İlham Əliyev Livan prezidentinə başsağlığı verdi
Prezident İlham Əliyev Livan Respublikasının Prezidenti Mişel Auna başsağlığı verib. AZƏRTAC-ın yayımladığı başsağlığı mətnində deyilir: “Hörmətli cənab Prezident,
Prezident İlham Əliyev Livan Respublikasının Prezidenti Mişel Auna başsağlığı verib. AZƏRTAC-ın yayımladığı başsağlığı mətnində deyilir: “Hörmətli cənab Prezident,
Sovet dövründə bizim xeyli tanınmış hərbi sərkərdəmiz olub. Onların sıra-sında general-leytenant Hüseyn Rəsulbəyovun xüsusi yeri və dəsti-xətti vardır. Müharibədən əvvəl təhsil və əmək fəaliyyətə başlaması, texniki işlərlə məşğul olması, hərbi akademiyanı bitirdikdən sonra döyüşən orduya, müharibəyə yollanması, orada özünü əsl komandir və mütəxəssis kimi göstərməsi onun peşəkarlığından və parlaq gələcəyindən xəbər verirdi. Bir məsələni açıq şəkildə söyləmək istəyirəm. Sovetlər dönəmində qeyri-slavyan millətindən olan insanların ali vəzifələrə təyin olunması, yüksək rütbələr alması heç də asan məsələ deyildi; səbəb də o idi ki, qeyri-slavyan millətindən olan insanlara o qədər də inanmırdılar. Bu stereotipləri qırmaq yüksək professionallıq tələb edirdi, gərək digərlərindən mütləq dərəcədə fərqlənəydin ki, səni yüksək vəzifəyə təyin edəydilər. Uzun müddət işinlə, əməlinlə sübut yetirməliydin ki, sən professionalsan, sən düzgün insansan, sən ədalətlisən, sən işini bilənsən, yüksək təşkilatçılıq bacarığın var, idarəetmə qabiliyyətinə maliksən. Bu xüsusiyyətlərə malik olmaq sovet dövründə asan məsələ deyildi və Hüseyn Rəsulbəyov general-leytenant rütbəsinə yüksələrək Azərbaycanın adını xeyli ucaltmışdır. Rəsulbəyov 1941-ci ilə Moskvada F.E. Dzerjinski adına Hərbi Mühəndislik Akademiyanı bitirmiş ilk azərbaycanlı olub. O, hava hücumundan müdafiə sisteminin zenit-raket qoşunlarının komandanı vəzifəsinə yüksəlmiş yeganə azərbaycanlıdır. Rəsulbəyov sayılıb-seçilən generallardan idi. Hər bir Azərbaycan gənci üçün, hər bir Azərbaycan zabiti üçün onun 40 illik xidmət dövrü gözəl bir nümunədir. Ona görə də tarixdə belə şəxsiyyətlər qalmalıdır və qalır. Onun keçdiyi həyat yolu, fəaliyyəti dərindən öyrənilib gənclərimizə, zabitlərimizə, əsgərlərimizə çatdırılmalıdır. Azərbaycan ictimaiyyəti onun haqqında geniş məlumata malik olmalıdır. General-leytenant H. Rəsulbəyov həm Moskvada, həm də keçmiş Sovet İttifaqının müxtəlif yerlərində, hətta uzaq Misirdə, Qvineya-Bisauda, Əfqanıstanda və digər xarici ölkələrdə xidmət etmişdir. Hərbi xidmətdən sonra Azərbaycanın rabitə naziri vəzifəsinə təyin edilən Hüseyn Rəsulbəyov bu sahədə də böyük uğurlara imza atıb. Onun Azərbaycanın şəhər və kəndlərinin telefonlaşmasında, radio-televiziyanın maddi-texniki bazasının möhkəmlənməsi və yenilənməsində xüsusi xidmətləri olmuşdur. Qədirbilən Azərbaycan xalqı general-leytenant Hüseyn Rəsulbəyovun ölkəmiz qarşısında xidmətlərini heç vaxt unutmayacaqdır. Mən də 40 ildən artıq hərbi sahədə xidmət etmişəm. Biz kursantlar vaxtilə belə sərkərdələrin adını eşidəndə, azərbaycanlılar arasında belə generalların çıxmasını görəndə çox sevinir və fəxr edirdik. Onlar həmişə bizim fəxrimiz, tariximizdilər, Azərbaycan tarixində xüsusi xidmətləri olan insanlardılar. Bunları biz heç vaxt unutmamalıyıq. General-leytenant Hüseyn Rəsulbəyov Vətənimiz