Mehriban Əliyeva: “Hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir”
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqına çağırış edib. Çağırışın mətni birinci vitse-prezidentin rəsmi saytında yerləşdirilib: “Hörmətli həmvətənlər!
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqına çağırış edib. Çağırışın mətni birinci vitse-prezidentin rəsmi saytında yerləşdirilib: “Hörmətli həmvətənlər!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edib. Tədbirdə çıxış edən dövlət başçısı dünyamızın neft və qazdan ənənəvi asılılığına diqqət çəkib, bu asılılığı alternativ enerji mənbləri hesabına azaltmağın vacibliyini vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki, bərpaolunan enerji mənbələrindən istifadə təbiətin qorunması, ekologiyanın yaxşılaşdırılması baxımından da mühüm əhəmiyyətə malikdir: “Mövcud qaz ehtiyatlarımız ən azı növbəti yüz il ərzində həm ölkəmizin, həm də tərəfdaşlarımızın tələbatını ödəməyə kifayət edəcəkdir. Əslində, bu ehtiyatlar nəzərə alındıqda, elektrik enerjisinin istehsalı üçün əlavə mənbələrə ehtiyacımız olmazdı. Lakin məsuliyyətimiz bizdən bərpaolunan enerji mənbələrinə sərmayə yatırmağı tələb edir. Biz bunu edirik. Tərəfdaşlarımızla birlikdə investorlar üçün olduqca əlverişli şərait yaratmışıq. Bu şərait mahiyyət etibarilə ötən əsrin 90-cı illərinin əvvəllərində neft şirkətləri üçün yaradılmış imkanlara bənzəyir. Bu gün eyni əməkdaşlıq ruhu və investisiyaya açıq yanaşma bərpaolunan enerji sektorunda fəaliyyət göstərən şirkətlərə də tətbiq olunur. Artıq bir sıra layihələrimiz istismar mərhələsindədir. Gələn ilin sonunadək Günəş və külək enerjisi üzrə ümumi gücümüz 2 giqavata çatacaq. 2032-ci ilin sonunadək isə bu göstərici 8 giqavat təşkil edəcək. Əgər fəal şəkildə inkişaf etdirdiyimiz hidroenerji potensialını da nəzərə alsaq, xüsusilə Qarabağda və Şərqi Zəngəzurda artıq 300 meqavatdan çox güc istifadəyə verilmişdir. Bu da ölkəmiz üçün əlavə enerji potensialı yaradır. Həmin potensial neft və qaz ixracımızı tamamlayan bir mənbəyə çevriləcəkdir”. (https://president.az/az/articles/view/72619 ). Prezidentin çıxışından məlum olduğu kimi, Azərbaycan bərpaolunan enerji resurslarından istifadəyə görə yalnız regionun deyil, bütün dünyanın ən qabaqcıl ölkələrindən biri hesab edilə bilər. Bununla yanaşı, dövlətimizin işğaldan azad edilən ərazilərdə həyata keçirdiyi layihələr bərpaolunan enerji mənbələrindən istifadənin daha da genişləndirildiyini, yaxn gələcəkdə bu sahədə daha böyük uğurların əldə ediləcəyini göstərir. Bu isə Azərbaycanın ənənəvi enerji resursu olan neft və qazdan asılılığını azaltmağa, alternativ enerji mənbələrindən daha geniş istifadəyə imkan yaradacaq. Bərpaolunan enerji mənbələrindən – külək və günəş enerjisindən istifadə ekologiyanın qorunması baxımından da həyati əhəmiyyətə malikdir. Müasir dünyamızda ekoloji problemlərin son dərəcə aktual olduğunu nəzərə alsaq, bərpaolunan enerji mənbələrindən istifadə təbiəti qorumağa, enerji tələbatını təbiətə ziyan vurmadan ödəməyə imkan verəcək. Başqa sözlə desək, Azərbaycan özünün və digər ölkəlrin enerji tələbatını ödəməklə yanaşı, həm də təbiətin daha çox qayğısına qalacaq, ekologiyaya zərər vurmadan öz məqsədinə nail olacaq. Azərbaycanın bərpaolunan enerji mənbələrindən geniş istifadə istiqamətində həyata keçirdiyi layihələrin digər bir üstünlüyü, bu kimi addımların həm də təşviqedici xüsusiyyətə malik olmasıdır. Azərbaycan bu kimi addımlarla bütün dünyaya öz timsalında əsl nümunə, konkret bir örnək təqdim edir. Hansı ki, digər dövlətlərin Azərbaycan nümunəsini mənimsəmsinə, bu nümunədən lazımi nəticələr çıxarmasına ciddi ehtiyac var. Çünki ənənəvi enerji resursu olan qaz və neft ehtiyatına malik dövləltərin sayı olduqca məhduddur. Digər dövlətlər bu resursları idxal edir ki, bu da həmin dövlətlər üçün ciddi maliyyə itkisi deməkdir. Alternativ enerji mənbələri isə neft və qaz ehtiyatlarına