Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Qərbi Azərbaycana qayıdış tarixi ədalətin və mənəvi bütövlüyümüzün təmini olacaq”

“Vaxtiylə erməni faşizmi tərəfindən dədə-baba yurdundan didərgin salınan soydaşlarımızın yenidən Qərbi Azərbaycana qayıdışı tarixi ədalət və xalqımızın mənəvi bütövlüyünün təmini baxımından zəruridir”.

Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciət, bu müraciətdə yer alan fikirlər mühüm əhəmiyyətə malikdir:

“Qərbi Azərbaycana qayıdış, yüz minlərlə haqqı pozulan soydaşlarımızın hüququnun illər, əsrlər sonra bərpa edilməsi hər zaman Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin diqqət mərkəzində olub. Dövlət başçısı dəfələrlə Qərbi Azərbaycana qayıdışın vacibliyi ilə bağlı açıqlamalar verib, bu qayıdışın həm beynəlxalq hüquq, həm də tarixi ədalətin bərpası baxımından mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.

Prezidentin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri də dövlət başçısının bu qayıdışı xalqımızın mənəvi bütövlüyünün təmini baxımından da vacib hesab etməsidir. Müzəffər Ali Komandan haqlı olaraq hesab edir ki, bu qayıdış xalqımızı öz mədəni irsini, tarixi yaddaşını bərpa etməyə, mənən və ruhən bütövləşməyə kömək edəcək.

Xatırladaq ki, 44 günlük Vətən müharibəsindən sonra Qərbi Azərbaycana qayıdış məsələsi öz aktuallığını əhəmiyyətli dərəcədə artırıb. Vətən müharibəsi nəticəsində erməni faşizmini darmadağın edərək ərazi bütövlüyünü təmin edən Azərbaycanın qarşısında dayanan iki mühüm hədəf var ki, bunlardan biri işğaldan azad edilən ərazilərdə həyatı dirçəltmək, bu coğrafiyanı bütün regionun əsas iqtisadi güc mərkəzlərindən birinə çevirməkdir. Hansı ki, dövlətimiz Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında bu istiqamətdə heyrətamiz layihələr həyata keçirməkdədir.

 Digər bir məqsəd isə Qərbi Azərbaycana qayıdışı təmin etmək, bu ərazilərdə silinən tarixi irsimizi bərpa etməkdir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan Qərbi Azərbaycandan didərgin salınan vətəndaşların tarxi yurduna qayıdışını təmin edəcək və bu məqsədinə sülh yolu ilə nail olacaq. Prezidentin “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə bu məsələyə bir daha diqqət çəkməsi dövlətimiz üçün bu məqsədin bundan sonra da öz prioritetliyini qoruyub saxlayacağını  göstərir”.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

 

2025-12-05 18:03:00
2535 baxış

Digər xəbərlər

İkinci Dünya müharibəsi veteranı Ramazanov Nazim Tağı oğlu vəfat edib

Veteran.gov.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı Ramazanov Nazim Tağı oğlu vəfat edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Nazim Ramazanovun vəfatı ilə bağlı mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verir və Allahdan rəhmət diləyir. Məlumat üçün qeyd edək ki, Nazim Ramazanov İkinci Dünya Müharibəsi illərində Qafqaz cəbhəsinin ordu hissələri tərkibində hərbi əməliyyatlarda fəal iştirak etmiş, faşist işğalına qarşı mübarizədə böyük qəhrəmanlıqlar göstərmişdir. Məhz bu səbəbdən də o, müharibə dönəmində ali hərbi komandanlıq tərəfindən çoxsaylı orden və medallarla təltif edilmiş, dəfələrlə mükafatlandırılmışdır. Nazim Ramazanov müharibədən sonrakı illərdə yeniyetmələr və gənclər arasında vətənpərvərlik tərbiyəsi baxımından da mütəmadi iş aparmış, gənc nəslin hərbi-vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərə bağlı şəkildə yetişməsində mühüm xidmətlər göstərmişdir. İkinci Dünya müharibəsi veteranı olmaqla yanaşı, həm də əmək veteranı olan Nazim Ramazanovun işıqlı xatirəsi Azərbaycan xalqı tərəfindən hər zaman ehtiramla xatırlanacaq və hörmətlə yad ediləcək. Allah rəhmət eləsin! 

Hamısını oxu
ANAMA yanında İctimai Şuranın ilk iclası keçirilib

2021-ci il 1 sentyabr tarixində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuranın ilk iclası keçirilib. İclasda üzvlər tərəfindən fəaliyyət planı müzakirə edilib, gələcək işlərlə bağlı istiqamətlər müəyyən edilib. Görüş çərçivəsində İctimai Şuranın rekvizit və atributları haqqında fikir mübadiləsi aparılıb.   ANAMA yanında fəaliyyət göstərən İctimai Şuranın sədri Umud Mirzəyev qeyd edib ki, üzvlər fəaliyyətlərini genişləndirməli, işğaldan azad edilən ərazilərdə mina və partlamamış hərbi sursatlarla yüksək çirklənmə səviyyəsini həm ölkədaxili, həm də beynəlxalq ictimaiyyətin nəzərinə çatdırılmalıdır.   Görüşdə önəmli müzakirə mövzularından biri də BMT-nin Mina və partlayıcı sursatların təhlükəsinin aradan qaldırılması məsələləri üzrə Ümumdünya Vəkili Daniel Kreyqə, İctimai Şuranın üzvləri tərəfindən Azərbaycandakı mövcud vəziyyətə dair müraciətlə bağlı idi. Müraciət məktubunun məzmunu müzakirə edildi, müvafiq əlavələrdən sonra yaxın bir müddətdə məktub minaların və partlayıcı sursatların təhlükəsinin aradan qaldırılması ilə bağlı BMT-nin qlobal müdafiəçisinə ünvanlanacaq. Məqsəd vətəndaşların həyatını qorumaq, bölgəyə sülh və firavanlıq gətirmək səylərinə töhfə verməkdir.   İctimai Şura üzvləri azad edilən ərazilərə işgüzar səfərlər planlaşdırır, maarifləndirmə və bu sahədə təhsil üzrə təkliflər müzakirə edilir, gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilir.  

Hamısını oxu
Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı kimi faciələr unudula bilməz

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Xocalı soyqırımının 29-cu il dönümü ilə bağlı paylaşım edib. AZƏRTAC paylaşımı təqdim edir: "Xocalı soyqırımı kimi faciələr unudula bilməz. Günahsız insanların vəhşicəsinə qətlə yetirilməsinə heç nə ilə haqq qazandırmaq olmaz! Biz o dəhşətli hadisələr haqqında həqiqətləri təhrif olunması cəhdlərindən hər zaman qoruyacağıq. Xocalı soyqırımı qurbanlarının işıqlı xatirəsini ehtiramla yad edir, Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirəm".

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Azərbaycan Mətbuat Şurasının sədri Vüqar Zifəroğlunu təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Azərbaycan Mətbuat Şurasının sədri Vüqar Zifəroğlunu təbrik edib. Təbrik məktubunu oxucuların diqqətinə çatdırırıq:

Hamısını oxu