Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Yasamal rayonunda stolüstü tennis idman növü üzrə yarış keçirilib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə idman yarışları çərçivəsində stolüstü tennis turniri keçirilib.

21.04.2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecində baş tutan stolüstü tennis turnirində YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov, Azərbaycan Dövlət Pedaqoji Kollecin direktoru Amalya Sezgin, kollecin idman klubunun rəhbərliyi və yarış iştirakçıları iştirak edib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Azərbaycan Dövlət Pedaqoji Kollecin direktoru Amalya Sezgin, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov çıxış edərək bildiriblər ki, Azərbaycanda müasir idman siyasətinin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş uzaqgörən və məqsədyönlü strateji kursa əsaslanır. Məhz bu kurs nəticəsində idman sahəsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmiş, gənclərin fiziki və mənəvi inkişafı üçün möhkəm zəmin yaradılmışdır. Bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə davam etdirilir, ölkədə idmanın inkişafı üçün yeni infrastruktur layihələri həyata keçirilir, beynəlxalq standartlara cavab verən idman kompleksləri istifadəyə verilir və Azərbaycan idmançıları üçün geniş imkanlar formalaşdırılır. Qeyd olunub ki, müxtəlif səviyyəli idman yarışlarının təşkili gənclər arasında idmanın kütləviliyinin artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Belə tədbirlər sağlam həyat tərzinin təbliği ilə yanaşı, gənc nəslin zərərli vərdişlərdən uzaqlaşdırılmasına, onların fiziki hazırlığının gücləndirilməsinə və cəmiyyətə faydalı vətəndaş kimi formalaşmasına mühüm töhfə verir. Eyni zamanda bu yarışlar gənclər arasında dostluq, həmrəylik və sağlam rəqabət mühitinin yaranmasına xidmət edir, onların sosial fəallığını artırır və ictimai həyata daha aktiv qoşulmalarını stimullaşdırır. Eyni zamanda vurğulanıb ki, həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində Azərbaycan beynəlxalq idman aləmində öz mövqeyini daha da gücləndirir. Ölkəmiz nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi etməklə yanaşı, idmançılarımızın qazandığı yüksək nailiyyətlər sayəsində dünya idman ictimaiyyətində böyük hörmət qazanır. Sonda çıxış edənlər yarış iştirakçılarına uğur arzulayıblar.

Stolüstü tennis yarışı iştirakçılar arasında yüksək rəqabət şəraitində keçib. Yarışın sonunda qalib komandanların üzvlərinə müvafiq olaraq diplom və medallar təqdim olunub.

Sonda xatirə şəkilləri çəkdirilib.

 

2026-04-21 20:13:00
1602 baxış

Digər xəbərlər

Bakıda “Xocalı şahidləri danışır” kitabının təqdimatı keçirilib

Fevralın 22-də Beynəlxalq Mətbuat Mərkəzində “Xocalı şahidləri danışır” kitabının təqdimatı keçirilib. AZƏRTAC xəbər verir ki, “Azərbaycan” qəzetinin nəşr etdiyi kitabda Xocalı soyqırımının şahidi olan insanların acı xatirələri əksini tapıb. Kitabın ideya müəllifi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, redaktoru “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, buraxılışa məsul Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, tərtibçisi isə “Azərbaycan” qəzetinin şöbə redaktoru İxtiyar Hüseynlidir. Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə nəşr olunub. Bilik Fondunun icraçı direktoru Oktay Səmədovun moderatorluğu ilə keçirilən təqdimat mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov çıxış edərək Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasətin ağır nəticələrindən danışıb. Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, bu gün təqdimatı keçirilən kitab vaxt gələcək ermənilərə qarşı ittiham zamanı istifadə ediləcək, onların çirkin əməllərini üzə çıxaracaq. Bu kitabda Xocalı soyqırımının şahidlərinin, işgəncələrə məruz qalan insanların çətinliklə danışa bildikləri yazılar yer alıb. Bahar Muradova bu gün Azərbaycan həqiqətlərinin, xüsusilə Xocalı soyqırımı ilə bağlı faktların dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən də danışıb. Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov kitabda toplanan materialların önəmindən danışıb. O deyib ki, Xocalı soyqırımını törədənlər gec-tez mütləq öz layiqli cəzalarını alacaqlar. Sonra “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Milli Məclisin deputatı Rafael Cəbrayılov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri Elçin Əhmədov, Xocalı sakini Mehriban Əliyeva çıxış edərək kitab haqqında fikirlərini bildiriblər. Çıxış edənlər Xocalı soyqırımının ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biri olduğunu qeyd ediblər. Vurğulanıb ki, bu gün Azərbaycan dövləti Ermənistanın cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görür və hər birimiz bu işlərdə yaxından iştirak etməliyik.

