İlham Əliyev Təhsil Nazirliyinə yeddi milyon manat ayırdı
Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Respublika Veteranlar Təşkilatının Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov: “Prezident İlham Əliyevin vətənpərvərliyi, vətəndaşlıq duyğusu Azərbaycan xalqının taleyinin tərkib hissəsidir.” İlham Əliyev artıq dünyada qəbul olunmuş görkəmli siyasi liderdir. Bir çox dövlət başçıları yalnız ölkəyə rəhbərlik vəzifəsini yerinə yetirməklə kifayətlənməli olurlar. Onların bir çoxunun ampulası praktik rəhbərlikdən başqa heç nə əhatə edə, yaxud əks etdirə bilmir. Prezident İlham Əliyev isə kamil dövlət xadimi olmaqla yanaşı, həm də geniş qlobal dünya görüşünə, analitik təhlil bacarığına, praqmatik baxışlara malik olan mükəmməl siyasi xadimdir. Prezident İlham Əliyevin siyasi fəaliyyətinin ana xəttini azərbaycanşılıq, millətlər arası münaqişələrin həlli, neft siyasəti, enerji təhlükəsizliyi, vətənpərvərlik, tolerantlıq fəlsəfəsi, dövlətçilikdə xalq faktorunun üstün mövqeyi və.s kimi aktual xüsusi çəkiyə malik məsələlər təşkil edir. Milli mənafeyi dövlətçilik maraqların daim üstün tutulması İlham Əliyev siyasətinin təməl prinsipidir. Prezident İlham Əliyevin vətənpərvərliyi, vətəndaşlıq duyğusu Azərbaycan xalqının taleyinin tərkib hissəsidir. Dahi şəxsiyyətin azərbayçançılıq ideyasının güclənməsində onun etnik milli müstəvidən dövlət və vətənpərvərlik müstəvisinə keçirilməsində müstəsna rolu vardır. Ümummilli lider vətənpərvərliyə və dövlətçiliyə əsaslanan azərbaycançılığı qurdu, yaratdı, eyni zamanda əməli surətdə həyata keçirdi. Milli ideologiyadan, azərbaycanşçılıq idelogiyasından danışarkən böyük insan hər bir azərbaycanlının vətənpərvərlik hissləri ilə yaşamasını daim önə çəkirdi: “Milli vətənpərvərlik hissləri hər bir vətəndaşda o qədər güclü olmalıdır ki, hər bir vətəndaş milli mənafeyi öz şəxsi mənafeyindən, öz şəxsi yaşayışında, şəxsi həyatından – hər şeydən üstün tutsun.” Böyük öndər Heydər Əliyev gənclərin vətənpərvərlik tərbiyəsinə azərbaycançılığı, qəhrəmanlığı tərənnüm etməklə bütün çətinlikləri aradan qaldırmaq vasitəsi kimi baxırdı: “Siz də Azərbaycan xalqına xidmət edərək vətənpərvərlik hissi ilə yaşayaraq özünüzü qəhrəman, cəsur, qüdrətli bir insan kimi formalaşdırmalısınız və qarşıdan gələ biləcək bütün çətinliklərə hazır olmalısınız. Məhz belə hisslərlə fəaliyyət göstərən Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov demokratik vətəndaş cəmiyyəti və hüquqi dövlət qururculuğu yolu ilə gedən Azərbaycan və bütün azərbaycanlılar ümummilli liderin layiqli siyasi varisi, ölkə prezidenti İlham Əliyevin ətrafında birləşərək milli azərbaycançılıq və vətənpərvərliyin vəhdəti şəklində öz işlərini quraraq fəaliyyət göstərir. 44 günlük II Qarabağ savaşında Respublika Veteranlar Təşkilatının göstərdiyi vətənpərvərlik ruhu da Təşkilatın sədri general-polkovnik Tofiq Ağahüseynovun müdrik siyasətinin göstəricisi olmuşdur. Beləki, vaxtaşırı cəbhə bölgələrində yerləşən Veteran Təşkilatı sədrləri ilə mütəmadi əlaqəsi, onlara müdrik məsləhətləri də vətənpərvərliyin bariz nümunəsidir. Unutmamaq lazımdır ki, bu günün gənci sabahın atası, anası, ailə başçısıdır. Onun öz övladını necə tərbiyə etməsi isə ilk növbədə onun özünü necə istiqamətləndirməsindən aslıdır. Buna görə də bu sahədə görülən işlər daim diqqətdə saxlanılmalı, gənclərin vətənpərvərlik tərbiyəsi üçün yaradılan şəraitdən səmərəli istifadə etmək lazımndır. Veteran Təşkilatının Respublikamızda bu istiqamətdə icra edilən tədbirləri diqqətəlayiqdir. Müharibə iştirakçılarının və şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması, müalicəsinin təşkili, məşğulluğunun təmini baxımından böyük işlər görülmüşdür. Əsl vətəndaş vətənpərvər olmalıdır, gənclərimizə vətən sevgisi aşılanmalıdır kimi ifadələrə tez-tez rast gəlirik. Bu da təbiidir. “Azərbaycanın gələcəyi gənclərə məxsusdur.”