üçün yüzlərlə peşəkar hərbiçinin yetişdirilməsində iştirak etmiş, Azərbaycanın inkişafı üçün önəmli addımlar atmışlar. Azərbaycanda rabitə kommunikasiyaların qurulmasında da onun böyük xidmətləri var. Ona görə biz ona minnətdarıq, fəxr edirik ki, Azərbaycan tarixində belə generallar var. Çox istəyərdik ki, general arzusunda olan zabitlərimiz, əsgərlərimiz, gənclərimiz elə insanların həyat yolunu özlərinə nümunə götürsünlər, onlar kimi çətinlikləri keçməyi, hörmət qazanmağı bacarsınlar. Görkəmli sərkərdə və dövlət xadimi general-leytenant Hüseyn Rəsulbəyov Azərbaycan tarixində, onun hərbi salnaməsində əbədi olaraq yaşayacaqdır. Polkovnik Cəlil XƏLİLOV, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru
Hamısını oxu
Azərbaycanda və xaricdə yaşayan həmvətənlərimiz, eyni zamanda, xarici ölkələrin vətəndaşları Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə mütəmadi olaraq müraciət edirlər. Müraciətlərdə Ali Baş Komandan İlham Əliyevin fədakar əməyinə görə Azərbaycanın Milli Qəhrəmanı kimi görmək istəyi, onun dövlətimizin başçısı olmasından doğan fəxarət hissi kimi nəcib duyğular bölüşülür, ölkə başçısına böyük dəstək ifadə olunur. Müraciət edənlər bildirirlər ki, Prezident İlham Əliyev son 200 ilin ən şanlı zəfər tarixini yazıb. Bildirilib ki, Vətən Müharibəsində əldə etdiyimiz tarixi zəfər onun uzaqgörən siyasətinin nəticəsidir. Qeyd olunub ki, dövlətimizin başçısının şücaəti ən yüksək ali adlara layiqdir. Xalq əmindir ki, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanı daha böyük gələcək, daha firavan həyat gözləyir.
Hamısını oxu
Azərbaycan veteran ictimaiyyətinə ağır itki üz vermişdir. Hüquq-mühafizə orqanları və əmək veteranı, baş ədliyyə müşaviri, prokurorluq orqanlarının fəxri işçisi Nəsirov Cahangir Əmir oğlu 12 noyabr 2018-ci ildə, 83 yaşında vəfat etmişdir. Cahangir Nəsirov 19 dekabr 1935-ci ildə Xaçmaz şəhərində anadan olmuşdur. 1957-ci ildə Xaçmaz şəhər orta məktəbini bitirmiş, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. 1963-cü ildə ali təhsilini başa vuraraq, elə həmin il Quba-Xaçmaz Birləşmiş rayonlararası Komsomol Komitəsinin katibi seçilmişdir. 1964-1967-ci illərdə Qazax rayon prokurorluğunun baş müstəntiqi, 1967-1975-ci illərdə Azərbaycan SSR Prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq, 1975-1991-ci illərdə isə Yevlax, Qazax və Bakı şəhərinin indiki Səbail, Xəzər rayonlarında prokuror vəzifəsində işləmişdir. C.Nəsirovun xidmətləri nəzərə alınaraq, 1982-ci ildə Əmək veteranı medalı, 1983-cü ildə prokurorluq orqanlarının fəxri işçisi döş nişanı ilə təltif edilib. Təcrübəli əməkdaş olan C.Nəsirov 1992-1997-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaqa Nəzarət İdarəsində prokuror vəzifəsində işləmişdir. O, 10 aprel 1997-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü idi. Cahangir Nəsirovun ictimai-siyasi fəallığı, təşkilatçılıq qabilyyəti və peşəkarlığı yüksək qiymətləndirilərək 2015-ci il mart ayının 2-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Nəzarət-təftiş Komissiyasının sədri vəzifəsinə təyin edilmişdir. Ailəli idi, 5 övladı var. Nəsirov Cahangir Əmir oğlu Sumqayıt şəhərində dəfn olunmuşdur. Allah rəhmət eləsin. Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti
Hamısını oxu
