Digər xəbərlər
Müdafiə nazirinin tapşırığına əsasən, avqustun 9-da Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Mərasimlər Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər. Yekunda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.
Hamısını oxu
Cəlil Xəlilov: “Minsk qrupu, BMT və aparıcı dövlətlər Paşinyanın təxribat xarakterli bəyanatına münasibət bidlirməlidir” “Düşmən bizi məcbur edir ki, Qarabağ problemini hərbi müstəvidə həll edək” Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndinə sonuncu səfəri əsnasında Qarabağın Ermənistana məxsusluğu ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycanda ciddi rezonansa səbəb olub. Baş verənləri rəsmi İrəvanın növbəti həyasızlığı kimi dəyərləndirən bəzi siyasətçilər, partiya sədrləri və vətəndaş cəmiyyəti nümayəndələri məlum bəyanatdan sonra Azərbaycanın Qarabağ probleminin həllində daha sərt addımlar atmasının vacibliyini vurğulamaqdadır. Moderator.az olaraq Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovla söhbətimizdə Paşinyanın məlum bəyanatı və bu bəyanatın doğurduğu situasiyanı şərh etməyə çalışdıq. -Cəlil müəllim, öncə Paşinyanın məlum bəyanatı ilə bağlı fikrinizi bilmək istərdik. Sizcə Paşinyanın Qarabağı Ermənistan ərazisi adlandırmasından sonra beynəlxalq təşkilatlar, xüsusilə də BMT və ATƏT işğalçı ölkə ilə bağlı hansı addımlar atmalıdır? -Hər şeydən əvvəl, ATƏT-in Minsk qrupuna həmsədrləri Paşinyanın bəyanatına çevik şəkildə münasibət bildirməlidirlər. Bu bəyanat sübut edir ki, Ermənistan heç də problemin sülh yolu ilə həllinə maraq göstərmir, təxribatçı fikirlərlə həm beynəlxalq ictimaiyyəti çaşdlrmağa çalışır, həm də danışıqlardan yayınmağa cəhd göstərir. Paşinyan dünya ictimaiyyətinin gözü qarşısında tarixi həqiqəti inkar edərək Qarabağın Ermənistana məxsusluğunu iddia edir. Bununla bir daha sübut edir ki, Qarabağ probleminin arxasında məhz Ermənistan dayanır. Paşinyan sözdə Qarabağ probleminin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirsə də, əməli baxımdan separatçı mövqe tutub və işğalçılıq siyasətindən əl çəkmək istəmir. Odur ki, dünyanın aparıcı dövlətləri, xüsusilə də Rusiya, ABŞ və Fransa, eləcə də BMT, ATƏT baş verənlərə münasibət bidlriməlidirlər. -Xankəndi olayları Paşinyan və onun rəhbərlik etdiyi hökumətə qarşı cəza xarakterli hansısa sanksiya və qadağaların tətbiqini aktualalşdıra bilərmi? -Təbii. Hesab edirəm ki, Paşinyan hökumətinə qarşı xüsusi sanksiyalar tərbiq edilməlidir. Onun bu addımına hüquqi qiymət verilməlidir. Paşinyan beynəlxalq təşkilatlar tərəfindən də qınaq hədəfinə çevrilməlidir. İrəvana qarşı siyasi, iqtisadi və hərbi sanksiyalar tətbiq olunmalıdır. Erməni separatçılarının işağldakı torpaqlardan çıxarılması üçün ölkəmizə dəstək verilməlidir. Bütün bu addımların atılması işğalçının cəzalandırılması, işğala məruz qalan ölkənin hüquqlarının qorunması baxımından zəruridir. -Sizcə Ermənistanın bütün region üçün təhlükə doğuran təxribatçı bəyanatlarına Azərbaycana qonşu olan dövlətlərin də münasibət bildirməsi məntiqli olmazmı? -Şübhəsiz. Baş verənlərə qonşu ölkələr də münasibət