Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ermənistanın 2 ədəd PUA-sı məhv edildi

İyulun 21-i Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatları (PUA) vasitəsilə gecə saat 00.30 radələrində cəbhənin Ağdam rayonu istiqamətində, səhər saat 08.45 radələrində isə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib. Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Hərbi Hava Qüvvələrimizin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən hər iki düşmən PUA-sı dərhal aşkarlanaraq dəqiq atəşlə məhv edilib.

2020-07-21 00:00:00
3421 baxış

Digər xəbərlər

Tarixi abidələrin pasportları hazırlanıb, mühafizə zonaları müəyyən edilib

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə 6308 tarix və mədəniyyət abidəsi dövlət mühafizəsinə götürülüb.   Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması və mühafizə zonalarının müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir.   2021-ci ildə 110 tarix-mədəniyyət abidəsinin pasportu hazırlanaraq, təsdiq edilib. Son illər pasportları hazırlanan tarixi abidələrin sayı isə ümumilikdə 368-dir.   Pasportlaşdırılan abidələrdən 15-i Azərbaycanın Respublikasının vaxti ilə işğal altında qalmış ərazilərində yerləşən tarix-memarlıq abidələridir. Bu da müstəqilliyimizin bərpasından sonra işğaldan azad olunmuş ərazilərimizdə yerləşən abidələrimizə verilən ilk pasportlardır. Həmin pasportlar hələ işğal dövründə arxiv materialları, tarixi sənədlər, fotolar və internet resursları hesabına ərsəyə gəlib.   Pasportları hazırlanan tarix-memarlıq abidələri Şuşa şəhərində yerləşən Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa və Saatlı məscidləri, Xan qızı Natəvanın evi, Mehmandarovların malikanə kompleksi, Hacıqulların malikanəsi, Əsəd bəyin mülkü, Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası, Şirin su hamamı, Ağdam şəhərində Qutlu Musa oğlu türbəsi, Cümə məscidi, Kəlbəcər rayonunda Gəncəsər və Xudavəng monastırları, Laçın rayonunda Malik Əjdər türbəsi və Xocavənd rayonunda yerləşən Amaras monastırıdır.   Abidələrin mühafizə zonalarının müəyyənləşdirilməsi üzrə 243 layihə hazırlanıb. Mühafizə zonaları müəyyən edilərkən müvafiq olaraq layihələr Rayon İcra Hakimiyyətləri, Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılır və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən təsdiqlənir.   Pasportlaşdırma və mühafizə zonalarının müəyyən edilməsi istiqamətində görülən işlər davam etdirilir. Cari il üçün pasportlaşma üzrə 155, mühafizə zonalarının müəyyənləşdirilməsi üzrə isə 108 layihənin hazırlanması nəzərdə tutulur. Onlardan 42 abidənin pasportunun hazırlanmasına və 10 abidənin mühafizə zonasının müəyyənləşdirilməsinə işğaldan azad edilmiş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələri daxil edilib.  

Hamısını oxu
Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı kimi faciələr unudula bilməz

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Xocalı soyqırımının 29-cu il dönümü ilə bağlı paylaşım edib. AZƏRTAC paylaşımı təqdim edir: "Xocalı soyqırımı kimi faciələr unudula bilməz. Günahsız insanların vəhşicəsinə qətlə yetirilməsinə heç nə ilə haqq qazandırmaq olmaz! Biz o dəhşətli hadisələr haqqında həqiqətləri təhrif olunması cəhdlərindən hər zaman qoruyacağıq. Xocalı soyqırımı qurbanlarının işıqlı xatirəsini ehtiramla yad edir, Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirəm".

Hamısını oxu
8 Noyabr zəfəri son 200 illik tariximizdə qazandığımız ən böyük qələbədir

Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində igidlik, mərdlik, böyük qəhrəmanlıq göstərərək, Dağlıq Qarabağ da daxil olmaqla, işğal altındakı ərazilərimizi azad etdi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Uzun illər beynəlxalq təşkilatların, bəzi böyük dövlətlərin himayə etdiyi işğalçı Ermənistan Azərbaycan Prezidentinin hərbi-siyasi diplomatiyası qarşısında diz çökdü. Bu unudulmaz zəfərin əsas müəllifi Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və onun rəhbərlik etdiyi Azərbaycan Ordusudur.  Əldə olunan bu tarixi qələbə eyni zamandaUulu öndər Heydər Əliyevin memarı olduğu, Prezident cənab İlham Əliyevin ölkəmizdə bütün sahələr üzrə böyük  uğurla həyata keçirdiyi inkişafın, xüsusilə də ordu quruculuğunda əldə olunan böyük nailiyyətlərin nəticəsidir. Vətən müharibəsində qazanılan möhtəşəm qələbə tariximizin ən parlaq səhifəsidir. Qazanılan tarixi qələbə uğrunda şəhid olan igidlərimizin ailələri, qazilər və veteranlar daim dövlətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunur. Göstərilən diqqət və bu istiqamətdə həyata keçirilən tədbirlər dövlət siyasətində prioritet təşkil edir. Qeyd edim ki, 2020-ci il sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror əməliyyatı ilə ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa edilməsinin, Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə dövlət bayrağımızın qaldırılmasının qürurverici bir an olduğunu, daha sonra Zəfər Paradının Xankəndidə keçirilməsi xalqımızın qüdrətinin, ordumuzun rəşadət və hünərinin bir daha nümayişi idi. Xalqımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsinin artıq dövlətimizin bir rəmzinə çevrildiyinin şahidi oluruq. Vətən müharibəsində qazanılan hərbi-siyasi qələbədən sonra dövlətimiz və xalqımız öz tarixinin tamamilə yeni və qürur doğuran mərhələsinə qədəm qoyub. İndi dünya birliyi, beynəlxalq ictimaiyyət Azərbaycanı yalnız müxtəlif sahələrdə uğurlara imza atan bir məmləkət deyil, həm də qüdrətli bir dövlət kimi tanıyır. Vaxtilə Ümummilli Lider Heydər Əliyevin qurtuluş bəxş etdiyi, inkişaf yoluna çıxardığı Azərbaycan, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmlənərək, yüksələrək, ən ağrılı problemini həll etməyə qadir olan mütləq gücə çevrilib. Son iki yüz illik Azərbaycan tarixinə nəzər salarkən şahidi oluruq ki, davakar erməni millətçiliyinin həyata keçirdiyi qəsbkarlıq və etnik təmizləmələr silsiləsinə birdəfəlik son qoyulması Azərbaycan dövlətçiliyinin tarixində yeni inkişaf dövrünün başlanmasına təkan vermişdir. Yenilməz sərkərdəsinin və uzaqgörən liderinin rəhbərliyi ilə möhtəşəm qələbəni əldə edən xalqımız, bundan sonra heç kəsin onunla güc və təzyiq dili ilə danışa bilməyəcəyini qətiyyətlə  bəyan  etmişdir. Bu bir faktdır ki, Zəfərə gedən yol xalqımıza çox böyük itkilər hesabına başa gəlmişdir. On minlələ azərbaycanlı qətlə yetirilmiş, yaralanmış və şikəst edilmiş, kütləvi etnik təmizləmə nəticəsində 1 milyondan artıq soydaşımız 30 ildən artıq qaçqınlıq və köçkünlük həyatı yaşamağa məhkum edilmişdir. Hələ Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi bugünədək məlum deyildir... Qeyd edim ki, qalib Azərbaycan xalqının Vətən müharibəsində əldə etdiyi uğurlar özünü Qarabağda, Şərqi Zəngəzurda geniş vüsət alan bərpa-quruculuq işlərində də göstərir. İşğal dövründə viran qoyulmuş torpaqlarımıza yeni həyat gəlir. Məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasına yönələn nəhəng layihələr həyata keçirilir. Əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti Vətən müharibəsində qazanılmış tarixi Zəfərin nailiyyətlərini qorumaq, xalqımıza və dövlətimizə qarşı yeni düşmənçilik hərəkətlərinin qarşısını almaq üçün bundan sonra da bütün zəruri tədbirləri görəcək.    Səmyar Abdullayev, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin prezidenti  

Hamısını oxu
“Heydər Əliyev və Neft strategiyası “adlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, 15 sentyabr 2021-ci il tarixində Şabran rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və Sumqayıt, Zaqatala, Şamaxı rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə “Əsrin Müqaviləsi”nin 27-ci il dönümü ilə əlaqədar “Heydər Əliyev və Neft strategiyası “adlı tədbir keçirilmişdir.   Tədbirdə Millət vəkilləri Sadiq Qurbanov və Tamam Cəfərova, Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əliməmmədov, XRMİ-nin Şabran rayon üzrə Nümayəndəsi Xalidə Əsgərova,YAP Şabran rayon təşkilatının Aparat rəhbəri Tahirə İbrahimova, Gəndov kənd məktəbinin direktoru Samirə Baladadaşova ,rayonlarda olan Mədəniyyət müəssisələrinin rəhbər və əməkdaşları,təhsil müəssisələrinin nümayəndələri iştirak etmişdir. İlk öncə tədbiri giriş sözü ilə Mərkəzin direktoru Təvəkgül Əliyev açmış ,o çıxış edərək bildirmişdir ki, Heydər Əliyevin müəllifi olduğu neft strategiyası bu gün müstəqil dövlət kimi Azərbaycanın öz milli sərvətinin sahibi olmasının, iqtisadiyyatımızın dünya iqtisadiyyatına qovuşmasının, ölkəmizin 90-cı illərin əvvəlində başlanmış siyasi, iqtisadi və sosial böhranlardan çıxaraq dirçəlməsinin və ən əsası XXI əsrin astanasında yüksək inkişaf etmiş, möhkəm, demokratik Azərbaycan dövlətinin yaranmasının rəmzidir.   Daha sonra Millət vəkili Sadiq Qurbanov “Zəfər yolumuz əsrin müqaviləsindən başlandı” mövzusunda çıxış etdi. Sadiq müəllim qeyd edərək bildirdi ki, 20 sentyabr 1994-cü ildə baglanmış olan “Əsrin müqaviləsi” Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin nəticəsi idi. Bu gün bu siyasət Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən ugurla davam etdirilir.   Millət vəkili Tamam Cəfərova çıxış edərək bildirmişdir ki,xalqımızınÜmumilli lideri Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış və beynəlxalq aləmdə yüksək qiymətləndirilimiş”Əsrin müqaviləsi” respublikamızın salnaməsinə qızıl hərflərlə həkk olunub. Dahi şəxsiyyət çox gözəl anlayırdı ki,görülən bütün bu nəhəng işlər gələcəkdə Azərbaycanın iqtisadi müstəqilliyinin əsasının təşkil edir.Tarix onun haqlı oldugunu sübut etdi.   Sonda Sumqayıt Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova ,Zaqatala Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov, Şamaxı Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova çıxış etmişlər.  

Hamısını oxu