Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“20 Yanvar faciəsinə ilk obyektiv siyasi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verilib”

“1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyası tərəfindən xalqımıza qarşı törədilən dəhşətli cinayətə ilk obyektiv siyasi qiymət xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən verilib”.

Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, məhz Heydər Əliyev bu faciəni yüksək tribunalardan dilə gətirərək sovet imperiyasının Azərbaycan xalqına qarşı cinayətini ifşa edib:

“Məlum olduğu kimi, sovet rəhbərliyi Azərbaycan xalqına qarşı törədilən bu dəhşətli cinayəti gizli saxlamağa çalışır, xalqımızın milli-azadlıq hərəkatını qan gölündə boğmağa cəhd edirdi. Buna görə də 20 Yanvar faciəsi haqqında hər hansı informasiyanın ictimaiyyiləşməsinə imkan vermir, baş verənləri ört-basdır etməyə çalışırdı. Heydər Əliyev məhz belə bir zamanda özünün və bütün ailə üzvlərinin təhlkəsizliyini riskə ataraq 20 Yanvar faciəsi ilə bağlı həqiqətləri cəsarətlə dilə gətirdi. Baş verən hadisədən cəmi bir gün sonra – 21 yanvar 1990-cı ildə  faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edən Heydər Əliyev, sovet ordusunun Bakıdakı cinayətinin hüquqa, humanizmə, insanlığa zidd olduğunu bildirdi.

7 mart 1991-ci il tarixdə Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında çıxış edən xalq deputatı Heydər Əliyev, 20 Yanvar hadisəsinin sifarişçilərinin və icraçılarının müəyyən edilərək məsuliyyətə cəlb edilməsi məsələsini qaldırdı. 1994-cü il martın 29-da Heydər Əliyevin səyi ilə Milli Məclis 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hquqi qiymət verdi. Parlamentin qərarında açıq şəkildə qeyd edildi ki, 20Yanvar hadisələri Azərbaycan xalqının  milli-azadlıq hərəkatını boğmaq, öz taleyini həll etmək üçün ayağa qalxan xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək üçün törədilib.

20 Yanvar faciəsinin üzərindən 36 il ötsə də, xalqımız bu gün də sovet tanklarına yalın əllə meydan oxuyan qəhrəmanlarını ehtiramla anmaqda, onlarla qürur duymaqdadır. Xalqın öz qəhrəmanlarına olan münasibəti onu deməyə əsas verir ki, illər, əsrlər sonra da 20 Yanvar şəhidləri xalqımız tərəfindən sevgi və qürur hissi ilə xatırlanmaqda davam edəcək, onların qəhrəmanlığı gənclərimiz üçün sonsuza qədər  ilham mənbəyi olaraq qalacaq”.

Seymur ƏLİYEV

 

2026-01-19 11:35:00
2111 baxış

Digər xəbərlər

Belarus prezidenti polkovnik Cəlil Xəlilovu təltif edib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Belarus prezidenti Aleksandr Lukaşenko adından təltif edilib.  Təntənəli təltifetmə mərasimində Belarusun faşizm işğalından azad edilməsinin 80 illik yubiley medalı Belarusun  ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Ravkov Andrey Alekseyeviç tərəfindən polkovnik Cəlil Xəlilova təqdim edilib. Polkovnik Belarus və Azərbaycan arasındakı tarixi dostluq münasibətlərinin inkişafına verdiyi töhfəyə, o cümlədən faşizmə qarşı mübarizə aparan qəhrəmanların təbliğindəki çoxillik və səmərəli xidmətlərinə görə bu medala layiq görülüb. Onu da qeyd edək ki, polkovnik Cəlil Xəlilov cari ilin 3 iyul tarixində Belarusda  keçiriləcək beynəlxalq konfransda iştirak edəcək, İkinci Dünya müahribəsində Belarusun faist işğalından azad edilməsində azərbaycanlıların rolu haqqında bu ölkədə silsilə görüşlər keçirəcək, Belarus ictimaiyyətinə ətraflı məlumat verəcək. Seymur ƏLİYEV   

Hamısını oxu
Азербайджанская нация является одной из культурнейших в мире – генерал Тимошенко о силе Азербайджана

Hamısını oxu
"Zəfər paradı Azərbaycan, Türkiyə və Pakistan qardaşlığının tarixi təntənəsidir"

