Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“1 şəhid, 1 hekayə, 1 şeir” layihəsinin yaradıcı heyəti Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatını ziyarət edib

Veteran.gov.az xəbər verir ki, “1 şəhid, 1 hekayə, 1 şeir” layihəsinin yaradıcı heyəti Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatını ziyarət edib, Təşkilatın sədri polkovnik Cəlil Xəlilovla görüşüb. Görüşdə “1 şəhid, 1 hekayə, 1 şeir” layihəsinin rəhbəri Harun Yıldırım, şair-yazıçı Banu Sancak, AZTV-nin senarist-rejissoru Gülüstan Əkbər, “Balans Media”nın icraçı direktoru Esmira Məmmədova  iştirak edib.

Görüşdə qonaqlara Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyəti haqqında ətraflı məlumat verən polkovnik Cəlil Xəlilov, veteranların Prezident İlham Əliyevin çağırışlarını hər zaman dəstəklədiyni, Müzəffər Ali Baş Komandanın tövsiyyələrini öz fəaliyyətlərində rəhbər tutduqlarını, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirdiklərini bildirib.

Qəbula görə Təşkilat rəhbərinə təşəkkür edən Harun Yıldırım “1 şəhid, 1 hekayə, 1 şeir” layihəsi haqqında məlumat verib, layihədə həm Azərbaycan, həm də Türkiyədən olan yazarların aktiv iştirak etdiyini bildirib.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan qürur hissi ilə bəhs olunub, 8 Noyabr zəfərinin hərbi önəmi ilə yanaşı, tarixi-siyasi, mənəvi-psixoloji əhəmiyyəti vurğulanıb.

Görüşdə həmçinin Azərbaycan-Türkiyə dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinin vacbliyi ilə bağlı fikir mübadiləsi aparılıb.

Seymur ƏLİYEV

 

2026-10-23 14:53:00
50 baxış

Digər xəbərlər

Dörd kəndin qaytarılması Müzəffər Ali Baş Komandanın tarixi zəfərlər silsiləsinin davamıdır

“Qazaxın dörd kəndinin geri qaytarılması dövlətimizin, onun lideri Müzəffər Ali Baş Komandanın tarixi zəfərlər silsiləsinin davamıdır”. Bunu “İki sahil”ə açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, baş verənlər dövlətimizin diplomatik qüdrətinin təntənəsidir: “Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması dövlətimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərin diplomatik müstəvidə davamı deməkdir. Bir güllə belə atılmadan 4 kəndin azad edilməsi faktı bir kəs daha sübut etdi ki, ölkəmiz hərbi müstəvidə olduğu kimi diplomatik müstəvidə də güclüdür və öz istəyini diktə edə bilir. Unutmaq olmaz ki, bu gün erməni kilsəsi və Ermənistan daxilindəki revanşist qüvvələr, habelə, xaricdəki erməni diapsoru Azərbaycanla Ermənistan arasında istənilən razılaşmaya qarşıdır. Onlar tarixi Azərbaycan torpaqlarının ölkəmizə qaytarılmasını düzgün hesab etmir, rəsmi İrəvanın ünvanına ciddi ittihamlar səsləndirirlər. Məhz belə bir mürəkkəb situasiyada rəsmi Bakının mili maraqlarımızın müdafiəsi istiqamətində bu cür mühüm razılaşma əldə etməsi ikiqat uğur əldə edilə bilər”. Polkovnik qeyd edib ki, bu uğuru özünəməxsus edən mühüm nüasnlardan biri də məlum razılaşmanın heç bir vasitəçi olmadan əldə edilməsidir: “Sevindirici məqamlardan biri də ondan ibarətdir ki, dörd kəndin geri qaytarılması və bu kəndlərlə bağlı delimitasiya və demarkasiya prosesinin yekunlaşması heç bir vasitəçinin iştirakı olmadan – Azərbaycan Ermənistan işçi qrupları arasındakı razılaşmaya əsasən baş tutub. Bu isə bir daha vasitəçisiz danışıqların daha uğurlu və effektiv olduğunu göstərir. Xatırladaq ki, Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında Azərbaycanın vasitəçiyə ehtiyac duymadığını, vasitəçisiz danışıqların daha səmərəli olduğunu vurğulayıb”. Cəlil Xəlilov qeyd edib ki, bu kimi razılaşmalar Azərbaycanla Ermənistan arasında imzalanması gözlənilə sülh müqaviləsi üçün də əlverişli zəmin formalaşdırır: “Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsinin üstündən 4 il ötsə də, hələ də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb. Buna səbəb İrəvanın 10 noyabr bəyanatından irəli gələn öhdəliklərə əməl etməməsi, bu öhdəliklərdən müxtəlif vasitələrlə yayınmasıdır. Qazaxın dörd kəndinin geri qaytarılması, sərhədlərin delimitasiyası ilə bağlı əldə edilən razılaşmalar Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün əlverişli zəmin yaradır. Əminəm ki, rəsmi İrəvan sərhədlərin delimitasiyası və Azərbaycanın sülh səylərinin dəstəklənməsi siyasətindən imtina etməzsə, biz qısa zamanda iki dövlət arasında daha ciddi razılaşmalara şahid olacağıq”.

