Nazirlər Kabineti xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə qərar verib.
Minval.info xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov mayın 16-da qərar imzalayıb.
Minval.info xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov mayın 16-da qərar imzalayıb.
25 yanvar 2024-cü il saat 11:00-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında “Nəsillərin görüşü” silsiləsindən gənclərin və veteraların iştirakı ilə növbəti görüş keçirilib. 2 fevral – Azərbaycan Gəncləri Günü ərəfəsində təşkil olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin müqəddəs xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov gənclər və veteranlar arasında bu cür görüşlərin mütəmadi şəkildə keçirilməsinin vacibliyinə diqqət çəkib: “Gənclər və veteranlar arasında bu cür görüşlərin keçirilməsinin həm mənəvi, həm tarixi, həm də ictimai baxımdan çox böyük əhəmiyyəti mövcuddur. Çünki məhz bu cür görüşlər sayəsində gənclərimiz veteranlar, onların həyat və döyüş yolları haqqında ətraflı məlumat almaq imkanı əldə edirlər. Hər biri bir tarix olan veteranlarımızla belə təmaslar gənclərimizin dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Onlar veteranların timsalında vətənin qorxmaz müdafiəçisini görürlər. Onlar məhz veteranların simasında vətəni necə qorumaq lazım gəldiyini öyrənir, milli tariximizin ayrılmaz bir parçası olan veteranların fikir və düşüncələri ilə tanış olaraq mənəvi zənginliklərini artırırlar. Gənclərlə veteranlar arasında bu cür görüşlər gənc nəslin milli mənəvi dəyərlər əsasında tərbiyəsi baxımından da olduqca faydalıdır. Bildiyiniz kimi, həm Ulun öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev xalqımızın milli mənəvi dəyərlərinin yaşadılmasına, bu dəyərlərin gənclərə təbliğ edilməsinə xüsusi diqqət və həssaslıqla yanaşıb. Məhz dövlətimizin apardığı məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün gənclərimiz milli tarixə, milli soykökünə, milli mənəvi dəyərlərimizə olduqca bağlıdırlar. Vətən müharibəsi və onun qürurverici nəticəsi bunu bir daha sübut edir. Mən qarşıdan gələn 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə bütün gənclərimizi təbrik edir, onlara uğrular arzulayıram. Əminən ki, gənclər və veteranlar hər zaman olduğu kimi bundan sonra da əl-ələ, çiyin-çiyinə milli mənafeyimizin, dövlətimizin və dövlətçiliyimizin keşiyində dayanacaq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər bir çağırışına anındaca səs verəcəklər”. Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin professoru Ağalar Abbasbəyli Heydər Əliyev ideyalarından, Ulu öndərin gənclərə olan münasibətindən, onlara göstərdiyi qayğı və diqqətindən danışıb: “Heydər Əliyev hər zaman gənclərə xüsusi sevgi və qayğı ilə yanaşıb, onların özlərini inkişaf etdirməsini, milli dəyərlərə bağlı şəxsiyyətlər kimi formalaşamasını vacib sayıb. Bu baxımdan Heydər Əliyev irsinin öyrənilməsi və təbliği sadəcə bugünümüz deyil, gələcəyimiz baxımından da mühüm əhəmiyyət kəsb edir”. "Security Operation Services" (SOS) MMC-nin direktoru Anar Məmmədov isə çıxışında Azərbaycan gənclərinin Vətən müharibəsindəki qəhrəmanlığından bəhs edib, eləcə də gənclərlə veteranlar arasında bu cür görüşlərin əhəmiyyətindən danışıb. Xalq yazıçısı Elmira Axundova da 44 günlük Vətən müharibəsinin Azərbaycan gəncliyinin mövcud durumu ilə bağlı vəziyyəti ən xırda çalarları ilə üzə çıxardığını vurğulayıb. O, qeyd edib ki, gənclərin Vətən müharibəsindəki vətənpərvərliyi, yüksək döyüş əzmi onların öz qəhrəman ata-babalarının layiqli davamçıları olduğunu göstərdi. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova isə çıxışında Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının Vətən müharibəsindəki qələbəsinin bütün dünyaya səs saldğını, bütrün türk dünyasının bu zəfərlə fəxr etdiyini bildirib: “Biz 44 günlük müharibədəki zəfərimizə görə hər şeydən öncə qəhrəman şəhidlərimizə və qazilərimizə, Müzəffər Ali baş Komandanımıza, onun ətrafında yumruq kimi birləşən xalqımıza, onun fədakarlığıa borcluyuq. Vətən müharibəsində İlham Əliyev əsl sərkərdəlik bacarığı sərgilədi. O, 44 gün ərzində bir dəfə belə belə olsun hərbi mundiri əynindən çıxarmadı. Bütün təzyiqlərin qarşısında mətanətlə, cəsarətlə dayandı. O, qəhrəman Azərbaycan Ordusunun şanlı zəfərləri ilə sübut etdi ki, Azərbaycan xalqı yenilməzdir, öz təhlükəsizliyini qorumağa, ərazi bütövlüyünü təmin etməyə qadirdir. Böyük inam və qətiyyətlə bildirirəm ki, biz veteranlar öz liderimizi dəstəkləyirik və bundan sonra da onun hər bir çağırışına bütün qəlbimizlə səs verəcəyik”. Tədbirin sonunda bəzi veteranlara Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Fəxri Fərmanlar və üzvlük vəsiqələri paylanılıb.
