Azərbaycan Prezidenti və ABŞ-ın Vitse-prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vens mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vens mətbuata bəyanatlarla çıxış ediblər.
AZXEBER.COM BAKU.WS-ə istinadən məlumatına görə, üzərinə "Polad Həşimov" yazılan lövhələr artrıq küçə boyu yerləşdirilib. Xatırladaq ki, iyulun 30-da Qəbələ rayonuna səfəri çərçivəsində Prezident İlham Əliyev Qəbələnin Vəndam kəndində doğulmuş general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrinin birinə onun adının verilməsi və digər müvafiq tədbirlər görülməsi barədə rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayevə tapşırıq vermişdi.
Hamısını oxu
Bu gün Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Respublika Veteranlar Təşkilatında olmuşdur. Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev təşkilatın sədri general-polkovnik Tofiq Ağahüseynov və sədr mavini polkovnik Cəlil Xəlilovla görüşmüş, təşkilatın fəaliyyəti ilə yaxından tanış olmuş, ona təşkilatın qarşıda duran fəaliyyətləri və gələcək perspektivləri haqqında məlumat verilmişdir. Səmimi söhbət əsnasında Abdin Fərzəliyev rayon İcra Hakimiyyəti tərəfindən Respublika Veteranlar Təşkilatına hər cür dəstək veriləcəyinə əminlik ifadə etmişdir. Daha sonra o, təşkilatın inzibati binası ilə tanış olmuşdur.
Hamısını oxu25 yanvar 2022-ci il saat 14:00-da İkinci Dünya müharibəsi veteranı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın 100 illik yubileyinə həsr edilən tədbir keçirilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəllilov Fatma Səttarovanın 100 illik yubileyinə həsr edilmiş tədbiri giriş sözü ilə açıq elan edib, Fatma Səttarovanın çoxillik ictimai fəaliyyətinə diqqət çəkib: “ Hörmətli qonaqlar, bu gün biz Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, müharibə və əmək veteranı, Prezident təqaüdçüsü Fatma xanım Səttarovanın anadan olmasının 100 illik yubileyinə toplaşmışıq. Azərbaycan xalqının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlıq nümunələri haqqında günlərlə, hətta aylarla danışmaq olar. Gəncliyini faşizmə qarşı ağır döyüş cəbhələrində keçirmiş, Leninqrad mühasirəsindən sağ çıxmağı bacarmış, hospitallarda yaralıları xilas etmiş müharibə veteranı - 100 yaşını bu gün qeyd edən Fatma xanım Səttarova məhz müharibənin canlı örnəyi, həmin dövrün qaynar xatirələri ilə bir növ qiymətli xəzinədir. İkinci Dünya müharibəsinin unudulmaz, hər zaman böyük qayğı və sevgi ilə yad edilən veteranlarından olan Fatma Səttarovanı bütün Azərbaycan ictimaiyyəti və xalqı tanıyır. O, bir ziyalı kimi bu gün də ölkəmizin ictimai-siyasi, mədəni həyatında böyük xidmətlər göstərir, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi işində yaxından və fəal iştirak edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Fatma xanımı “İstiqlal” ordeni ilə təltif etməsi buna nümunədir. Bu, həm də veteranlara, o cümlədən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyətinə verilən qiymətdir və biz buna görə dövlət başçısına öz təşəkkürümüzü bildiririk”. Daha sonra polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyevin və I vitse-prezident Mehriban xanım Əliyevanın Fatma Səttarovaya ünvanlanan təbrik məktublarını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Cəlil Xəlilovun çıxışından sonra Azərbaycan Televiziyasının Fatma xanım Səttarova haqqında çəkdiyi “Həyat yolu” filmi nümayiş olunub. Bundan sonra söz Ağsaqqallar Şurasının sədr müavini Elmira Süleymanovaya verilib. Elmira Süleymanova çıxışında Fatma Səttarovanın timsalında Azərbaycan insanının faşizmə qarşı mübarizəsinə diqqət çəkib. Fatma Səttarovanın