Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Baş prokuror həmvətənlərimizə qarşı erməni vandalizmi ilə bağlı xarici ölkələrdəki həmkarlarına müraciət etdi

Məlum olduğu kimi, son bir həftə ərzində Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı, eləcə də, Ermənistan silahlı qüvvələrinin bu ilin 12 iyul tarixindən etibarən Azərbaycan və Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində başlatdığı hərbi təxribatla bağlı xarici ölkələrdəki azərbaycanlı icmanın üzvləri tərəfindən keçirilən aksiyalar zamanı dinc nümayişçilərə qarşı radikal erməni qüvvələri tərəfindən təxribat xarakterli qanunsuz hərəkətlər törədilib. Baş vermiş hadisələrlə bağlı Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev tərəfindən Amerika Birləşmiş Ştatlarının Baş Prokuroru Vilyam Barr, Kaliforniya Ştatının Baş prokuroru Xavier Beccerra, Fransanın Paris şəhərinin Baş prokuroru Remy Heitz və Belçika krallığının Brüssel şəhərinin Baş prokuroru Johan Delmulleye həm birbaşa, həm də diplomatik kanallarla rəsmi müraciət edilib. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Həmin müraciətlərdə qeyd edilib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünə yönəlmiş təcavüzkar mövqeyi ilə BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsini icra etməyərək münaqişənin sülh yolu ilə həll olunmasına süni əngəllər törədir:
“Habelə terrorçu siyasətinin təzahürü kimi bu ilin iyulun 12-də ermənilər Azərbaycanla Ermənistanın sərhədində yerləşən Tovuzda təxribat törətmiş, o cümlədən beynəlxalq hüququn əsas norma və prinsiplərinə zidd olaraq mülki dinc əhalinin sıx yaşadığı əraziləri atəşə tutublar.   Eyni zamanda iyulun 21 və 22-si erməni icmasının çox saylı üzvləri, erməni lobbisinin radikalları, Daşnaksütun partiyasının üzvləri, habelə beynəlxalq aləmdə terror qrupu kimi tanınan ASALA-nın ideoloji tərəfdaşları və davamçıları Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə, o cümlədən, həmvətənlilərimizə qarşı müxtəlif vandalizm aktları törətmişlər, nəticədə azərbaycanlı dinc nümayişçilər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar”. Baş Prokuror diplomatik nümayəndələrimizin və həmsoydaşlarımızın təhlükəsizliklərinin təmin edilməsini xahiş etməklə, baş vermiş hadisələrlə bağlı qeyd edilən ölkələrin hüquq-mühafizə orqanları tərəfindən hərtərəfli, tam və obyektiv araşdırmalar aparılacağına və təqsirkar şəxslərin dairəsinin müəyyən edilməklə məsuliyyətə cəlb olunacaqlarına ümidvar olduğunu bildirib.

