Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Heydər Əliyev irsinin təbliği ən böyük ideoloji iş və əsl vətənpərvərlik tərbiyəsidir -TƏHLİL!

Hərbi Prokurorluğun bu sahədəkı fəaliyyəti mənəvi dəyər və milli maraqlarımızın müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir

2 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edən Prezident İlham Əliyev ölkəmizdə müasir ideoloji işlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb. İdeoloji təhlükəsizliyin fiziki təhlükəsizlik qədər mühüm əhəmiyyət kəsb etdiyini bildirən dövlət başçısı, vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinin də böyük əhəmiyyətə malik olduğunu bildirib:

“İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. Çünki ideoloji təxribat ölkənin içinə istiqamətləndirilir. Biz sərhədlərimizi qoruyuruq və bu da vəzifələrdən biridir. Dövlət sərhədlərimizin mühafizəsinə, qorunmasına müasir texnologiyalardan istifadə etməklə nail olmuşuq. Amma ideoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında. Ona görə biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq. Necə? İlk növbədə, əlbəttə ki, təhsil. Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bax, bu yalanlara, bu şayiələrə, zəhərlə dolu olan bu ideoloji təxribatlara uymayacaq. İkinci növbədə, vətənpərvərlik. Əminəm ki, biz hamımız, hər bir vətənpərvər azərbaycanlı, Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir. Biz dünyada misli görünməmiş Qələbə qazanmışıq. Özü də yenə də deyirəm, təkbaşına”. (https://president.az/az/articles/view/73619 ).

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, xarici təxribatlara qarşı effektiv mübarizə, Azərbaycan həqiqətlərinin bütün dünyada təbliği, milli-mənəvi dəyərlərimizin və milli maraqlarımızın müdafiəsi baxımından ideoloji işin yüksək səviyyədə təşkili, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi mühüm önəm kəsb edir. Azərbaycanın üzləşdiyi mövcud situasiya belə bir təbliğatın zəruriliyini daha da artırır, ona həyati əhəmiyyət qazandırır.

Əminliklə demək olar ki, ən böyük ideoloji iş, vətənpərvərlk tərbiyəsi sahəsində ən effektiv fəaliyyət Ümummilli Lider Heydər Əliyev irsinin təbliği ilə bağlıdır. Çünki məhz Heydər Əliyev  irsində mill-mənəvi dəyərlərimiz, eləcə də, milli maraq və mənafeyimiz, tərəqi və təhlükəsizliyimiz dolğun şəkildə öz əksini tapıb. Azərbaycançılıq ideyası, vətənə sədaqət, milli tarixi və ana dilini göz bəbəyi kimi qorumq, milli həmrəyliyin təmini, Azərbaycan həqiqətlərinin dünyada təbliği, dövlətimizin tərəqqisi və təhlükəsizliyi üçün hər bir fədakarlığa hazır olmaq, ruhən və qəlbən vətənlə bütövləşmək, onun ağrısını və sevincini şəxsi ağrı və sevinc kimi hiss etmək Heydər Əliyev irsinin təməlini təşkil edir. Bu baxımdan Heydər Əliyev irsinin təbliği əslində ideoloji iş və vətənpərvərlik tərbiyəsinin ən ali səviyyədə təşkili deməkdir ki, Hərbi Prokurorluğun timsalında bu həqiqəti aydın şəkildə müşahidə etmək mümkündür.

Qeyd edək ki, Hərbi Prokurorluq Azərbaycan Silahlı Qüvvələrində mütəmadi şəkildə tədbirlər həyata keçirir ki, bu tədbirlərdə Heydər Əliyev irsi, Ümummilli Liderin dövlətçilik siyasəti, milli-mənəvi dəyərlərə münasibəti, ordu quruculuğu haqqında hərbçilərə ətraflı məlumat verilir. Buna nümunə olaraq 4 may 2026-cı il tarixində Müdafiə Nazirliyinin Raket və Artilleriya Qoşunları Baş İdarəsinin “N” saylı hərbi hissəsində “Ulu Öndər irsi – dövlətçilik və ordu quruculuğunun təməli” mövzusunda keçirilən tədbiri göstərmək olar. Hərbi prokuror Bəhruz Əhmədov və Müdafiə Nazirliyinin rəhbər vəzifəli şəxslərinin iştirak etdiyi tədbirdə Ulu Öndərin ordu quruculuğu sahəsindəki fəaliyyəti ilə yanaşı, onun milli-mənəvi dəyərlərə verdiyi önəm haqqında da hərbçilərə ətraflı məlumat verilib.

