Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Regionda sülhün təminatında maraqlı olmayan qüvvələr var”

Cəlil Xəlilov: “Laçın nəzarət-buraxılış məntəqəsinin atəşə tutulması bunu göstərir”

“Laçın nəzarət-buraxılış məntəqəsinin atəşə tutulması göstərir ki, regionda sülhün təminatında maraqlı olmayan qüvvələr var”.

Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, baş verən hadisə Azərbaycanla Ermənistan arasında sülhün qarşısını almağa hesablanıb:

“Erməni təxribatçılarının Laçın nəzarət-buraxılış məntəqəsini atəşə tutması Ermənistandakı bəzi qüvvələrin – separatçıların və rusiyapərəst dairələrin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalana biləcəyindən ciddi narahatlıq keçirdiyini göstərir. Əslində, bu olay iki tərəf arasında gərginliyi artırmaq, sülh prosesinə zərbə vurmağa hesablanıb. Bu cür insidentlərlə Qarabağdakı ermənilərin Azərbaycana inteqrasiyasının da qarşısını almağa çalışırlar.

Baş verən bu hadisədə Rusiyanın da da məsuliyyət payı böyükdür. Çünki həmin ərazilərdə sülhyaratma missiyası 10 noyabr Bəyanatına əsasən rus hərbçiləri tərəfindən həyata keçirilir. Laçındakı nəzarət-buraxılış məntəqəsinin atəşə tutulması faktı göstərir ki, Rusiya tərəfi 10 noyabr Bəyanatı ilə üzərinə götürdüyü missiyanı yerinə yetirə bilmir və ya yerinə yetirməkdə maraqlı deyil.

Artıq məlum faktla bağlı Azərbaycanın müvafiq qurumları tərəfindən cinayət işi qaldırılıb, Laçın nəzarət-buraxılış məntəqəsindən keçid dayandırılıb. Ölkəmiz bu cinayəti törədənlərin tapılması və məsuliyyətə cəlb olunmasında israrlıdır. Odur ki, separatçıların, rusiyapərəst qüvvələrin bütün ciddi-cəhdinə rəğmən həmin şəxslər tapılaraq məsuliyyətə cəlb ediləcək, etdikləri əmələ görə qanun qarşısında cavab verəcəklər”.

 

2023-06-16 09:46:46
2784 baxış

Digər xəbərlər

Azərbaycan Bayrağı ordenli Silahlı Qüvvələrin zabiti leytenant Abdulla Elşən oğlu Əliyev ilə görüş keçirilib

