Prezident İsmayıllıda modul tipli xəstəxananın açılışında
İyulun 29-da İsmayıllıda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışı olub.



İyulun 29-da İsmayıllıda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışı olub.



Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri ilə görüş olub. Konfederasiya sədri Sahib Məmmədov ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətlərinin təşkili istiqamətində görülən işlər barədə danışıb, son zamanlar həmkarlar ittifaqları sistemindəki yenilikləri diqqətə çatdırıb. Bildirilib ki, müasir inkişaf reallıqları və bu günün çağırışları nəzərə alınmaqla, eləcə də mütərəqqi təcrübənin tətbiqi ilə qurumun fəaliyyəti təkmilləşdirilir, rəqəmsallaşdırılmaqla yollayışların verilməsi proseduru sadələşdirilir. Artıq sanatoriya və kurort müəssisələrinin qış mövsümündə də səmərəli fəaliyyəti təmin olunur və mövsüm ərzində ittifaq üzvlərinə yollayışlar güzəştli şərtlərlə verilir. Ölkəmizdə həmkarlar ittifaqlarının fəaliyyətinə yaradılan əlverişli şəraitdən bəhs edən Sahib Məmmədov cənab Prezident İlham Əliyevin quruma göstərdiyi dövlət dəstəyini vurğulayıb. Qeyd edilib ki, həmkarlar ittifaqları tərəfindən müəssisə və təşkilatlarda işləyən veteranların da sosial müdafiəsi üçün konkret addımlar atılır, istirahət və müalicələri üçün güzəştli yollayışlar verilir. Bu cür tədbirlər bundan sonra da davam etdiriləcəkdir. Veteranlara olan yüksək münasibətdən danışan Konfederasiya sədri onlara ayrılan birdəfəlik maddi yardımları, pensiyaların ildən-ilə artırılmasını, mənzil və şəxsi avtomobillə təmin edilməsini, pulsuz müalicəsini dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın veteranlara xüsusi qayğısının göstəricisi olduğunu diqqətə çatdırıb. Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, əməkdaşlığın genişləndirilməsinə dair təkliflərini səsləndirib. Həmçinin görüşdə tərəfdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikir mübadiləsi aparılıb, əlaqələrin inkişaf etdirilməsinin önəmi vurğulanıb.
Hamısını oxu
Səmyar Abdullayev: “Bu model Prezident İlham Əliyev tərəfindən uğurla genişləndirilib və inkişaf etdirilib” Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür. Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə söhbətimizdə Ulu öndərin fəaliyyətinə, xüsusilə də sosial sahədə həyata keçirdiyi islashatlara toxunmağa çalışdıq: -Səmyar bəy, ölkəmizdə sosial dövlət modelinin mövcudluğu, bu modelin böyük uğurla vətəndaşlara xidmət göstərdiyi göz önündədir. Bu modelin formalaşma dönəmi, tarixi inkişaf yolu haqında nə deyə bilərsiniz? -Birmənalı şəkildə qeyd etməliyik ki, Azərbaycanda sosial dövlət modelinin banisi xalqımızın Ümummilli lideri Heydər Əliyevdir. Məhz onun səyi və rəhbərliyi altında müstəqilliyimizin ilk illərindən etibarən bu modelin formalaşdırılması istiqamətində mühüm addımlar atılmağa başlayıb. Vətəndaşların sosial rifahının yüksəldilməsini dövlət başçısı kimi əsas məqsədlərindən biri hesab edən Heydər Əliyev, həssas kateqoriyadan olan şəxslərə - sağlamlıq