Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Veteran Fərrux Baxışov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına təşəkkür edib

Veteran.gov.az xəbər verir ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsi ev 7, m 11-də məskunlaşan veteran Baxışov Fərrux Ağasəf oğlu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına təşəkkür edib. Təşkilatın sədri polkovnik Cəlil Xəlilova ünvanlanan məktubda deyilir:

“Hərmətli sədr!

Mənə göstərdiyiniz diqqət və köməkliyə görə sizə səmimi təşəkkürümü bildirirəm. Qəbul zamanı müraciətimə operativ və məsuliyyətli yanaşmağınız nəticəsində üzləşdiyim çətinlik müsbət şəkildə həllini tapdı.

Veteranlara göstərdiyiniz qayğı və diqqət yüksək qiymətə layiqdir.

Göstərdiyiniz köməkliyə görə bir daha minnətdarlığımı bildirir, fəaliyyətinizdə uğurlar arzulayıram”.

 

2026-02-17 11:51:00
2038 baxış

Digər xəbərlər

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə “Nəsillərin görüşü” keçirilib

Bu gün Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə “Nəsillərin görüşü” keçirilib. İlk öncə Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı arasında birgə əməkdaşlığa dair Memorandum imzalandı. Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatı arasında imzalanmış əməkdaşlıq haqqında memoranduma müvafiq olaraq gələcəkdə Şəhid ailələri, Qazilər, Müharibə iştirakçəlarında diqqət və qayğı yönümündə birgə ictimai təşəbbüslər layihə və tədbirlər uğurla davam etdiriləcək. Daha sonra hər iki qurumun birgə təşkilatçılığı və İydə parfumun tərəfdaşlığı ilə 8 noyabr Zəfər günün 1-ci ildönümü ərəfəsində "Nəsillərin görüşü" adlı tədbir keçirildi. Tədbirdə Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin sədr əvəz Qalib Əliyev, İctimai birliyin sədr müavini Məcid Məmmədov, icraçı direktoru Zamin Zeynal, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının sədri Fatma Səttərova, sədr müavini Cəlil Xəlilov, İydə parfumun rəhbərliyi, Qazilər, Müharibə iştitakçıları iştirak edərək çıxış etdilər. Birlik rəsmiləri çıxış edərək qeyd etdilər ki, Azərbaycan tarixinə qızıl hərflərə həkk edilmiş 44 günlük Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan, cəsarətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında fədakar Azərbaycan ordusu tarixi, əbədi, əzəli Azərbaycan məxsus olan Qarabağ torpalarımızı, düşmənin istilasından azad etməyə müvəffəq olmuşdur. Bu gün hər bir vətəndaş cəmiyyəti təsisatı milli, Vətənpərvər ruhda birlik, həmrəylik nümayiş etdirərək Ali Baş Komandanın daha böyük Azərbaycan naminə həyata keçirdiyi məqsədyönlü, uğurlu, daxili və xarici siyasətinə öz ictimai, siyasi töhfəsini verməlidir. Birliyin icraçı direktoru Zamin Zeynal mətbuata açıqlamasında bildirdi ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatı ilə birgə belə bir tədbiri gerçəkləşdirməkdə məqsəd Dövlət Başçısının Şəhid ailələri, Qazilər, Müharibə iştirakçıları ilə bağlı gördüyü uğurlu işlərə birgə fəaliyyət çərçivəsində ictimai təkan olmaqdır. Qeyd edək ki, tədbirdə vətənpərvər fəaliyyətinə və vətənə ləyaqətlə xidmətinə görə bir qrup müharibə əlili və iştirakçısı fəxri fərman və hədiyyələr ilə təltif olundu.  

Hamısını oxu
Qürur və ehtiramla anırıq!

Hamısını oxu
Şuşada "Məclisi Fəramuşan" Azərbaycan və Özbəkistan şairlərinin poeziya məclisinin açılışı və şeir məclisi keçirilib

