Prezidentdən Neftçilər günü ilə bağlı paylaşım
Prezident İlham Əliyevin rəsmi feysbuk səhifəsində Neftçilər günü ilə bağlı paylaşım edilib. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:
Prezident İlham Əliyevin rəsmi feysbuk səhifəsində Neftçilər günü ilə bağlı paylaşım edilib. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:
“Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin iqtisadi sahəsi həmişə mühüm rol oynayıb” Prezident İlham Əliyev cari ilin 28 fevral tarixində Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bir sıra mühüm məsələlərə toxundu və ciddi mesajlar verdi.Son dövrlər bəzi dövlətlər ermənipərəstlikləri ilə açıq-aşkar ikili siyasət yeritsə də, onlardan fərqli olaraq baş verənlərə Almaniya neytrallıq nümayiş etdirir. Konkretləşdirsək, Almaniya Fransadan fərqli olaraq alovun üstünə benzin tökmür və Ermənistanı öldürücü silahlarla təchiz etmir.Bütün dövlətlərin, birliklərin qarşısında alnımız açıq, üzümüz ağdır. Azərbaycana qarşı qərəzli mövqe tutanlar da bilir ki, beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir. Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Acı reallıqdır ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib.Ermənistanla sərhəddə son dəfə 2023-cü ilin sentyabrında ciddi gərginləşmədən sonra bu ilin fevralınadək olan dövrdə sərhəddə vəziyyət sakit idi. Lakin fevral ayında erməni snayperi Azərbaycan əsgərini ağır yaraladıqdan sonra biz buna vaxtında adekvat və dəqiq cavab verməli olduq. Anti-Azərbaycan qüvvvələr unudurlar ki, Azərbaycan müharibəyə maraqlı deyil. Rəsmi kürsülərdən dəfələrlə elan olunub ki, biz sülh tərəfdarıyıq.Əleyhimizə aparılan təbliğatlar anti-Azərbaycan siyasətinin bir hissəsidir.Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək.Azərbaycan Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən də bu məsələyə münasibət bildirib.Dövlət başçısı qeyd edib ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib. Bu baxımdan Cozef Borrelin qeyri-adekvat bəyanatları bizi çox məyus edib. Əvvəla, onun bu bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir. İkincisi, Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. Belə ki, Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək.Əvvəla, Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur. Onlar cənab Makronun insinuasiyalarıdır. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlanması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir. Hazırda sərhəddə sakitçilik hökm sürür. Deməli, cənab Borrel və cənab Makron bu informasiyanı reallıqdan deyil, öz xəyallarından götürürlər.Azərbaycan haqqında bilərəkdən çox mənfi təəssürat yaradılır. Əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik.İkili siyasət aparanlar unudurlar ki, Azərbaycan davamlı inkişaf edən ölkədir. Ölkəmizdə gedən proseslər və həyata keçirilən işlər Azərbaycanın normal həyatını təmin edir.Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsidir. Dünyanın aparıcı dövlətləri ikili siyasətdən əl çəkib iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləməlidirlər. Məşhur Məmmədov,Milli Məclisin deputatı
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, mayın 20-də Azərbaycan Respublikası və Esvatini krallığı arasında dağ-mədən sənayesinin inkişafını təşviq edəcək əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəd Azərbaycan Respublikası tərəfindən “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov və Esvatini Krallığının təmsilçisi qismində Təbii sərvətlər və Energetika naziri, şahzadə, Zati-aliləri Lonkhokhela tərəfindən imzalanıb. İkitərəfli əməkdaşlığa dair sənəd dağ-mədən sənayesinin inkişafı, geoloji kəşfiyyat, texniki əməkdaşlıq və investisiya imkanları kimi istiqamətləri əhatə edir və iki tərəf üçün də yeni imkanlar yaradır. Memoranduma əsasən, “AzerGold” QSC və Esvatini Krallığının Təbii Sərvətlər və Energetika Nazirliyi geoloji, kommersiya və normativ məlumatların mübadiləsi, geoloji kəşfiyyat işləri, laboratoriya sınaqları, mineral resursların qiymətləndirilməsi, eləcə də texniki-iqtisadi əsaslandırma tədqiqatlarının həyata keçirilməsi sahələrində əməkdaşlıq edəcəklər. Bununla yanaşı, Memorandum çərçivəsində tərəflər mümkün birgə layihələrin, investisiya modellərinin və xidmət müqavilələrinin nəzərdən keçirilməsi istiqamətində fəaliyyət göstərəcəklər. Sənədə uyğun olaraq birgə işçi qruplarının yaradılması, qarşılıqlı sahə səfərlərinin təşkili, məlumat və təcrübə mübadiləsinin aparılması, yeni biznes əlaqələrinin qurulması imkanlarının araşdırılması, eləcə də konfrans, seminar və digər birgə tədbirlərin təşkili nəzərdə tutulur. İmzalanan Memorandum iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsinə və dağ-mədən sektorunda uzunmüddətli tərəfdaşlığın inkişafına xidmət edəcək.