nisbətən hər kəs üçün daha əlçatandır. Bundan başqa, alternativ enerji resurslarının ekoloji baxımdan təmiz olması ona əlavə üstünlük qazandırır ki, bu da çox mühüm faktordur. Bu baxımdan dünya dövlətlərinin enerji təminatında Azərbaycan təcrübəsini mənimsəməsi, bunu praktikada tətbiq etməsi olduqca vacibdir. Azərbaycan müasir dünyanın enerji təminatı və enerji təhlükəsizliyində yeni era açan, bu sahədə bənzərsiz bir yol müəyyənləşdirən unikal bir dövlətdir. Onun təcrübəsinin digər ölkələrdə tətbiqi dünyamızın enerji təminatını yaxşılaşdırmaqla yanaşı, təbiətin qorunmasına, ekoloji mühitin əhəmiyyətli dərəcədə yaxşılaşmasına da töhfə verə bilər ki, bu da bütün bəşəriyyət üçün əvəzssiz bir qazancdır. Seymur ƏLİYEV
Hamısını oxu
Очень горько и обидно за тех, кто не дожил до великого дня Победы” Тофик Агагусейнов В условиях, когда страна находится на грани войны из-за бездумной, авантюрной армянской политики, невольно размышляешь о военной истории Азербайджана, его военных деятелях. Общепризнан вклад Азербайджана в мировую культуру. Поэзия, музыка, искусство Азербайджана стали достоянием человечества. На переднем крае поисков истины находится наука Азербайджана. Но наш край известен и как родина выдающихся полководцев и борцов за социальную справедливость. Как тут не вспомнить Бабека, Кер оглы, Гачаг Наби. После присоединения Северного Азербайджана к России генералами российской империи стали десятки азербайджанцев, в их числе выдающиеся Али Ага Шихлинский, Гусейн Хан Нахичеванский и Самедбек Мехмандаров. Генералы-азербайджанцы были и в турецкой армии, особенно яркие страницы в истории турецкой армии оставили братья Сарыкеримли. В советское время сформировалась целая плеяда генералов-азербайджанцев, особенно прославились дважды герой Советского Союза, командир танковой дивизии генерал-майор Ази Асланов, генерал-лейтенант Гусейн Расулбеков и соруководитель советской космической программы, председатель Государственной комиссии по испытаниям космических кораблей в течении 25 лет генерал-лейтенант артиллерии Керим Керимов. Удивительно, все генералы-азербайджанцы, независимо от того в какой армии они служили, были любимцами солдат, отличались не только храбростью, верностью службе, но и впечатляющей эрудицией, основательными знаниями военной науки. Их высокие человеческие качества, нравственность внушало доверие и объединяло вокруг них людей. Представляется, что в данном случае проявлялся культурный архетип типичного азербайджанца – уравновешенность, доброжелательность, любознательность… Эстафету воинской славы взял у своих выдающихся предшественников и достойно пронес через всю жизнь Тофик Якубович Агагусейнов. Тофик Якубович единственный азербайджанец, ставший генерал-полковником Советской Армии. Родился генерал 1 февраля 1923 года в городе Нуха (Шеки) Азербайджанской Республики в семье врача. В 1940 году поступил в Азербайджанский индустриальный институт. Однако Великая Отечественная война внесла свои коррективы. Осенью 1941 года в институт, где учился Тофик, пришел представитель военкомата — набирать желающих перевестись в Бакинское училище зенитной артиллерии. “Почти весь наш курс туда и записался, так для меня началась воинская служба”, — вспоминает Тофик Якубович. С октябре 1942 года до 1944 года Агагусейнов проходил службу в Архангельске в качестве командира зенитно-артиллерийского взвода, прикрывавшего портовые сооружения, места разгрузки транспортных конвоев союзников и другие объекты от налета авиации противника. В 1944 году его дивизион вошел в состав 1-го Белорусского фронта и Тофику Якубовичу довелось участвовать в Висло-Одерской и Берлинской операциях. Тяга к знаниям определила дальнейшую судьбу Агагусейнова, он в1949 году стал слушателем Военной Академии имени Ф. Э. Дзержинского. По завершении учёбы, с 1954 года продолжил службу в разных регионах Советского Союза. В 1981 году