Hamısını oxu
Bir ömrün salnaməsi, bir xalqın taleyi: Heydər Əliyev irsi

Tarixdə elə şəxsiyyətlər var ki, onların adı yalnız yaşadıqları dövrün deyil, bütöv bir xalqın taleyinin, dövlətçilik yolunun və milli dirçəliş salnaməsinin ayrılmaz hissəsinə çevrilir. Belə şəxsiyyətlər zamanın fövqünə yüksələrək ən çətin məqamlarda xalqın qarşısında duran məsuliyyəti öz üzərinə götürür, gələcəyə gedən yolun istiqamətini müəyyənləşdirirlər. Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycan dövlətçiliyinin memarı Heydər Əliyevin həyat və fəaliyyət yolu da məhz belə böyük tarixi missiyanın parlaq nümunəsidir. Heydər Əliyev fenomeni bir insan ömrünün çərçivəsinə sığmayan, bir xalqın taleyi ilə qovuşan böyük bir siyasi salnamədir. Onun adı Azərbaycan tarixində uzaqgörən dövlət siyasətinin, möhkəm iradənin, milli maraqlara sarsılmaz bağlılığın və xalqına sonsuz sədaqətin rəmzi kimi yaşayır. 57 illik böyük bir tarixi yolun mahiyyətini iki möhtəşəm nəticə ilə ifadə etmək mümkündür: dünyanın siyasi xəritəsində güclü və nüfuzlu Azərbaycan dövləti formalaşdı, Qarabağda isə Zəfər bayrağı dalğalandı. Bu yolun hər bir mərhələsi xalqın öz lideri ilə birlikdə keçdiyi ağır sınaqların, böyük mübarizələrin və möhtəşəm qələbələrin salnaməsidir. 1987-1993-cü illər arasında yaşanan Əliyevsizlik dövrü Azərbaycan xalqına Ulu Öndərin dövlətçilik baxışının, siyasi iradəsinin və liderlik qüdrətinin əsl dəyərini daha dərindən anlatdı. Xalq məhz həmin mürəkkəb illərdə Heydər Əliyev şəxsiyyətinin tarixi əhəmiyyətini daha aydın dərk etdi və onu yenidən ölkənin taleyində həlledici söz sahibi kimi görmək istədi. Sonrakı illər isə göstərdi ki, Heydər Əliyevin siyasi irsi yalnız müəyyən bir dövrün hadisəsi deyil, müstəqil Azərbaycanın davamlı inkişaf strategiyasına çevrilmiş böyük dövlətçilik məktəbidir. Onun müəyyən etdiyi yol zamanın sınaqlarından keçərək bu gün də ölkənin siyasi, iqtisadi və mənəvi yüksəlişinin əsas dayaqlarından biri olaraq qalır. Tale ilə tarix birləşəndə böyük şəxsiyyətlər meydana çıxır. Heydər Əliyevin Naxçıvandan Bakıya, oradan Kreml zirvələrinə, daha sonra yenidən Azərbaycanın rəhbərliyinə uzanan həyat yolu əslində bir insanın deyil, bütöv bir xalqın taleyinin təcəssümüdür. Bu yolun hər səhifəsində mübarizə də var, qələbə də; böhran da var, yüksəliş də; sınaq da var, xilaskarlıq missiyası da. 1969-cu il iyulun 14-də başlanan ilk rəhbərlik mərhələsi Azərbaycanın gələcək inkişaf tarixində dönüş nöqtəsinə çevrildi. Həmin dövrdə ölkənin qarşısında duran əsas vəzifələr iqtisadi geriliyin aradan qaldırılması, istehsal imkanlarının genişləndirilməsi, sənayenin inkişaf etdirilməsi və milli kadr potensialının formalaşdırılması idi. Heydər Əliyev rəhbərliyə gəldiyi ilk gündən Azərbaycanı yalnız mövcud problemlərdən çıxarmağı deyil, gələcəyin müstəqil dövləti üçün möhkəm təməl yaratmağı qarşısına məqsəd qoydu. Onun təşəbbüsü və qətiyyəti ilə həyata keçirilən genişmiqyaslı layihələr nəticəsində Azərbaycan qısa müddətdə keçmiş ittifaqın geridə qalan respublikalarından birindən qabaqcıl