imkanı məhdud şəxslərə, şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara xüsusi qayğı göstərib. Onların problemlərinin həlli istiqamətində sistemli addımlar atıb. Bir məqamı da qeyd edim ki, Heydər Əliyev cəmiyyətin həssas kateqoriyasına mənsub insanlara bu qayğını çox çətin hərbi-siyasi dönəmdə - maddi imkanalrın kəskin məhdudluğu şəraitində həyata keçirirdi. Bir tərəfədn Ermənistanın işğalçılıq siyasətinə qarşı hərbi və siyasi cəbhədə mübarizə aparan, digər tərəfdən müstəqilliyimizi möhkəmləndirmək üçün çevik diplomatiya həyata keçirən Heydər Əliyev, eyni zamanda sosial dövlət modelini formalaşdırır, vətəındaşların daha yaxşı yaşaması üçün bütün imkanlardan maksimum istifadə edirdi. Bu, milli tariximizin böyük və qürurverici həqiqətlərindən biridir. -Heydər Əliyevin sosial dövlət modeli vətəndaşların rifahını yaxşılaşdırmaqla yanaşı, xalqın mənəviyyatına, cəmiyyətin psixologiyasına necə təsir göstərdi? -Təbii ki, Ulu öndərin əlillər, şəhid ailələri, qayğıya möhtac vətəndaşlarla bağlı yürütdüyü siyasət, onlara olan humanist yanaşması cəmiyyət üçün mənəvi və psixoloji baxımdan da ciddi mesaj idi. Heydər Əliyev ortaya qoyduğu dövlət siyasəti ilə cəmiyyətə, bu cəmiyyətin hər bir fərdinə belə bir mesaj verirdi ki, həssas kateqoriyadan olan vətəndaşlara qayğıkeş münasibət, onların problemlərinin həllinə yardım hər bir vətəndaşın mənəvi borcudur. Heydər Əliyevin bu yanaşması Azərbaycan xalqının çoxəsrlik milli-mənəvi dəyərlər sistemi ilə də tam uzlaşır, o cümlədən, bu dəyərlərin qorunmasına xidmət edirdi. Xalqımızın xarakterində kök salan köməyə ehtiyacı olan insanlara yardım, darda qalana kömək etmək, çətin məqamda həmrəylik srəgiləmək kimi dəyərlər Heydər Əliyev siyasətinin ana xəttini təşkil edir, cəmiyyəti də bu ruhda kökləyirdi. Bütün bunlar onu deməyə əsas verir ki, Heydər Əliyevin sosial siyasəti həm də mənəvi baxımdan mühüm əhəmiyyət kəsb edirdi. -Azərbaycandakı sosial dövlət modelinin bugünkü vəziyyəti haqqında nə deyə bilərsiniz? -Hesab edirəm ki, Azərbaycandakı müasir sosial dövlət modeli sadəcə region dövlətləri deyil, bütün dünya üçün nümunədir. Çünki bu model sadəcə cəmiyyətin müəyyən kateqoriyalarının deyil, onun hər bir fərdinin sosial rifahının yaxşılaşdırılmasına yönələn əlahiddə bir modeldir. Bu modelin nə qədər effektiv və səmərəli olduğunu anlamaq üçün bəzi rəqəmlərə nəzər salmaq kifayətdir. Nümunə üçün qeyd edək ki, Prezidenmt İlham Əliyevin rəhbərliyi dönəmində ölkəmizdə yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Bu rəqəmin özü ölkəmizdəki sosial siyasət modelinin rassionallığından xəbər verir. Bundan başqa, müavinət və təqaüdlərin məbləği orta hesabla 92 faiz, əmək pensiyasının minimum məbləği 72 faiz, büdcə təşkilatlarında çalışanların əməkhaqqı orta hesabla 50 faiz artırılıb. 