29 oktyabr 2021-ci il tarixdə İdman Tennis Kompleksində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və İdman Tennis Kompleksin birgə təşkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanı, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmiş baş leytenant, şəhid Azad Hümbətovun xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib. Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri, Olimpiya çempionu Fərid Mansurov, şəhid, Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun atası, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, Vətən Müharibəsi şəhidi, mayor Vüsal Vəliyevin qardaşı Eliyar Vəliyev, Aprel döyüşləri şəhidi, polkovnik-leytenant Sənan Axundovun yoldaşı, 45 saylı tam orta məktəbin direktoru Nəcibə Axundova, İdman Tennis Kompleksin direktoru Əhməd Abbasbəyli, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Nərimanov rayonunda fəaliyyət göstərən idman məktəblərinin rəhbərləri, müxtəlif idman növləri üzrə federasiyalarının üzvləri, rayonun fəal könüllüləri və 47 saylı tam orta məktəbin şagirdləri hərbi geyimdə iştirak etmişlər. İlk öncə Azərbaycanımızın azadlığı, istiqlaliyyəti və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov və İdman Tennis Kompleksin direktoru Əhməd Abbasbəyli çıxış edərək qeyd etdilər ki, dövlətimizin şəhidlərin ruhuna bəslədiyi ehtiram və onların ailələrinə tükənməyən qayğısından bəhs edərək bildirmişlər ki, gənc nəsil və müasir gənclərimiz şəhidlərimizin qanı, canı bahasına əldə olunmuş qələbəmizin, müstəqilliyimizin qədrini bilməli, daima qoruyub saxlamalı və özlərindən sonrakı gələcək nəsillərə ötürməlidirlər. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşü qalibiyyətlə başa çatdı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu mənfur düşməni darmadağın edərək uzun illər işğal altında qalan torpaqlarımızı azad etdi, cənab Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Şəhid ailələrinin, qazilərin və hərbi xidmətdən tərxis olunanların və onlara bərabər tutulan şəxslərin problemləri daim diqqət mərkəzindədir. Dövlətimiz hər bir Azərbaycan vətəndaşının sosial məsələlərinin həllinə xüsusi diqqətlə yanaşır, bu baxımdan çox mühüm layihələr həyata keçirilir. Sonra Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun atası, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, Vətən Müharibəsi şəhidi, mayor Vüsal Vəliyevin qardaşı Eliyar Vəliyev, Aprel döyüşləri şəhidi, polkovnik-leytenant Sənan Axundovun yoldaşı, 45 saylı tam orta məktəbin direktoru Nəcibə Axundova isə öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər. Tədbirin rəsmi hissəsindən sonra “888 Boxing” Klubunun üzvləri boks, Kapoeyra Federasiyasının idmançıları kapoeyra, Azərbaycan Kikboksinq Federasiyasının idmançıları kikboks, Taekvondo Federasiyasının idmançıları taekvondo, 6 saylı Uşaq – Gənclər Məktəbin idmançıları karate idman növləri üzrə nümunəvi çıxışlar göstərdi, 45 saylı tam orta məktəbin şagirdi Arzum Babaşova skripka musiqi alətində ifa nümayiş etdirdi, müğənni Aydın Sani vətənpərvər mahnılar ifa etdi. Sonda şahmat yarışının qalibləri müvafiq dərəcəli diplom və medallar ilə təltif edilmiş, şəhidin atası Arif Hümbətova Xatirə Diplomu və Azərbaycan Dövlət Bayrağı təqdim edilmişdir.
Hamısını oxu