2020-07-24 00:00:00
3574 baxış

Digər xəbərlər

Azərbaycan konstruktiv yanaşma sərgiləyir

“Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumu təsadüfən Zəngilanda keçirilmədi.Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir və artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb. Ağalı “ağıllı kəndi”nə ötən bahar aylarında həyat qayıdıb. Sevindirici haldır ki, heç zaman öz Vətənini görməyən gənc nəsil Zəngilana qayıdıb.Ermənistanın işğalından əziyyət çəkən köçkünlərimiz 30 il ərzində Azərbaycanın müxtəlif bölgələrində yaşayırdılar. Hökumət hər il onlar üçün 300-500 milyon ABŞ dolları arasında vəsait ayırırdı ki, yeni yaşayış layihələri icra edilsin, yeni yaşayış məntəqələri tikilsin. 300 mindən çox məcburi köçkün yaxşı şəraitlə, yeni mənzillərlə, evlərlə təmin edilib.Bu gün biz onun şahidiyik ki, Bakıdan, Sumqayıtdan, Gəncədən, Mingəçevirdən, digər şəhərlərdən kəndlərə axın baş verir. Bu gün artıq öz doğma yurdlarına qayıtmaq istəyən insanlardan ibarət növbə yaranıb. Onlar Bakıdan, ölkəmizin ikinci böyük şəhəri Sumqayıtdan, Gəncədən və digər bölgələrimizdən qayıtmaq istəyirlər. Onlar şəhərlərdən kəndlərə qayıtmaq istəyirlər.Zəngilanda təkcə pilot yaşayış layihəsi deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir. “Dost Aqropark” adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir.Qısa vaxt keçsə də, Zəngəzur beynəlxalq tədbirə ev sahibliyi edir. 2-ci Milli Şəhərsalma Forumunda 53 ölkədən 200-ə yaxın xarici qonaq iştirak etdi. Forum həm də iştirakçı ölkələr arasında olan dostluğun təzahürüdür.Forum iştirakçıları da şahid oldular ki, Şərqi Zəngəzur Azərbaycanın bütün Qarabağ bölgəsi kimi, sıfırdan yenidən inşa edilir.Zəngilanın müxtəlif istiqamətlərində fəal işlər gedir. Bu şəhərin Baş planı artıq təsdiq edilib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir.Qloballaşan müasir dünyada Zəngilan mühüm nəqliyyat qovşağıdır. Çünki Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktordur.Bölgənin yol infrastrukturu surətlə şaxələnir. Paytaxt Bakıdan bütün istiqamətlərdə 2000 kilometrdən çox yeni magistral yollar inşa olunur. Sovet dövründə mövcud olan dəmir yolu xətti bərpa edilib. İşğal dövründə həmin dəmir yolları Ermənistan qüvvələri tərəfindən sökülüb. Bu gün Horadizdən Zəngilana çəkilən dəmir yolunun inşası fəal fazadadır və tezliklə bu nəqliyyat dəhlizinin bu mühüm hissəsi hazır olacaq. Bu, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək layihədir. Oradan isə həmin dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət Avropaya çatacaq.Ürəkağrısı ilə qeyd etmək istəyirəm ki, Zəngilan məscidi ermənilər tərəfindən məhv edilib.Böyük Qayıdış Proqramı bütün azad olunmuş ərazilərin bərpasını əhatə edir. Burada müasir texnologiyalar, “ağıllı şəhər” və “ağıllı kənd”lər inşa olunur. Burada ən müasir şəhərsalma nümunələri istifadə edilir.İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bu günədək bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırılan minimum büdcə 2,4 milyard ABŞ dolları olacaqdır. Biz heç bir maliyyə dəstəyi, heç bir maliyyə yardımı almırıq. Burada istisna iki qardaş ölkədir – Özbəkistan və Qazaxıstan prezidentləri çox səxavətli şəkildə bizə biri məktəb, biri isə incəsənət mərkəzini hədiyyə edib.Bu gün 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiqlənib və 30 kəndin təməli qoyulub. Böyük Qayıdış Proqramı və onun icrası artıq imkan vermişdir ki, keçmiş məcburi köçkünlər Laçın və Füzuli şəhərlərinə, Ağalı, Talış və Zabux kəndlərinə qayıtsınlar.Azad olunmuş ərazilərdə bu gün 90 meqavat həcmində hidroelektrik enerji artıq təmin edilir.Şərqi Zəngəzur və Qarabağın 10 min meqavat yaşıl enerji potensialı var. Buraya həm günəş, həm külək, həm də su elektrik stansiyaları aiddir. Bu, Azərbaycanın potensialının cüzi bir hissəsidir. Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisinin potensialı 157 qiqavat təşkil edir. Hətta yaşıl hidrogen ixrac ediləcəkdir. İlkin hesablamalara görə, bizim potensialımız çox böyükdür. Günəş enerjisinə gəldikdə, artıq Cəbrayıl rayonunda 240 meqavat həcmində yeni stansiya tezliklə inşa olunacaq. Bir sözlə, tezliklə Azərbaycan yaşıl enerjini ixrac edən ölkə olacaq.İndiki Ermənistan hakimiyyəti istəsəydi, Azərbaycanla sülhə gələrdi, bunu edə bilərdi. Azərbaycan buna hazır idi, beynəlxalq vasitəçilər bunu bilirdilər. Keçmiş həmsədrlər bilirdi ki, biz bunu Azərbaycanın ərazi bütövlüyünün bərpası əsasında dinc yolla həll etməyə hazır idik.Çətin günlər arxada qalıb. Azərbaycan siyasi iradəsi və güclü ordusu ilə torpaqlarını işğaldan azad edib. Xankəndi ərazisində son lokal tipli antiterror tədbirləri ilə ərazilərimiz qanunsuz etməni silahlılarından tam təmizlənib. Bütün baş verənlərə rəğmən Azərbaycan konstruktiv yanaşma sərgiləyir. Regionda sülh bərqərar olunmalı və konstruktiv əməkdaşlıq aparılmalıdır. Məşhur Məmmədov,Millət vəkili