приказом министра обороны СССР Тофик Агагусейнов стал представителем Главнокомандующего Объединёнными Вооруженными Силами государств-участниц Варшавского договора при командующем ПВО Чехословацкой народной армии. В 1987 году, отслужив более 40 лет, генерал демобилизовался. Однако драматические события начала 90-х годов, повлекшие распад Советского Союза, нашествие армян на Карабах вернули генерала в строй. Он не мог созерцать вакханалию армянских захватчиков, и был убежден, что предотвратить разорение азербайджанских земель сможет только современная армия. В 1992 году генерал-полковник Тофик Агагусейнов стал внештатным советником по военным вопросам президента Азербайджана. Президент высоко ценил профессиональные и человеческие качества генерала, его дельные, конкретные предложения по военному строительству. По настоянию Гейдара Алиева 21 апреля 1997 года Тофик Агагусейнов был вновь призван на военную службу в Национальную армию Азербайджанской Республики и назначен на должность помощника Президента Азербайджанской Республики по военным вопросам. В этой должности он работал до 2002 года и внес весомый вклад в создание современной азербайджанской армии. Тофику Якубовичу сейчас 95 лет, он Председатель Организации ветеранов войны, труда и Вооруженных сил Азербайджанской Республики, находится неизменно в гуще политических, социальных событий. Его комментарии по актуальным вопросам времени часто звучат в средствах массовой информации. Он обращает внимание общественности на злободневные политические темы, его особенно волнуют два вопроса: состояние решения карабахской проблемы и положение ветеранов в современном азербайджанском обществе. Ветераны – люди, умудренные опытом, пережившие разные проявления жизни, их мнение, оценки поэтому почти всегда безошибочны. И они единодушны в оценке своего Председателя: Тофик Якубович Агагусейнов не только высокообразованный, интеллигентный, профессиональный военный, но и гуманист до мозга костей. Словом, славный продолжатель дела выдающихся азербайджанских генералов, оставивших неизгладимый след в истории… Джалил Халилов, полковник, доктор философии по политическим наукам
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin iş planına uyğun olaraq, şöbə müdiri ehtiyatda olan polkovnik Adil Haqverdiyev, baş mütəxəssis Nəbi Hacıyev 14 oktyabr 2022 –ci ildə Bakı şəhəri Xətai rayonunda tədbirdə olub. Zaur Məmmədov adına 171 saylı tam orta məktəbdə “Öncə vətəndir” adlı tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, Rayon Ağsaqqallar Şurasının sədri İzzət Rüstəmov , müavini Nizami Hüseynov, VT-nın sədri Adil Əzməmmədov, məktəbin direktoru Zenfira Məsiyeva, şagirdlər və müəllimlər iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, vətənimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad ediməsi ilə başlayıb. Şagirdlər vətənpərvərlik şeirləri ilə çıxış ediblər. Daha sonra Xətai rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Məzahir Rüstəmovun atası İzzət Rüstəmova söz verilib. O, çıxışında vətən sevgisindən, qəhrəmanların adlarını həmişə uca tutmağın vacibliyindən danışıb. Polkovnik Adil Haqverdiyev çıxşında Ali Baş Komandan İlham Əliyevin daxili və xarici siyasətindən,vətənimizin çiçəklənməsi yolunda səylərindən bəhs edib. O, bildirib ki, xoşbəxt gələcəyimiz Prezident Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməkdən keçir. Adil Haqverdiyev şagirdlərə öz tövsiyyəsini verib,dərslərində uğurlar arzulayıb. Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov rayon ərazisində vətənpərvərlik mövzusunda keçirilən tədbirlərdən, şəhid ailələrinə, veteranlara göstərilən diqqət və qayğıdan danışıb. Məktəbin direktoru Zenfira Məsiyeva isə çıxışında bildirib ki, bu cür tədbirlər şagirdlərdə vətənpərvərlik tərbiyəsinin inkişafına, habelə, onların öz dərslərinə daha diqqətlə yanaşmasına təkan verir. Tədbirin sonunda xatirə şəkli çəkilib.