-deyə dahi şəxsiyyət ümummilli lider ölkəmizə rəhbərlik etdiyi dövrlərdə gənclərimizin hərtərfli inkişafına imkanlar açan müvafiq tədbirlər həyata keçirilmiş və tez bir zamanda müstəqil Azərbaycanımızın gələcəyini qoruyub saxlaya biləcək gənc nəsillərin yetişdiyinə əminliyini belə ifadə etmişdir. Müstəqil azərbaycan ifadəsi indi hamı üçün əzizdir, bunu hamı təkrar edir, ancaq hər kəs də başa düşməlidir ki, müstəqil Azərbaycanın müstəqil yaşaması üçün hər bir vətəndaşın vətəndaşlıq borcu var. Bunu təmin etmək üçün hər bir vətəndaş öz xalını verməli, öz xidmətini göstərməlidir. Tariximizə nərə salsaq görərik ki, elimizin, obamızın ən gözəl ənənələrindən biri də torpağa ana yurda, vətənə bağlılıq, xalqımızım zaman-zaman yadelli işğalçılardan qorumaq, vətən üçün canından keçmək olmuşdur. Elə buna görə də xalqımızın vətən uğrunda, torğaq uğrunda canında, qanından keçən saysız hesabsız unudulmaz qəhrəmanları olmuşdur. 44 günlük II Qarabağ savaşı məhz buna birbaşa sübutdur. Vətənpərvərlik, vətənə məhəbbət əcdadların ənənələrinə hörmət deməkdir. Vətənpərvərliyə və dövlətçiliyə söykənən azərbaycançılıq məhz ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərpası zamanı ölkəyə ikinci dəfə rəhbərliyə qayıdışından sonra milli bütövlüyümüzün təcəssümü olan milli ideologiya kimi formalaşdı, gerçəkləşdi və səfərbəredici fenomenə çevrildi. Respublika Veteranlar Təşkilatının Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, 23 sentyabr tarixində dünya şöhrətli fotorepartyor Reza Deqati Azərbaycan Mətbuat Şurasında olub. Qonağı qarşılayan MŞ sədri Əflatun Amaşov ona rəhbərlik etdiyi qurumla bağlı məlumat verərək bildirib ki, Şura Azərbaycanda medianın özünütənzimləməsini həyata keçirən, jurnalistlərin özlərinin formalaşdırdıqları qurumdur. İkinci Qarabağ Müharibəsi reallıqlarının, Azərbaycanın ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılması məsələlərindən söz açan Ə.Amaşov məsələnin ölkəmiz üçün əhəmiyyətindən söz açıb. O bildirib ki, Azərbaycan zaman-zaman dünyanın ikili standartlar siyasətindən əziyyət çəkib. Bu baxımdan müharibədə baş verənlərin olduğu kimi çatdırması xüsusi önəm daşıyırdı. Bunu reallaşdıran hər biz şəxs azərbaycanlıların sevimlisidir. Bu baxımdan R.Deqati də Azərbaycan cəmiyyətinin rəğbət bəslədiyi sənət adamıdır. Ə.Amaşov R.Deqatinin İkinci Qarabağ Müharibəsi dönəmindəki fəaliyyətindən söz açaraq bu işi böyük fədakarlıq kimi dəyərləndirib. O, rəhbərlik etdiyi qurumun Tərtər İcra Hakimiyyəti ilə birgə təsis etdiyi fəxri diplomu qonağa təqdim edib. R.Deqati Azərbaycana hər gəlişinin bir məqsəd daşıdığını vurğulayaraq bildirib ki, ermənilər işğal altında saxladıqları Qarabağın mədəniyyətinə böyük zərər vurublar, ekoloji terror həyata keçiriblər, qəbirstanlıqlarda vəhşiliklər törədiblər, şəhərləri, kəndləri viran qoyublar. Səfərdən məqsəd bunları çəkmək və dünya ictimaiyyətinə çatdırmaqdır. O, Azərbaycanda hər zaman böyük diqqət və qayğıyla qarşılandığını deyib və bu amilin onu yaradıcılıq üçün daha da həvəsləndirdiyini dilə gətirib. R.Deqati həmçinin Azərbaycan Mətbuat Şurası rəhbərliyinə əməyinə verilən qiymətə görə təşəkkürünü bildirib. Toplantıda çıxış edənlərdən MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, MŞ İdarə Heyətinin üzvləri – “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Bayraqdar.info” saytının baş redaktoru Azər Həsrət, “Cümhuriyyət” qəzetinin baş redaktoru Rafail Becanov da öz növbələrində R.Deqatinin istər birinci, istərsə də ikinci Qarabağ müharibəsindəki fəaliyyətinə toxunublar. Onlar bu fəaliyyətin önəmini informasiya savaşındakı mühüm amillərdən biri kimi dəyərləndiriblər.