Veteran.gov.az xəbər verir ki, 28 ildən sonra Ermənistan işğalından azad olunan Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada Azərbaycan və Özbəkistan şairlərinin iştirakı ilə "Məclisi Fəramuşan" şairlər məclisinin rəsmi açılışı olub. Açılış mərasimində Azərbaycan Mədəniyyət Nazirliyi, hər iki ölkənin Yazıçılar Birliyi nümayəndələri, habelə şairləri iştirak ediblər. İlk öncə Azərbaycan şairləri, Qarabağ ədəbi məktəbinin tanınmış nümayəndələri Molla Pənah Vaqifin məqbərəsi ziyarət olunmuş, şairin, habelə Xurşidbanu Natəvanın büstlərinin qarşısına gül-çiçək dəstələri qoyulmuşdur. Tədbiri giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki əsrdən sonra Türk dünyasının böyük elm, mədəniyyət, ədəbiyyat, poeziya mərkəzi sayılan Azərbaycan və Özbəkistan arasında bərpa olunan "Məclisi Fəramuşan" poeziya məclisi layihəsi haqqında məlumat verib, Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən tədbirin əhəmiyyəti barədə danışıb. Samir Abbasov hər iki ölkənin mədəniyyət, ədəbiyyat nümayəndələrinin tarixi Şuşa şəhərində bir araya gəlməsi, dünyaya böyük mədəniyyətimiz, sənətimiz, qardaşlığımız və birliyimizi göstərmək və ədəbiyyat sahəsində gözəl əməkdaşlıq platformasını ortaya qoymasını mühim amil və təqdirəlayiq hal kimi dəyərləndirib. Diplomat Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2022-ci ilin "Şuşa ili" elan olunduğunu və bu məqsədlə çoxsaylı layihələrin həyata keçirildiyini bildirib. Azərbaycan Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli Ermənistan işğalından azad olunan Şuşamızın mədəni həyatının get-gedə canlandığını, azad olunan Şuşaya yenidən mədəniyyətimizin qayıtdığını qeyd etdi. Prezident İlham Əliyev tərəfindən Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı elan olunduğunu qeyd edən A. Marifli 2023-cü ili TÜRKSOY tərəfindən Şuşanın Türk mədəniyyətinin paytaxtı elan olunduğunu, Türk dünyasının qəlbinin Şuşada döyünəcəyini söyləyib. Akif Marifli keçiriləcək şairlər məclisinin əhəmiyyəti və bu kimi layihələrə Mədəniyyət Nazirliyi tərəfindən lazımi dəstəyin göstərildiyini vurğulayıb. Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq məsələlər üzrə katibi Səlim Babullaoğlu ədəbiyyatımızın dünyada tanıdılması ilə bağlı görülən işlərdən danışıb, ədəbiyyatın hər zaman Türk dünyasının mədəni həyatında rolunun mühim əhəmiyyət kəsb etdiyini qeyd edib. S. Babullaoğlu keçirilən bu beynəlxalq tədbirin şairlərimiz arasında ədəbi əlaqələrin genişlənməsi, təcrübə mübadiləsinin aparılması, birliyimiz və həmrəyliyimiz üçün gözəl imkanlar açdığını söyləyib. Özbəkistan Yazıçılar Birliyinin sədr müavini, şair Qayrat Məcid xalqlarımız, dövlətlərimiz arasında yüksək səviyyəli münasibətlər, dövlət başçılarımızın uğurlu siyasəti nəticəsində dostluq və qardaşlığımızın daha da möhkəmləndiyini bildirib. O, Qarabağın, Şuşanın hər guşəsində, daşında Türk mədəniyyətinin nişanələrinin göründüyünü, Şuşanın həqiqətən də zəngin mədəniyyətə, sənətə, ədəbiyyata malik olduğunu qeyd edib. Şuşada Azərbaycan xalqının zəngin mədəniyyət yaratdığını vurğulayan Qayrat Məcid 2023-cü ildən Türk dünyası üçün əhəmiyyətli olacağını, hər bir insanımız mədəniyyət paytaxtı, sənət məbədi olan Şuşaya həsr olunmuş tədbirlərin şahidi olacaqlar. Açılışda filologiya elmləri üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə Qarabağda XIX-XX əsrlərdə mövcud olmuş şairlər məclisinin tarixi haqqında məlumat vermişdir. Daha sonra "Məclisi Fəramuşan" Azərbaycan və Özbəkistan şairlərinin iştirakı ilə davam edib. Azərbaycanın xalq şairi Nəriman Həsənzadə, şair İlqar Fəhmi, Sayman Aruz, özbək şair Qayrat Məcid, tərcüməçi-ədəbiyyatşünas alim Babaxan Şərifin də iştirakı ilə Vətən, Qarabağ, ədəbiyyat, sənət, Türk dünyası, birlik, həmrəylik mövzusunda şeirlər səsləndiriblər. Qeyd edək ki, şairlər məclisinin Azərbaycan Dövlət Televiziyası tərəfindən videoçəkilişləri aparılıb və "Körpü" verilişində yayımlanacaqdır. Qonaqlar səfər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhəri üzrə nümayəndəliyində olmuş və keçirilən tədbir, mədəniyyət, ədəbiyyat sahəsində həyata keçiriləcək işlər, layihələrə dair fikir mübadiləsi aparmışlar.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatın sədri vəzifəsinin icrasını İkinci Dünya müharibəsi veteranı, Prezident təqaüdçüsü Fatma Səttarovaya həvalə edilib

Rəyasət Heyətinin üzvləri tərəfindən təşkilatın sədri vəzifəsinin icrasını İkinci Dünya müharibəsi veteranı, Prezident təqaüdçüsü Fatma Səttarovaya həvalə edilməsi təklif olunub. Təklif səsə qoyularaq yekdilliklə qərar qəbul edilib.

Hamısını oxu