Lətif Şüküroğlu - 60




Udinenin dumanlı səhərlərində, Alp dağlarının köksündə, tarix bir adın sədası ilə titrəyirdi – Pyotto. Bəlkə də bu ad bu gün çoxlarının yadına heç nə salmır. Bəlkə də onun qəhrəmanlığını nə dərsliklər öyrədir, nə də abidələr yad edir. Amma hər əsirlikdən azadlığa, hər susqunluqdan üsyana qalxan ruhda Pyotto – Əli Baba oğlu Babayev yaşayır. 1910-cu ildə Naxçıvanda dünyaya göz açan bu uşağın gələcəkdə qitələri aşacaq, yad torpaqlarda azadlıq uğrunda savaşacaq, amma öz vətənində "xain" damğası ilə zindana atılacağını kim deyə bilərdi? Əli Babayev Sovet ordusuna 1940-cı ildə çağrıldı. 2 il boyunca vətəninə sədaqətlə xidmət etmişdi. Lakin 1942-ci ildə müharibənin sərt üzü ilə üz-üzə qalmış və əsir düşmüşdür. Qaranlıq düşərgə barakları, tel hasarlarla əhatələnmiş həyatlar və boğulmuş ümidlər arasında onun vicdanı hələ də azad idi. 1943-cü ilin noyabrında o, İtaliyanın şimalında Udine şəhərindəki əsir düşərgəsindən bir qrup yoldaşı ilə qaçdı. Bunu sadəcə adi bir qaçış adlandıra bilmərik. Bu bir insanın öz ruhunu əsirlikdən azad etməsi idi. Bu ideallara, azadlıq eşqinə, insan ləyaqətinə verilən and idi. İtalyan kommunistlərinin köməyi ilə Əli Babayev dağlara sığınmış, silaha sarılmış və yeni bir ad almışdı - Pyotto. Əli Babayev 25 mart 1944-cü ildə italyan partizan hərəkatına qoşulur. Pyotto adı altında Əli Babayev İtaliya partizan hərəkatının fəal iştirakçısına çevrilmiş və sovet əsirlərindən ibarət Çapayev batalyonunu yaradaraq onun komandiri olmuşdu. Bu batalyonda onunla yanaşı Oruc Əliyev – “Mixail-Moska” ləqəbli azərbaycanlı da döyüşürdü. Onlar Qaribaldi adına batalyonun tərkibində bir çox mühüm əməliyyatlarda iştirak etdilər. Onların ən möhtəşəm fəaliyyətlərindən biri Udinedəki həbsxanaya hücum idi. Bu əməliyyat nəticəsində heç bir itki vermədən 73 nəfər əsir azad edildi. Hücumun ön cəbhəsində Əli Babayev dayanmışdı. Bu igidlik ona İtaliyanın "Hərbi şücaətə görə" gümüş medalına təqdimat qazandırdı. O, artıq bundan etibarən təkcə azərbaycan əsilli döyüşçü deyildi, həmçinin İtaliya müqavimətinin siması, mübarizənin sarsılmaz rəmzi idi. Ancaq müharibə bitdi. Faşizm məğlub oldu, silahlar sustu. Amma Əli Babayevin mübarizəsi yeni mərhələyə keçdi. 1951-ci ilin yanvarında qələbə bayrağı qaldıran əllər bu dəfə zəncirləndi. Sovet rejimi onu "Azərbaycan legionunun üzvü" kimi təqdim edərək həbs etdi. Vətən uğrunda vuruşan Pyotto indi “xain” adlandırıldı. Məhkəmə onu 15 il azadlıqdan məhrum etdi, əmlakı müsadirə olundu. Zindan illəri sərt idi – hər gün bir əsrə bərabər, hər gecə bir nisgil idi. Amma onun içindəki azadlıq alovu heç zaman sönmədi. Stalinin ölümü sonrası imperiyanın zəncirləri boşaldı və Pyotto əfv olundu. O, azadlığa çıxsa da, bu azadlıq illərlə itirilmiş həyatın əvəzini verə bilməzdi. Onun Qüdrət və Baba adlı iki övladı yadigar qaldı. Bu gün Azərbaycanın qəhrəmanlıq salnaməsində adlarını böyük harflərlə yazdığımız Mehdi Hüseynzadə – “Mixaylo” və Əhmədiyyə Cəbrayılov “Xarqo” kimi Pyotto da unudulmamalıdır. Onların hər biri azadlıq ideyası naminə canından keçməyə hazır olmuş, yad torpaqlarda öz vətənlərinin ləyaqətini qorumuş igidlərdir. Tarix göstərdi ki, Azərbaycan torpağı təkcə şairlər, alimlər deyil, həm də qəhrəmanlar yetirir. Pyotto – Əli Babayev bu qəhrəmanların sükut içində ucalan səslərindən biridir. Bəlkə heykəli ucalmayıb, bəlkə küçələrə adı verilməyib, amma İtaliya dağlarında, Naxçıvanın elində, Udinenin sükutlu küçələrində onun izi qalır. O iz bir xalqın başı dik, alnı açıq tarixi deməkdir. Əli Babayev kimi insanlar üçün susmaq xəyanətdir. Onlar mübarizə ilə doğular, azadlıqla ölər. Əslində Pyotto heç vaxt ölmədi o, vicdanın adını daşıyan tarixə çevrildi. Bizim vəzifəmiz bu cür qəhrəmanları tanıtmaq, onların adlarını tarixdə layiq olduğu yerə qoymaqdır. Unutmayaq – qəhrəmanlıq coğrafiya tanımaz, onun dili, milləti, vətəndaşlığı yoxdur. O, insanlığın vicdanında yaşayır. Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik
Hamısını oxu"1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” Rusiya Federasiyasının yubiley medalı sahiblərinə təqdim olunubBəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalan İkinci Dünya müharibəsi 9 Mayda SSRİ-nin qələbəsi ilə başa çatıb və faşizm süqut edib. Bu gün fəxrlə söyləmək olar ki, Azərbaycan faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz isə müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər. Partizan hərəkatında iştirak edən soydaşlarımızın da qəhrəmanlıq nümunələri saysız-hesabsızdır. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıq və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov Bakı şəhəri Binəqədi, Nəsimi, Nizami, Suraxanı və Qaradağ rayon Veteranlar Təşkilatı sədrlərini Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 13 iyun 2019-cu il tarixli Sərəncamı ilə "1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edib. General-polkovnik Tofiq Ağahüseynov qeyd edib ki, müharibə illərində Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Böyük Qələbənin qazanılmasından 75 il keçsə də, İkinci Dünya müharibəsində misilsiz şücaət göstərmiş xalqımızın xidmətləri heç vaxt öz əhəmiyyətini itirmir. General-polkovnik bildirib ki, gün gələcək qəhrəman Azərbaycan xalqı Qarabağın və işğalda olan rayonlarımızın düşmən tapdağından azad edildiyi günü Qələbə bayramı kimi qeyd edəcək. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında güclü ordumuzun qələbə qazanacağı o gün isə elə də uzaqda deyil."1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” Rusiya Federasiyasının yubiley medalı sahiblərinə təqdim olunub. Rayon Veteranları Təşkilatı sədrləri "Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Rusiya Federasiyasının yubiley medalına layiq görüldüklərinə görə başda Cənab Prezident İlham Əliyev olmaqla, eləcə də Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynova öz dərin minnətdarlıqlarını bildiriblər. Səmimi keçən görüşdə qonaqlar xatirə şəkli çəkdiriblər.
Hamısını oxu
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva komitədə Azərbaycanın xalq artisti, Azərbaycan Respublikası Prezidentinin Fəxri təqaüdçüsü, Beynəlxalq Televiziya və Radio Akademiyasının akademiki, televiziya və kino rejissoru Vasif Babayevlə görüşüb. Axar.az xəbər verir ki, Q.Paşayeva Mədəniyyət komitəsi adından bugünlərdə 80 yaşı tamam olmuş görkəmli sənətkarı yubileyi münasibəti ilə təbrik edib, ən xoş arzularını bildirib. Vasif Babayev ömrünün 60 ilindən çoxunu yerli televiziyanın inkişafına, onun ideoloji və maarifçilik rolunun gücləndirilməsinə həsr edib. O, müxtəlif beynəlxalq kino və televiziya festivallarında yüksək mükafatlara layiq görülmüş onlarla sənədli filmin müəllifi və rejissorudur. Yaradıcılıq dövründə televiziyanın “Qızıl fond”una daxil olmuş yüzlərlə televiziya proqramına və konsertə müəlliflik edib. Vasif Babayev Azərbaycanın “xalq artisti” fəxri adına layiq görülmüş ilk televiziya rejissorudur. Onun yaradıcılığında ən böyük töhfə Ümummilli liderimiz Heydər Əliyevin fəaliyyəti və taleyüklü məsələlərin həlli istiqamətindəki rolu barədə televiziya proqramları olub. Vasif Babayev 1969-cu ildən 1982-ci ilədək Ulu öndərin şəxsi rejissoru kimi çalışıb, dövlət əhəmiyyətli yayımlar aparıb, Ümümmilli liderin bütün çıxışlarını lentə alıb, həmçinin dahi şəxsiyyətin ailə arxivi üçün çəkilişlər edib. Hər gün bütün Azərbaycan telekanallarında onun çəkdiyi filmlərdən xroniki kadrlar efirə verilir. Vasif Babayevin çəkdiyi sonuncu film "Yüksəliş" olub (2015).
Hamısını oxu
Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Carlsberg Group” şirkətinin prezidenti və baş icraçı direktoru Kes t`Hart ilə görüşü olub. AZƏRTAC xəbər verir ki, görüşdə “Carlsberg Group” şirkətinin Azərbaycandakı fəaliyyətindən məmnunluq ifadə edildi. Azərbaycanda aparılan iqtisadi islahatların biznes mühitinə müsbət təsiri qeyd olundu. Şirkətin Azərbaycanda arpa emalını 100 faiz lokallaşdırdığı, pivə istehsalında istifadə olunan arpanın emalının lokallaşdırılmasının isə yaxın vaxtlarda 100 faizə çatdırılacağı bildirildi. Söhbət zamanı Azərbaycanda pivə istehsalında istifadə olunan arpanı emal edəcək yeni zavodun 2024-cü ildə fəaliyyətə başlamasının və ölkəmizdə yeni investisiyaların yatırılmasının nəzərdə tutulduğu vurğulandı. Kes t`Hart Azərbaycanda “Carlsberg Group” şirkətinin fəaliyyətinə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Hamısını oxu