Hamısını oxu
Məlum olduğu kimi, Vaşinqtonda bir qrup radikal şəxs təxribat xarakterli hərəkətlərə yol verib. Anti-milli radikal qrupun nümayəndələri təxribat törətməyə cəhd edərək Azərbaycan dövlətinin rəhbərliyinə qarşı təhqiramiz və qeyri-etik ifadələr səsləndirib, həmçinin, mühafizə olunan əraziyə daxil olmağa çalışıblar. Radikal qrupun təxibatlarının qarşısı Prezidentin təhlükəsizlik xidməti və ABŞ polisi tərəfindən uğurla alınıb, radikal şəxslər ərazidən uzaqlaşdırılıb. Dostunu mənə göstər, kim olduğunu deyim! Vaşinqtondakı təxribatın qarşısnın alınmasından dərhal sonra ermənipərəst qüvvələr radikalların müdafiəsinə qalxıblar. İlk reaksuya isə ermənilərin ANCA təşkilatından gəlib. Mühafizə olunan əraziyə daxil olmağa çalışan, qeyri-etik ifadələr səsləndirən radikalların məhz ermənilər tərəfindən müdafiə edilməsi məlum olaylarda kimin maraqlı olduğunu göstərir. ANCA-nın radikallarla bağlı verdiyi bəyanat sübut edir ki, anti-milli qüvvələrin bu davranışı yalnız və yalnız ermənilərin dəyirmanına su tökür. Elə bu səbəbdən də məhz onlar ABŞ qanunlarına meydan oxuyan, mənəviyyat tanımayan dağıdıcı davranışları müdafiə edir, bu təxribatda maraqlı olduqlarını əsla gizlətmirlər. ANCA-nın ardınca Xocalı soyqırımını inkar edən, ölkəmizə qarşı 907-ci düzəlişin müəlifi olan Frenk Pallone də radikalların müdafiəsinə qalxıb ki, bu da məlum təxribatlarla ermənipərəst cəbhə arasındakı əlaqədən xəbər verir. “Dostunu mənə göstər, kim olduğunu deyim” məsəlində olduğu kimi, təxribatçıların ermənilər tərəfindən müdafiə edilməsi, onların xalqımızın tarixi düşmənləri ilə eyni maraqlara xidmət etdiyini göstərir. Bu, yalnız Prezidentə deyil, bütün Azərbaycana edilən hücumdur! Qeyd edək ki, təxribatçıların Prezident İlham Əliyevin qaldığı hotelə daxil olmaq istəmələri, habelə, dövlət rəhbərliyinin ünvanına səsləndirilən təhqirlər yalnız Müzəffər Ali baş Komandana edilən hücum deyil. Bu, bütün Azərbaycana, onun hər bir vətəndaşına edilən hücumdur. Çünki İlham Əliyevi prezident edən Azərbaycan xalqının verdiyi səs olub. O, bütün Azərbaycan xalqını, onun hər bir fərdini təmsil edir. Belə olan halda dövlət rəhbərliyinin ünvanına səsləndirilən hər bir həqarət, həm də xalqın ünvanına səsləndirilən təhqir deməkdir. Nə qanun, nə də əxlaq xalqı təhqir etməyə icazə vermir. Çünki xalq müqəddəsdir və o, hər zaman hər cür təhqirin, hər cür həqarətin fövqündədir. Vaşinqton təxribatı ayıq və güclü olmağımızın zəruriliyinə sübutdur Vaşinqtonda yaşanan təxribat və bu təxribatın qarşısının Prezidentin təhlükəsizlik xidməti tərəfindən qətiyyətlə alınması, ayıq və güclü olmağımızn nə qədər vacib, nə qədər həyati əhəmiyyət kəsb etdiyini sübut edir. Baş verən olay göstərir ki, anti-Azərbaycan qüvvələri hələ də öz məkirli niyyətlərində qərarlı, hələ də fəaldırlar. Buna görə də xalqımız hər zamankı kimi bu gün də təxribatçı qüvvələrdən özünü, dövlətini və Prezidentini qorumaq üçün həmrəy olmalı, birlik və bərabərlik sərgiləməlidir. Dövlət və xalq olaraq tərəqqi və təhlükəsizliyimizin başqa yolu yoxdur. Seymur ƏLİYEV
Hamısını oxu
