Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

ƏDALƏT VƏLİYEV GENERALLA GÖRÜŞÜB - Ordudakı vəziyyət müzakirə edilib

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin son çıxışlarında ideoloji işin gücləndirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrasının təmin edilməsi ilə bağlı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin görüşü keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Görüşdə müvafiq sahə üzrə görülən işlərdən danışılıb, həyata keçirilən tədbirlər təhlil olunub və ideoloji işlə bağlı planlar nəzərdən keçirilib. Sonra Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin Təhlil və Proqnozlaşdırma sektorunun müdiri Tahir Kərimovun iştirakı ilə Azərbaycan Ordusunda ideoloji işin təşkili və həyata keçirilməsinə cavabdeh zabitlər də cəlb edilməklə müvafiq mövzu ilə bağlı işçi qrupun görüşü təşkil olunub. Tədbirdə Azərbaycan Ordusunda ideoloji işin təşkili və həyata keçirilməsi ilə bağlı müvafiq sahəyə cavabdeh zabitlərin ictimai-siyasi hazırlıq, mənəvi-psixoloji təminat, ictimaiyyətlə əlaqələr, eləcə də digər istiqamətlərə aid hesabat xarakterli məruzələri dinlənilib, prezentasiyalar təqdim olunub, görülən işlər və bu sahədə aparılan işin səmərəliliyinin artırılması üçün nəzərdə tutulan addımlar barədə məlumat verilib.

Toplantıda çıxış edən Tahir Kərimov Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunda həyata keçirilən islahatlar nəticəsində hərbi hissələrin döyüş qabiliyyətinin artdığını, şəxsi heyətin döyüş əzminin, vətənpərvərlik ruhunun və mənəvi-psixoloji hazırlığının daima yüksəldiyini bildirib. İdeoloji işin əhəmiyyətindən danışan T.Kərimov xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan Ordusunun formalaşmasında tarixi fəaliyyətinin, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzda həyata keçirilən islahatların, hərbi xidmətin nüfuzunun yüksəldilməsi istiqamətində görülən işlərin təbliğinin, gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinin, gənclərin milli dəyərlərə, tarixi ənənələrə bağlılıq ruhunda, Vətənə məhəbbət və torpaqlarımızın işğaldan azad etməyə daim hazır olmaq hissləri ilə böyüməsinin ideoloji işin əsas istiqamətlərindən olduğunu bir daha diqqətə çatdırıb. Tədbirdə Ali Baş Komandan İlham Əliyevin son çıxışlarında ideoloji işin gücləndirilməsi ilə bağlı qarşıya qoyulan vəzifələrin icrasını təmin etmək məqsədilə hərbi hissələrdə həyata keçiriləcək ideoloji işin istiqamətləri və perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb, yeni forma və metodlarla bağlı təkliflər müzakirə olunub. Sonda kreativ ideyalardan, müasir texnologiyalardan, fleşmoblardan, sosial şəbəkələrin imkanlarından daha çevik istifadə etməklə ideoloji işlə bağlı qarşıya qoyulan tapşırıqların icrasına daha təsirli, daha keyfiyyətli nail olmanın yolları haqqında da müzakirələr aparılıb. Müzakirələr zamanı Müdafiə Nazirliyində ideoloji işlə bağlı görülən işlər və həyata keçirilən tədbirlər müsbət qiymətləndirilib.

2020-08-05 00:00:00
3672 baxış

Digər xəbərlər

İlham Əliyev Şakir Kargarı qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Əfqanıstan İslam Respublikasının milli təhlükəsizlik müşaviri Hamdullah Mohibi və Prezident Administrasiyasının rəhbəri Mohammad Şakir Kargarı qəbul edib. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Hamısını oxu
Tatarıstan Respublikasının Baş Nazirinin müavini Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, bu gün Tatarıstan Respublikasının Baş Nazirinin müavini – Tatarıstan Respublikasının Rusiya Federasiyasındakı səlahiyyətli nümayəndəsi, general-mayor Axmetşin Ravil Kalimulloviç Müharibə, Əmək və Silahlı Qüvvəlrə Veteranları Təşkilatının qonağı olub, Təşkilat sədri Fatma Səttarova və sədr müavini polkovnik Cəlil Xəlilovla görüşüb.  Görüş zamanı Azərbaycan və Tatarıstanın veteran təşkilatları arasında ikitərəfli əlaqələrin genişləndiriməsi perspektivi müzakirə olunub, gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Axmetşin Ravil Kalimulloviç iki ölkə veteranları arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə Fatma Səttarovanı və Cəlil Xəlilovu ordu generalı “Maxmut Axmetoviç Qareyevin anadan olmasının 100 illiyi xatirə medalı” ilə təltif edib. Polkovnik Cəlil Xəlilov isə öz növbəsində Axmetşin Ravil Kalimulloviçi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təsis etdiyi “General Həzi Aslanov” yubiley medalı ilə təltif edib, gəlişinə görə ona öz təşəkkürünü bildirib. Görüşdə Bakıda fəaliyyət göstərən  “Rus Evi”nin nümayəndəsi Yelena Tsvilyova, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Beynəlxalq əlaqələr və Təşkilatı iş şöbəsinin əməkdaşı polkovnik Samir Musayev, Təşkilatın mətbuat katibi Seymur Əliyev də iştirak edib.  