Respublika Veteranlar Təşkilatının və Əfqanıstan Veteranları İctimai Birliyinin birgə təşəbbüsü ilə Vətən müharibəsi iştirakçısı Azərbaycan Bayrağı ordenli Silahlı Qüvvələrin zabiti leytenant Abdulla Elşən oğlu Əliyev ilə görüş keçirilib. Görüşdə Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəliov çıxış etdi. Cəlil Xəlilov: “Möhtəşəm zəfərləri ilə tarix yazan yenilməz Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə 44 günlük Vətən müharibəsini şanlı qələbə ilə başa vurdu və düşməni ağır məğlubiyyətə uğradaraq kapitulyasiya sənədini imzalamağa məcbur etdi. Bu 44 günlük müharibə Azərbaycan xalqının şanını-şöhrətini özünə qaytardı. müharibə xalq olaraq qürurumuzu, vüqarımızı, özümüzə inamımızı qaytardı. Bu 44 günlük müharibədə igid Azərbaycan oğulları öz qəhrəmanlıqları ilə nəinki bugünkü nəsil üçün, eyni zamanda gələcək nəsillər üçün daim fəxr edib, qürur duyacağımız şanlı tarix yazdılar. Elə bir tarix ki, qərinələr, əsrlər keçəcək, nəsillər dəyişəcək, ancaq bu 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının qan yaddaşında və tarixində qızıl hərflərlə həkk olunub əbədi yaşayacaq. Bizlər – bugünkü nəsil xoşbəxt nəsilik ki, bu şanlı tarixin yazılmasına şahidlik etdik. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu müharibədə qəhrəman oğullarımız şəhadətə qovuşaraq, ölümləri ilə ölümsüzlük qazandılar. Leytenant Abdulla Əliyev və onun timsalında minlərlə qəhrəmanımız  Azərbaycan xalqının ən yeni tarixinə adlarını yazdırdılar, onlar hər zaman iftixarla xatırlanacaqlar. Bundan sonrada vətənimizin ərazi bütövlüyünü, dövlətimizin müstəqilliyini qoruyacaqlarına yekdilliklə əminik”. Əfqanıstan Veteranlar İctimai birliyinin sədri Məhəmməd Vəliyev  Azərbaycan Bayrağı ordenli leytenant Abdulla Əliyev və onun kimi minlərlə Azərbaycan oğlunun qürürumuz olduğunu dilə gətirdi. Qəhrəmanımızın atası Elşən Əliyevin Əfqanıstan veteranı kimi hər zaman oğluna Vətən sevgisini, millət təssübkeşliyini aşıladığını vurğuladı. Azərbaycan xalqının birliyinin yenilməzliyinin simvolu olan Vətən müharibəsindəki şanlı qələbəninin gələcəyimizi işıqlandıracağını bildirdi. Respublika Veteranlar Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Təşkilatın təsis etdiyi Həzi Aslanov yubiley medalını, Əfqanıstan Veteranları İctiami Birliyinin sədri  Məhəmməd Vəliyev  isə öz növbəsində rəhbərlik etdiyi Təşkilatın təsis etdiyi medalı və mükafatı leytenant Abdulla Əliyevə təqdim etdilər. Sonda xatirə fotosu çəkdirildi.