Hamısını oxu27 dekabr 2023-cü ildə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının ümumi yığıncağı keçirilib. Yığıncağı Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov açıq elan edib. Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edilib. Daha sorna çıxış edən polkovnik Cəlil Xəlilov Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərinə diqqət çəkib, onun qoyub getdiyi siyasi kursun ölkəmizin tərəqqisi baxımından müstəsna əhəmiyyətinə toxunub. Cəlil Xəlilov qeyd edib ki, həssas kateqoriyadan olan vətəndaşlara xüsusi diqqət göstərən Ulu öndər, veteranlara da hər zaman qayğıkeş münasibət göstərib: “Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı ilə veteranlar təşkilatının fəaliyyəti bərpa olunmuş, veteranlara münasibət köklü şəkildə dəyişmiş, bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atılmışdır. Təsadüfi deyil ki, Heydər Əliyev müstəqilliyin ilk illərində yazırdı: “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər... Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, veteranlar bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək, bizim dövlətin və hər bir dövlət orqanının, hər bir namuslu Azərbaycan vətəndaşının müqəddəs borcudur”. Ulu öndərin imzaladığı ilk qanunlardan biri veteranların hüquqlarının bərpası ilə bağlı “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu (1994-cü il 28 iyun) olmuşdur. Bununla da veteranlara dövlət qayğısı tamamilə bərpa edilmiş, onlara münasibət yüksək səviyyəyə qaldırılmışdır. 1994-cü il 28 iyundan etibarən Azərbaycanda veteranlarla bağlı ardıcıl şəkildə həyata keçirilən dövlət siyasətinin əsası qoyulmuşdur”. Veteranlara dövlət qayğsının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən sədr müavini, veteranlara olan bu münasibətin hər kəs üçün örnək olduğunu qeyd edib: “Ulu Öndərimiz Heydər Əliyevin siyasi varisi, onun dövlətçilik və idealoji kursunun şərəfli davamçısı, ölkə Prezidenti, Qalib Ordunun Ali Baş Komandanı İlham Əliyev isə veteranlara üz tutaraq demişdir: “Onlar xalqımızın fəxridir. Cəmiyyətin ən dəyərli insanlarıdır... Hər bir vəzifəli şəxs, Sizə böyük diqqət və qayğı göstərməlidir. Mən bütün məmurlara tapşırmışam ki, Sizin problemlərinizlə məşğul olsunlar ki, Siz rahat yaşaya biləsiniz. Sizin buna haqqınız çatır... Çünki Siz Vətəni müdafiə etmisiniz, qəhrəmanlıq göstərmisiniz... Biz Sizinlə fəxr edirik. Gənc nəsil də Sizinlə fəxr etməlidir. Gənc nəslimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, Sizin kimi insanların rolu çox böyükdür”. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma xanım Səttarova, ölkədə veteranlara göstərilən qayğı və diqqəti qürur hissi və minnətdarlıqla xatırladaraq, “ölkə Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevi və vitse-Prezident Mehriban xanım Əliyevanı Veteranlarımızın hamisi” adlandırmaqla, onlara öz dərin minnətdarlığını bildirmişdir”. Tədbirdə çıxış edən Sumqayıt şəhər veteran təşkilatının sədri - əmək veteranı Sovet Şükürov, Əməkdar müəllim Sara xanım Xanlarova, Milli Qəhrəman polkovnik-leytenent Anar Mirzəyev, istefada olan general-mayor Vladimir Vasilyeviç Timaşenko, professor İbrahim Quliyev, istefada olan polkovnik Yusif Məmmədov Ulu öndərin tarixi xidmətlərindən bəhs edib, Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı Prezident İlham Əliyevin Azərbaycanın hərbi, iqtisadi və siyasi qüdrətini artırmaq üçün gördüyü misilsiz işlərə diqqət çəkiblər. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, II Dünya müharibəsi və əmək veteranı Fatma xanım Səttarova Azərbaycan ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsindəki şanlı qələbəsinə toxunub, bu qələbənin tarixi önəmindən söz açıb. Müzakirələrin sonunda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Prezident İlham Əliyevə dəstək Bəyanatı qəbul edib. Nərimanov rayon veteran təşkilatının sədri, Əfqanıstan və Qarabağ müharibəsi veteranı polkovnik Elşad Şabanova Bəyanatın mətnini yığıncaq iştirakçılaırnın diqqətinə çatdırıb. Yığıncaq Şəmistan Əlizamanlının ifası ilə sona çatıb. Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının BƏYANATI Azərbaycan xalqı hazırda tarixinin tam yeni, son dərəcədə qürurlu, şərəfli bir mərhələsini yaşayır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Vətən müharibəsi şanlı qələbə ilə nəticələndi, əvvəlcə, ölkənin ərazi bütövlüyü, daha sonra suverenliyi tam təmin olundu. Azərbaycan 44 günlük müharibədən daha güclü çıxdı. 2023-cü ildəki əməliyyat cəmi 1 gün çəkdi. Ermənistan ordusunun tör-töküntüləri Azərbaycan torpaqlarından tam təmizləndi, müharibə cinayətkarları, hərbi xunta başçıları həbs edildi. Prezident İlham Əliyev memarı olduğu bu tarixi qələbələrlə xalqımızın son 200 illik dövrdə üzləşdiyi məşəqqətlərə, məğlubiyyətlərə və sarsıntılara son qoydu, Azərbaycanın dövlətçilik tarixinin qızıl dövrü açıldı. Prezident İlham Əliyev bu müqəddəs missiyanı uğurla reallaşdırmaqla, Ulu Öndər Heydər Əliyevin ən ümdə arzusunu - “ata vəsiyyəti”ni yerinə yetirdi. 8 noyabr – Şuşanın azad edilməsi günü tariximizə Zəfər günü kimi yazıldı. Bu gün Xankəndində, Xocalıda, Ağdərədə Azərbaycan Bayrağı məğrurluqla dalğalanır. İlham Əliyev qalib xalqın qalib lideridir. Bütün Azərbaycan xalqı, bütün veteranlar onunla fəxr edir! Ümummilli liderin 30 il əvvəl ağır, böhranlı vəziyyətdən və dağılmaq təhlükəsindən xilas etdiyi Azərbaycan bu gün Heydər Əliyev yolu ilə gedərək, Prezident İlham Əliyevin qətiyyəti, zamanın çağırışlarına cavab verən siyasəti ilə dinamik inkişaf etməkdədir. Azərbaycanın xüsusilə son 20 ildə qazandığı nəhəng uğurlar onu dünyada siyasi sabitliyin, tərəqqinin, qlobal təşəbbüslərin məkanına çevirib. İlham Əliyevin milli maraqlara və qarşılıqlı etimada əsaslanan müstəqil siyasət kursu Azərbaycana beynəlxalq miqyasda böyük hörmət, nüfuz qazandırıb. Biz veteranlar bugünki Azərbaycana baxanda zəhmətimizin hədər getmədiyini görürük. Qürur duyuruq ki, Azərbaycan etibarlı əllərdədir, qürur duyuruq ki, Azərbaycanın İlham Əliyev kimi Prezidenti var. Bu, Azərbaycan xalqının taleyinə yazılmış tarixi xoşbəxtlikdir! Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib, bu gün hər bir azərbaycanlının ürəyi bir vurur, bu gün hamı eyni amal uğrunda çarpışır. Budur milli güc! Budur milli lider İlham Əliyev siyasəti! Bu gün hər kəs qurub-yaratmağa tələsir. Azərbaycan öz imkanları ilə qədim yurdlarımıza yeni həyat bəxş edir, insanlarımız doğma ata-baba ocaqlarına qayıdır. Bu gün biz veteranlar gənclərə baxıb fəxr edirik. Onlar bizim yolumuzu şərəflə gedir, şöhrətimizi dünyaya yayır. Onlar Prezident İlham Əliyevin dövründə yetişən gənclikdir, Vətəni, Bayrağı uğrunda canını, qanını verməyə hazırdır. Bu qətiyyətə, bu əqidəyə malik gəncliyə eşq olsun! Biz veteranlar çox əzablı yollar görmüşük, çox əziyyətlər çəkmişik. Bu gün dünyanın bir çox bölgələri sakit bir günə həsrətdir, müharibələr, qırğınlar ətraf regionları bürüyüb. Azərbaycan isə sabitlik, təhlükəsizlik, inkişaf adası kimi ancaq irəli gedir. Biz veteranlar respublikanın hər yerindən Bakıya toplaşıb, bu Ümumi Yığıncağı keçirməklə, bəyan edirik ki, hər birimiz Prezident İlham Əliyev siyasətinin davam etməsini istəyirik. İlham Əliyev xalq qarşısında bütün vədlərini yerinə yetirib. Onu sözü imzasıdır. Bunu bütün dünya bilir. Biz veteranlar bəyan edirik ki, Prezident İlham Əliyevlə bir yerdəyik! Bu qələbələr davam etməlidir.
