Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Əziz Əliyevin 130 illiyi qeyd ediləcək – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyinin qeyd edilməsi barədə Sərəncam imzalayıb.

APA-nın  məlumatına görə, Sərəncamda qeyd edilib ki, 2027-ci ilin yanvar ayında Azərbaycanın görkəmli dövlət və elm xadimi, səhiyyə təşkilatçısı, tibb elmləri doktoru, professor Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 130 illiyi tamam olur.

"Yüksək amallara və humanist ideallara sadiq əsl vətənpərvər ziyalı kimi Əziz Əliyev şərəfli bir ömür yolu keçmiş və gələcək nəsillər üçün xalqa xidmətin parlaq nümunəsini yaratmış nadir şəxsiyyətlərdəndir. O, ən müxtəlif məsul vəzifələrdə çalışarkən milli təəssübkeşlik hissi ilə daim dövlət quruculuğu və idarəçiliyin təkmilləşdirilməsi istiqamətində olduqca səmərəli fəaliyyət göstərmişdir. Azərbaycanda səhiyyə sisteminin yeni əsaslar üzərində qurulmasında, tibb təhsilinin dövrün standartlarına uyğun formalaşdırılmasında və bu sahədə yetkin milli kadrların hazırlanmasında Əziz Əliyevin müstəsna rolu vardır. Əziz Əliyev İkinci Dünya müharibəsi illərində hərbi-siyasi əhəmiyyəti ilə seçilən bir sıra mühüm işlərə böyük uğurla rəhbərlik etmişdir. O, Azərbaycan tarixinin həlledici məqamlarında xalqın taleyüklü məsələlərinə münasibətdə atdığı qətiyyətli addımlarla dövlət idarəçiliyi məktəbini zənginləşdirmişdir. Azərbaycan və Dağıstan arasında münasibətlərin daha da möhkəmləndirilməsi naminə göstərdiyi fədakarlıqlar və verdiyi töhfələr Əziz Əliyevin adını xalqlarımızın dostluq və qardaşlığının həqiqi rəmzinə çevirmişdir", - Sərəncamda bildirilib.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birlikdə görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

 

2026-08-20 16:06:00
639 baxış

Digər xəbərlər

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva humanitar diplomatiyanın aparıcı qüvvəsidir

