Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Vətən müharibəsi şəhidi Elsevər Paşayevin anım mərasimi keçirilib

Veteran.gov.az Qaradağ Rayon İcra Hakimiyyətinə istinadən bildirir ki, 25 oktyabr 2026-cı il tarixində 2-ci Fəxri Xiyabanda Vətən Müharibəsi şəhidi Paşayev Elsevər Vaqif oğlunun anım mərasimi keçirilib.

Anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev, Milli Məclisin deputatı Zaur Şükürov, YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin rəisi Bəxtiyar Hümbətov, Rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, şəhid ailələri və qazilər, həmçinin şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Qonaqlar şəhidin məzarını ziyarət edərək, ailə üzvlərinə dərin hüznlə başsağlığı vermiş və səbir arzulamışlar. Ziyarət zamanı Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqdan bəhs olunmuş və qeyd olunmuşdur ki, bu gün azad olunmuş torpaqlarda müqəddəs üçrəngli bayrağımızın dalğalanması hər bir azərbaycanlı üçün qürur mənbəyidir.

RİH başçısı Natiq Əliyev həmçinin ehsan süfrəsində iştirak edərək şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı vermiş, onlara səbir və dözüm arzulamışdır.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmişlər. Vətən uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Onların qanı bahasına azad edilən müqəddəs torpaqları göz bəbəyi kimi qoruyacağıq.

Şəhidlərimizin qarşısında baş əyir, onların əziz xatirəsini dərin ehtiramla yad edirik. Onlara Allahdan rəhmət, ailələrinə səbir və dözüm arzulayırıq.

 

2026-10-27 13:07:00
29 baxış

Digər xəbərlər

Daha 109 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edildi

Bununla bağlı Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli vurğulayıb ki, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların mənzillə və fərdi evlərlə təminatı işləri ildən-ilə genişlənir. O bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq yaxın bir neçə ildə şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan mənzil proqramı başa çatdırılacaq.  Nazir müavini qeyd edib ki, 2018-ci ildə Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan üç dəfə çox olmaqla 626 mənzil və fərdi ev təqdim edilibsə, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verilib. 2020-ci ildə isə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 539 mənzil verilib, digər mənzillər və fərdi evlər də ilin sonunadək veriləcək. İndiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8127 mənzil və fərdi ev verilib. V.Nəsirli bildirib ki, Nazirlik müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə isə 600 avtomobil verib. 2020-ci ildə də 400 avtomobilin verilməsi nəzərdə tutulub və onlardan artıq 150-si təqdim edilib.Ümumilikdə isə  Nazirlik tərəfindən ötən dövrdə müharibə əlilləri və onlara bərabər tutulanların 6900  minik avtomobili ilə təminatı həyata keçirilib. Yeni mənzillə təmin edilən şəhid ailələri və Qarabağ müharibəsi əlilləri onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, ümumən hərtərəfli təminatlarına göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.  

Hamısını oxu
Prezident İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçılarını qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını – Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin direktoru, MDB dövlətlərinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının sədri Aleksandr Bortnikovu, Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkini, Belarusun Dövlət Təhlükəsizlik Komitəsinin sədri İvan Terteli, Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin sədri Yermek Sagimbayevi, Qırğızıstanın Baş nazirinin müavini, Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyevi, Özbəkistanın Dövlət Təhlükəsizlik Xidmətinin sədri Abdusalom Azizovu, Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Saymumin Yatimovu və MDB-yə üzv dövlətlərin Antiterror Mərkəzinin rəhbəri Yevgeniy Sısoyevi qəbul edib.

Hamısını oxu
Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv edilməsi haqqında qərar mənasız qərardır

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) səmərəli, sosial əhəmiyyətli fəaliyyəti fonunda Rusiya Federasiyasının Ali Məhkəməsinin qərarı mənasız qərar təsiri bağışlayır. Bu qərar üçün rəsmi əsas ÜAK Nizamnaməsinin Rusiya qanunvericiliyinə uyğun olmaması elan edilib. Bu, qeyri-məntiqi və qondarma qərardır. ÜAK Nizamnaməsini Rusiya qanunvericiliyinə uyğunlaşdırmaq üçün bir neçə saat peşəkar hüquqi iş kifayətdir. Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı sədrinin müavini, istefada olan polkovnik Cəlil Xəlilov söyləyib. C.Xəlilov qeyd edib ki, 2001-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Ümumrusiya Azərbaycanlılar Konqresi yaradılıb. ÜAK Rusiya ərazisində 2 milyondan çox azərbaycanlını əhatə edən ictimai təşkilatları öz sıralarında birləşdirib. Konqres bu illər ərzində Rusiya ilə Azərbaycan arasında sosial-iqtisadi və mədəni əməkdaşlığın inkişafına kömək edib, həmvətənlərimizin Rusiya mədəniyyətinə, ənənələrinə və qanunlarına uyğunlaşmaşına fəal yardım göstərib, Rusiya azərbaycanlılarının təhsili, hüquqlarının və etnomədəni maraqlarının müdafiəsi məsələlərinə diqqət yetirib. Azərbaycanda rus dilinə, rus mədəniyyətinə, Rusiya ilə tarixi əlaqələrə qayğı ilə yanaşırlar. Bu baxımdan Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Rusiya Federasiyası Ali Məhkəməsinin “hüquqi” addımını Azərbaycan ilə Rusiya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin sarsıdılması, ölkələrimizin xalqlarının bir-birindən uzaqlaşması üçün ermənipərəst dairələr tərəfindən provokasiya məqsədi ilə törədilən siyasi təxribat hesab edir. Ali Məhkəmənin qərarı hələ qanuni qüvvəyə minməyib və biz çox ümid bəsləyirik ki, Rusiya Federasiyasının ictimaiyyəti, hökuməti və Prezidenti kənarda durmayacaq və öz kəsərli sözlərini deyəcəklər.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Quba Rayon Şöbəsinin sədri Ruslan Bədirov Pərviz Nurməmmədovla görüşüb

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Quba Rayon Şöbəsinin sədri Ruslan Bədirov Quba rayonu üzrə təhsil sektorunun müdiri  Pərviz Nurməmmədovla görüşüb. Görüş zamanı Veteranlar Təşkilatının Quba Rayon Şöbəsinin fəaliyyətinə verdiyi dəstəyə görə Pərviz Nurməmmədova təşəkkür edən Ruslan Bədirov, təhsil sektorunun müdirini Fəxri Fərmanla təltif edib. Təltifə görə Ruslan Bədirova təşəkkürünü bildirən Pərviz Nurməmmədov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Quba Rayon Şöbəsinə uğurlar arzulayıb, müvəffəqiyyətlər diləyib. Seymur ƏLİYEV  

Hamısını oxu