sənaye və iqtisadi potensiala malik bir ölkəyə çevrildi. Bu illərdə yaradılan yeni müəssisələr, qurulan sənaye kompleksləri, inkişaf etdirilən istehsal sahələri və yetişdirilən peşəkar milli kadrlar gələcək müstəqil Azərbaycanın əsas dayaqlarına çevrildi. Əslində, 1969-1982-ci illər yalnız iqtisadi yüksəliş dövrü deyil, Azərbaycanın istiqlal yoluna hazırlıq mərhələsi idi. Heydər Əliyev üçün sovet Azərbaycanı gələcək müstəqil dövlətin sınaq meydanı, milli və iqtisadi potensialın formalaşdırıldığı strateji bir mərhələ idi. O, dövlət idarəçiliyində milli kadrların rolunu artırır, Azərbaycanın iqtisadi imkanlarını genişləndirir, ölkənin gələcək suverenliyi üçün vacib olan dayaqları yaradırdı. Neft sənayesinin inkişafı, sənaye potensialının gücləndirilməsi, gənclərin SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi, milli mütəxəssislər ordusunun formalaşdırılması gələcək Azərbaycanın idarə olunması üçün düşünülmüş strateji addımlar idi. Eyni zamanda Heydər Əliyev milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət yetirirdi. Azərbaycan dilinin, tarixinin, mədəni irsinin və milli kimliyinin yaşadılması istiqamətində atılan addımlar xalqın özünüdərk prosesinin güclənməsinə xidmət edirdi. Beləliklə, 1969-cu ildən başlayan böyük inkişaf mərhələsi Azərbaycanın yalnız iqtisadi deyil, həm də mənəvi dirçəliş dövrünə çevrildi. Həmin illərdə yaradılan güclü təməl sonrakı mərhələdə müstəqil Azərbaycanın siyasi və iqtisadi qüdrətinin əsasını təşkil etdi. Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq siyasəti yalnız iqtisadi göstəricilərin yüksəldilməsi ilə məhdudlaşmırdı. Bu siyasət həm də xalqın milli özünüdərk prosesinin güclənməsinə, elm, təhsil, mədəniyyət sahələrinin inkişafına, milli-mənəvi dəyərlərin qorunmasına və gələcək nəsillər üçün sağlam dövlətçilik düşüncəsinin formalaşmasına xidmət edirdi. 1969-1982-ci illər Azərbaycanın inkişaf tarixində öz miqyası və əhəmiyyəti ilə xüsusi yer tutan, ölkənin gələcək müstəqilliyi üçün etibarlı zəmin yaradan quruculuq dövrü kimi yadda qaldı. Sovet ideologiyasının hakim olduğu bir zamanda milli kimliyi qorumaq məsələsi də böyük cəsarət tələb edirdi. Ümummilli Lider Heydər Əliyevin ən böyük tarixi qələbələrindən biri də məhz Azərbaycan dilinin dövlət dili kimi o dövrdə Konstitusiyada təsbit edilməsinə nail olması idi. Bu, ittifaq respublikaları arasında nadir hadisə idi. Ulu Öndər sovet sisteminin daxilində Azərbaycan faktorunu diqqət mərkəzinə qoymağı bacaran yeganə lider idi. O, ittifaq büdcəsindən Azərbaycana ən böyük dotasiyaların ayrılmasını təmin edir, respublikanı ittifaqın donoruna çevirirdi. İqtisadi güc, milli kadrlar, dövlət dili və hərbi baza 1991-ci ildə müstəqilliyi bərpa olunan Azərbaycanın üzərində dayandığı fundamental sütunlar oldu. Bugünkü qüdrətli Azərbaycanın da memarlıq layihəsi məhz həmin illərdə cızıldı. Ulu Öndərin həyatı və siyasi fəaliyyəti hər bir azərbaycanlı üçün milli qürur mənbəyi, dövlətçilik məktəbi və vətənpərvərlik nümunəsidir. Heydər Əliyevin siyasi fəaliyyəti yalnız müəyyən