Hamısını oxu
Впереди – 75-летие Великой Победы

Ветеранское сообщество стран СНГ сверяет ориентиры. По итогам Пленума Координационного совета «Международного союза общественных организаций ветеранов (пенсионеров) независимых государств 21 ноября 2018 г. Александр Колотило. Газета Красная Звезда от 03.12.2018 г. Нам есть что вспомнить. Фото автора. Содружеству ветеранов исполняется 32 года. Точкой отсчёта в его истории стало создание в декабре 1986 года единой всесоюзной общественной организации, объединившей в своих рядах ветеранов всех категорий. Ветеранская организация за короткое время стала одним из самых массовых общественных объединений в СССР. С его распадом ветеранское движение оказалось в новой социальной реальности. 2-я конференция Всесоюзной организации ветеранов войны и труда, состоявшаяся в декабре 1991 года, приняла решение о её преобразовании в Содружество (союз) организаций ветеранов независимых государств и избрала его руководящий орган – координационный совет. Прошедшие 27 лет подтвердили правильность и своевременность принятых решений. Все эти годы ветеранское содружество борется за социальные права и интересы ветеранов постсоветских республик, за сохранение дружбы и развитие сотрудничества между народами некогда единой страны. С 1999 года координационный совет Международного союза «Содружество общественных организаций ветеранов (пенсионеров) независимых государств» возглавляет адмирал флота Алексей Иванович Сорокин, заслуженный ветеран Великой Отечественной войны с огромным опытом практической работы по защите Отечества в советское время. Его доклад, прозвучавший на недавнем пленуме координационного совета, был посвящён актуальным вопросам активизации работы ветеранских организаций по решению социально-экономических и медицинских проблем ветеранов Великой Отечественной войны. Организации, входящие в Международный союз, объединяют более 40 миллионов ветеранов и пенсионеров. Ещё два года назад в их числе было более 300 тысяч фронтовиков, два с половиной миллиона тружеников тыла военных лет, полтора миллиона участников боевых действий в локальных войнах и вооружённых конфликтах, более двух миллионов ветеранов военной службы, 23 миллиона ветеранов труда. Однако эти цифры постоянно меняются. За прошедшие семь лет после V съезда Международного союза ветеранов численность активных участников Великой Отечественной войны – фронтовиков – сократилась более чем в три раза. Но фронтовики как были, так и остаются боевым ядром и духовным стержнем ветеранского движения, а забота о них является одной из приоритетных задач не только ветеранских организаций, но и государственных органов. Эта мысль проходила красной нитью в докладе адмирала флота Алексея Сорокина. Он сообщил, что на сегодняшний день во всех 15 бывших союзных республиках, а также в Абхазии и Южной Осетии числится примерно 2 миллиона 300 тысяч ветеранов войны. В России, по официальным данным, на  1 апреля этого года проживало примерно 1600 тысяч ветеранов войны, а фронтовиков, то есть тех, кто непосредственно участвовал в боевых действиях, всего около 15 тысяч. В других республиках их значительно меньше. Важно, чтобы фронтовики, которым сейчас более 90 лет, были на особом учёте в ветеранских организациях. Социальная поддержка фронтовиков должна заключаться в их реальной материальной поддержке, в помощи в жилищной и жилищно-коммунальной сферах, в лекарственном обеспечении, внедрении новых форм оказания медицинской помощи. Организации, входящие в Международный союз, объединяют более 40 миллионов ветеранов и пенсионеров После распада СССР в наихудшем положении оказались ветеранские организации прибалтийских республик. Поскольку они объединяют в своих рядах в основном ветеранов Великой Оте­чественной войны (правительства этих стран издевательски считают их оккупантами), то ветераны бывшей советской Прибалтики не только лишены заслуженных ими льгот, но и являются в ряде случаев объектами судебного преследования. Особое внимание в докладе адмирала флота Алексея Сорокина было уделено также положению дел в ветеранской организации Украины. Настроение у многих ветеранов на Украине угнетённое, отметил он. В стране действует закон о запрете советской символики, в том числе звезды и гвардейского знака. Следует отметить, что пленум координационного совета проходил в форме совместного заседания с Комитетом ветеранов войны и военной службы. Поэтому вторым докладчиком на мероприятии был заместитель председателя координационного совета – председатель Комитета ветеранов войны и военной службы генерал-майор в отставке Владимир Ткаченко. Его доклад был посвящён задачам повышения социальной активности участников локальных войн и вооружённых конфликтов, ветеранов военной службы в воспитании молодёжи на героических подвигах участников Великой Отечественной вой­ны и боевых традициях защиты Родины в преддверии 75-летия Великой Победы.

