Prezident İlham Əliyevin sosial media hesablarında Ramazan bayramı münasibətilə paylaşım edilib
Hörmətli həmvətənlər! Sizi mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm.

Hörmətli həmvətənlər! Sizi mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm.

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 1 iyul 2026-cı il tarixində Qəbələ rayonuna səfər edib, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Qəbələ Rayon Şöbəsində veteranlarla görüşüb. Görüşdə Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev, SHXÇDX-nin Qəbələ Rayon Şöbəsinin rəisi polkovnik-leytenant Lətif Heydərov, rayon ağsaqqalları, müharibə və əmək veteranları iştirak edib. Görüşdə Azərbaycan dövlətinin veteran və şəhid ailələrinə olan qayğısından bəhs edən polkovnik Cəlil Xəlilov, Qəbələdə yerli icra orqanlarının da bu məsələyə xüsusi həssaslıqla yanaşdığını bildirib, buna görə rayon rəhbərliyinə təşəkkür edib. Tədbir əsnasında əmək veteranı Məzahir Şabanov yekdilliklə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Qəbələ Rayon Şöbəsinin sədri seçilib. Yeni sədrə fəaliyyətində uğurlar arzulayan polkovnik Cəlil Xəlilov, tədbir iştirakçılarını maraqlandıran suallara cavab verib, respublikamızın inkişafı və tərəqqisi naminə veteranların bundan sonra da Prezident İlham Əliyevin ətrafında sıx birləşməsinin vacibliyini vurğulayıb. Seymur ƏLİYEV
Hamısını oxu
Məlum olduğu ki, İran müharibəsinin gedişatında təyyarəsi vurulan və bu səbəbdən də katapult etmək məcburiyyətində qalan iki pilotun xilasına ABŞ yüzlərlə şəxsi heyət, bir neçə təyyarə və təxminən 300 milyon dollar vəsait xərcləyib. Moderator.az ABŞ hərbi nəşrinə istinadən xəbər verir ki, bugenlərdə pilotların xilası üçün böyük pulların sərf edilməsi və ciddi risklərin hansı səbəbdən gözə alınması məlum olub. Nə qədər inanılmaz görünsə də, bu qədər bahalı və təhlükəli əməliyyat digər hərbçilərin dövlətə və orduya olan inamını qorumaq üçün gerçəkləşib: “Vurulan şəxsi heyətin xilas edilməsi sadəcə bir missiya deyil; bu, bir inancdır. Hərbi qulluqçular ilk gündən təlim keçirlər ki, əgər onlar təcrid olunmuş, yaralanmış və ya düşmən xətlərinin arxasında qalsalar, kimsə onların arxasınca gələcək. Bu inanc davranışı dəyişdirir. Bu, pilotların mübahisəli hava məkanına necə uçduğunu formalaşdırır. Bu, kiçik bölmələrin atəş altında necə fəaliyyət göstərməsinə təsir göstərir. Bu, tərəddüdün həyatlarına başa gələ biləcəyi anlarda verilən qərarlara təsir göstərir. Hərbi qulluqçular tərk edilməyəcəklərinə inandıqda, bu, etimadı gücləndirir, qərar qəbuletməni kəskinləşdirir və ən vacib olanda hərəkət etmək iradəsini gücləndirir”. Seymur ƏLİYEV
Hamısını oxu
26 May 2016 - cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları Təşkilatında Respublika gününə həsr edilmiş adlı konsert proqramı baş tutdu. “Gənclərdə milli ruhun gücləndirməsi” şüarı altında keçırilən konsert proqramının təşəbbüskarları Bakı Slavyan Universiteti tələbələri idi. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə baş tutdu.Daha sonra ölkəmiz uğrunda canlarını fəda etmiş şəhidlərimizin xaritəsi bir dəqiqəlik sükutla anıldı. Tədbiri giriş sözü ilə Müharibə , Əmək və Silahlı Qüvvələr veteranları Təşkilatının əməkdaşı Səidə Abdullayeva açaraq, qonaqları salamladı və iki nəslin Şərqdə ilk demokratik ölkə olan Azərbaycanımızın yaranma gününü qeyd etməsinin simvolik məna daşıdığını vurğuladı. Sonra çıxış üçün söz Müharibə , Əmək və Silahlı Qüvvələr veteranları Təşkilatının sədri, e.o. general- mayor Dadaş Rzayevə təqdim olundu. O, veteranları və gəncləri salamlayaraq, Respublika gününün əlamətdar bir hadisə olduğunu qeyd etdi. O cümlədən, müstəqillik uğrunda canından keçmiş şəxslərə və vetranlara göstərilən dövlət qayğısından danışdı. Gənclərin bu təşəbbüsünü alqışlayaraq, onlara təhsildə və ictimai həyatda uğurlar arzuladı. Ardınca söz alan tələbə - layihənin təşkilatçılarından biri Xanım Bünyatova 28 may Respublika günü munasibətilə hər kəsi təbrik etdi, təşkilata, veteranlara onlara yaradılan şəraitdən dolayı təşəkkürünü bildirdi. Gənclərdə milli ruhun güclənməsində veteranların rolundan danışdı, sözü BSU pedaqoji kollektivini təmsil edən, dosent Lalə xanıma təqdim etdi. Lalə xanım, gənclərin vətənpərvərlik tərbiyəsinin onların təhsilində böyük əhəmiyyəti olduğunu vurğuladı. Çıxışlardan sonra bədii hissə musiqisi bəstəkar Sevinc Tofiqqızının vətənpərvəlik mövzusunda çəkilmiş “İgidlər yurdusan, ey Azərbaycan” adlı klip nümayişi ilə başlandı. Bəstəkər Sevinc xanım musiqinin ərsəyə gəlməsindən danışdı və bu musiqinin Qarabağda səslənməsini arzuladı.