Hamısını oxu
Qələbənin 72-ci ildönümü münasibətilə Ukraynada görüşlər

Artıq bir neçə ildir ki, Ukraynanın “İnter” telekanalı İkinci dünya müharibəsində alman faşizmi üzərində Qələbənin ildönümləri münasibəti ilə silsilə tədbirlər keçirir. Bir qayda olaraq bu tədbirlərdə MDB ölkələrinin İkinci dünya müharibəsi veteranları, veteran təşkilatlarının nümayəndələri iştirak edirlər.  Həmin tədbirlər zamanı “İnter” telekanalının 9 may, xüsusi bayram verilişlərinin hazırlanması məqsədi ilə veteranlarla müxtəlif görüşlər təşkil olunur, onlardan keçdikləri döyüş yollarını, mənsub olduqları ölkənin hakimiyyət orqanlarının və veteran təşkilatlarının veteranlara münasibətini əks etdirən müsahibələr götürülür. İkinci dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 72-ci ildönümü ilə bağlı aprelin 17-21-də Ukraynanın paytaxtı Kiyev şəhərində baş tutan növbəti tədbirlərdə Azərbaycan  Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri də iştirak etmişlər. Tədbirdə Respublika Veteranlar Təşkilatını İkinci dünya müharibəsi veteranı Bəkir Məmmədov və RVT-nin şöbə müdiri, ehtiyatda olan polkovnik Lətif Babayev təmsil etmişlər. İlk tədbirdə “İnter” telekanalının 2015-ci ildə Ukraynanın alman faşizmindən azad olunmasının 70 illiyi münasibətilə başladığı layihə çərçivəsində nəşr edilmiş “Qələbənin insanları. Yaşayacağıq” fotoalbomunun ikinci cildinin təqdimatı keçirilmişdir. Layihə rəhbəri Anna Bezlyudnaya, baş redaktoru Anton Nikitin olan bu cildə İkinci dünya müharibəsinin 100 nəfər günümüzə qədər sağ qalan (təəssüf ki, tədbirə qədər həmin veteranlardan 7 nəfəri vəfat etmişdi) iştirakçısı barədə geniş materiallar və fotoşəkillər daxil edilmişdir. 212 səhifədən ibarət olan fotoalbom həmin döyüşçülərin döyüş yolunun və müharibədən sonrakı həyatının ən mühüm və təsirli məqamlarını əks etdirir. 100 insan taleyindən söhbət açılan Fotoalbomu həyəcansız vərəqləmək mümkün deyil. Respublika Veteranlar Təşkilatının şöbə müdiri Lətif Babayev tədbirə qatılan Ukrayna, Gürcüstan, Moldova, Belarus veteran təşkilatlarının nümayəndələri ilə iki və çoxtərəfli əməkdaşlıq əlaqələrinin hazırkı vəziyyəti və gələcək inkişafı perspektivlərini müzakirə etmiş, Azərbaycanın İkinci dünya müharibəsində iştirakı ilə əlaqəli ucaldılmış abidələrin, komplekslərin, muzeylərin və ayrı-ayrı döyüşçülərlə bağlı xatirə yerlərinin qorunmasından, daim qayğı ilə əhatə olunmasından danışmışdır. Eləcə də, Azərbaycan Veteranlar Təşkilatının xüsusilə MDB ölkələrinin müvafiq təşkilatları ilə əməkdaşlıq əlaqələrinə mühüm əhəmiyyət verdiyini, ötən illərdə Təşkilatın bu istiqamətdə fəaliyyətinin daha səmərəli qurulduğunu vurğulamış, göstərilən məsələlərdə fəallığı xalqlarımızın birgə tarixi keçmişi, bu ənənələrin yaşadılmasının mühüm əhəmiyyət kəsb etməsi ilə əlaqələndirmişdir. Tədbirlərin 3-cü günü “İnter” telekanalının 9 may verilişlərində nümayiş etdiriləcək 4 saatlıq xüsusi konsert proqramı nümayiş etdirilmişdir. Ukraynanın tanınmış musiqiçilərinin ifasında səslənən Vətən, torpaq, müharibə, qələbə, gənclik, sevgi və s. mövzuları əhatə edən bu mahnılar iştirakçıların ürəyincə olmuş, veteranlar dəfələrlə ayaqüstə onları alqışlamışlar. Müharibəyə aid təsirli səhnələrdən ibarət olan süjetlər, dekorativ səhnələr həmin günlərin canlı şahidlərini daha da təsirləndirmiş, bir sıra nömrələr göz yaşları ilə müşayiət edilmişdir. Azərbaycan nümayəndələri müsahibələr və söhbətlər zamanı “İnter” telekanalının əməkdaşlarına İkinci dünya müharibəsində faşizm üzərində qələbəyə Azərbaycanın verdiyi töhfələrdən, azərbaycanlıların qəhrəmancasına vuruşmasından, qanlı döyüşlərdə 320 minə yaxın soydaşımızın həyətlarını itirməsindən danışmış, bəşəriyyətin dəhşətli bəladan xilasında xalqların birgə nailiyyətinə verilən digər töhfələrdən bəhs etmişlər. Həmçinin Azərbaycanda 9 may Qələbə gününün hər il böyük təntənə ilə qeyd edildiyi, veteranlara dövlət tərəfindən xüsusi qayğı göstərildiyi qeyd edilmişdir. Azərbaycan nümayəndələri eləcə də, Azərbaycanın 20 faizdən çox ərazisini işğal altında saxlayan Ermənistan tərəfinin təcavüzkarlıq siyasətini bu gün də davam etdirdiyini çatdırmış, bu məsələyə bütün veteran təşkilatları və veteranların münasibət bildirməsinin vacibliyini vurğulamışlar. 20 aprel 2017-ci ildə Respublika Veteranlar Təşkilatının nümayəndələri Ukraynalı həmkarları ilə görüş keçirmişlər. Bu görüşdə veteran təşkilatları arasındakı qarşılıqlı əlaqələrdən, bu əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsi zərurətindən danışılmışdır.  Görüşün sonunda Respublika Veteranlar Təşkilatı Rəyasət Heyəti adından Ukrayna Veteranlar Təşkilatının sədri Viktor Şmakova “Veteran həmrəyliyi”, “İnter” telekanalının Multimedia qrupunun rəhbəri Anna Bezlyudnayaya “Həzi Aslanov”, baş redaktoru Anton Nikitinə “Əliağa Şıxlinski” yubiley medalları təqdim edilmişdir. Tədbir iştirakçıları "Naməlum Əsgər" və "Ana Vətən" abidələrini ziyarət etmiş, hər iki abidənin önünə gül dəstələri qoymuşlar. Tədbirlərdə digər ölkələrin veteran təşkilatlarının təmsilçiləri də çıxış etmiş və “İnter” telekanalına müsahibələr vermişlər.