2018-ci ilin əvvəli ilə müqayisədə orta aylıq nominal əməkhaqqı 39 faiz, əmək pensiyalarının orta məbləğində 60 faiz, sosial müavinətlərin orta məbləğində 2 dəfə, Azərbaycan Respublikası Prezidentinin təqaüdünün orta məbləğində isə artıb 2,2 dəfə artım olub. Bütün bunlar Azərbaycan dövlətinin vətəndaşların sosial rifahını yaxşılaşdırmaq istiqamətində gördüyü mühüm işlərdən, əldə edilən böyük nəticələrdən xəbər verir. -Səmyar bəy, ölkəmizdəki sosial dövlət modelinin yaxın gələcəklə bağlı perspektivlərini necə qiymətləndirirsiniz? -Mövcud sosial model yaxın gələcək üçün də böyük perspektivlər, böyük nəticələr vəd edir. Bunu görülən işlərin miqyası, dövlətimizin bu sahədəki prinsipiallığı da təsdiq edir. Konkret desək, 2022-ci ilin sosial islahatları dövlət başçısının 16 oktyabr 2021-ci il tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq həyata keçirilir. Bi isə o deməkdir ki, həyata keçiriləcək islahatlara illik əlavə 1,5 milyard manat vəsait ayrılacaq. İslahatlar ümumilikdə 2,1 milyondan çox şəxsi əhatə edəcək. Bu rəqəmin özü həyata keçiriləcək islahatların miqyasını göstərir. Bir məqamı da qeyd edim ki, müavinət və təqaüdlərin miqdarında da ciddi artımlar baş verib və bu artım əlilliyi olan şəxsləri də əhatə edib. 2022-ci ilin əvvəlindən etibarən əlilliyə görə müavinətlər I dərəcə üzrə — 150 manatdan 220 manata, II dərəcə üzrə — 130 manatdan 180 manata, III dərəcə üzrə — 110 manatdan 120 manata çatıb. Bildirək ki, son üç ildə aparılan islahatlar nəticəsində əlilliyə görə I dərəcə üzrə müavinətlər 2,7 dəfə, II dərəcə üzrə 3 dəfə, III dərəcə üzrə isə 2,3 dəfə artırılıb. Ümumi səbəbdən birinci dərəcəli əlilliyi olanlara müavinətlərlə yanaşı, 130 manat məbləğində Prezidentin aylıq təqaüdü də verilir. Müharibə əlilləri də dövlətimizin daim diqqət mərkəzindədir və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Müharibə, hərbi xidmət və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olanlara I dərəcəyə görə 400 manat, II dərəcəyə görə 350 manat, III dərəcəyə görə 300 manat məbləğində Prezidentin aylıq təqaüdü ödənilir. Əlillərlə yanaşı, onlara qulluq edən şəxslərin də təqaüdündə artım baş verib. Belə ki, birinci qrup əlillərə qulluq üçün Prezidentin aylıq təqaüdü gələn ilin əvvəlindən 60% artırılaraq 80 manata çatdırılıb. Bir sözlə, bütün bu rəqəmlər, sadaladığımız faktlar ölkəmizdəıki sosial dövlət modelinin bugünü ilə yanaşı, gələcək perspektivlərindən xəbər verir. Təbii ki, biz bütün bunlara görə həm sosial dövlət modelimizin qurucusu olan Ümummilli liderimiz Heydər Əliyevə və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarıq. Əminik ki, işğaldan azad edilən torpaqlarımızda həyata keçirilən layihələr, bu torpaqlarda gerçəkləşdirilən böyük quruculuq işləri, dövlətimizin artan iqtisadi gücü və maliyyə imkanları sosial dövlət modelimizin bundan sonra da qüsursuz şəkildə işləməsini təmin edəcək, vətəndaşlarımızın sosial rifahının yaxşılaşmasına öz töhfəsini verəcəkdir. -Səmyar bəy, həssas kateqoriyaya məxsus vətəndaşlarla birbaşa təmasda olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətini necə dəyərləndirirsiniz? -Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dövlət başçısının tapşırıq və tövsiyyəsindən irəli gələn məsələlərin həlli istiqamətində