Hamısını oxu
“Rusiya Ermənistanı işğal etdiyi torpaqları tərk etməyə məcbur edə bilər” “Faşizm üzərində qələbənin 75 illiyi ərəfəsində MDB məkanındakı bütün konfiliktlərə son qoyulması arzuedilən olardı” Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfəri, bu ölkədə keçirdiyi görüşlər həm Rusiya, həm də Azərbaycanda böyük maraq və məmnunluqla qarşılanmaqdadır. Moderator.az olaraq Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovla söhbətimizdə bu səfər və onun milli maraqlarımız, Azərbaycan-Rusiya münasibətləri baxımından önəmini şərh etməyə çalışdıq. -Cəlil müəllim, ölkəmizin I vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfəri, burada keçirdiyi görüşlər Azəraycanla yanaşı, Rusiya ictimaiyyətində, mediasında da böyük marağa səbəb olmaqdadır. Sizcə bu səfər Azərbaycanın dövlət maraqları, eləcə də, iki dövlət arasındakı münasibətlərin daha da inkişafı baxımından nə dərəcədə önəmlidir? -Öncə onu qeyd edək ki, Rusiya Azərbaycana qonşu olan bir dövlətdir. Təbii ki, əlaqələrimiz sıx, mehriban, qonşuluq,strateji əməkdaşlığa söykənir.. Rusiya ilə siyasi, iqtisadi, mədəni, humanitar və hərbi sahədə əlaqələrimiz yüksələn xətt üzrə inkişaf etməkdədir. Mehriban xanımdan öncə, Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyev Rusiya rəhbərliyi ilə faydalı görüşlər keçirdi. Bu görüşlərdə Qarabağ problemi də müzakirə olundu və hesab edirəm ki, bu məsələdə də irəliləyiş olacaq. Bu baxımdan Mehriban xanımın Rusiya səfərini, orada keçirdiyi yüksək səviyyəli görüşləri olduqca faydalı və əhəmiyyətli hesab edirəm. Əminəm ki, bu görüş dövlətlərimiz arasındakı ikitərəfli münasibətlərin inkişafını genişləndirəcək və onu mahiyyət etibari ilə yeni mərhələyə yüksəldəcək. Mehriban xanımın Rusiyada həm prezident, həm baş nazir, həm də digər rəsmilər səviyyəsində yüksək qarşılanması, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Mehriban xanımı “Dostluq” ordeni ilə təltif etməsi təqdirəlayiqdir. Bütün bunlar göstərdi ki, Rusiya iki dövlət arasında arasında dostluq və əməkdaşlığın inkişafına böyük töhfə verən Mehriban xanımın fəaliyyətini yüksək qiymətləndirir. -Cəlil müəllim, Qarabağ probleminin həllinə Rusiyanın təsir imkanının böyük olduğu Azərbaycan ictimai-siyasi məkanında hər zaman səslənən fikirlərdən biridir. Sizcə Qarabağ konfiliktinin həllinə Kremlin təsir imkanı hansı səviyyədədir və Rusiyanın bu məsələdə Ermənistana göstərəcəyi təzyiq nəyi dəyişə bilər? -Biz Qarabağ məsələsində Rusiyadan dəstək gözləyirik. Rusiya qonşu dövlət, həm də Minsk qrupunun həmsədrlərindən biridir. Rusiya Ermənistanı məcbur edə bilər ki, Azərbaycan torpaqlarını işğaldan azad etsin. Buna Rusiyanın diplomatik, iqtisadi və hərbi gücü imkan verir. Ermənistan tamamilə Rusiyadan asılı vəziyyətdədir. Rusiya Ermənistandan əlini çəksə, Ermənistan bir dövlət kimi tamamilə çökər. Rusiya Ermənistanı düz yola dəvət etməli və onu başa salmalıdır ki, bir dövlət kimi onun inkişafı Qarabağ probleminin həllindən keçir. Rusiya da Ermənistanı təcavüzkarlığından xəbərdardır. Onu da qeyd edim ki, Rusiya-Azərbaycan