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı Böyük Vətən Müharibəsi iştirakçısının vəfatı ilə bağlı başsağlığı verib

Böyük Vətən Müharibəsi iştirakçısı Rəsulov Sadəddin Məhi oğlu vəfat edib.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının kollektivi, o cümlədən Rəyasət Heyəti bununla bağlı mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verib, səbr diləyib. Başsağlığı müraciətində  deyilir:   “Rəsulov Sadəddin Məhi oğlu Böyük Vətən Müharibəsi zamanı faşist işğalçılarına qarşı qəhrəmanlıqla mübarizə aparıb, döyüşlər zamanı göstərdiyi şücaətlərə görə bir sıra orden və medallarla təltif olunub. Uzun və şərəfli döyüş yolu keçən Rəsulov Sadəddin Məhi oğlu öz igidliyi, qorxmazlığı ilə Böyük Vətən Müharibəsinə qatılan yüz minlərlə soydaşımızın cəsarət və yenilməzlik nümunəsinə çevrilməyi bacarıb.   Respublika Veteranlar Təşkilatı olaraq Rəsulov Sadəddin Məhi oğlunun vəfatından kədərləndiyimizi bildirir, onun doğmalarına dərin hüzünlə başsağlığı veririk. Əminik ki, Rəsulov Sadəddin Məhi oğlu hər zaman Azərbaycan xalqının yaddaşında qəhrəman kimi yaşayacaq, onun döyüş yolu bugünə qədər olduğu kimi bundan sonra da gənclərimizə, gələcək nəsillərə örnək olacaq”.   Məlumat üçün qeyd edək ki, müharibədə peşəkar snayperçi kimi iştirak edən Sadəddin Rəsulovun döyüş yolu Latviya, Litva, Rusiya və digər ölkələrin ərazisini əhatə edir.  

Hamısını oxu
Cəlil Xəlilov: "Mehriban Əliyeva veteranların böyük dostu, qayğıkeş himayədarıdır"