həqiqətən də ciddi addımlar atır və bu tapşırıqların icrasına həssaslıqla yanaşır. Buna nümunə olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu müstəvidə həyata keçirdiyi bəzi layihələrə qısa nəzər salmaq kifayətdir. Məlumat üçün qeyd edim ki, təkcə cari il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi xüsusi qayğıya ehtiyac duyan şəxslərin reabilitasiya yönümlü sosial xidmətlərlə təminatı üzrə 150-dən çox layihə həyata keçirməyi planlaşdırır. Layihələr qayğı və icma əsaslı reabilitasiya mərkəzlərinin də yaradılması, müvafiq kateqoriyalardan olan şəxslərə sosial-psixoloji, nevroloji, pedaqoji və s. xidmətlər, habelə ailələrinə hüquqi məsləhət xidmətləri göstərilməsi kimi məsələləri əhatə edir. Sağlamlıq imkanları məhdud uşaqlar və əlilliyi olan şəxslər arasında idman tədbirlərinin keçirilməsi, onların beynəlxalq yarışlarda iştirakına şərait yaradılması, autizm eşitmə və nitq qabiliyyəti olmayan uşaqlara reabilitasiya xidmətlərinin göstərilməsi, övladlığagötürmə, insan alverinə qarşı mübarizə və s. ilə bağlı təbliğat məqsədli layihələrin icrası da nəzərdə tutulur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən məşğulluq xidmətlərinin icrasında həssas əhali qruplarına, o cümlədən, gözdən əlil vətəndaşlara üstünlük verilir. Qeyd edək ki, 2021-ci ildə 1348 nəfər əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb olunub. Agentlik tərəfindən ötən il 2850 əlilliyi olan şəxs əmək müqaviləsi əsasında münasib işlərlə təmin edilib. 6 mindən çox işsiz şəxs layihə üzrə biznes təlimlərə cəlb edilib ki, onların 1033-ü şəhid ailəsi üzvü və müharibə iştirakçısıdır. Vətəndaş müraciətlərinin çevik şəkildə cavablandırılması, hər bir müraciətin ətraflı şəkildə araşdırılması da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinə xas mühüm xüsusiyyətlərdən biridir. Bu baxımdan əminliklə söyləmək olar ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaxın gələcəkdə də vətəndaş məmnunluğunun təmini istiqamətində mühüm addımlar atacaq, dövlət başçısının tapşırıqlarını bugünə qədər olduğu kimi, bundan sonra da çox böyük dəqiqlik və məsuliyyət hissi ilə icra edəcəkdir. Seymur ƏLİYEV
Hamısını oxu
Cəlil Xəlilov: “Biz bu qələbənin nəticəsindən maksimum faydalanmalıyıq” Münhen təhlükəsizlik konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə dair panel-diskusiyada prezident İlham Əliyevlə Paşinyan arasında baş tutan debat bütün dünyada ciddi marağa səbəb olub. İlham Əliyevin dəmir məntiqi qarşısında deməyə söz tapa bilməyən, əsassız və gülünc arqumentlərlə öz mövqeyini müdafiə etməyə çalışan Paşinyan, nəticə etibari ilə daha rüsvayçı vəziuyyətə düşüb. Münhen debatı ilə bağlı Moderator.az-a açıqlama verəb Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəliov Münhen dikusiyasının Azərbaycanın böyük siyasi qələbəsi kimi səciyyələndirdi: “Münhen diskusiyasında Azərbaycan prezidenti İlham Əliyev dünya mediasının, beynəlxalq ictimaiyyətin gözü qarşısında Ermənistanın işğalçılıq siyasətini bir kəs daha ifşa etdi, Paşinyanın absurd