Hamısını oxu
Adil İsmayıl oğlu Haqverdiyev 1942-ci il avqustun 20 -də Cəbrayıl rayonunun Dağtumas kəndində anadan olmuşdur. O, Azərbaycan Silahlı Qüvvələrinin təcrübəli hərbiçisi, Əfqanıstan və Qarabağ müharibəsi veteranıdır. Tədbirdə Müdafiə Nazirliyinin ictimai əlaqələr və mədən-kütləvi iş şöbəsinin rəisi polkovnik-leytenant Etbar Əliyev, veteranlar, yubliyarın xidmət, eləcə də, döyüş yoldaşları, Respublika Veteranlar Təşkilatının kollektivi və digər şəxslər iştirak etmişdirlər. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov açaraq Adil Haqverdiyin keçdiyi həyat yolundan, xidmət illərindən, bu gün gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsindəki fəaliyyətindən danışaraq demişdir: “Adil Haqverdiyevin peşəkar hərbçi kimi həyatının 40 ilə yaxın bir dövrü ordu ilə, Silahlı Qüvvələrlə bağlı olmuşdur. Öz istəyilə seçdiyi bu mürəkkəb və şərəfli yol Xarkov Ali Hərbi Tank qosunları komandanlığı məktəbini bitirdiyi 1964-cü ildən başlanmış, Ukraynadan, Rusiya Federasiyasından, Moldavadan, Özbəkistandan, Əfqanıstandan keçərək, nəhayət doğma Azərbaycana qədər uzanmışdır. Müxtəlif hərbi hissələrdə yüksək vəzifələr tutmuş, Əfqanıstanda, Qarabağda döyüş əməliyyatlarında işturak etmiş, hərbi tədrislə məşğul olduğu illərdə də eyni həvəs və məsuliyyətlə çalışmış, vəzifə borcuna daim sadiq qalmışdır. 1975-ci ildə Moskvada M.B Frunze adına Hərbi Akademiyanı bitirmiş azsaylı azərbaycanlılardan biri kimi Vətənin çətin günündə övladlıq borcunu layiqincə yerinə yetirmiş, öz biliyini, təcrübəni doğma Azərbaycan torpaqlarının müdafiəsinə həsr etmiş, 2 dəfə yaralansada da öz postunu tərk etməmişdir. Xidməti vəzifələrin öhdəsindən layiqincə gəldiyinizə görə, A.Haqverdiyev komandanlıq tərəfindən dəfələrlə müxtəlif mükafatlara, təltiflərə layiq görülmüşdür. A.Haqverdiyevin 2015-ci ildən bugünədək Respublika Veteranlar Təşkilatının şöbə müdiri kimi gənclərin hərbi vətənpərvərlik tərbiyəsi sahəsində ardıcıl və səmərəli fəaliyyət göstərir. Hazırda 75 yaşının tamam olduğu vaxtda da yenə sırada olmaqla, gənc peşəkarlar nəslinin yetişdirilməsində yaxından iştirak edir, bilik və bacarığını əsigəmir”. Daha sonra Müdafiə Nazirliyinin əməkdaşı polkovnik-leytenant Etbar Əliyev və digər qonaqlar çıxış edərək, yubliyarla bağlı xatirələrini danışıb Adil Haqverdiyevi bir daha ürəkdən təbrik edib, ona fəaliyyətində uğurlar arzuladılar. Tədbirin sonunda söz yubiliyara verildi. Adil Haqverdiyev xoş sözlərə görə minnətdarlığını ifadə edərək, peşəkar hərbiçi kimi torpaqlarımızın azadlığı uğrunda hər zaman döyüşməyə hazır olduğunu və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi üçün bundan sonra da əlindən gələni əsirgəməyəcəyini bildirdi.
Hamısını oxu