Hamısını oxu
Azərbaycan Ordusu xalqımızın qürurudur

Hərbi qüdrətini davamlı olaraq artıran Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasındadır. Azərbaycan Ordusu ən müasir silahlarla, hərbi texnika və müdafiə təyinatlı qurğularla tam təchiz edilib. Ordumuzun hərbi-texniki və döyüş hazırlığının yüksək səviyyədə olduğunu son dövrlərdə qazanılan hərbi uğurlar da aydın surətdə göstərir. Ölkə rəhbərliyinin bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasətin və düşünülmüş strateji xəttin nəticəsidir ki, bu gün Azərbaycan ən müasir silahları almaqla yanaşı, onların bir çoxunu özü istehsal etmək qabiliyyətindədir. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söylədiyi fikirlər bunun sübutudur. AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov söyləyib. Respublika Veteranlar Təşkilatının sədr müavini bildirib ki, Azərbaycan Ordusunun qüdrəti gündən-günə artır, qələbələr, nailiyyətlər bir-birini əvəzləyir. Ordumuzun aprel döyüşlərində qazandığı qələbə, eləcə də 2018-ci ildə həyata keçirdiyi uğurlu Naxçıvan əməliyyatı işğal atındakı torpaqlarımıza tam nəzarət etməyə imkan verir. Bu əməliyyat nəticəsində əldə edilmiş yüksəkliklər strateji xarakter daşıyır. Bu yüksəkliklər Azərbaycan Ordusuna Ermənistanı Dağlıq Qarabağla birləşdirən yola tam nəzarət etmək imkanı yaradır. Aprel döyüşləri və Naxçıvan əməliyyatı bir daha göstərdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü hərbi yolla bərpa etməyə qadirdir. Azərbaycan Ordusunun 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsinin ölkəmiz üçün əlamətdar olduğunu diqqətə çatdıran ehtiyatda olan polkovnik deyib ki, bu münasibətlə təşkil edilmiş parad ordumuzun gücünü nümayiş etdirdi. Prezident İlham Əliyev nitqində bu məsələni xüsusi vurğulayaraq deyib: “Mən onların arasında əlbəttə ki, xüsusilə uzaqmənzilli “Polonez” və “LORA” raket sistemlərini qeyd etmək istərdim. Qarşı tərəfin bu sistemlərə qarşı heç bir müdafiə imkanı yoxdur. Bu sistemlər 300 kilometr və ondan çox məsafəni qət edərək çox yüksək dəqiqliklə və böyük dağıdıcı qüvvə ilə istənilən hərbi hədəfi məhv edə bilər. Mən bir daha demək istəyirəm, düşmənin elə bir hərbi hədəfi yoxdur ki, biz onu dəqiqliklə məhv edə bilməyək”. Həmçinin parad zamanı fəxrlə nümayiş etdirdiyimiz silah və sursatın, texnikanın əksəriyyətinin Azərbaycanda istehsal edilməsini xüsusi vurğulamaq lazımdır. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ümumilikdə 1200 adda hərbi təyinatlı məhsul istehsal edir. Yeni pilotsuz döyüş uçuş aparatlarının əldə edilməsi və onlardan yüksək dəqiqliklə istifadə olunması, hava və raket hücumlarına qarşı aldığımız sistemlər Azərbaycan Ordusunun hərbi qüdrətini, müdafiə potensialını və hücum gücünü daha da artırıb. C.Xəlilov qeyd edib ki, Ordunun kadr potensialının artırılması, şəxsi heyətin bilik və bacarığının, döyüş ruhunun yüksəldilməsi, hərbçilərin sosial problemlərinin həlli dövlətin qarşıya qoyduğu prioritet məsələlərdəndir. Ümummilli lider Heydər Əliyev deyirdi: “Müharibə etmək, sadəcə, müxtəlif istiqamətlərdən atəş açmaq deyil. Bu, mükəmməl təcrübə, təkmil hazırlıq və yüksək döyüş ruhu tələb edir”. Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin siyasi kursunun layiqli davamçısı kimi, bu məsələnin də öhdəsindən layiqincə gəlib. Artıq Azərbaycan hərbçisinin qarşısında bir hədəf var, o da ərazilərimizin işğaldan azad edilməsidir. “Ermənistan və ona havadarlıq edən qüvvələr Azərbaycan Ordusunun gücünü və qüdrətini artıq bilir. Düşmən bilir ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və işğal altındakı torpaqlarımızın bütövlükdə qaytarılacağı və ya Ermənistanın buna məcbur ediləcəyi gün yaxındadır”, - deyə ehtiyatda olan polkovnik bildirib.

Hamısını oxu