bildirməli, öz mövqelərini açıq şəkildə ortaya qoymalıdırlar. Ermənistanla siyasi-iqtisadi əlaqələrə malik olan İran və Rusiyanın belə bir mövqe ortaya qoyması xüsusilə vacibdir. Onlar erməni separatçılarına qarşı mübarizədə ölkəmizə dəstək verməli, ədalətin yanında yer almalıdırlar. Aparıcı dövlətlər də bu məsələdə susqunluq sərgiləməməlidir. Maraqlıdır, aparıcı dövlətlərin ərazisində hansısa xalq özünə ikinci bir dövlət yaratmaq istəsə, onların reaksiyası necə olar? Onlar buna razı olarlarmı? Əlbəttə, olmazlar! Əgər olmazlarsa, o zaman niyə Azərbaycanın haqlı mövqeyinə, haqlı tələbinə dəstək vermirlər? Onlar unutmasınlar ki, Qarabağ gərginliyi alovlana və beynəlxalq münaqişəyə çevrilə bilər. Bu isə bütün region, bütün dünya üçün ciddi təhlükə deməkdir. -Respublika Veteranlar Təşkilatı olaraq Paşinyanın təxribatçı bəyanatı ilə bağlı hansı addlmlar atmağı düşünürsünüz? - Biz bununla bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayacaq, bəyanatlarla çıxış edəcəyik. Tələb edəcəyik ki, təcili olaraq aparıcı dövlətlər, beynəlxalq təşkilatlar bu məsələyə münasibət bildirsinlər. Ermənistanı işğalçılıq iddiasından əl çəkməyə vadar etsinlər. -Paşinyanın sözügedən bəyanatından sonra Azərbaycan cəmiyyətində müharibə çağırışlarının artması müşahidə edilir. Sizcə düşmənin öz işğalçılıq mövqeyində təkid etməsi, ölkəmizlə bağlı yeni təxribatlara əl atması Azərbaycanı Qarabağ probleminin həllində sülh variantından imtina etmək, müharibə variantına əl atmaq məcburiyyəti ilə üz-üzə qoya bilərmi? -Əslində Ermənistan Azərbaycanı məcbur edir ki, danışıqları dayandırıb torpaqların hərbi yolla azad edilməsi istiqamətində addımlar atsın. Azərbaycanın öz torpaqlarının sahibi kimi belə bir addım atmağa hüququ var. Azərbaycan sülhməramlı ölkədir. Ölkəmizdə müxtəlif xalqların nümayəndələri ilə yanaşı, ermənilər də yaşaır. Onlar dövlət orqanlarında da təmsil olunur. Lakin Azərbaycan ərazisində yaşayan hər kəs Azərbaycan qanunlarına əməl etməli, konstitusiyamızın tələblərini yerinə yetirməlidir. Xalqın səbri tükənib. Biz problemin sülh yolu ilə həllinə nail olmaq üçün beynəlxalq hüquq və praktikanın bütün imkanlarından istifadə etmişik. Ölkə başçımız problemin danışıqlar yolu ilə həllinə böyük qüvvə və enerji sərf edib. Bütün imkanlardan istifadə olunub ki, problem sülh yolu ilə həll edilsin. Lakin görünən odur ki, Ermənistan hələ də öz işğalçılıq siyasətindən əl çəkməyib. Ermənistan bununla beynəlxalq hüquqi normaları təhlükə altında qoyur, bunu qəbul etmədiklərini göstərirlər. Bu isə Azərbaycanın səbrini daşırmaqdadır. Odur ki, əgər Ermənistan təxribatlarından əl çəkməzsə, bu, Azərbaycanı Qarabağ probleminin həllini fərqli müstəviyə daşımaq məcburiyyəti ilə üz-üzə qoya bilər. Seymur ƏLİYEV
Hamısını oxu