Hamısını oxu
Prezident İlham Əliyev: “İkinci mərhələ Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır”

“Aparıcı beynəlxalq maliyyə qurumları qeyd edir ki, Azərbaycanda neft insanların rifah halının yaxşılaşmasına xidmət göstərir. Çünki indi yoxsulluğun, işsizliyin azaldılması bunun bariz nümunəsidir. Çünki bəzi hallarda neftlə zəngin olan ölkələrdə işsizlik baş alıb gedir, səfalət, sosial ədalətsizlik və digər problemlər o ölkələrin cəmiyyətlərində ciddi hal alır. Amma Azərbaycanda neft insanların inkişafına, ölkəmizin inkişafına xidmət göstərir”. APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olarkən, sakinlərlə söhbət zamanı deyib. “Balaxanı dünyanın ən qədim neft mərkəzidir - Balaxanı və Bibiheybət. Dünya neft hasilatı buradan başlayıb. İndi Bibiheybət qəsəbəsində də oxşar layihə icra edilir, orada biz, ilk növbədə, Bibiheybət buxtasını təmizlədik. Yadınızdadır nə gündə idi? Adam baxanda dəhşətə gəlirdi, qapqara, bütün torpaq qara, dəniz qara, o buruqlar, o dirəklər hamısı qara və elə bil ki, ekoloji fəlakət zonası idi. Amma bu gün orada park salınıb, biz Avropa Oyunlarını orada keçirdik. İndi marafon başlayır, orada incəsənət şəhərciyi, idman şəhərciyi yaradılıb, ölkəmizin ən böyük idman hovuzu orada yaradılıb, bulvar yaradılıb. İkinci mərhələ isə Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır. Bibiheybətdə o vaxt mən göstəriş verdim, dedim ki, bütün dünya bilməlidir ki, birinci neft quyusu burada qazılıb. Amma bunu əks etdirən hər hansı bir abidə var? Yoxdur. Ona görə təklif etdim və orada qədim əşyalardan, tikinti materiallarından neft buruqları maket kimi, abidə kimi yaradıldı. İndi xaricdən gələn qonaqlar gəlirlər, görürlər ki, dünyanın ən qədim neft quyusu harada qazılmışdır. Mən bu yaxınlarda demişəm, əgər o vaxt Azərbaycan müstəqil olsaydı, o vaxt əgər o neft bizim xalqımıza çatsaydı, bu gün biz dünyanın ən zəngin ölkəsi ola bilərdik. Amma biz müstəqillik əldə edəndə Balaxanı, Bibiheybət ekoloji fəlakət şəraitində idi. Ona görə bu gün biz bu yerləri ekoloji fəlakət zonalarından ekoloji cənnət zonalarına çevirməliyik və bunu edirik”, - deyə dövlət başçısı bildirib.  

Hamısını oxu
Belarus Respublikasının ölkəmizdəki səfirliyi 13 veteranı təbrik edib

Belarus Respublikasının müstəqillik günü ilə əlaqədar olaraq adıçəkilən ölkənin Azərbaycandakı səfirliyi Belarusun ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edən 13 azərbaycanlı veteranı təbrik edib. Bu münasibətlə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında olan Belarus səfirliyinin nümayəndələri, veteranlara xoş arzularını çatdırıb, minnətdarlıqlarını ifadə ediblər.   Xatırladaq ki, İkinci Dünya müharibəsində xeyli sayda azərbaycanlı Belarus Respublikasının faşist işğalçılarından müdafiəsində yaxından iştirak edib, bu mübarizədə böyük qəhrəmanlıqlar göstərib.

Hamısını oxu