iddialarını darmadağın etdi. Ölkə başçısı dünya ictimaiyyətinin, o cümlədən beynəlxalq təşkilatların təcavüzkara təzyiq göstərməsinin vacibliyinə diqqət çəkdi, bunu zəruri edən səbəblərə toxundu. Prezident İlham Əliyev Azərbaycanın uğradığı təcavüz fonunda Ermənistanın bütün region, beynəlxalq təhlükəsizlik sistemi üçün ciddi təhdid mənbəyi olduğunu real faktlar əsasında ortaya qoydu. Prezident İlham Əliyevin arqumentləri qarşısında aciz duruma düşən Paşinyan, Azərbaycan torpaqlarının işğal etdiklərini, bu torpaqları qaytarmaq niyyətində olmadıqlarını etiraf etdi. Hansı ki, Paşinyanın işğalçı olduqlarını etiraf etməsi faktı da, Azərbaycanın siyasi uğuru kimi qiymətləndirməlidir. Həmçinin, bu etiraf onu göstərir ki, Ermənistanın problemi sülh yolu ilə həll etmək niyyəti yoxdur və Azərbaycan Qarabağ münaqişəsinin hərbi müstəvidə həlli məsələsinə daha çox diqqət ayırmalıdır. İşğaldakı torpaqlarını azad etmək Azərbaycanın beynəlxalq hüquqla təsbit oluna haqqıdır və buna ölkəmizin həm hüquqi, həm də mənəvi haqqı var. Bu baxımdan, Münhen debatı prezident İlham Əliyevin parlaq siyasi qələbəsi kimi dəyərləndirilməli və bu qələbənin nəticələrindən səmərəli şəkildə faydalanmağa səy göstərməliyik”. Seymur ƏLİYEV
Hamısını oxu
Xəbər verdiyimiz kimi, 22 dekabr 2025-ci il tarixində əfsanəvi kəşfiyyatçı Mehdi Hüseynzadənin doğum günü ilə əlaqədar olaraq qəhrəmanın Novxanı kəndindəki abidəsi ziyarət olunub, bu əlamətdar günlə bağlı böyük tədbir keçirilib. İş adamı Cəlil Nağıyevin dəstəyi, kənd ağsaqqalı Nuhbala Ağayevin təşkiltaçılığı ilə keçirilən tədbirdə qəhrəmanın abidəsi önünə gül dəstələri qoyulub, onun ölümsüz xatirəsi ehtiramla yad edilib. Mövzu ilə bağlı Veteran.gov.az-a açıqlama verən Xalq artisti Nurəddin Mehdixanlı qəhrəmanların təbliğinin milli-mənəvi dəyərlərimizin təbliği, mili kimliyimizin yaşadılması baxımından mühüm önəm kəsb etdiyini bildirib: “Mehdi Hüseynzadənin göstərdiyi qəhrəmanlıqlar öz miqyas və əzəzəmətinə görə zamana sığmayan, zamanın fövqündə dayanan qəhrəmanlıqdır. İnsanlığın “qəhvəti taun”dan xilas edilməsinə, bəşəriyyətin təhlükəsizliyinə xidmət edən bu qəhrəmanlıqlar, həm də Azərbaycan insanının milli kimliyindən, xarakterindən, yenilməzliyindən xəbər verir. Bu mənada Mehdi Hüseynzadənin doğum günü ilə bağlı Novxanı bu cür möhtərəm tədbirin keçirilməsi təqdirəlayiqdir. Bu və bu qəbildən olan tədbirlər keçmişə ehtiram əlaməti olmaqla yanaşı, həm də gələcəyə yönəlik addımlardır. Mehdi Hüseynzadə kimi qəhrəmanların təbliği yeni qəhrəmanlar yetişdirmək deməkdir. Çünki bu cür tədbirlər keçmişlə gələcək qəhrəmanlar arasında bir növ mənəvi körpü rolunu oynayır. Bugünün və gələcəyin qəhrəmanları keçmişə baxaraq, keçmişdən öyrənərək öz ruhi-mənəvi güclərini artırırlar. Mən Mehdi Hüseynzadə ilə bağlı Novxanı keçirilən bu tədbiri yüksək qiymətləndirir, bunu xalq, vətən, tarix qarşısıdna mühüm xidmətlərdən biri kimi dəyərləndirirəm. İnanıram ki, söügedən ənənə bundan sonra da qorunub saxlanılacaq və daim təkrarlanacaq”. Seymur ƏLİYEV
Hamısını oxu