bir tarixi mərhələnin deyil, bütöv bir epoxa - salnamədir. Onun həyat yolu Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Ulu Öndər xalqının gələcəyini uzaqgörənliklə düşünən, dövlətçilik ənənələrini qoruyub inkişaf etdirən, milli maraqları hər zaman üstün tutan və Azərbaycanın dünya dövlətləri sırasında layiqli yer tutması üçün fundamental addımlar atan böyük siyasi xadim idi. Onun siyasi irsi zaman keçdikcə daha aydın görünür, qəbul etdiyi qərarların və həyata keçirdiyi strategiyanın tarixi əhəmiyyəti daha dərindən dərk olunur. Bu gün Azərbaycanın əldə etdiyi siyasi sabitlik, iqtisadi güc, beynəlxalq nüfuz və davamlı inkişaf yolu məhz Ulu Öndərin müəyyən etdiyi strateji xəttin uğurlu davamıdır. 1990-cı illərin əvvəllərində Azərbaycan tarixin ən ağır sınaqları ilə üz-üzə qalmışdı. Moskvaya satılmış xəyanətkar rəhbərlər və heç bir idarəçilik bacarığı olmayan siyasi qüvvələr səriştəsizlikləri ilə ölkəmizi dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdular. Hakimiyyət çəkişmələri, xaos və Ermənistanın işğalçılıq siyasəti dövlətimizi yox olmaq, dağılmaq təhlükəsinə sürükləyirdi. Belə taleyüklü məqamda qədirbilən xalqımızın gözü öz böyük oğlunu, Vətənin ümid çırağını axtarırdı. 1990-cı il yanvarın 21-də həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib cəsarətli bəyanat verən siyasi xadim Heydər Əliyev xalqın qurtuluş mübarizəsinin önünə keçdi. Böyük Heydər Əliyev 1990-cı ilin iyulunda Bakıya qayıtdıqdan sonra mövcud siyasi rəhbərliyin qısqanclığı ilə qarşılaşdı və doğulub boya-başa çatdığı doğma Naxçıvana üz tutdu, orada bütün Azərbaycanın qurtuluş mübarizəsini başlatdı. Bu dövrdə Naxçıvan olduqca acınacaqlı, çıxılmaz vəziyyətə düşmüşdü. Mürəkkəb tarixi şəraitdə uzaqgörən lider Heydər Əliyev misilsiz siyasi dühası və dövlət müdrikliyi sayəsində ermənilərin Naxçıvanı işğal planını boşa çıxardı. Blokada şəraitində olan muxtar respublikanı həm işğaldan qorudu, həm də bu qədim diyarda ilk dəfə üçrəngli bayrağımızı dövlət rəmzi kimi ucaltdı. 90-cı illər Azərbaycan tarixinin ən mürəkkəb və ağır sınaq dövrlərindən biri idi. Ölkə daxilində siyasi böhran dərinləşir, dövlət idarəçiliyi zəifləyir, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü genişlənirdi. 1993-cü ildə Azərbaycan ağır siyasi böhran, iqtisadi çətinliklər və dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşəndə xalq yenidən öz xilaskarını Heydər Əliyevin simasında gördü. Həmin ilin iyununda Naxçıvandan Bakıya gələn Ulu Öndər zəngin dövlətçilik təcrübəsi, dərin siyasi zəkası və qətiyyətli mövqeyi ilə ölkəni böhranlı vəziyyətdən çıxarmağa nail oldu. O, Azərbaycanın müstəqilliyini qorudu, dövlət idarəçiliyini möhkəmləndirdi və müasir Azərbaycan dövlətinin inkişaf strategiyasının əsasını qoydu. Xalqın iradəsi və təkidi ilə baş tutan bu dönüş Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcını qoydu. Tarixə Milli Qurtuluş Günü kimi daxil olan həmin hadisə əslində yalnız hakimiyyət dəyişikliyi deyil, Azərbaycanın dövlət kimi xilasının, müstəqilliyinin qorunmasının və gələcək inkişaf yolunun müəyyənləşdirilməsinin başlanğıcı oldu. Ulu Öndər pərən-pərən düşmüş cəmiyyəti yenidən bir yerə topladı. Milli vəhdətə nail oldu, vətəndaş müharibəsinin, qardaş qırğınlarının qarşısını aldı. Xaosu, anarxiyanı ortadan götürdü. Ölkənin demokratik inkişafı üçün böyük təhlükə törədən qanunsuz hərbi qruplaşmaları zərərsizləşdirdi. 