münasibətlərinin inkişafı Ermənistanda böyük narahatlığa səbəb olmaqdadır. Bu səbəbdən də, Ermənistan zaman-zaman Rusiya-Azərbaycan münasibətlərini gərginləşdirməyə çalışıb. Bu məqsədlə bəzən Ermənistan ortaya yalan məlumatlar yayıb, bununla da bu münaibətlərə xələl gətirməyə çalışıblar. Amma heç nəyə nail ola bilməyib. Çünki Rusiyada yaxşı başa düşürlərki Azərbaycan qonşu dövlət olmaqla yanaşı həmdə etibarlı tərəfdaşdır, o cümlədən və Rusiya ilə mehriban qonşuluq siyasətinin qorunub saxlanılmasında maraqlıdır. Rusiya hərbi-iqtisadi və siyasi gücünə görə dünyanın aparıcı ölkələrindən biridir. Onun qlobal proseslərə, xüsusilə də MDB məkanındakı proseslərə təsir gücü çox böyükdür. Bizim Rusiya ilə 200 illik tarixi dostluq əlaqələrimiz var. Biz bu əlaqələri daha da inkişaf etdirməliyik. Rusiya xalqı və rəhbərliyi də Azərbaycan həqiqətlərini bilməli, haqqın-ədalətin öz yerini almasına dəstək verməlidir. Azərbaycanın məqsədi sadəcə, öz ərazi bütövlüyünü təmin etməkdir. Bizim heç bir dövlətin ərazisində gözümüz yoxdur və Ermənistandan fərqli olaraq qonşu dövlətlərin ərazisini işğal etmək niyyəti ilə yaşamırıq. -Rusiya ilə əlaqələrin inkişafı ölkəmizə iqtisadi-mədəni baxımdan nə vəd edir? -Rusiya ilə əlaqələrin inkişafı, ölkəmiz üçün iqtisadi-siyasi və hərbi baxımdan da mühüm əhəmiyyət kəsb edir. Rusiya Azərbaycan üçün həm də böyük bir bazardır. Azərbaycanda istehsal olunan sənaye və kənd təsərrüfatı məhsulları daha çox Rusiya bazarında satılır. Bizim orada 3 milyondan çox vətəndaşımız yaşayır. Biz Rusiya rəhbərliyi ilə münasibətləri inkişaf etdirməklə yanaşı, oradakı soydaşlarımıza, onların problemlərinə də diqqət və qayğı göstərməliyik. Dövlət rəhbərləri arasında münasibətlər nə qədər isti olsa, oradakı soydaşlarımızın vəziyyəti daha yaxşı olar. Azərbaycanda rus dili, rus ədəbiyyatı, rus mədəniyyətinə böyük maraq var. Ölkəmizdə rus dilində məktəblər fəaliyyət göstərir. Azərbaycanda Rusiyanın Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında həm rus, həm də azərbaycanlı tələbələr oxuyurlar. Eyni zamanda azərbaycanlılar Rusiyanın ali təhsil müəssisələrində təhsil alırlar. Hansı ki, bu məqam hörmətli Mehriban xanımın Rusiya səfərində də vurğulandı və Rusiya Federasiaysının Prezidenti Vladimir Putin tərəfindən təqdir edildi. -Cəlil müəllim, aldığımız məlumata görə, siz özünüz də Moskvadan yeni qayıtmısınız. Mümkünsə, Moskva səfərinin məqsəd və mahiyyəti ilə bağlı məlumat almaq istərdik. -Moskvada bu günlərdə MDB Dövlətləri Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclası keçirildi. Tədbirlərdə mənim də çıxışım oldu. Qeyd etdim ki, MDB Veteranlar Təkilatı ilə əlaqələrin daha da genişləndirilməsi, II Dünya Müharibəsində iştirak edən ölkələrdə döyüşən Azərbaycan döyüşçüləri haqqında məlumatların toplanması, altı döyüş diviziyamızın hansı ölkələrin ərazisindən keçdiyi, hansı dövlətlərdə döyüşməsinin bir daha dəqiqləşdirilməsi, itkin düşən, döyüşlərdə qəhrəmanlıqlar göstərən şəxslərin müəyyən edilməsi, qəhrəmanlarımızın abidəsinin döyüşdükləri şəhərlərdə