Milli.Az bildirir ki, bunu Trend-ə UNESCO-nun xoşməramlı səfiri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar şurasının üzvü, 2020-ci ildə BMT-nin Nelson Mandela mükafatının laureatı Marianna Vardinoyannis deyib. O bildirib ki, Mehriban Əliyeva ilə ilk dəfə Parisdə, UNESCO-nun xoşməramlı səfiri təyin olunarkən görüşüb: "Görüşdüyümüz ilk andan mən onun parlaq şəxsiyyətinə, təmiz ürəyinə və gördüyü böyük işlərə heyranlıq duyuram. UNESCO-da əməkdaşlığımız sayəsində bizim dostluğumuz möhkəmlənib və Mehriban Əliyeva ilə bağlı bu cür səmimi məqamları bölüşmək böyük şərəf və iltifatdır. Biz müxtəlif ölkələr, o cümlədən Yunanıstan və Azərbaycan arasında həmrəylik və mədəniyyət körpüləri ucaltmağa çalışaraq birgə işləmişik. Mehriban Əliyeva tarixi və mədəni dəyərlərin həqiqi müdafiəçisi və humanizmin parlaq nümunəsidir. Mehriban Əliyevanın Yunanıstanda onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqları dəstəkləməsi, xüsusilə, Afinada uşaq onkologiya xəstəxanasını və xəstə uşaqları olan ailələr üçün qonaq evini ziyarət etməsi, Yunanıstan məktəblərinə göstərdiyi dəstək, Yunanıstanda böyük abidə və muzeylərdə olması, Olimpiya idman ruhunu təşviq etməsi, Yunanıstanda və digər ölkələrdə mədəni xeyriyyə tədbirlərini təşkil etməsi göstərə biləcəyimiz nümunələrdir. Mehriban Əliyevanın təşəbbüsləri Şərqlə Qərbi yaxınlaşdırır, mədəniyyətlər və xalqlar arasında dialoqa xidmət edir. Sülh təşəbbüslərinə gəldikdə, Mehriban Əliyeva humanitar diplomatiyanın aparıcı qüvvəsi, qayğıya gəldikdə isə, ehtiyacı olan insanların qəlbində mərhəmətli ümid elçisidir!" M.Vardinoyannis deyib ki, Mehriban Əliyeva nəinki Azərbaycanda, həm də bütün dünyada qadınlar üçün örnəkdir: "Onun xarakterindəki mehribanlıq, təvazökarlıq və mərhəmət qətiyyət və gücü ilə həmahəngdir. Mehriban Əliyevanın şəxsi nümunəsi qadınları ictimai həyatda fəal iştiraka ruhlandırır. Onun Azərbaycan qadınlarının siyasi fəallığının təşviq olunmasında xidmətləri regionda müstəsna və novator xarakter daşıyır. Bu, ölkənin inkişafı üçün çox vacibdir. Xüsusən də gənc qadınlar tolerantlıq və müxtəlifliyin, keçmiş dəyərlərə və gələcək baxışlara hörmətin hökm sürdüyü müasir cəmiyyətlərin qurulmasına öz töhfələrini vermək üçün onun şəxsində ilham mənbəyi görürlər. Mehriban Əliyeva qadınların zehninə və ümumilikdə Azərbaycan cəmiyyətinə müsbət dəyişikliklər gətirir. Heydər Əliyev Fondunda olarkən çox duyğulu anlar yaşadım və mən Bakıya hər dəfə gələndə bu hissi keçirirəm. Azərbaycana onun gözləri ilə və niyyətləri ilə baxanda birlikdə paylaşdığımız anları çox əziz hesab edirəm". O qeyd edib ki, Yunanıstanı və Azərbaycanı çoxillik dostluq və əməkdaşlıq birləşdirir: "Mən hesab edirəm ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ölkəmizin, mədəniyyətimizin və uşaqlarımızın böyük dostudur. Ölkələrimiz arasında kifayət qədər mədəni mübadilələr var, Afinada Heydər Əliyev Fondunun və Azərbaycanın Yunanıstandakı səfirliyinin dəstəyi ilə Azərbaycan mədəniyyətinə həsr olunmuş çoxsaylı tədbirlər keçirilib. Mən heç zaman Mehriban Əliyevanın Xərçəng xəstəliyinə tutulan uşaqların Dostluq Assosiasiyasının (ELPIDA) tədbirlərinin keçirilməsində dəstəyini, "Məktəblərin dəstəklənməsi layihəsi"nin reallaşdırılmasına köməyini unutmayacağam. İncəsənət və mədəniyyət insanları yaxınlaşdırır, çünki hər bir xalqın ruhunu əks etdirir. Bizim birgə tədbirlərimiz, konsertlər, tamaşalar, konfranslar, sərgilər böyük potensiala malikdir. Mən göstərilən misilsiz dəstəyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də Azərbaycan xalqına səmimi qəlbdən təşəkkürümü bildirirəm!" Milli.Az

Hamısını oxu
“İtkinlərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün milli və bir o qədər də prinsipial məsələdir”

“Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərin aqibəti, onların sonrakı taleyinə aydınlıq gətirilməsi Azərbaycan üçün milli və bir o qədər də prinsipial məsələdir” Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə edilən qələbə bu istiqamətdə mühüm işlər görməyə, konkret nəticələr əldə etməyə imkan verib: “İtkin düşmüş şəxslərlə bağlı məsələ, onların sonrakı taleyi Azərbaycan dövləti və xalqını hər zaman narahat edib. Lakin uzun müddət davam edən erməni işğalı, eləcə də, rəsmi İrəvanın bu məsələyə qeyri-humanist münasibəti onların taleyinə aydınlıq gətirməyə imkan verməyib. Qürurvericidir ki,2020-ci ilin 44 günlük Vətən müharibəsində erməni faşizmi üzərində əldə edilən qələbə bir çox sahədə olduğu kimi itkin düşmüş vətəndaşlarımızla bağlı məsələdə də səmərəli addımlar atmağa imkan verdi. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq aşkar edilib ki, bu məzarlıqlarda aparılan araşdırmalar bir sıra itkin-şəhidlərimizin taleyini müəyənləşdirməyə imkan verib. Nəticədə, yüzlərlə itkin şəxsin taleyi müəyyənləşdirilib, onların nəşləri milli və dini adət-ənənəyə uyğun şəkildə dəfn edilib, uzun illərdir ki, gözləri yolda qalan ailələrinin intizarına son qoyulub”. Polkovnik Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin 30 avqust Beynəlxalq İtkin Düşmüşlər Günü ilə bağlı paylaşımına da diqqət çəkib: “Dünən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 30 avqust Beynəlxalq İtkin Düşmüşlər Günü ilə bağlı paylaşım etdi. Hörrmətli Hikmət müəllim paylaşımında itkinlərin aqibətinin müəyyənləşdirilməsinin əhəmiyyəti ilə yanaşı, bu sahədə görülən və görülməkdə olan işlərə də toxundu. Cənab Prezidentin köməkçisinin paylaşımından bir daha məlum oldu ki, dövlətimiz mina təhlükəsinə və digər çətinliklərə baxmayaraq, işğaldan azad edilmiş ərazilərdə itkin düşmüş şəxslərlə bağlı araşdırmalarını  əzmlə davam etdirməkdə, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bu sahədə gərgin və məqsədyönlü iş aparmaqdadır. İnanırıq ki, dövlətimizin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərlə bağlı ortaya qoyduğu prinsipial mövqe taleyi naməlum qalan hər bir vətəndaşımızın aqibətini müəyyənləşdirməyə imkan verəcək, Azərbaycan dövləti hər bir itkin ailəsinin intizarına son qoyacaq”. Seymur ƏLİYEV  

Hamısını oxu
ANAİB sərhədləri aşmağa davam edir!

Veteran.gov.az xəbər verir ki, ANAİB Türkiyədə təşkil olunan 7-ci İstanbul "Fellowship" proqramında iştirak edib. Hədəf, Xan, Altun, Qələm, Ağıllı bala, Mimta, Libra və Qədim Qala da daxil olmaqla ümumilikdə 8 nəşriyyat ölkəmizi təmsil edib. Həmçinin Azərcaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri və ANAİB-in sədri Şəmil Sadiq tədbirin iştirakçılarından olublar. Tədbirlə yanaşı ANAİB və TBYM (Türkiye Basım Yayın Meslek Birliği) arasında xüsusi görüş keçirilmiş, yeni əməkdaşlıqlar, tədbirin nəticələri, oktyabr ayında Azərbaycanda keçiriləcək kitab sərgisinin planı haqqında müzakirələr aparılıb. Bununla yanaşı, Azərbaycan nəşriyyatlarından bir neçəsi müəllif hüquqlarını digər ölkə nəşriyyatlarına sataraq, yazıçılarımızın beynəlxalq ədəbi sferada tanınması üçün əhəmiyyətli addımlar atıblar. Qeyd edək ki, TBYM-nin təşkilatçılığı və Türkiyə Cümhuriyyəti Kültür və Turizm Bakanlığının dəstəyi ilə həyata keçirilən, 72 ölkədən 555 nəfərin qatıldığı 7-ci İstanbul "Fellowship" proqramının əsas məqsədi nəşriyyatlar arası inteqrasiyanı təmin etmək, müəllif hüquqlarının mübadiləsi əsasında nəşriyyat işinə dəstək verməkdir.  

Hamısını oxu
Prezident İlham Əliyev rəsmi “Facebook” səhifəsində Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib

Bakı, 7 mart, AZƏRTAC Prezident İlham Əliyev rəsmi “Facebook” səhifəsində Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib.

Hamısını oxu