Polkovnik Cəlil Xəlilov Azərbaycan qadınlarını 8 Mart münasibətilə təbrik edib
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 8 Mart münasibətilə Azərbaycan qadınlarını təbrik edib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 8 Mart münasibətilə Azərbaycan qadınlarını təbrik edib.

25 yanvar 2021-ci ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin nümayəndələrinin görüşü keçirilmişdir. Görüşdə Respublika Veteranlar Təşkilatının dünyada sülhün təmin olunmasında fəaliyyəti, Rusiya Federasiyasının veteran təşkilatları və digər qurumları ilə əlaqələri haqqında qonaqlara məlumat verildi. Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi ilə əlaqələrin möhkəmləndirilməsi və bundan sonrada əməkdaşlığın davam etdirilməsi məsələləri müzakirə edildi. Görüşün sonunda xatirə şəkilləri çəkilmişdir.
Hamısını oxu
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin doğum günüdür. O, 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib. Milli Qəhrəmanımız Yunan-Roma güləşi üzrə dəfələrlə respublika, ümumittifaq və beynəlxalq yarışların qalibi olub. Onun rəhbərliyi ilə yetişmiş səkkiz nəfər respublika və SSRİ çempionu olub, 10-dan çox idman ustası, beynəlxalq turnirlərin qalibləri, Heydər Məmmədəliyev isə güləş üzrə dünya çempionu olub. Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sırasına qoşulub. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandirinin təchizat üzrə müavini təyin edilib. 1992-ci il sentyabrın 30-da Laçın rayonu istiqamətində döyüşə rəhbərlik edib. O, həmin ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini dörd gün ərzində ermənilərdən azad edib. Milli Qəhrəmanın son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. “Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub.
Hamısını oxu
“Avrasiya Əməkdaşlıq Fondunun “Bakı Münaqişə Məktəbi-2025” layihəsi xalqımızın milli-mənəvi dəyərləri ilə ziddiyyət təşkil edir və məkrli məqsədlərə hesablanıb”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Cəlil Xəlilov qeyd edib ki, “no war”çu axtarışına çıxan Avrasiya Əməkdaşlıq Fondu, bu kimi layihələrlə Azərbaycan gəncliyini milli-mənəvi dəyərlərdən uzaq salmağa çalışır: “Fondun “Bakı Münaqişə Məktəbi-2025” layihəsi vasitəsilə yürütdüyü siyasət gənclərimiz və gələcəyimizlə bağlı ciddi təhdidlər ehtiva edir. “No war”çu gənclər axtarışına çıxan, müti, mübarizə əzmindən, milli şüurdan məhrum gənclər yetişdirməyə çalışan Avrasiya Əməkdaşlıq Fondu gənclərimizlə xalqımızın mənəvi dəyərləri arasında sədd çəkməyə çalışır. Maraqlı nüanslardan biri də ondan ibarətdir ki, ölkəmizdə qeyri-ənənəvi dəyərlərin təbliğini həyata keçirməyə çalışan bu Fond Ermənistanda tamam fərqli ideyaları təbliğ edir. Erməni revanşizmini dəstəkləyən Fond Ermənistanda həyata keçirdiyi layihələrdə “no war”çu axtarmır, hər hansı təslimiyyət və imtinadan söhbət açmır. Açıq-aşkar görünür ki, Fondun məqsədi Azərbaycanı Ermənistan qarşısında mənəvi-psixoloji baxımdan zəif salmaqdır. Çünki hər kəsə, eləcə də Ermənistan və onun havadarlarına da məlumdur ki, xalqımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində, antiterror əməliyyatında əldə etdiyi tarixi qələbənin avanqardı gənclər, onların yüksək mənəvi dəyərlərlə silahlanması olub. Bu gün Avrasiya Əməkdaşlıq Fondu müxtəlif layihələr və adlar altında təxribatla məşğuldur. Onun tabe olduğu Avrasiya Fondunun İdarə Heyəti və Himayəçilər Şurasının tərkibinə baxdıqda hər şey məlum olur. Fondun İdarə Heyətində vətəndaş fəallığı və liderlik üzrə baş direktor Hrach Topalyan-dır. Azərbaycan milli dəyərlərinə, ənənəvi həyat tərzinə nifrət edənləri, bu müqəddəs dəyərləri alçaltmaqla topalyanların gözündə ucalmaq istəyənləri bu xəyanətkar yoldan çəkinməyə dəvət edirik. Hesab edirəm ki, Avrasiya Əməkdaşlıq Fondunun Azərbaycanda fəaliyyətinin dayandırılmasının vaxtı çatıb. Xəyanət yuvasına çevrilən bu təşkilata sıralarımızda yer olmamalıdır, orada əli bu işlərə bulaşanların fəaliyyəti ciddi təştif olunmalıdır”.
Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda keçiriləcək Sülh Şurasının ilk iclasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə bu ölkədə işgüzar səfərdədir. Fevralın 18-də dövlətimizin başçısı Vaşinqtonda Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) icraçı direktoru Elliot Brandt və digər rəhbər heyəti ilə görüşüb. Söhbət zamanı Amerika İsrail İctimai Əlaqələr Komitəsinin nümayəndə heyətinin ölkəmizə səfəri və dövlətimizin başçısı ilə görüşləri məmnunluqla xatırlandı. Azərbaycanda bütün dinlərin və mədəniyyətlərin nümayəndələrinin bir ailə kimi sülh və mehribanlıq şəraitində yaşadıqlarını, bunun dünya üçün nümunə olduğunu deyən Elliot Brandt ölkəmizdə yəhudi icmasına dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin əsrlər boyu harmoniya şəraitində yaşadıqlarını vurğuladı, tolerant mühitin ölkəmiz üçün tarixən həyat tərzi olduğunu dedi. Görüşdə Azərbaycanın dinlər və mədəniyyətlər arasında dialoq prosesinə qlobal səviyyədə verdiyi töhfələr yüksək qiymətləndirildi. Söhbət zamanı, həmçinin Azərbaycan-ABŞ əlaqələrinə toxunuldu, Donald Trampın hakimiyyətə gəlməsindən sonra ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyi vurğulandı. Bir müddət əvvəl Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə uğurlu səfərinə və “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanmasının əhəmiyyətinə toxunuldu. Bu Xartiyada ölkələrimiz arasında ənənəvi əməkdaşlıq sahələri ilə yanaşı, süni intellekt və rəqəmsal transformasiya məsələlərinin də prioritet istiqamətlər kimi müəyyən edildiyi qeyd olundu. Amerika İsrail İctimai Əlaqələr Komitəsinin Azərbaycan-ABŞ və Azərbaycan-İsrail ikitərəfli münasibətlərinin dərinləşdirilməsində rolu vurğulandı. Görüşdə ölkəmizlə bu təşkilat arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Hamısını oxu