Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Hikmət Hacıyevdən ermənipərəst dairələrə mənəviyyat dərsi... - TƏHLİL!

Ruben Vardanyana verilən cəza Azərbaycanın qanuna, ədalətə, bəşəri dəyərlərə münasibətinin təzahürüdür

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında Bakı Hərbi Məhkəməsinin qərarı ilə 20 il azadlıqdan məhrum edilən Ruben Vardanyanın həbsinə münasibət bildirib. Hikmət Hacıyev Vardanyana verilən cəzanı 30 ildir davam edən münaqişənin simvolik və məntiqi yekunu kimi dəyərləndirib. Prezidentin köməkçisi həmçinin qeyd edib ki, Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində Ruben Vardanyana verilən bu cəza məlum faciənin günahsız qurbanlarının xatirəsinə dərin ehtiramdan xəbər verir.

Erməni faşizmini müdafiə etmək, onun törətdiyi cinayətlərə ortaq olmaq deməkdir...

Hikmət Hacıyevin paylaşımında diqqət çəkən məqamlardan biri isə Prezidentin köməkçisinin baş verənlərə həm də  mənəviyyat və bəşəri dəyərlər baxımından yanaşmasıdır. Bəzi qüvvələrin bir çox məsələlərə olduğu kimi, erməni terrorçuları ilə bağlı olaylara da ikili standartlardan yanaşdığına diqqət çəkən Hikmət Hacıyev, Ruben Vardanyan kimi cinayətkarlara azadlıq tələbinin qeyri-əxlaqi və qeyri-mənəvi olduğunu bildirib:

“...Azərbaycan açıq məhkəmə prosesləri təşkil edərək ədaləti öz hüquq sistemi çərçivəsində təmin edib və bununla beynəlxalq ictimaiyyət üçün nümunə ortaya qoyub. Eyni zamanda, bəzi dairələrin, o cümlədən Avropa Parlamentinin bəzi üzvlərinin və “Amnesty International” kimi təşkilatların ağır müharibə cinayətlərində ittiham olunan şəxslərin azadlığa buraxılmasına çağırış etməsi qeyri-etik, qeyri-mənəvi addımdır. Azərbaycan Prezidenti İlham Əliyev “France 24” telekanalına müsahibəsində bu məsələyə toxunaraq bildirib: “İkinci Dünya müharibəsindən sonra Nürnberq məhkəmələrində ölüm hökmünə məhkum edilmiş bütün o nasist liderlərini təsəvvürünüzə gətirin ki, iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin. Onların törətdiyi cinayət İkinci Dünya müharibəsi zamanı nasistlərin etdiklərindən daha pis idi”.

Göründüyü kimi, Hikmət Hacıyev paylaşımında insanlığa qarşı ağır cinayətlərdə ittiham edilən, cinayətləri məhkəmə prosesində sübut edilən şəxslərlə bağlı azadlıq çağırışının yalnız qanuna deyil, həm də əxlaqa zidd olduğuna diqqət çəkib. Eyni zamanda, dövlət başçısının “France 24” telekanalına verdiyi müsahibədən sitat gətirməklə, erməni faşistlərinin alman faşistlərindən daha ağır cinayətlər törətdiyini bildirib.

Hikmət Hacıyevin bu sözlərindən alınan qənaət birmənalıdır: Erməni faşizmini müdafiə etmək, onun törətdiyi cinayətlərə mənəvi baxımdan ortaq olmaq deməkdir. Bu isə insanlığa, onun özündə ehtiva etdiyi dəyərlərə xəyanətdən başqa bir şey deyil. Bu mənada Hikmət Hacıyevin “X” hesabındakı sözügedən paylaşımını ermənipərəst dairələrə verilən növbəti mənəviyyat dərsi hesab etmək olar.

Azərbaycan qanunun aliliyi ilə yanaşı, həm də əxlaqi-mənəvi dəyərlərin toxunulmazlığına sadiqdir

Ruben Vardanyanın məhkəməsi ilə bağlı məlum həqiqətlərdən biri də bu məhkəmənin şəffaf şəkildə, media və ictimaiyyətin geniş iştirakı ilə keçirilməsiylə bağlıdır. Hansı ki, rəsmi Bakı ədalətli mühakiməni təmin etmək, məhkəmə və onun ədaləti ilə bağlı hər hansı qərəzli yanaşma və söyləntiyə yer qoymamaq üçün bu nüansa xüsusi diqqət yetirib, Ruben Vardanyanı vəkil, tərcüməçi və digər xidmətlərlə təmin edib. Məhkəmə prosesinin şəffaf şəkildə keçirilməsinin özü sübut edir ki, Vardanyanla bağlı qərarda zərrə qədər də olsun siyasi yanaşma yoxdur və verilən qərar sırf qanuni prizmadan qəbul edilib.

Bütövlükdə, istər Bakı Hərbi Məhkəməsinin Ruben Vardanyana verdiyi cəza, istərsə də Hikmət Hacıyevin “X” hesabındakı mülahizələri sübut edir ki, Azərbaycan hər bir məsələdə qanunun aliliyi, ədalətin toxunulmazlığı ilə yanaşı, həm də əxlaqi-mənəvi dəyərlərə, bəşəri prinsiplərə sadiqlik sərgiləyir. Və nə zaman ki, yalnız Azərbaycan deyil, bütün ölkələr, eləcə də erməni faşistlərinin himayədarı qismində çıxış edən güclər atdıqları hər bir addımda insani dəyərləri rəhbər tutacaq, o zaman bütün dünyada ədalətin təntənəsinə şahid olacağıq.