Hamısını oxu
DTX məlumat yaydı: Şuşaya gələn livanlı terrorçu ələ keçdi

Müxtəlif xarici ölkələrin vətəndaşlarının muzd müqabilində Ermənistandan Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərinə keçirilməklə qanunsuz silahlı birləşmələr, terrorçu dəstələr halında döyüşlərə cəlb edilmələri ilə bağlı çoxsaylı faktlara dair kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir. Publika.az Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytına istinadla xəbər verir ki, aparılan araşdırmalarla Livan Respublikasının vətəndaşı Viken Eulcekcianın, həmin ölkənin digər vətəndaşı Hovak Kikiyan, habelə ayrı-ayrı xarici ölkə vətəndaşları ilə birgə qabaqcadan razılaşdırılmış konkret muzd müqabilində Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində hərbi əməliyyatlarda iştirak etmələrinə və terrorçuluq əməlləri törətmələrinə əsaslı şübhələr yaranıb. Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Viken Eulcekcian Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114.3-cü (Muzdluluq), 214.2.1-ci və 241.2.3-cü (Terrorçuluq), 228.2.1-ci (Qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə), 279.1-ci (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. Hazırda araşdırmalar davam edir.

Hamısını oxu
“DİN-nin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı apardığı mübarizə təqdirəlayiqdir və yüksək peşəkarlıqdan xəbər verir”

“Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə nəticəsində ələ keçirilən narkotiklərin miqdarı heyrət doğurur”.  Bunu Moderator.az-a açıqlamasında millət vəkili Elman Məmmədov bildiirb. Millət vəkili qeyd edib ki, Daxili İşlər Nazirliyinin (DİN) bu məsələdə əldə etdiyi uğurlar ciddi mətləblərdən xəbər verir: “Ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə, bu mübarizənin nəticələri ciddi mətləblərdən xəbər verir. Bu mübarizə hər şeydən öncə daxili işlər orqanlarının yüksək peşəkarlığını, ayıq-sayıqlığını əks etdirir. Əldə edilən nəticələr göstərir ki, hüquq-mühafizə orqanlarımız öz işinin öhdəsindən yüksək səviyyədə gəlir, narkotik vasitələrin qanunsuz ticarətinə qarşı mübarizədə böyük uğurlar əldə edirlər. Bütün faktlar və təhlillər göstərir ki, DİN-nin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı apardığı mübarizə təqdirəlayiqdir və gələcəkdə də eyni qətiyyətlə davam etdiriləcək. Bu mübarizə nəticəsində ələ keçirilən narkotik vasitələrin miqdarı onu deməyə əsas verir ki, xalqımızı narkotiklə zəhərləmək istəyən, ölkəmizdə bu bəlanın yayılmasını istəyən müəyyən qüvvələr var. Çünki saxlanılan şəxslərin böyük əksəriyyəti narkotik vasitələri tanımadıqları xarici ölkə vətəndaşlarından aldıqlarını bilidirir ki, bu da özlüyndə az şey demir. Bu mənada əminliklə demək olar ki, DİN-nin həyata keçirdiyi missiya mühüm həyati əhəmiyyətə malidkir və qanunların aliliyinin təmin edilməsi ilə yanaşı, həm də xalqımızın genefondunun qorunmasına xidmət edir. Mən polis əməkdaşlarımıza bu müqəddəs missiyada uğurlar arzulayır, onlara müvəffəqiyyətlər diləyirəm”. Seymur ƏLİYEV