Hərbi Prokurorluq hərbi hissələrlə yanaşı, hərbi təhsil müəssisələrində də Heydər Əliyev irsinin təbliği istiqmətində mütəmadi addımlar atmaqda, çoxsaylı tədbirlər həyata keçirməkdədir. Bu cür tədbirlərdən biri 9 may 2026-cı il tarixində Cəmşid Naxçıvanski adına hərbi liseydə gerçəkləşdirilib.  Ümummilli Lider Heydər Əliyev anadan olmasının 103-cü ildönümünə həsr olunan “Ulu Öndər irsi və milli hərbi təhsilin inkişaf yolu” adlı tədbirdə Hərbi prokuror Bəhruz Əhmədov və Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin rəhbər vəzifəli şəxsləri Ulu Öndər irsinin önəmindən bəhs edib, bu irsə sadiqliyin dövlətimizin və xalqımızın tərəqqisi və təhlükəsizliyi baxımından böyük önəm kəsb etdiyini vurğulayıblar.

Sevindiricidir ki, Hərbi Prokurorluğun Heydər Əliyev ideyalarının təbliği istiqamətindəki fəaliyyəti günümüzdə də uğurla davam etməkdə, bu fəaliyyət Prezident İlham Əliyevin çağırış və tələbləri ilə həmahəng şəkildə uzlaşmaqdadır.

Qətiyyətlə demək olar ki, hərbçilərimizin Heydər Əliyev ideyaları ilə silahlanması onların mənəvi-psixoloji gücünü və ideoloji hazırlıq səviyyəsini daim yüksək səviyyədə saxlayacaq, əsgər və zabitlərimizin bundan sonra da vətənə sevgi və sadəqətlə xidmət etməsini təmin edəcək.

Seymur ƏLİYEV

 

2026-10-07 18:05:00
56 baxış

Digər xəbərlər

Azərbaycan təhlükəsizlik orqanlarının veteranı Vahid Tağıyev vəfat edib.

Respublika Veteranlar Təşkilatının  sədri general-polkovnik Tofiq Ağahüseynov Ağsu rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan təhlükəsizlik orqanlarının veteranı, dəyərli ziyalı, ehtiyatda olan polkovnik Vahid Tağıyevin vaxtsız vəfatından kədərlənir, mərhumun ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin, ruhu şad olsun! Xatırladak ki, Vahid Tağıyev Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 30 sentyabr 2019-cu il tarixdən Ağsu rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindədir. 1987-2016-cı illərdə Azərbaycan təhlükəsizlik orqanlarında xidmət etmiş, cənab Prezident İlham Əliyev tərəfindən «Hərbi xidmətlərə görə» medalı ilə təltif edilmişdir.

Hamısını oxu
Когда закончится беспредел?

Мы выражаем свое возмущение в связи с провокацией специальных служб России против граждан азербайджанской национальности, произошедшей 27 июня в городе Екатеринбурге. «Доблестные» правоохранители одновременно, в шесть часов утра взломали двери в 10 квартирах наших соотечественников и на глазах жен, и детей более часа жестоко избивали ни в чем не повинных людей.    В результате этой провокации погибли 2 и более 10 человек получили увечья, и были арестованы. Судьба некоторых из них до сих пор неизвестна.  Объяснения официальных лиц российского государства по поводу сотворенного варварского беззакония, по меньшей мере, вызывает удивление. Заместитель председателя Государственной Думы   Петр Толстой в очередной раз проявил свою тупость и нацистскую сущность, заявив, что эти действия сугубо внутреннее дело России. Напомним псевдо депутату, что конфликт между Россией и Украиной был инициирован именно в связи с ущемлением языковых прав украинских граждан русской национальности. Потом нарушение прав человека преступление против человечности и страна, являющаяся членом ООН, должна отвечать за подобные действия. Разумеется, произошедшее событие мотивирует протест в Азербайджане и негативно будет сказываться на традиционных отношениях между Азербайджанской Республикой и Российской Федерацией. Общественное Объединение «Организация ветеранов войны, труда и Вооруженных Сил Азербайджанской Республики» считает, что по данному делу незамедлительно должно быть проведено открытое расследование и виновные в нарушении правовых норм и насилие привлечены к ответственности. Вместе с тем считаем уместным обратить внимание российской общественности на проявляющееся в последнее время уничижительное отношение некоторых официальных структур Российской Федерации к диаспорским организациям, этническим меньшинствам. Это находит рельефное отражение и в средствах массовой информации России. Так, в течении этого года были силовые нападения на граждан Киргизии, Узбекистана и Таджикистана, которые, так или иначе, оправдывались.  Смысл подобных, по – существу, антироссийских действий двоякий. Во-первых, очистить Россию от мигрантов путем их дискредитации, прямого запугивания, что противоречит официальной государственной миграционной политике; во-вторых, разорвать отношение со странами СНГ. Последнее кажется неправдоподобным. Однако неявно, целенаправленно определенными политическими кругами России ведется работа именно по ее отчуждению от стран Центральной Азии и Закавказья. Иначе трудно объяснить эти жестокие, бессмысленные действия спецслужб. Совершенно очевидно, что такая политика абсолютно не отвечает подлинным интересам России и может оправдываться только ее врагами. Экс депутат Милли Меджлиса, генерал-майор Тимошенко В.В.