1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ilə hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğuna doğru mühüm addımlar atdı. Ulu Öndərin elan etdiyi yeni neft strategiyası, 1994-cü ildə dünyanın aparıcı neft şirkətləri ilə imzalanmış "Əsrin müqaviləsi” Azərbaycanın gələcək sosial-iqtisadi inkişafının rəhninə çevrildi. 1997-ci ildə Heydər Əliyev milyonlarla insanımızın çörək təknəsi olan torpağın ədalətlə özəlləşdirilməsinə nail oldu. Bu, tariximizdə bir ilk idi. Azərbaycanın minillik tarixində hələ heç vaxt kəndli öz torpağının ağası olmamışdı. Ulu Öndər Heydər Əliyev öz dərin zəkası ilə zamanı qabaqlamış, iradəsi ilə taleyin axınını dəyişmiş bir dünya lideridir. Ümummilli Liderin simasında biz yalnız qüdrətli dövlət xadimini yox, eyni zamanda öz xalqının ruhuna dərindən bələd olan, onun ağrılarını özününkü bilən və gələcəyini zərgər dəqiqliyi ilə inşa edən dahi bir strateqi görürük. Heydər Əliyev dühası ən çətin məqamlarda ümidsizliyə qapılan kütləni vahid millətə çevirməyi bacaran, milli mənlik şüurunu yenidən oyadan, onu formalaşdıran bir məşəldir desək, yanılmarıq. Ümummilli Liderin hər bir qərarı, hər bir siyasi addımı və söylədiyi hər bir kəlam Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olması məqsədinə xidmət edirdi. Bu baxımdan Heydər Əliyevin həyat və fəaliyyət yolu yalnız keçmişə aid xatirə deyil, həm də bu günümüzün və gələcəyimizin möhkəm dayağıdır. Onun anadan olmasının 103-cü ildönümünün qeyd edilməsi də sadəcə böyük bir şəxsiyyətin xatirəsinə ehtiram deyil, eyni zamanda onun xalqımıza bəxş etdiyi ən böyük mirasın – müstəqil, güclü və qalib Azərbaycanın uğurlarının təntənəsidir. 103 il öncə başlayan bu şərəfli ömür yolu bu gün azad Şuşada, dirçələn Qarabağda, doğma Naxçıvanda və müasir Bakının simasında, bir sözlə, ölkəmizin hər guşəsində əbədiyaşarlıq qazanıb. Heydər Əliyev yolu tükənməz bir enerji və inkişaf mənbəyidir. Ulu Öndər elə bir dövlət binası qurub, inşa edib ki, bu gün həmin bina Zəfər tacı ilə bəzənmiş, ərazi bütövlüyünü bərpa etmiş qüdrətli bir Azərbaycanın simvoluna çevrilib. 2003-cü ildən etibarən Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev Heydər Əliyev kursunu yeni dövrün tələblərinə uyğun olaraq inkişaf etdirməyə başladı. Dövlətimizin başçısının müəyyənləşdirdiyi uzaqgörən siyasi kurs nəticəsində ilk onillikdə ölkə iqtisadiyyatının misli görünməmiş artımı təmin edildi. Azərbaycan neft və qaz ixracatçısından regionun enerji mərkəzinə və nəqliyyat qovşağına çevrildi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, "Cənub qaz dəhlizi" kimi nəhəng layihələr ölkəni qlobal iqtisadiyyatın ayrılmaz hissəsi halına gətirdi. Prezident İlham Əliyev iqtisadi güc və diplomatik üstünlüyün hərbi qüdrətlə tamamlanmalı olduğunu çox gözəl bilirdi. Ona görə də ölkənin hərbi büdcəsi artırıldı, ən müasir silahlar alındı və daxili müdafiə sənayesi quruldu. Ən əsası isə Prezident İlham Əliyevin səyi ilə cəmiyyətimizdə vətənpərvərlik ruhu daha da yüksəldildi və yeni vətənpərvər nəsil yetişdirildi. Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyinin möhtəşəm yekunu 2020-ci ildə reallaşdı. 44 günlük Vətən müharibəsi Azərbaycanın hərbi və diplomatik qələbəsi ilə nəticələndi. Xalqımızın milli qeyrət simvoluna çevrilmiş Şuşanın azad edilməsindən sonra Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin xalqa müraciəti tarixə düşdü: "Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır!" Ulu Öndərin uzaqgörən siyasəti və Müzəffər Ali Baş Komandanın qətiyyəti birləşərək Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Prezident İlham Əliyevin rəhbərliyi dövründə qazanılan uğurlar yalnız hərbi və enerji sahələri ilə məhdudlaşmır, bura dövlət idarəçiliyinin müasirləşdirilməsi, beynəlxalq nüfuzun artırılması və milli intibahın bütün sahələri daxildir. Diplomatik müstəvidə Azərbaycanın çoxsaylı uğurları, bir neçə mühüm beynəlxalq tədbirə evsahibliyi etməsi ölkə rəhbərinin xarici siyasətinin zirvə nöqtələrindən hesab olunur. Əldə edilən nailiyyətlər müstəqil Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş kimi qəbul edilməsinin və cənab İlham Əliyevin şəxsi nüfuzunun parlaq sübutudur.  Dövlətimizin başçısı İlham Əliyevin humanitar diplomatiya kursu sayəsində Bakı dünyanın mədəniyyətlərarası dialoq mərkəzinə çevrilib. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Bakı Beynəlxalq Humanitar Forumu kimi tədbirlər vasitəsilə Azərbaycan sivilizasiyalar arasında körpü rolunu möhkəmləndirib. Eyni zamanda I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və "Formula-1" kimi möhtəşəm beynəlxalq idman tədbirlərinin yüksək səviyyədə təşkili ölkənin müasir infrastruktur imkanlarını və təhlükəsizlik səviyyəsini bütün dünyaya nümayiş etdirir. Daxili idarəçilikdə şəffaflığın təmin edilməsi istiqamətində atılan inqilabi addımlar da Prezident İlham Əliyevin mühüm nailiyyətləri sırasındadır.  Ümummilli Lider Heydər Əliyev irsi təkcə siyasi strategiyalar toplusu deyil, həm də dərin humanizm prinsiplərinə söykənən bir məktəbdir. Bu məktəbin ən ali dəyərlərini yaşatmaq, Ulu Öndərin xalqa xidmət fəlsəfəsini real əməllərlə davam etdirmək missiyasını Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva öz üzərinə götürüb. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu yarandığı gündən etibarən Ümummilli Liderin zəngin irsinin öyrənilməsi, təbliği və bu ideyaların gələcək nəsillərə ötürülməsi istiqamətində misilsiz layihələrə imza atıb. Ulu Öndərin ideyalarının siyasi, insani, mədəni və xeyriyyəçilik aspektlərini canlandırıb. Birmənalı vurğulamaq lazımdır ki, Heydər Əliyev Fondu dövlətin həyata keçirdiyi sosial siyasətə ən böyük mənəvi və praktiki dəstəyi verən qurumdur. Fondun fəaliyyəti cəmiyyətin ən həssas təbəqələrini - uşaq