Zəfər paradı Azərbaycan, Türkiyə və Pakistan qardaşlığının tarixi təntənəsidir” “8 noyabr 2025-ci ildə böyük qələbənin 5-ci ildönümü münasibətilə keçirilən Zəfər paradı Azərbaycan, Türkiyə və Pakistan qardaşlığının tarixi təntənəsidir”. Bunu Moderator.az-a açıqlamasıdna Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu parad Azərbaycanın hərbi qüdrəti ilə yanaşı, onun tarixi müttəfiqləri, mövcud siyasi münasibətlər sistemi haqqında da düünyaya mesaj oldu: “8 noyabr tarixində Bakıda keçirilən paradda Azərbaycan Silahlı Qüvvələrinin bütün komponentləri iştirak etdi, Ordumuzun arsenalındakı müasir silahların bir hissəsi ictimaiyətə nümayiş olundu. Bu parad göstərdi ki, Azərbaycan Ordusu həqiqətən də dünyanın ən qabaqcıl orduları sırasındadır və ordumuzun vəətnpərvərlik ruhu, döyüş əzmi ilə yanaşı, hərbi-texniki təchizatı da olduqca yüksək səviyyədədir. Diqqəti cəlb edən məqamlardan biri də Türkiyə və Pakistan liderlərinin də bu paradda iştirak etməsi oldu. Paradda Türkiyə və Pakistan hərbçilərinin  keçid etməsi, Türkiyənin “Bayraktar Akıncı” PUA-larının, F-16-ların,  silahlanmaya yeni qəbul edilən Pakistan istehsallı “JF-17” qırıcılarının da səmada havalanması tamaşaçılar tərəfindən böyk maraqla qarşılandı. Paradda çıxış edən Türkiyə Prezidenti bəyan etdi ki, ölkəsinin Azərbaycanla birliyi daha da güclənəcək, ikitərəfli münasibətlər bundan sonra da dinamik şəkildə inkişaf edəcək. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif də Azərbaycanla qardaşlıq münasibətlərindən məmnunluğunu dilə gətirib, ölkəsinin istehsal etdiyi “JF-17” qırıcılarını, bu qırıcıların Bakı səmansında uçuşunu Azərbaycan-Pakistan dostluğunun rəmzi kimi xarakterizə edib. Xatırladım ki, cari ilin mayında Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü keçirilmiş, həmin görüşdə üçtərəfli münasibətlərin inkişafı, terrorizmə qarşı birgə mübarizə, bütün sahə və istiqamətlər üzrə əlaqələrin daha da genişlənməsi və s. kimi məsələlərlə bağlı ortaq mövqe sərgilənmişdi. 8 noyabr paradında Azərbaycanla yanaşı, Türkiyə və Pakistan hərbçilərinin də iştirakı göstərdi ki, liderlərin Laçın görüşündəki birlik mesajları praktiki müstəvidə reallaşmaqda, birmənalı şəkildə öz əksini tapmaqdadır. Əminəm ki, Bakıda keçirilən 8 noyabr paradı bütün anti-Azərbaycan, anti-türk qüvvələri üçün çəkindirici mesaj olacaq, üç dövlət arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha da inkişafı üçn təkan rolunu oynayacaq. Mən bayram münasibətilə bütün Azərbaycan xalqını, Azərbaycan Ordusunu, bu şanlı ordunun şanlı sərkədəsi Mzəffər Ali Baş Komandan İlham Əliyevi təbrik edir, Azərbaycan Silahlı Qüvvələrinə uğurlar arzulayıram”. Seymur ƏLİYEV

Hamısını oxu
Gənclər və İdman naziri Fərid Qayıbov Azərbaycan Güləş Federasiyasının fəaliyyəti ilə tanış olub

Veteran.gov.az xəbər verir ki, sentyabrın 23-də Gənclər və İdman naziri Fərid Qayıbov Azərbaycan Güləş Federasiyasının fəaliyyəti ilə tanış olub.   Federasiya ilə tanışlıq zamanı nazir idmançıların məşq prosesini izləyib, onlar üçün yaradılmış şəraitlə tanış olub.   Daha sonra nazir Fərid Qayıbov federasiyanın maddi-texniki bazasına baxış keçirib. Azərbaycan Güləş Federasiyasının prezident əvəzi, Dünya Güləş Birliyinin Büro üzvü Namiq Əliyev nazirə federasiyanın fəaliyyəti, yerli və beynəlxalq səviyyəli yarşlara hazırlıq, gənc idmançılarla işin qurulması, çətinliklər, federasiyanın gələcək planları barədə məlumat verib. Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.   Görüşdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Namiq Abdullayev və Güləş Federasiyasının baş katibi Orxan Məmmədov iştirak ediblər.  

Hamısını oxu