Seymur ƏLİYEV

 

2026-02-19 16:59:00
2183 baxış

Digər xəbərlər

Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov Leninqrad blokadasının iştirakçıları ilə görüşüb

Veteran.gov.az xəbər verir ki, Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov Leninqrad blokadasının iştirakçıları ilə görüşüb. Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova, sədr müavini polkovnik Cəlil Xəlilov və digər veteranlar iştirak edib. Aleksandr Beqlov Azərbaycan xalqının faşizmə qarşı mübarizədə fəal iştirak etdiyini, bu mübarizədə böyük qəhrəmanlıqlar göstərdiyini bildirib, buna görə xalqımıza, veteranlara öz təşəkkürünü bildirib. Tədbirdə çıxış edən polkovnik Cəlil Xəlilov Azərbaycanla Rusiya arasında tarixi dostluq əlaqələrinə diqqət çəkib, hər iki xalqın faşizmə qarşı birgə mübarizə apardığını vurğulayıb. Polkovnik Cəlil Xəlilov Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlovu “General Həzi Aslanov” yubiley medalı ilə təltif edib.  

Hamısını oxu
“Zəfər yolu” adlı tədbir keçirilib

8 Noyabr – Azərbaycanın ən qürurlu və şanlı bayramlarından biri olan Zəfər Günü münasibətilə 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Zəfər yolu” adlı tədbir keçirilib. Tədbir zamanı Ulu Öndər Heydər Əliyevin və canlarını Vətən uğrunda qurban vermiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə Qobu qəsəbə Ağsaqqallar Şurasının nümayəndələri, Qobu Uşaq İncəsənət Məktəbinin şagird və müəllim heyəti, Qobu Qəsəbə Sənətkarlıq Evinin kollektivi, şəhid ailələri, qazilər və müharibə veteranları iştirak ediblər. İlk olaraq Qobu qəsəbə Ağsaqqallar Şurasının sədr müavini, ehtiyatda olan polkovnik-leytenant, fəxri ağsaqqal və Birinci Qarabağ müharibəsinin iştirakçısı Ramiz Məmmədov çıxış edib. Daha sonra 44 günlük Vətən müharibəsini əks etdirən videoçarx nümayiş olunub. Qobu Uşaq İncəsənət Məktəbinin şagirdləri tərəfindən musiqi nömrələri təqdim edilib. Sonda Qarabağ müharibəsi veteranı Təbriz Bəhramov çıxış edərək tədbir iştirakçıları ilə öz fikirlərini bölüşüb.

Hamısını oxu
Президенту Азербайджанской Республики, господину Ильхаму Алиеву, Вице-президенту Азербайджанской Республики, госпоже Мехрибан ханым Алиевой

Глубокоуважаемый Президент! Глубокоуважаемая Вице-президент! Ветераны нашей Республики неизменно чувствуют Ваше внимание к социальному положению, жизненным проблемам участников войн, семьям шахидов. И сейчас мы тронуты очередной масштабной акцией в данном направлении - предоставлением 1 августа в поселке Локбатан Гарадагского района Баку квартир и автомобилей инвалидам Карабахской, Великой Отечественной войн, Чернобыля и семьям шехидов. Особое впечатление на нас произвело Ваше личное участие в этой благородной, чрезвычайно гуманной церемонии, знакомство с условиями, созданными в квартирах, Ваши теплые, обнадеживающие слова в адрес ветеранов. Мы знаем, что в течение последних двадцати лет семьям шехидов, инвалидам войны по Вашей инициативе государством предоставлено более 5500 частных домов и квартир, около шести тысяч легковых автомобилей, а до конца этого года еще 500 человек будут обеспечены квартирами. Нас вдохновляет, принятая Вами, широкомасштабная программа самозанятости, в которую будут привлечены инвалиды войны и семьи шехидов. Это существенно улучшит социальную обстановку в Республике. Огромное спасибо Вам за все это! В целом мы ветераны, благодаря Вашему мудрому руководству, уверены в будущем, счастливой судьбе подрастающего поколения. От имени Президиума Совета ветеранов войны, труда, вооруженных сил, генерал-полковник Тофик Агагусейнов

Hamısını oxu
Bəxtiyar Məmmədov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri ilə görüşüb

Mayın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. "NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüş zamanı ölkəmizdə veteranlara göstərilən diqqət və qayğıdan, onların ictimai həyatdakı rolunun artırılması istiqamətində həyata keçirilən tədbirlərdən, eyni zamanda gənclərin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi ilə bağlı görülən işlərdən danışılıb. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində veteranların sosial müdafiəsinin gücləndirilməsi daim diqqətdə saxlanılır. Görüşdə təşkilatın fəaliyyəti və qarşıya qoyulan hədəflərdən bəhs olunub. Vətən müharibəsində qazanılan tarixi Zəfərin 5 illiyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasından başlanılmaqla, ölkəmizin digər yerlərində də tədbirlərin keçiriləcəyi qeyd edilib. Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülviyyə Həmzəyeva görüşdə iştirak edib.      

Hamısını oxu