10 mart 2024-cü il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqında Milli Teatr Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Veteran.gov.az Azərbaycan Teatr Xadimləri İttifaqına istinadən məlumat verir ki, tədbirdə görkəmli sənət adamları, ziyalılar və media nümayəndələri iştirak ediblər. Azərbaycan Teatr Xadimləri İttifaqının tamaşa salonunda keçirilən bayram tədbirini İttifaq sədrinin vəzifə səlahiyyətlərini icra edən, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov idarə edib. Qonaqları salamladıqdan sonra o, bütün teatrsevərləri Milli Teatr Günü münasibəti ilə təbrik edib. Sonra Azərbaycan Teatrının keçmişi və bu günü haqqında danışıb. Qeyd edib ki, «Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 01 mart tarixli Sərəncamına əsasən artıq 12 ildir ki, ölkəmizdə Milli Teatr Günü rəsmi şəkildə qeyd olunur. Teatra, teatrda çalışanlara dövlət qayğısı günbəgün artır. Teatr binaları təmir və bərpa olunur, dünya standartlarına uyğun avadanlıqlarla təchiz edilir». Tədbir iştirakçılarına Azərbaycan teatrının keçmişini və bu gününü əks etdirən videoçarx və fotosərgi nümayiş etdirilib. Xalq artisti Heydər Anatollu, Akademik Musiqili Teatrının aktyorları Hüseyn Əlili və Gültac Əlili öz mahnıları ilə, Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları məzəli parodiyalarla teatr xadimlərini təbrik ediblər. Çıxışlararası bu il yubiley yaşı tamam olan, teatr sahəsində uğur qazanan sənətçilər mükafatlandırılıb, həmçinin "BAXIŞ-4" festivalının nəticələri açıqlanıb. «SƏNƏTKAR» medalı ilə təltif olunanlar: 1. Xalq artisti Şükufə Yusupova – (Milli Teatr) 2. Xalq artisti Firudin Məhərrəmov – (Sumqayıt Teatrı) 3. Əməkdar artist Azad Şükürov – (ADMİU) «QIZILGÜL» mükafatı ilə təltif olunanlar: 1. Naidə İsmayılzadə (direktor) – (Gənc Tamaşaçılar Teatrı) 2. Əməkdar artist Kübrabəyim Əliyeva 3. Xalq artisti Fatma Mahmudova – (Musiqili Teatr) 4. Əməkdar artist Səmayə Musayeva – (Musiqili Teatr) 5. Elmira Kərimova (AzTXİ) 6. Məlahət Manafova (AzTXİ) 7. Xatirə Babayeva – (AzTXİ) 8. Əməkdar mədəniyyət işçisi, Dağıstanın Əməkdar artisti Laləzar Hüseynova – (Salyan Kukla Teatrı) 9. Əməkdar artist Növrəstə Haşımova – (Sumqayıt Teatrı) Fəxri fərmanla təltif olunanlar:
Hamısını oxu27 dekabr 2023-cü ildə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının ümumi yığıncağı keçirilib. Yığıncağı Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov açıq elan edib. Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edilib. Daha sorna çıxış edən polkovnik Cəlil Xəlilov Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərinə diqqət çəkib, onun qoyub getdiyi siyasi kursun ölkəmizin tərəqqisi baxımından müstəsna əhəmiyyətinə toxunub. Cəlil Xəlilov qeyd edib ki, həssas kateqoriyadan olan vətəndaşlara xüsusi diqqət göstərən Ulu öndər, veteranlara da hər zaman qayğıkeş münasibət göstərib: “Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı ilə veteranlar təşkilatının fəaliyyəti bərpa olunmuş, veteranlara münasibət köklü şəkildə dəyişmiş, bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atılmışdır. Təsadüfi deyil ki, Heydər Əliyev müstəqilliyin ilk illərində yazırdı: “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər... Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, veteranlar bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək, bizim dövlətin və hər bir dövlət orqanının, hər bir namuslu Azərbaycan vətəndaşının müqəddəs borcudur”. Ulu öndərin imzaladığı ilk qanunlardan biri veteranların hüquqlarının bərpası ilə bağlı “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu (1994-cü il 28 iyun) olmuşdur. Bununla da veteranlara dövlət qayğısı tamamilə bərpa edilmiş, onlara münasibət yüksək səviyyəyə qaldırılmışdır. 1994-cü il 28 iyundan etibarən Azərbaycanda veteranlarla bağlı ardıcıl şəkildə həyata keçirilən dövlət siyasətinin əsası qoyulmuşdur”. Veteranlara dövlət qayğsının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən sədr müavini, veteranlara olan bu münasibətin hər kəs üçün örnək olduğunu qeyd edib: “Ulu Öndərimiz Heydər Əliyevin siyasi varisi, onun dövlətçilik və idealoji kursunun şərəfli davamçısı, ölkə Prezidenti, Qalib Ordunun Ali Baş Komandanı İlham Əliyev isə veteranlara üz tutaraq demişdir: “Onlar xalqımızın fəxridir. Cəmiyyətin ən dəyərli insanlarıdır... Hər bir vəzifəli şəxs, Sizə böyük diqqət və qayğı göstərməlidir. Mən bütün məmurlara tapşırmışam ki, Sizin problemlərinizlə məşğul olsunlar ki, Siz rahat yaşaya biləsiniz. Sizin buna haqqınız çatır... Çünki Siz Vətəni müdafiə etmisiniz, qəhrəmanlıq göstərmisiniz... Biz Sizinlə fəxr edirik. Gənc nəsil də Sizinlə fəxr etməlidir. Gənc nəslimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, Sizin kimi insanların rolu çox böyükdür”. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma xanım Səttarova, ölkədə veteranlara göstərilən qayğı və diqqəti qürur hissi və minnətdarlıqla xatırladaraq, “ölkə Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevi və vitse-Prezident Mehriban xanım Əliyevanı Veteranlarımızın hamisi” adlandırmaqla, onlara öz dərin minnətdarlığını bildirmişdir”. Tədbirdə çıxış edən Sumqayıt şəhər veteran təşkilatının sədri - əmək veteranı Sovet Şükürov, Əməkdar müəllim Sara xanım Xanlarova, Milli Qəhrəman polkovnik-leytenent Anar Mirzəyev, istefada olan general-mayor Vladimir Vasilyeviç Timaşenko, professor İbrahim Quliyev, istefada olan polkovnik Yusif Məmmədov Ulu öndərin tarixi xidmətlərindən bəhs edib, Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı Prezident İlham Əliyevin Azərbaycanın hərbi, iqtisadi və siyasi qüdrətini artırmaq üçün gördüyü misilsiz işlərə diqqət çəkiblər. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, II Dünya müharibəsi və əmək veteranı Fatma xanım Səttarova Azərbaycan ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsindəki şanlı qələbəsinə toxunub, bu qələbənin tarixi önəmindən söz açıb. Müzakirələrin sonunda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Prezident İlham Əliyevə dəstək Bəyanatı qəbul edib. Nərimanov rayon veteran təşkilatının sədri, Əfqanıstan və Qarabağ müharibəsi veteranı polkovnik Elşad Şabanova Bəyanatın mətnini yığıncaq iştirakçılaırnın diqqətinə çatdırıb. Yığıncaq Şəmistan Əlizamanlının ifası ilə sona çatıb. Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının BƏYANATI Azərbaycan xalqı hazırda tarixinin tam yeni, son dərəcədə qürurlu, şərəfli bir mərhələsini yaşayır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Vətən müharibəsi şanlı qələbə ilə nəticələndi, əvvəlcə, ölkənin ərazi bütövlüyü, daha sonra suverenliyi tam təmin olundu. Azərbaycan 44 günlük müharibədən daha güclü çıxdı. 