Hamısını oxu
“Bu, həm də Müzəffər Ali Baş Komandanın müdafiə və təhlükəsizliyimizə verdiyi önəmi göstərir” Məlum olduğu kimi, avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinə Döyüş bayraqlarının verilməsinə həsr olunmuş mərasimdə iştirak ediblər.Mövzu ilə bağlı “Ədəbiyyat və incəsənət”ə açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni əməliyyat (komando) hərbi hissələrinin yaradılmasını yüksək qiymətləndirib, bunun ölkəmizin təhlükəsizliyinə böyük töhfə verdiyini vurğulayıb: “Qətiyyətlə demək olar ki, Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni əməliyyat (komando) hərbi hissələrinin yaradılması Müzəffər Ali Baş Komandan İlham Əliyevin dövlətimizin müdafiə və təhlkəsizliyinə verdiyi böyük önəmin, bu faktora münasibətdə sərgilədiyi yüksək həssasiyyətin göstəricisidir.Qeyd edək ki, Prezident İlham Əliyev öz çıxışlarında müdafiə və təhlükəsizlik məsələsini bir nömrəli prioritet kimi dəyərləndirib. Dövlət başçısı qeyd edib ki, 44 günlük Vətən mharibəsindəki şanlı qalibiyyətə baxmayaraq, bundan sonra da Silahlı Qvvələrimizin gücləndirilməsi diqqət mərkəzində saxlanılacaq, bu istiqamətdə bütün gərəkli addımlar atılacaq. Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni əməliyyat (komando) hərbi hissələrinin yaradılması dövlətimizin bu yöndə ciddi addımlar atamqda davam etdiyini göstərir. Bu fakt bir daha sübut edir ki, Azərbaycan öz müdafiə və təhlkəsizliyini gücləndirməkdə davam edir və bu istiqamətdə ciddi, prinsipial addımlar atır.Prezident İlham Əliyev Naxçıvanda yeni yaradılan hərbi hissələrə Döyüş bayraqlarını şəxsən təqdim etdi ki, bu da dövlət başçımızın Silahlı Qvvələrimizə verdiyi önəmin, onlara göstərdiyi ehtiramı əks etdirir. Biz veteranlar əminik ki, yeni yaradılan hərbi hissələr öz sələflərinin qəhrəmanlıq ənənələrini uğurla davam etdirəcək, ərazi bütövlüyümüzü qətiyyətlə qoruyaraq sülh və təhlkəsizliyimizə böyük töhfələr verəcəklər”. “Ədəbiyyat və incəsənət” (13.08.2026)
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, hər il olduğu kimi bu il də iş adamı Səfər Əlirzayev tərəfindən dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə şəhid, qazi və aztəminatlı ailələrə qurban payı çatdırılıb. İş adamının ənənəvi xeyriyyəçiliyi ilə bu dəfə də saflıq və mərhəmətin rəmzi olan Qurban bayramı münasibətilə çoxsaylı ailələr təbrik olunub. Ümumilikdə, Nehrəm qəsəbəsi və ətraf kəndlərdən olan 2000 ailəyə qurban payı verilib. Şəhid ailələri və aztəminatlı ailələr bu xeyirxah işə görə Səfər Əlirzayevə təşəkkür edib, minnətdarlıqlarını bildiriblər. Məlumat üçün qeyd edək ki, artıq bir neçə ildir ki, Səfər Əlirzayev bayram günlərində şəhid və qazi ailələrinə, eləcə də həssas kateqoriyaya daxil olan aztəminatlı ailələrə bayram sovqatı göndərir, onların görüşünə gedir.
Hamısını oxu