Dövlətimiz 44 günlük Vətən müharibəsində informasiya cəbhəsində də düşmənə qarşı uğurla mübarizə aparıb. Bunu AZƏRTAC-a müsahibəsində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov deyib. Qeyd edib ki, məhz jurnalistlərimizin, hərbi-siyasi ekspertlərimizin, diplomatlarımızın media müstəvisində apardığı mübarizə informasiya məkanında erməni təxribatlarının ifşasına imkan verib: “44 günlük Vətən müharibəsində Azərbaycan yalnız ön cəbhədə deyil, bütün müstəvilərdə düşmənə qarşı müvəffəqiyyətlə mübarizə aparıb, erməni yalanlarını, rəsmi İrəvanın informasiya məkanında həyata keçirməyə çalışdığı təxribatları ifşa edib. Bu məsələdə jurnalistlərimiz böyük səy və fədakarlıq göstəriblər. Hərbi-siyasi ekspertlərimiz, diplomatlarımız, müxtəlif qurum və təşkilatlar Azərbaycan həqiqətlərinin təbliği, erməni vəhşiliklərinin dünyaya çatdırılması istiqamətində böyük səy ortaya qoyublar. Lakin bu müstəvidə də ən böyük rolu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev oynadı”. Cəlil Xəlilov bildirib ki, dövlət başçımızın Vətən müharibəsinin gedişində 30-a yaxın xarici media qurumuna verdiyi müsahibələr, erməni yalanlarını faktlarla, konkret arqumentlərlə ifşa etməsi beynəlxalq ictimaiyyətin, dünya xalqlarının əsl həqiqətdən xəbər tutmasını, Azərbaycanın haqq işinə dəstək verməsini təmin edib. Prezident Vətən müharibəsi dövründə mətbuata verdiyi açıqlamalarda sadəcə erməni faşizminin deyil, işğalçı Ermənistana havadarlıq edən, onlara dəstək verən qüvvələri də ifşa edib. “Dövlətimizin media müstəvisində həyata keçirdiyi mübarizədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də əməyini xüsusi qeyd etmək lazımdır. O, həm müharibə, həm də post-müharibə dönəmində erməni cinayətlərinin ifşasında mühüm rol oynayıb, bu istiqamətdə çox ciddi addımlar atıb. Ermənistan ordusunun raket zərbələrinə məruz qoyduğu şəhərlərə Hikmət Hacıyevin rəhbərliyi ilə edilən səfərlər, xarici diplomatların bu səfərlərə cəlb edilməsi dünya ictimaiyyətinin erməni faşizminin əsl üzünü görməsini təmin etdi”, – deyə C.Xəlilov vurğulayıb. Sədr müavini jurnalistlərimizin ön və arxa cəbhədəki əməyinə də diqqət çəkib: “Vətən müharibəsində jurnalistlərimiz həm ön, həm də arxa cəbhədə böyük fədakarlıqlar göstəriblər. Onlar müharibənin ən qaynar nöqtələrindən reportajlar hazırlayır, vətəndaşların informasiyaya olan ehtiyacını çevik şəkildə qarşılayırdılar. Media nümayəndələri, həmçinin müharibədən sonra da ermənilərin vaxtı ilə işğal altında saxladıqları ərazilərimizdə törətdikləri vəhşiliklərin ifşa edilməsində və vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılmasında həlledici rol oynayıblar. İki jurnalistimiz - Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin operatoru Sirac Abışov işğaldan azad edilən ərazilərdə xidməti vəzifələri icra edən zaman mina terroru nəticəsində şəhid olublar. Bütün bu faktlar jurnalistlərimizin müharibə və post-müharibə dövründə öz vəzifələrini necə böyük cəsarət və qəhrəmanlıqla həyata keçirdiyini göstərir”.
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, 21 aprel 2026-cı il tarixində Türk Strateji Düşünmə Mərkəzinin nümayəndə heyəti Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub. Görüş zamanı qonaqlara Təşkilatın fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib, ikitərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Yaxın gələcəkdə bu cür görüş və müzakirələrin daha intensiv şəkildə həyata keçirilməsi qərara alınıb.
Hamısını oxu