evlərini, kimsəsizləri, xəstəlikdən əziyyət çəkən insanları, xüsusilə şəhid və qazi ailələrini əhatə edir. "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək" kimi proqramlar çərçivəsində ölkənin ən ucqar kəndlərində belə müasir təhsil ocaqlarının tikilməsi gənc nəslin böyük Heydər Əliyev ideallarına sadiq, bilikli və vətənpərvər yetişməsinə xidmət edir. Səhiyyə sahəsində həyata keçirilən çoxsaylı layihələr Mehriban xanım Əliyevanın Azərbaycan xalqına bağlılığının və genofondumuzun qorunmasının icrasıdır. Ulu Öndər Azərbaycan mədəniyyətini millətin vizit kartı hesab edirdi. Mehriban xanım Əliyeva bu baxış bucağını beynəlxalq müstəviyə daşıdı. Heydər Əliyev Fondunun təşəbbüsü ilə muğam sənətinin, xalçaçılığın, aşıq sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi tarixi nailiyyətdir. Fondun xaricdə həyata keçirdiyi layihələr, dini və tarixi abidələrin bərpası Azərbaycanın tolerantlıq və multikulturalizm mərkəzi kimi imicini möhkəmləndirib. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən bu işlər Azərbaycanın dünyada sülhsevər, mədəni və sivil dövlət kimi imicini daha da möhkəmləndirib. Bu, əslində, Ulu Öndər Heydər Əliyevin "Azərbaycan dünyaya günəş kimi doğacaq" kəlamının mədəni müstəvidə reallaşmasıdır. Vətən müharibəsindən sonra Heydər Əliyev Fondunun fəaliyyəti yeni və daha şərəfli bir mərhələyə qədəm qoydu. İşğaldan azad edilmiş torpaqlarda, xüsusilə də mədəniyyət paytaxtımız Şuşada tarixi-dini abidələrin bərpası xanım Mehriban Əliyevanın birbaşa nəzarəti altındadır. Vaqif Poeziya Günlərinin, "Xarıbülbül" festivalının yenidən bərpası və rəngarəngliyi ilə dünyaya səs salması Ulu Öndərin ruhunu şad edən ən böyük hadisələrdən biridir. Fondun Şuşadakı məscidləri, muzeyləri və mədəniyyət ocaqlarını bərpa etməsi Azərbaycanın mənəvi qələbəsinin təntənəsidir. Heydər Əliyev Fondu xalqımızın inam yerinə çevrilmiş mənəvi körpüdür. Ulu Öndərin əziz xatirəsi onun adını daşıyan fondun, şəxsən Mehriban xanım Əliyevanın xeyirxah əməllərində, hər bir Azərbaycan vətəndaşının üzündəki təbəssümdə və yenidən dirçələn Qarabağımızn hər bir daşında əbədi olaraq yaşayır və yaşayacaq! Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli birliyin təmin olunması və müstəqil dövlət quruculuğu sahəsindəki müstəsna xidmətlərini daim yüksək qiymətləndirir. Ulu Öndərin zəngin siyasi irsi, dövlətçilik fəlsəfəsi və Azərbaycançılıq məfkurəsi müasir Azərbaycanın davamlı inkişafının ideoloji əsasını təşkil edir. Bu baxımdan, Təşkilat tərəfindən Ümummilli Liderin xatirəsinin əziz tutulması, onun irsinin öyrənilməsi və təbliği, xüsusilə gənc nəslin milli-mənəvi dəyərlərə, vətənpərvərlik və dövlətçilik ənənələrinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Təşkilatımız bundan sonra da Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursunun, milli həmrəylik və Azərbaycançılıq ideologiyasının cəmiyyətimizdə yaşadılmasını özünün əsas mənəvi və ictimai vəzifələrindən biri kimi qəbul edəcəkdir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik  Cəlil Xəlilov    

