Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

“8 Noyabr zəfəri yalnız müasir dövrümüzün deyil, bütün dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir. Bizə bu zəfəri yaşadan Azərbaycan xalqının Prezidenti, Silahlı Qüvvələrimiz, şəhid və qazilərimiz, xalqımızın birliyi və həmrəyliyi olub”.

Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 8 Noyabr zəfərini təmin edən milli birlik və həmrəyliyimizin bundan sonra da qorunub saxlanılması həyati əhəmiyyət kəsb edir:

“44 günlük Vətən müharibəsində fərqli dini inanclara malik olan, müxtəlif etnik qrupları təmsil edən vətəndaşlarımız azərbaycanlılarla birlikdə erməni faşizminə qarşı fədakarcasına mübarizə aparıb, tarixi qələbəmizə böyük töhfə veriblər. Lakin bu gün görürük ki, xalqımızın birliyi, həmrəyliyi bəzi kənar qüvvələri narahat edir. Onlar Azərbaycandakı sabitiyi pozmağa, cəmiyyətdə süni şəkildə qarşıdurma yaratmağa çalışırlar. Bütün bu təxribatların qarşısını almaq üçün biz öz həmrıyliyimizi göz bəbəyi kimi qoruyub saxlamalı, Prezidentimizin ətrafında sıx birləşməkdə, Azərbaycanın maraq və mənafelərini bütün platformalarda qətiyyətlə müdafiə etməkdə davam etməliyik. Biz Prezidentimizin hər bir çağırışını dəstəkləməli, onun tövsiyyələrinə ciddi şəkildə əməl etməliyik. Unutmamalıyıq ki, əldə etdiyimiz qalibiyyətin baş memarı Müzəffər Ali Baş Komandanımızdır. Bu gün Azərbaycandakı sabitliyə, inkişaf və tərəqqiyə görə məhz ona borcluyuq.

Biz bundan sonra da cəmiyyətimizdəki əmin-amanlığı qorumaq, dinamik inişafımızı təmin etmək, yeni nailiyyətlər əldə etmək istəyiriksə, Ulu Öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezidentimizi qorumalı, ona dəstək verməli, hər addımda Müzəffər Ali Baş Komandanımızla həmrəy olduğumuzu nümayiş etdirməliyik. Bizim gələcək təhlükəsizliyimizin və inkişafımızın yeganə yolu məhz budur”.

Seymur ƏLİYEV

2026-10-29 13:30:00
67 baxış

Digər xəbərlər

İlham Əliyev 2 sərəncam imzaladı

Prezident İlham Əliyev Ağdaş rayonunun Qobuüstü–Yuxarı Nemətabad–Hacılar–Aşağı Nemətabad–Yenikənd–Qəribli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Axar.az sərəncamın mətnini təqdim edir: 1. Altı min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Qobuüstü–Yuxarı Nemətabad–Hacılar–Aşağı Nemətabad–Yenikənd–Qəribli avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 16,4 milyon (on altı milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. *** Prezident İlham Əliyev Qazax rayonunda yerli əhəmiyyətli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: 1. Altı min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Qobuüstü–Yuxarı Nemətabad–Hacılar–Aşağı Nemətabad–Yenikənd–Qəribli avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 16,4 milyon (on altı milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Hamısını oxu
Zəfərin Səsi – 8 Noyabrın Qəhrəmanları “Azərbaycan Bayrağı” ordenli, Xüsusi Təyinatlı şəhid Güləddin Şahbabayev

Bəzən elə anlar olur ki, onlar bir xalqın taleyinə həkk olunur və nəsillərin yaddaşında əbədi iz buraxır. 2020-ci ilin payızında - 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsi də məhz belə bir tarixdir. O gün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azadlığı uğrunda ayağa qalxdı. Bu savaş həm bir millətin birliyini, həm də onun övladlarının Vətənə sədaqətini nümayiş etdirdi. 44 gün… Bu günün hər anı igidlik, mərdlik, fədakarlıq dastanı idi. Hər kəndin, hər şəhərin azadlığına bir qəhrəmanın qanı hopdu.Hər zəfər bir şəhidin adı ilə ucaldı. O qəhrəmanlardan biri də Güləddin Şahbabayev idi.O, 2001-ci il mayın 21-də dünyaya gəlmişdi. 2019-cu ildə hərbi xidmətə yollananda anası onun gözlərində qəribə bir parıltı görmüşdü. O parıltı Vətən sevgisinin, şəhidliyə gedən yolun işığı idi. Güləddin Şahbabayev Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Kəlbəcər, Cəbrayıl, Füzuli və Xocavəndin azad olunması əməliyyatlarında mərdliklə vuruşdu. O, silahdaşları ilə çiyin-çiyinə irəliləyirdi, hər addımında “Vətən sağ olsun!” deyirdi. 2020-ci il oktyabrın 17-si Füzuli döyüşləri zamanı o, şəhidlik zirvəsinə ucaldı. 20 yaşlı bir gənc bütöv bir xalqın qüruru oldu. Bu gün onun məzarı Şabranın Düz Bilici kəndindədir. Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Güləddin Şahbabayev ölümündən sonra “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilib. Bu medallar onun qəhrəmanlığının, gənc ömrünün Vətən uğrunda fəda edilməsinin rəmzidir. Beş il ötür o möhtəşəm Qələbədən. Azərbaycan bu gün Zəfərin səsini yenidən eşidir, bayrağımız Şuşada, Xankəndidə, Xocalıda, hər bir azad edilmiş torpaqlarımızda dalğalanır. Zəfər paradı isə həm o qələbənin, həm də Güləddin kimi igidlərin xatirəsinin təntənəsidir. Bu parad təkcə hərbi qüdrətin deyil, həm də xalqın birliyinin, milli qürurunun, şəhidlərimizin ölməzliyinin rəmzidir. Çünki bu Zəfərin payı hər bir şəhidindir, Güləddinindir, onun qanıyla yoğrulan torpağındır. Güləddin Şahbabayevin adı bu xalqın yaddaşında daim yaşayacaq. O, Zəfərin səsi, Azərbaycanın qəhrəman övladı, 8 Noyabrın əbədi işığıdır.