ucaldılması və s. məsələləri diqqətə çatdırdım. Bundan əlavə “1941-1945-cı illərdə Böyük Vətən müharibəsində sovet xalqının faşizm üzərində Qələbənin dünyəvi-tarixi əhəmiyyəti, Qələbənin mənbələri, müasir zaman üçün dərslər və nəticələr” mövzusunda konfrans da keçirildi. Konfransda faşizm ideologiyası, XXI əsrdə faşizmin təsiri, 1941-1945-ci illərdə antifaşist koalisiyasında iki siyasət və iki strategiya,II Dünya müharibəsində SSRİ-nin azadlıq missiyası, ordu və xalqın birliyi, sovet xalqının ön və arxa cəbhədəki mübarizəsi, müharibə illərində sovet xalqının dostluğu əsas müzakirə istiqamətləri oldu. Çıxışımda Prezident İlham Əlivin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Respublikamızda veteranlara göstərdikləri qayğı və diqqətin yüksək səviyyədə olmasını konfrans iştirakçılarının diqətinə çatdırdım. Azərbaycanda İkinci Dünya müharibəsi ilə bağlı abidələrin qorunub saxlanılması, o cümlədən, tarixi saxtalaşdırmaq cəhdləri ilə bağlı mövqeyimizi də ortaya qoydum. Faşistlərlə əlbir olub sovet döyüşçülərinə qarşı vuruşan erməni satqını Nidjeyə abidə qoyulmasını pisləməklə yanaşı, bunun müharibə qurbanlarının əziz xatirəsinə təhqir kimi qiymətləndirdim. Biz müharibədə qəhrəmanlıq göstərən insanlarımızın xatirəsini hər zaman uca tutmuşuq, onları xalqımıza tanıtmağa çalşmışıq. Onların dünyaya tanıdılması, onların haqqında filmlərin çəkilməsi, kitabların yazılması, itkin düşənlər haqında məlumatların əldə edilməsinə çalışırıq. Azərbaycanlıların döyüşdüyü ərazilərdə bununla bağlı tabloların, abidələrin yaradılmasında maraqlıyıq. Çalışırq ki, bu ölkələrin həm veteran təşkilatları, həm dövlət orqanları ilə daim əlaqə yaradaq və bu işləri həyata keçirək. Bunun çoxuna nail olmuşuq. Serbiyada, Sloveniyada, Ukraynda, Moldovada, Sevestopolda, Taqanroqda, Volqoqradda, Moskvada və Moskva ətrafındakı döyüşlərdə vuruşan döyüşçülərimizlə bağlı müxtəlif abidələr qoyulub və bu, bizim üçün qürurvericidir. -Konfransda Qarabağ problemi, onun həlli zərurəti ilə bağlı hansısa müzakirə aparıldımı? -Mən konfransda bir təkliflə çıxış etdim. Xatırlatdım ki, gələn il faşizm üzərində qələbənin 75 illiyini qeyd edəcəyik. Arzu edərdik ki, müharibə dövrünün dostluq mühitini qaytarmaq üçün MDB dövlətləri bir-birlərinə həmin dövrün dostluq münasibəti ilə yanaşsın. Azərbaycanla yanaşı, bəzi ölkələrdə də SSRİ-nin süqutundan sonra müharibə ocaqları yaranıb. İstərdik ki, MDB ölkələrinin baçıları bununla bağlı xüsusi tədbirlər keçirsinlər. Faşizm üzərində qələbənin 75 illiyi ərəfəsində bu konfiliktlərə son qoysunlar. Mən MDB Veteranlar Təşkilatına bununla bağlı təklif vermişəm. İstəyirəm ki, MDB Veteranlar Təşkilatı adından MDB dövlətləri başçılarına müraciət edək. Ümid edirəm ki, belə bir müraciət baş tutacaq, işğalçı ermənistanın təcavüzkar siyasəti bir daha ifşa olunacaq.Ümid edirəm ki, MDB dövlətləri qaldırdığımız problemə diqqət yetirəcək, onun həlli istiqamətində müvafiq addımlar atacaqlar. Hesab edirəm ki, bu, MDB məkanındakı konfilikt və qarşıdurmaların həlli baxımından faydalı olar.
Hamısını oxu