Hamısını oxu
AzTU regionda bir ilkə imza atdı

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Texniki Universiteti (AzTU) CDİO Təşəbbüsü Universitetlər Şəbəkəsinə üzv qəbul olunub. Bununla bağlı rektor Vilayət Vəliyev rəsmi feysbuk səhifəsində paylaşım edib. Paylaşımda deyilir: “Azərbaycan Texniki Universiteti (AzTU) iki illik yazışma və müzakirələrin nəticəsi olaraq yeni nəsil mühəndis hazırlığında qabaqcıl ənənələrin daşıyıcısı olan CDİO (Öyrən-Layihələndir-Reallaşdır-İşlət) Təşəbbüsü Universitetlər Şəbəkəsinə üzv qəbul olunub. Bu münasibətlə kollektivimizi təbrik edir, CDİO üzvü olaraq yeni nəsil mühəndis hazırlığında uğurlar arzulayıram. Massaçusets Texnologiya İnstitutu (MIT) təşəbbüsü ilə yaradılan CDİO ailəsinə 100-dən çox ən qabaqcıl texniki ali məktəb daxildir. AzTU regionda bu şəbəkəyə daxil olan ilk texniki universitetdir. CDİO ailəsinə üzv qəbul olunmaq bizə dünyanın mühəndislik sahəsində zəngin ənənələrə malik universitetlərinin təcrübələrindən yararlanmaq imkanı yaradacaq. Bu, eyni zamanda universitet-sənaye işbirliyinin reallaşması üçün təhsil proqramlarının köklü dəyişdirilməsinə vəsilə olacaq. Çünki bugünkü mühəndislər praktiki bilik-bacarıqları yüksək olan, komandada işləməyi bacaran, yaradıcı mütəxəssislər olmalıdırlar. AzTU ailəsinin bu yolda bütün imkanlarını səfərbər edəcəyinə və yüksək nəticələr qazanacağına inanıram. CDİO ailəsinin üzvü olaraq kollektivimizə uğurlar arzu edirəm!”   

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti Mingəçevirdə qocaman müharibə veteranlarına ərzaq yardımları çatdırıb.

Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayeva, şəhər Veteranlar Təşkilatının sədri Ələm Məmmədov Mingəçevir şəhər İcra Hakimiyyətində olublar. Nümayəndə heyətini qəbul edən Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdiri Hikmət Kərimov ilk öncə qonaqları salamlayıb ,  Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə koronavirus (COVİD-19) pandemiyası kimi çətin bir dönəmdə müharibə veteranları üçün başladılan ərzaq yardımı aksiyasını yüksək qiymətləndirib. Ərzaq məhsullarından ibarət sovqatlar   Böyük Vətən Müharibəsi veteranlarına təhvil verilib. Məlumat üçün qeyd edək ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə ərzaq yardımlarının paylanılması Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir.

Hamısını oxu