Hamısını oxuVeteran.gov.az Azərbaycan Respublikası Atçılıq Federasiyasına istinadən xəbər verir ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kral Ailəsinin üzvlərinin şərəfinə ənənəvi olaraq hər il təşkil edilən “Vindzor Kral Atçılıq Şousu” uğurla başa çatmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək diqqəti və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə milli sərvətimiz olan Qarabağ atlarının qorunması və dünya miqyasında tanınması istiqamətində mühüm işlər görülmüş, əhəmiyyətli addımlar atılmışdır. Görülmüş məqsədyönlü tədbirlərdən biri də qədim və unikal mədəniyyətimizin təbliği üçün olduqca əhəmiyyətli platformaya çevrilən və 2012-ci ildən etibarən ölkəmizin dəvət aldığı “Vindzor Kral Atçılıq Şousu”nda Azərbaycanın layiqincə tanıdılmasıdır. Hər il geniş tərkibli nümayəndə heyətinin təqdim etdiyi bənzərsiz şou-proqramlar və performanslar “Vindzor Kral Atçılıq Şousu”nun əvəzolunmaz tərkib hissəsinə çevrilmişdir. Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi və rəqs ansamblı ölkəmizi “Vindzor Kral Atçılıq Şousu”nda növbəti dəfə uğurla təmsil etmiş, göstərdikləri performansları, qədim tariximizi və milli geyimlərimizi əks etdirən çıxışları ilə tamaşaçıların diqqətini cəlb etməyi bacarmış, onların marağına səbəb olmuşlar. Tədbir zamanı milli musiqi alətlərimizdə səslənən musiqilər, “Sərhədçi” rəqs ansamblının enerji dolu rəqsləri və Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində nümayiş etdirdiyi igidlik və cəsarət nümunələri Böyük Britaniya tamaşaçısının rəğbətini qazanmışdır. Tədbirin ilk günündən ardıcıl olaraq 20 dəqiqə davam edən şou müddətində süvarilərimiz yüksək peşəkarlığı və dəqiqliyi ilə seçilmişdir. “Vindzor Kral Atçılıq Şousu”nda ölkəmizin zəngin mədəniyyətini əks etdirən sənət nümunələri təqdim edilmiş, Heydər Əliyev Fondunun təşkil etdiyi və maraqla qarşılanan Azərbaycan pavilyonu barədə qonaqlara ətraflı məlumat verilmişdir. Tədbir çərçivəsində Azərbaycan Respublikasının nümayəndə heyəti tərəfindən Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, zəngin mədəni irsinin və əsrlər boyu formalaşmış yüksək sənət ənənələrinin ifadəsi kimi Şirvan xalçası və Faik Hacıyevin əsəri olan “Dilbaz atı üzərində Azərbaycan döyüşçüsü” heykəli hədiyyə edilmişdir. Tədbirin yekununda “Land of Fire – Azerbaijan” polo komandasının Böyük Britaniyanın Vindzor şəhərini təmsil edən “Guards” polo komandası ilə dostluq görüşü keçirilmiş və görüş təmsilçimizin 7-5 hesablı qələbəsi ilə başa çatmışdır. Fərid İmranlı
Hamısını oxu