Hamısını oxu
Heydər Əliyev tarix yaradan liderlərdən biri olub -

İndoneziyanın “Miraj” informasiya agentliyi müasir Azərbaycan dövlətinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyev haqqında məqalə yayıb. Axar.az xəbər verir ki, “Müasir Azərbaycanın banisi Heydər Əliyev” adlı məqalədə xalqımızın dahi rəhbərinin dövlətçilik fəaliyyəti barədə ətraflı məlumat verilir. “Elə liderlər var ki, tarix onları unutmur, amma tarixin özünü yaradan liderlər də var” fikri ilə başlayan məqalədə vurğulanır ki, müasir Azərbaycanın banisi olan Heydər Əliyev məhz tarixi yaradan liderlərdən biri olub. Müasir Azərbaycan dövlətinin əsasını qoyan Ümummilli Lider öz dövrünün əsl əfsanəsinə çevrilib. Tarix onu nadir şəxsiyyət, güclü dövlət xadimi, məqsədinə doğru inamla irəliləyən insan və əfsanəvi xadim kimi xatırlayır. Qeyd edilir ki, məhz onun böyük xidmətləri nəticəsində gənc müstəqil dövlət ayaqları üzərində möhkəm dayanaraq XXI əsrə qədəm qoydu. Məqalədə Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi 35 illik dövr barədə ətraflı məlumat verilir. Qeyd edilir ki, 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyasının birinci katibi seçilən Heydər Əliyev bütün məsuliyyəti öz üzərinə götürərək, xalqla birlikdə böyük çətinlikləri aradan qaldıraraq, bu gün müasir Azərbaycan adlandırılan müstəqil dövlətin təməlini qoyub. Məqalədə ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi illərdə əldə olunan uğurlardan, yeni yaradılan istehsal sahələrindən, inşa olunun zavodlardan, Su Elektrik stansiyalarından geniş bəhs olunur. Qeyd edilir ki, həmin dövrdə respublikada aparılan böyük quruculuq işlərini məhz müasirləşdirmə termini ilə daha düzgün ifadə etmək olar. Ötən əsrin sonlarında keçmiş Sovet İttifaqının dağılmasından sonra müstəqil Azərbaycan dövlətinin formalaşmasında Heydər Əliyevin xidmətlərinə diqqət çəkilən məqalədə onun müəllifi olduğu azərbaycançılıq fəlsəfəsinin mühüm rolu xüsusi vurğulanır. Bildirilir ki, müstəqillik əldə edildikdən sonra Heydər Əliyevin yaradıcısı olduğu azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini tapmasında və dövlətçiliyin, milli birliyin formalaşmasında mühüm rol oynayıb. Məqalədə müstəqilliyin bərpasından sonra ölkə həyatının bütün sahələrində aparılan islahatlara əzmlə rəhbərlik edən Heydər Əliyevin həyata keçirdiyi çoxsaylı proqramlar, nəhəng, dünya miqyaslı layihələr ölkəni Azərbaycan xalqının adına layiq bir məmləkətə çevirdiyi də qeyd edilir. Bildirilir ki, məhz Heydər Əliyevin həyata keçirdiyi çoxvektorlu dövlət strategiyası Azərbaycana yüksək inkişaf və sabitlik gətirib. Onun rəhbərliyi altında həyata keçirilən praqmatik və balanslaşdırılmış siyasət ABŞ, Avropa İttifaqı, Türkiyə ilə yanaşı, Rusiya və İran kimi dövlətlərlə də konstruktiv əməkdaşlıq əlaqələri qurmağa imkan yaradıb. Məqalədə Heydər Əliyevin ölkənin iqtisadi müstəqilliyini yaratması nəticəsində siyasi sabitliyə nail olduğu da xüsusi vurğulanır. Məhz onun müəllifi olduğu antiböhran proqramlarının istehsalın bərpasında, ölkənin maliyyə durumunun sabitləşməsində, həmçinin xarici investisiyaların cəlb olunmasında mühüm rolu qeyd edilir. Vurğulanır ki, böyük lider Heydər Əliyevin siyasi fəaliyyəti Azərbaycan xalqının rəmzinə, onun həyat yolu isə Vətənə sədaqət və məhəbbətin nümunəsinə çevrilib.

Hamısını oxu
Başsağlığı

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşı, dövlət qulluğunun baş müşaviri Rasim Mirzəyevin yaxın qohumu Çingiz Mirzəyev vəfat edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti bu acı xəbərdən təəssüfləndiyini bildirir, Rasim Mirzəyevə və mərhumun bütün doğmalarına dərin hüzünlə başsağlığı verir. Allah rəhmət eləsin!

Hamısını oxu