Hamısını oxu
Zəfərin Səsi – 8 Noyabrın Qəhrəmanları

Bu gün Zəfərin səsi yenidən səmalarda əks-səda verir... Bu səs torpağın dərinliklərindən, şəhidlərimizin uyuduğu məzarlardan qalxır, Vətənin hər daşında, hər nəfəsində duyulur. 8 Noyabr – Qələbə Günü, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə yazılmış ən şanlı səhifədir. Bu gün 44 günlük Vətən müharibəsində bizə Zəfər sevincini bəxş edən qəhrəman oğullarımızdan beşinin doğum günüdür. Onlar canlarını torpaq, bayraq və azadlıq naminə fəda etdilər, adlarını əbədi olaraq xalqımızın yaddaşına yazdılar. Veteranlar təşkilatının hər bir üzvü bu igidlərin xatirəsini qürurla, minnətlə və dərin ehtiramla anır. Çünki onların qanı ilə yazılan Qələbə dastanı bu gün də Azərbaycan əsgərinin ruhuna güc, xalqımıza isə sonsuz qürur verir.   Leytenant Həməşəyev Qismət Oruc oğlu 1988-ci il noyabrın 3-də Rusiya Federasiyasının Rostov şəhərində anadan olub. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.  O, oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub. Qazax rayonunda dəfn olunub.    Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Qismət Həməşəyev ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.    Əsgər Kərimov İsmayıl Abbas oğlu 3 noyabr 1990-cı ildə Qəbələ rayon Tüntül kəndində anadan olub. 1996-cı ildə Nohurqışlaq kənd 1 saylı tam orta məktəbində ibtidai təhsil almağa başlayıb. 2007-ci ildə orta təhsilini başa vuran İ.Kərimov, 2009-cu ildə müddətli həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini Murovdağ yüksəkliyində yerləşən N saylı hərbi hissədə keçib. 2010-cu ildə hərbi xidmətini başa vurub.  İsmayıl Vətən müharibəsinə könüllü olaraq yazılıb. 2020-ci il 27 sentyabrda başlanan Vətən müharibəsində Azərbaycanın işğal altında olan torpaqlarının azad olunmasında iştirak edib. 5 oktyabr 2020-ci ildə Qarabağ uğrunda gedən döyüşlər zamanı Tərtər rayonu istiqamətində düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. 6 oktyabr 2020-ci il tarixində Qəbələ rayon Tüntül kənd qəbiristanlığında dəfn edilib. Şəhidimizin Vətənə əmanət iki oğlan övladı yadigar qalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, İsmayıl Kərimov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.    MAHHXHQ, əsgər Sadıqov Elvin Namiq oğlu 1998-ci ildə Goranboy rayonunun Qaradağlı kəndində anadan olub. 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.  2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı kəşfiyyatçı-pulemyotçu kimi xidmət edən Elvin Sadıqov, noyabr ayının 3-də Şuşanın azad olunması uğrunda gedən qızğın döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.   Doğum günündə şəhidlik zirvəsinə ucalan E.Sadıqov doğulduğu Goranboy rayonunda torpağa tapşırılıb.  Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Elvin Sadıqov ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.    MAHHXHQ, baş əsgər Şirəliyev İntiqam Bəxtiyar oğlu 1997-ci il noyabrın 3-də Göyçay rayonunun Potu kəndində anadan olub. O, 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib.  İntiqam Şirəliyev sentyabrın 28-də Kəlbəcər rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Göyçay rayonunun Potu kəndində dəfn olunub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, İntiqam Şirəliyev ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.    Gizir Xəlilov Nadir Ağadadaş oğlu 3 noyabr 1984-cü ildə Astara rayonunun Artuna kəndində anadan olub. Orta təhsilini Artuna kənd tam orta məktəbində alıb.      2002-ci ildə N saylı hərbi hissədə əsgər kimi müddətli həqiqi hərbi xidmətə başlayan Nadir Xəlilov, 2005-ci ildə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində (TTM) hərbi təhsil alıb. 2005-ci ildən başlayaraq gizir rütbəsilə tank komandiri vəzifəsində xidmət edib.  Nadir Xəlilov 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edərək şücaət göstərib. O, sentyabrın 30-da Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub.  Ömrünün 18 ilini hərbiyə həsr edən tank komandiri, şəhidimizin Vətənə əmanət iki oğlu yadigar qalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Nadir Xəlilov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. 

Hamısını oxu