2023-cü ildəki əməliyyat cəmi 1 gün çəkdi. Ermənistan ordusunun tör-töküntüləri Azərbaycan torpaqlarından tam təmizləndi, müharibə cinayətkarları, hərbi xunta başçıları həbs edildi. Prezident İlham Əliyev memarı olduğu bu tarixi qələbələrlə xalqımızın son 200 illik dövrdə üzləşdiyi məşəqqətlərə, məğlubiyyətlərə və sarsıntılara son qoydu, Azərbaycanın dövlətçilik tarixinin qızıl dövrü açıldı. Prezident İlham Əliyev bu müqəddəs missiyanı uğurla reallaşdırmaqla, Ulu Öndər Heydər Əliyevin ən ümdə arzusunu - “ata vəsiyyəti”ni yerinə yetirdi. 8 noyabr – Şuşanın azad edilməsi günü tariximizə Zəfər günü kimi yazıldı. Bu gün Xankəndində, Xocalıda, Ağdərədə Azərbaycan Bayrağı məğrurluqla dalğalanır. İlham Əliyev qalib xalqın qalib lideridir. Bütün Azərbaycan xalqı, bütün veteranlar onunla fəxr edir! Ümummilli liderin 30 il əvvəl ağır, böhranlı vəziyyətdən və dağılmaq təhlükəsindən xilas etdiyi Azərbaycan bu gün Heydər Əliyev yolu ilə gedərək, Prezident İlham Əliyevin qətiyyəti, zamanın çağırışlarına cavab verən siyasəti ilə dinamik inkişaf etməkdədir. Azərbaycanın xüsusilə son 20 ildə qazandığı nəhəng uğurlar onu dünyada siyasi sabitliyin, tərəqqinin, qlobal təşəbbüslərin məkanına çevirib. İlham Əliyevin milli maraqlara və qarşılıqlı etimada əsaslanan müstəqil siyasət kursu Azərbaycana beynəlxalq miqyasda böyük hörmət, nüfuz qazandırıb. Biz veteranlar bugünki Azərbaycana baxanda zəhmətimizin hədər getmədiyini görürük. Qürur duyuruq ki, Azərbaycan etibarlı əllərdədir, qürur duyuruq ki, Azərbaycanın İlham Əliyev kimi Prezidenti var. Bu, Azərbaycan xalqının taleyinə yazılmış tarixi xoşbəxtlikdir! Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib, bu gün hər bir azərbaycanlının ürəyi bir vurur, bu gün hamı eyni amal uğrunda çarpışır. Budur milli güc! Budur milli lider İlham Əliyev siyasəti! Bu gün hər kəs qurub-yaratmağa tələsir. Azərbaycan öz imkanları ilə qədim yurdlarımıza yeni həyat bəxş edir, insanlarımız doğma ata-baba ocaqlarına qayıdır. Bu gün biz veteranlar gənclərə baxıb fəxr edirik. Onlar bizim yolumuzu şərəflə gedir, şöhrətimizi dünyaya yayır. Onlar Prezident İlham Əliyevin dövründə yetişən gənclikdir, Vətəni, Bayrağı uğrunda canını, qanını verməyə hazırdır. Bu qətiyyətə, bu əqidəyə malik gəncliyə eşq olsun! Biz veteranlar çox əzablı yollar görmüşük, çox əziyyətlər çəkmişik. Bu gün dünyanın bir çox bölgələri sakit bir günə həsrətdir, müharibələr, qırğınlar ətraf regionları bürüyüb. Azərbaycan isə sabitlik, təhlükəsizlik, inkişaf adası kimi ancaq irəli gedir. Biz veteranlar respublikanın hər yerindən Bakıya toplaşıb, bu Ümumi Yığıncağı keçirməklə, bəyan edirik ki, hər birimiz Prezident İlham Əliyev siyasətinin davam etməsini istəyirik. İlham Əliyev xalq qarşısında bütün vədlərini yerinə yetirib. Onu sözü imzasıdır. Bunu bütün dünya bilir. Biz veteranlar bəyan edirik ki, Prezident İlham Əliyevlə bir yerdəyik! Bu qələbələr davam etməlidir.
Hamısını oxu