundu. Qeyd edilib ki, Prezident İlham Əliyev şəhid ailələrini və müharibə iştirakçılarını hər zaman diqqət mərkəzində saxlayır. Şəhid Yaqub Yaqubzadənin valideynləri şəhid ailələrinə göstərilən diqqət, qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər. Ərazilərimizin işğaldan azad olunması yoludan canı, qanı bahasına mübarizə aparmış qazilərə şəfa, şəhid onlarla Allahdan rəhmət dilənib. Yaqub Eldəniz oğlu Yaqubzadə 1999-cu il aprelin 22-də Bərdə rayonunun Alaçadırlı kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Yaqub Yaqubzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Yaqub Yaqubzadə oktyabrın 2-də Murovdağ döyüşləri zamanı Şəhid olub. Xəzər rayonunun Qala qəsəbəsində dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Yaqub Yaqubzadə ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Respublika Veteranlar Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin əməkdaşları - şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 2 dekabr 2022-ci il tarixində Nəsimi rayonunda Beynəlxalq Əlillər Günü ilə bağlı tədbirdə iştirak ediblər. Tədbirdə Nəsimi rayon VT-nin sədri Validə Vəliyeva,”Dovlət və Qanun ”qəzetinin Baş redaktoru, AJB üzvü Yasəmən Möhübbətqızı, qazilərdən Quluyev Xəyyam, Qasımov Şəhriyar və digər qonaqlar iştirak edib. Tədbiri Nəsimi rayon VT-nın sədri Validə Vəliyeva açıb. Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sorna çıxış edən Adil Haqverdiyev Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarovanın və sədr müavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarıa çatdırıb. Polkovnik Adil Haqverdiyev 3 Dekabr - Beynəlxalq Əlillər Günü ilə bağlı RVT-nın keçirdiyi sağlamlığını itirmiş qazilərlə görüşdən söz açıb. Onların hər zaman dovlətin diqqtində olduğunu vurğulayıb: “Torpaqlarımızın düşmən tapdağından azad edilməsində öz sağlamlıqlarını itirmış qazilərimizin qarşısında baş əyirəm. Uca Allahdan şəhidlərimizə rəhmət,q azilərimizə cansağlığı arzulayıram”. RVT HİK –nin sədri Nəbi Hacıyev rəhbərlik etdiyi qurumun əllilyi olan veteranlara göstərdiyi xidmətlərdən danışıb, bir neçə tədbir iştirakçılarına Heydər Əliyev Sarayında keçiriləcək “Gələcəyə İşıqlı Yollar” adlı konsertdə iştirak etmək üçün konsert bileti təqdim edib. Əmək veteranı Yasəmən Möhübbətqızı əlillərə yaradılan dövlət qayğısından bəhs edib. Dövlət qayğısını həyata keçirməli olan qurumların bu sahəyə məsuliyyətlə yanaşdıqlarını, əlillərin istirahəti, müalicəsi,evlə, işlə təminatı ilə ciddi məşğul olduqlarını qeyd edib. Tədbirdə Birinci Qarabağ Müharibəsi veteranları, ATU-nin dosenti Əməkdar Həkim Taryel Eyvazov və İbrahim Dağlı RVT-nin medalları ilə təltif ediliblər. Tədbir çay süfrəsi ətrafında davam edib, xatirə şəkli çəkilib.
Hamısını oxu