"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva veteranların böyük dostu, qayğıkeş himayədarıdır”.   Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Mehriban Əliyeva Prezident İlham Əliyev kimi, hər zaman şəhid ailələrinin, müharibə əlillərinin, veteranların, eləcə də aztəminatlı ailələrin yanında olub, onlara böyük qayğı göstərib:   “Mən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından hörmətli Mehriban xanımı təbrik edir, ona çoxşaxəli fəaliyyətində uğurlar arzulayıram.   Mehriban xanım ölkəmizin iqtisadi-siyasi və sosial-mədəni həyatında yaxından iştirak edən, dövlətimizin bu yöndəki siyasətinə böyük töhfələr verən nəhəng siyasi xadimdir. Onun şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara göstərdiyi qayğı və diqqət, onlarla bağlı həyata keçirdiyi sosial layihələr sadəcə region deyil, dünya miqyasında bənzərsiz hadisədir. Dünyanın heç bir yerində həssas kateqoriyadan olan insanlara bu dərəcədə qayğı və diqqət göstərilmir.   Mehriban xanım 44 günlük Vətən müahribəsində də böyük fədakarlıqlar göstərdi, bir an belə olsun Ali Baş Komandandan, Azərbaycan Ordusundan  dəstəyini əsirgəmədi. Onun çətin dönəmdə, dar məqamda ortaya qoyduğu əzm və iradə, şəxsi fədakarlıq nümunəsi milyonlarla soydaşımız üçün əsl nümunə oldu.   Mən bir daha hörmətli Mehriban xanımı bütün veteranlar adından  təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, yeni müvəffəqiyyətlər arzulayıram”.

Hamısını oxu
”Elçin Babayevin tələbələr üçün çəkdiyi zəhmət göz önündədir və böyük ümidlər vəd edir”

Nizami Cəfərov: ”BDU rektorunun yataqxana problemini həll etməsi tələbələrə böyük töhfə olacaq”   Bugünlərdə Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev tələbələr üçün yeni, müasir yataqxanaların tikiləcəyini bildirib. Universitetin 225 nəfərlik yataqxanasının əsaslı şəkildə təmin edildiyini vurğulayan rektor, müasir səviyyədə yeni tələbə şəhərciyinin salınması layihəsi üzərində də çalışdıqlarını qeyd edib. Elçin Babayev bildirib ki, bu layihə gerçəkləşərsə, o zaman sadəcə BDU tələbləri deyil, yaxınlıqdakı digər universitetlərin tələbələri də həmin yataqxanalardan faydalana  biləcəklər.   Moderator.az-a açıqlama verən millət vəkili Nizami Cəfərov, tələbələrin yataqxana ilə təmin edilməsinin vacibliyinə diqqət çəkib və BDU rektorunun bu sahədəki fəaliyyətinin  təqdirəlayiq olduğunu qeyd edib:   “BDU-da təhsil alan tələbələrin yataqxanalara ehtiyacı olduğu məlumdur və universitet rektoru, hörmətli Elçin Babayevin bu istiqamətdə ciddi addımlar atdığı göz önündədir. Buna nümunə olaraq 250 nəfərlik yataqxana binasının əsaslı şəkildə təmin edildiyini göstərmək olar. Yeni yataqxanaların inşası məsələsi də günəmdədir ki, bunun gerçəkləşdirilməsi Elçin Babayev tərəfindən həyata keçirilən çox böyük qəhrəmanlıq olacaq. Çünki tələbələrin yataqxanalara ehtiyacı həqiqətən də böyükdür.   Mənim tələbəliyim BDU-nun yataqxanasında keçib. Hər dəfə bu yataqxanaların yanından keçəndə öz tələbəliyimi xatırlayıram.     BDU-nun ali təhsil müəssisəsi kimi böyük perspektivə malik olduğu bəllidir. Universitetdə xarici tələbələr də təhsil alır. Bu baxımdan tələbələr üçün yeni, müasir yataqxanaların inşasına ehtiyac var.   Elçin müəllimin bu yöndə müntəzəm şəkildə çalışdığından xəbərdaram. Bu səy, bu zəhmət heç şübhəsiz təqdir edilməlidir. Hamımız arzulayırıq ki, tələblərimiz müasir yataqxanalarla təmin edilsin. Elçin müəllimin bu məsələ ilə bağlı atdığı addımlar kifayət qədər ümidvericidir. Ümid edirəm ki, yaxın gələcəkdə müasir tələbə şəhərciyinin yaradılmasına şahid olacağıq”.   Seymur ƏLİYEV  

Hamısını oxu