həyat yolunun hər bir gəncə nümunə olduğunu bildirən Elmira Süleymanova, təşkilat sədrinə uzun və sağlam həyat arzulayıb. “Siz bütün həyatınızı insanlığa həsr etmisiniz” Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxışında Fatma Səttarovanın həyatını bütövlükdə insanlığa, insanlığın rifahına həsr edilən ömür yolu kimi dəyərləndirib: “Hörmətli Fatma xanım. Mənim üçün şərəfdir ki, mən bütün həyatını insanlığa, dövlətə, dövlətçiliyə həsr edən sizin kimi bir ananın qarşısında çıxış edirəm. Siz öz cəsarətiniz, vətənə olan sevginiz, fədakarlğınızla hər bir gəncə örnəksiniz. Xalq sizi sevir. Bu məhəbbəti siz özünüz öz əməllərinizlə, zəhmətinizlə qazanmısınız. Sizin qarşınızda baş əyir, ad gününüzü təbrik edir, ən xoş arzularımı çatdırıram”. Sədr müavini Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın təbrik məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Fövqəladə Hallar Nazirinin müavini Tapdıq Əmiraslanov çıxışında Fatma Səttarovaya nazir Kəmaləddin Heydərovun təbrikini çatdırıb, xoş arzularını bildirib. Azərbaycan Respublikasının Müdafə Nazirliyinin İdeoloji iş və mənəvi-psixoloji təminat idarəsinin şöbə rəisi polkovnik Habil Talıbov çıxışında Fatma Səttarovanı yubiley münasibəti ilə təbrik edib, onun Azərbaycan gəncliyinə bundan sonra da örnək olacağını bildirib. Rossotrudniçestva Agentliyinin Azərbaycandakı rəhbəri Zinnurov İrek Xaydaroviç Fatma Səttarovanı təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Sumqayıt VT-nın sədri Sovet Şükürov çıxışında Fatma Səttarovanı həm Sumqayıt veteranları, həm də Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov adından təbrik edib, Fatma xanımı icra başçısı adından Sumqayıta dəvət edib. Daha sonra çıxış edən prokurorluq orqanının nümayəndəsi Həsən Hənifəyev Fatma Səttarovanı prokurorluq əməkdaşları adından təbrik edib. O, qeyd edib ki, Fatma Səttarovanın həyat yolu əsrlər sonra da gənclər və yeniyetmələr üçün böyük məktəb, böyük örnək olaraq qalacaqdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi polkovnik Rövşən Qaracayev Fatma Səttarovaya xidmət rəisi general-polkovnik Arzu Rəhimovun təbrikini çatdırıb, Fatma xanımın həyat yolundan məmnunluqla bəhs edib. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin Aparat rəhbəri Fuad Musayev yubileyarı nazir Sahil Babayevin adından təbrik edib, Fatma xanımı gənclər üçün örnək adlandırıb. “Bir əsrin qəhrəmanı” Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev çıxışında Fatma Səttarovanı bir əsrin qəhrəmanı adlandırıb. O, qeyd edib ki, həm dövlət başçısı, həm də I vitse-prezident Mehriban xanımın Fatma Səttarovaya verdiyi dəyər onun dövlət və xalq qarşısındakı misilsiz xidmətlərinə dəlalət edir. Səmyar Abdullayev Fatma Səttarovaya dövlətin verdiyi bu yüksək dəyəri ümumilikdə veteranlara verilən dəyər kimi xarakterizə edib. Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Elmin İmanov yubileyara Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun təbrikini çatdırıb. Fatma Səttarova və silahdaşlarının XX əsrdə faşizmə qalib gəldiyini vurğulayan Elmin İmanov qeyd edib ki, XXI əsrdə Fatma xanımın nəvə-nəticələri erməni faşizmini də məğlubiyyətə uğradıb, dövlətimizin ərazi bütövlüyünü təmin edib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxazov Fatma Səttarovanı Konfederasiya sədri Səttar Möhbalıyev adından təbrik edib. Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyinin şöbə müdiri Əli Məmmədov Fatma Səttarovanı nazir Fərid Qayıbov və nazirliyin kolektivi adından təbrik edib, ona uzun ömür, cansağlığı arzulayıb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Nəsimi Rayon Veteranlar Təşkilatının sədri Validə Vəliyeva çıxışında Fatma Səttarovanı Bakı şəhər veteranları adından təbrik edib, xoş arzularını çatdırıb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Suraxanı Rayon Veteranlar Təşkilatının sədri Eldar Rüstəmov yubileyarı təbrik edib, Fatma Səttarovaya Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyevin təbriklərini çatdırıb. Fatma Səttarovanın nəvəsi Vasif Bayramov yubileyara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və I vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib, tədbir iştirakçılarına minnətdarlığını çatdırıb. Sonda çıxış edən Fatma Səttarova tədbir iştirakçılarına təşəkkür edib, hər zaman olduğu kimi bundan sonra da Azərbaycan dövlətinə, Azərbaycan xalqına əsgər kimi xidmət edəcəyini bildirib. Tədbirin sonunda xatirə şəkli çəkilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti
Hamısını oxu
Prezident: Azərbaycan ictimaiyyətinin diqqətini bir məsələyə də çəkmək istərdim. O da ondan ibarətdir ki, bildiyiniz kimi, bu çirkin əməlləri törədəndən və Azərbaycan Ordusu tərəfindən layiqli cavab alandan sonra Ermənistan dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etdi, dərhal onlardan yardım istədi, dərhal hay-haray qaldırdı ki, qoymayın bizi burada indi boğacaqlar, məhv edəcəklər. KTMT-nın buna nə dəxli var? Birincisi, Azərbaycan, bir daha demək istəyirəm ki, Ermənistanın dövlət sərhədini pozmayıb, təxribat törətməyib, Ermənistan ərazisinə keçməyib. Belə olan halda KTMT-nın bu işə nə dəxli ola bilər? Bu bir. İkincisi, bu addım onların acizliyini, qorxaqlığını göstərir. Onu göstərir ki, Azərbaycan qarşısında təkbaşına duruş gətirə bilməyəcəklər və onu bilirlər. Biz də bunu bilirik. KTMT-ya müraciət etmək onların qorxaqlığının növbəti təzahürüdür. Onlar öz qorxaqlığını, rəhbərliyin qorxaqlığını bir daha göstərdilər. Yaxşı, qələt eləmisən, təxribat törətmisən, cinayət törətmisən, – cavab ver buna. Cavab ver və veribdir artıqlaması ilə. İndi onlar ölənlərin sayını gizlədirlər. Amma bizdə operativ məlumat var. Bəzi ölən erməni hərbçilər haqqında məlumatı biz vermişik, onlar gizlədirdilər. Biz məlumatı verəndən sonra onlar onu etiraf etdilər. Necə ki, Aprel döyüşlərində gizlətmişdilər. Bu bir daha onların acizliyini göstərir, digər tərəfdən nəyi göstərir? Onların riyakar siyasətini göstərir. Yaxşı, necə ola bilər ki, bu yaxınlarda heç bir üzv ölkədən soruşmadan KTMT-nın baş katibini həbs etmisən. Belə şeymi olar? Bu, tamamilə bütün beynəlxalq davranış qaydalarını pozan bir addım idi. KTMT-nın rəhbəri vəzifəsində olan insanı həbs etdilər. Onlara təzyiq olunandan sonra onu buraxdilar, amma cinayət işi hələ bağlanmayıb, davam edir. Beynəlxalq təşkilatın ali nümayəndəsini həbs edir. Ondan sonra bir il ərzində KTMT-ya rəhbər nəzərdə tutulmuş şəxsin namizədliyini bloklayıb, veto qoyub. Çünki əlifba sırası ilə olmalı idi. Ermənistandan sonra Belarusun nümayəndəsi olmalı idi, onun namizədliyi verildi. Amma bir il imkan vermədi ki, o öz fəaliyyətinə başlasın. Budurmu KTMT-ya münasibət? Yaxşı, təxribat törətmisən, başından da zərbə almısan, indi nə olub qaçıb KTMT-dan yardım istəyirsən? KTMT-nın Ermənistandan başqa bütün üzvləri bizim dostlarımızdır. İndi xarici fondlardan maliyyələşən, hakimiyyət nümayəndələrinin demək olar ki, hamısının SOROS fondunun və buna oxşar fondların tör-töküntüləri olan bir dövlətə KTMT ölkələrinin münasibəti necə olmalıdır? Mən sual verirəm və bu sual hesab edirəm ki, ritorikdir. İndi nə oldu qaçıb, KTMT-nın ətəyindən yapışırsan. Cavab ver öz çirkin əməllərinə görə. Cavab vermisən və verəcəksən.
Hamısını oxu