Digər xəbərlər
Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı qardaş Türkiyədə çoxsaylı insan tələfatına və böyük dağıntıya səbəb olan zəlzələylə bağlı "İki dövlət-bir millət, bir can, Türkiyə-Azərbaycan" mövzusunda tədbir keçirib. Tədbirə rayon icra hakimiyyətinin rəsmiləri, Əmək və Müharibə veteranları, ictimai birliklərin nümayəndələri və qardaş ölkəyə yardım kompaniyasında fəal iştirak edənlər dəvət olunublar. Rayon Veteranlar evində təşkil edilən tədbirdən öncə təbii fəlakətdə həlak olan türkiyəli bacı və qardaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların ruhuna dualar oxunub. Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman qardaş Türkiyədə baş verən yüksək dağıntı gücünə malik olan zəlzələnin törətdiyi ağır fəsadlardan danışıb, faciənin ilk günündən dövlətimizin və xalqımızın qardaş türk xalqının yanında olduğunu xüsusi vurğulayıb. O, qeyd edib ki, 44 günlük Vətən müharibəsində Türkiyə bütünlüklə bizə dəstək olduğu kimi biz də təbii fəlakətlə üzləşən dost ölkəyə hər cür qardaş yardımı göstərməyə çalışırıq. Fövqəladə nazirliyinin 900-dən çox əməkdaşı axtarış-xilasetmə işləri aparır, tibbi personalımız dağıntılar altından yaralı çıxan sakinlərə tibbi xidmət göstərir, zəlzələ bölgəsinə yollanan könüllülər humanitar yardımların paylanılmasında fəal iştirak edirlər. Ölkəmizin hər yerində təşkil olunan qardaş ölkəyə yardım kompaniysı bu gün də mütəşəkkil şəkildə davam edir. Bütün bunlar bir daha göstərir ki, biz iki dövlət olsaq da, bir millət və bir canıq. Rayon icra hakimiyyətinin Cəlilabad şəhəri üzrə nümayəndəsi Ramin Əmənov, rayon Ağsaqqallar şurasının sədri Ədalət Əsgərov, Qarabağ qaziləri ictimai birliyinin sədri Maşallah Əliyev, rayon icra hakimiyyətinin ərazi dairəsi üzrə nümayəndəsi Simran Əlizadə, Qızıl Aypara Cəmiyyətinin rayon bölməsinin sədri İlkin Qubadov, şəhid atası Zaur Məmmədov, Əmək və Müharibə veteranları Kamran Sadıqov, Mirağa Salmanov, Rəsul Bayramov, qardaş ölkəyə yardım kompaniyasının təşkilatçıları Əsəd Abbasov, Mərifət Səmədli, Asəf İsmayılov və başqaları çıxış edərək qardaş ölkənin düçar olduğu faciədən ürək ağrısı ilə danışıblar, həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyiblər. Sonda doğma Türkiyə respublikasına göstərilən qardaş köməyində fəal iştirak edən bir qrup rayon sakininə rayon Veteranlar Təşkilatının Fəxri Fərmanları təqdim olunub.
Hamısını oxu
Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayeva , rayon Veteranlar Təşkilatının sədri Qafar Vəliyev Böyük Vətən Müharibəsi veteranlarının hər birinin evində olaraq ərzaq məhsullarından ibarət sovqatları onlara təhvil veriblər. Məlumat üçün qeyd edək ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə ərzaq yardımlarının paylanılması Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir.
Hamısını oxu19 mart 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Xaçmazda şəhid Qafarov Fuad Fərhad oğlunun ailəsini ziyarət edib, şəhid ailəsini bayram münasibətilə təbrik edib. Görüş əsnasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuzun erməni faşizminə qarşı apardığı şanlı mübarizəyə toxunan Cəlil Xəlilov, məhz şəhidlərimizin və veteranlarımızın qəhrəmanlığı sayəsində torpaqlarımızın işğaldan azad olunduğunu bildirib. Bütün şəhidlər kimi Fuad Qafarovun da öz həyatını vətənin, xalqın təhlükəsizliyi, respublikamızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına fəda etdiyini bildirən təşkilat sədri, onların xatirəsinin heç zaman unudulmayacağını, daim ehtiramla yad ediləcəyini vurğulayıb. Şəhidin atası Fərhad Qafarov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına təşəkkür edib, Xaçmaz Rayon İcra Hakimiyyətinin də daim onlarla maraqlandığını, problemlərinin həllinə dəstək verdiyini bildirib. Şəhidin həyat yoldaşı Gülnarə Qafarova gəlişinə görə polkovnik Cəlil Xəlilova təşəkkür edib. Polkovnik Cəlil Xəlilov şəhid övladlarına hədiyyələr təqdim edib, şəhid ailəsinə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının daxili imkanları hesabına maddi yardım göstərilib. Qeyd edək ki, 2017-ci il fevralın 11-də Talış kənd uğrunda gedən döyülərdə həlak olan şəhid Fuad Qafarovun iki azyaşlı övladı var. Hazırda 3-cü sinifdə təhsil alan Gülay Qafarova atasının şəhid olmasından 35 gün sonra – 16 mart 2017-ci il tarixində anadan olub. Seymur ƏLİYEV
Hamısını oxu
“Onlar 44 günlük Vətən müharibəsində də əzmlə iştirak edib, tarixi qələbəmizə böyük töhfələr veriblər” Bu gün Azərbaycan Sərhəd Mühafizəsinin 105 illik yubileyidir. Bu münasibətlə Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov sərhədçiləri təbrik edib, onların əməyinə diqqət çəkib: “Azərbaycan Sahil Mühafizəsinin 105 illik yubileyi münasibətilə Dövlət Sərhəd Xidmətinin bütün əməkdaşlarını təbrik edir, onlara şərəfli fəaliyyətlərində uğurlar arzulayıram. Düz 105 il bundan öncə sərhədlərimizin keşiyində dayanan, bu sahədə böyük fədakarlıq göstərən sərhədçilərimiz, bu gün də vətən torpaqlarının qorunmasında, onun təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır. Sərhəd pozucularından tutmuş narkotiklərin qanunsuz dövriyyəsinə qarşı bütün təhdid və təhlükələrə qarşı uğurla mübarizə aparan sərhədçilərimiz, 44 günük Vətən müahribəsində də əzmlə iştirak edib, işğaldakı torpaqlarımızın azad edilməsinə böyük töhfələr verib. Sərhədçilərimiz günümüzdə də bütün sərhədlərimizlə yanaşı, Azərbaycan-Ermənistan şərti sərhədlərinin qorunmasını da müvəffəqiyyətlə təmin etməkdədir. Mən bir daha sərhədçilərimizi peşə bayramları münasibətilə təbrik edir, onlara xidməti fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram. Əminəm ki, sərhədçilərimiz bundan sonra da vətənimizin keşiyində ayıq-sayıq dayanacaq, xalqımızın və dövlətimizin təhlükəsizliyi naminə heç bir fədakarlıqdan çəkinməyəcəklər”. Seymur ƏLİYEV
Hamısını oxu