Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti müharibə veteranlarına ərzaq yardımlarının çatdırılması üçün yola çıxıb.

Koronavirus (COVID-19) infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlər çərçivəsində “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə ərzaq yardımlarının paylanılması davam etdirilir. Təşkilatın nümayəndə heyəti Böyük Vətən Müharibəsi veteranlarının hər birinin evində olaraq ərzaq məhsullarından ibarət sovqatları onlara təhvil verirlər.
Davam edən xeyriyyə aksiyası çərçivəsində Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayeva bu gün Gəncə şəhəri, Daşkəsən, Ağstafa, Gədəbəy, Goranboy, Göygöl, Qazax,Şəmkir, Tovuz rayonlarında yaşayan İkinci Dünya müharibəsi veteranlarına ərzaq yardımlarının paylanılması üçün yola çıxıb

2020-07-08 00:00:00
3598 baxış

Digər xəbərlər

Xocalı soyqırımı ilə bağlı inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Veteran.gov.az xəbər verir ki, 24 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 26 fevral - Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalı soyqırımını unutma” məktəblilər arasında keçirilmiş inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Qaliblər Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallar ilə təltif edilib. Tədbirdə çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov Xocalı soyqırımının sadəcə Azərbaycan xalqına qarşı deyil, ümumilikdə bütün insanlığa qarşı törədilən cinayət olduğunu vurğulayıb. İdarə rəisi qeyd edib ki, gənc nəsil Xocalı soyqırımı və erməni faşizminin xalqımıza qarşı törətdiyi çoxsaylı cinayətlər haqqında məlumatlı olmalı, erməni vəhşiliklərini unutmamamlı və hər an doğma vətənin müdafiəsinə hazır olmalıdır.  

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov “SOS”MMC-də yeni fəaliyyətə başlayan bir qrup veterana üzvlük vəsiqəsi təqdim edib

Veteran.gov.az xəbər verir ki, 31 yanvar 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında “Security Operation Services” (SOS) MMC-nin 4 illik fəaliyyətilə bağlı hesabat tədbiri keçirilib. Tədbirdə iştirak edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov “SOS” MMC ilə Respublika Veteranlar Təşkilatı arasındakı əməkdaşlığa diqqət çəkib, bu əməkdaşlığı yüksək qiymətləndirib. Polkovnik qeyd edib ki, “SOS” MMC hər zaman veteranlara, şəhid ailələrinə yüksək diqqət və qayğı göstərib, veteranların işlə təminatı istiqamətində mühüm addımlar atıb. “SOS” MMC tərəfindən 270 veteran işlə təmin edilib, şəhid ailələri, müharibə əlilləri ilə bağlı mühüm layihələr həyata keçirilib.  Polkovnik Cəlil Xəlilov “SOS” MMC-də yeni fəaliyyətə başlayan veteranlara uğurlar arzulayıb, onlara Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvlük vəsiqələrini təqdim edib.    

Hamısını oxu
İş adamı 710 şəhid, qazi və aztəminatlı ailəyə bayram sovqatı çatdırıb

Veteran.gov.az xəbər verir ki, hər il olduğu kimi bu ildə Naxçıvan torpağının yetirməsi, vətənpərvər iş adamı, hər zaman şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə diqqət və qayğı göstərən tanınmış iş adamı Səfər Əlirzayev tərəfindən Ramazan və Novruz bayramı ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası ərazisində yaşayan 710 şəhid, qazi və aztəminatlı ailəyə bayram sovqatı çatdırılıb. Həssas kateqoriyadan olan ailələr onlara göstərilən diqqət və qayğıya görə iş adamına təşəkkür edib, minnətdarlıqarını bildiriblər. (https://www.tiktok.com/@qazi_tarverdiyev085/video/7615930436245556500?_r=1&_t=ZS-94baxqVUWM1 )   

Hamısını oxu
İlham Əliyevin “France 24”-ə “yox” deməməsi, dövlət başçısının media və söz azadlığına münasibətini əsk etdirir

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 13 fevral 2026-cı il tarixində Münxen şəhərində Fransanın aparıcı televiziyalarından olan “France 24” telekanalına müsahibə verib.  Müsahibəsində Azərbaycan-Fransa münasibətləri, eləcə də erməni separatçıları ilə bağlı suallara hər zamankı kimi səlis, məntiqli və təkzibedilməz faktlarla cavab verən İlham Əliyev, bu dəfə də media platformasında həyata keçirilən bütün hücumları “mat”la cavablandırdı. Müzəffər Ali Baş Komandan öz hazırcavablığı və heyrətamiz məntiqi ilə sübut etdi ki, hərb və diplomatiya müstəvisində olduğu kimi, media platformasında da “məğlubedilməzlik kəməri” ona məxsusdur və bu “kəməri” kimsəyə güzəştə getmək fikrində deyil. İlham Əliyev “France 24”-ün müsahibə istəyinə “yox” deməməklə özünün media və söz azadlığına olan münasibətini ortaya qoydu. Dövlət başçısı bununla sübut etdi ki, o, mediaya – hətta Azərbaycana qarşı böhtan kampaniyası aparan Fransa dövlətinin televiziyasına belə ehtiram göstərməyi, onun suallarını cavablandırmağı vacib hesab edir. Bundan başqa, dövlət başçısı “France 24” telekanalına müsahibə verməklə istənilən sualı cavablandırmağa hazır olduğunu, heç bir hadisə və prosesin onun üçün “çətin mövzu” olmadığını isbatladı. İlham Əliyev “France 24”-ün müxbirinin erməni separatçıları ilə bağlı ardıcıl və qərəzli suallarını nəinki cavabsız qoymadı, bu sualların hər birini ətraflı şəkildə cavablandırmaqla həm erməni separatizmini, həm də onu himayə edənlərin anti-insani simasını, taixi  ədalətsizliyini gözlər önünə sərdi. Bir sözlə, Prezident İlham Əliyev “France 24” telekanalına müsahibəsi ilə özünü “demokratiyanın əsas carçılarından” biri hesab edən Fransaya növbəti dəfə dərs verdi. Azərbaycanın dövlət başçısı isbatladı ki, əsl demokratiya sözdə deyil, əməldə təzahür edilməsi gərəkən bir dəyərdir və hələ ki, Fransa dildə səsləndirdiyi bu dəyəri felən reallaşdırmaqda acizdir. Seymur ƏLİYEV  

Hamısını oxu