Hamısını oxu
Nazim Eynallı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, AAYDA “19№-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru Nazim Eynallı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri polkovnik Cəlil Xəlilovla görüşüb.  Görüş əsnasında şəhid ailələri və veteranlara olan dövlət qayğısından danışılıb, bu məsələdə hər bir fərdin və özəl müəssisənin üzərinə düşən məsuliyyət müzakirə olunub. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, şəhid ailələri və veteranlara qayğı kimliyindən, sosial statusundan asılı olmayaraq, hər bir vətəndaşın mənəvi borcudur  və hər bir şəxs, hər bir qurum bu məsələdə dövlətə dəstək verməli, onunla həmrəylik sərgiləməlidir. Nazim Eynallı Şamaxı və ətraf rayonlarda şəhid ailələri və veteranlara göstərilən qayğıya diqqət çəkib, yaxın gələcəkdə bu istiqamətdə görüləcək işlərdən danışıb. Görüşün  sonunda Nazim Eynallı Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatı tərəfindən Fəxri Fərmanla təltif olunub. Seymur ƏLİYEV  

Hamısını oxu
Qəhrəmanlıq Zirvəsinə Ucalan Ömür – Məmməd Mərdanov!

Vətən uğrunda canından keçənlər millətin yaddaşında əbədi yaşayır. Qazax rayonunda keçirilən ziyarətdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İctimai Birliyinin rayon sədri Azər Məmmədov, Qarabağ müharibəsi əlilləri və veteranlarını təmsil edən ictimai birliyin rayon sədri Xasay Balayev, şəhid ailələri və qazilər bir araya gələrək qəhrəmanların xatirəsini ehtiramla yad etdilər. Bu görüş xalqın öz igidlərinə sədaqətinin ifadəsi idi. 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfərdən danışan Azər Məmmədov bildirdi ki, şəhid ailələrinin dərdini azaltmaq mümkün olmasa da, onların yanında olmaq hər birimizin mənəvi borcudur. Çünki bu qələbə qəhrəmanların qanı ilə yazılıb. Belə igidlərdən biri də Məmməd Ələddin oğlu Mərdanovdur. 18 fevral 1988-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində dünyaya göz açan Məmməd sadə, zəhmətkeş və vətənpərvər bir gənc idi. Taleyinə isə ən uca zirvə – şəhidlik yazıldı. 22 sentyabr 2021-ci ildə Barxudarlı və Sofulu kəndlərinə texnika ilə yol açarkən minaya düşərək şəhid oldu. Bir gün sonra doğma kəndində torpağa tapşırıldı. Məmməddən iki qız və bir oğul yadigar qalıb. Onun adını yaşadan bulaq isə doğma kəndində daim axaraq qəhrəman ömrünün rəmzinə çevrilib. Görüş zamanı şəhid atası Ələddin Mərdanov övladı ilə fəxr etdiyini bildirib, şəhid ailələrinə göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib.Məmməd Mərdanovun ömrü qısa, amma şərəfli oldu. O, adını tarixə qanı ilə yazdı. İllər keçəcək, nəsillər dəyişəcək, lakin bu torpağın azadlığı uğrunda canından keçənlərin adı daim qürurla çəkiləcək.  Şəhidlər ölməz, Vətən bölünməz.  

Hamısını oxu