Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlham Əliyev sadəcə sülh arzulamır, həm də sülh yaratmaq üçün əzm sərgiləyir...

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüş əsnasında Azərbaycanla İran arasında mövcud olan tarixi dostluq və mehriban qonşuluq siyasətinə diqqət çəkən dövlət başçısı, ölkəmizin İranla bağlı yaranan vəziyyətdən narahatlıq keçirdiyini vurğulayıb. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti Əziz Nəsirzadəyə bildirib ki, Azərbaycan İranla bağlı yararnan gərinliyin aradan qaldırılmasına dəstək verməyə hazırdır. 

Sözü ilə əməli bir olan Lider...

Prezident İlham Əliyevin istər İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşü və telefon danışıqları zamanı səsləndirdiyi fikirlər, istər İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadə ilə görüşündə ortaya qoyduğu mövqe, istərsə də İsrail və ABŞ-ın İrana hücumu zamanı səsləndirdiyi bəyanatları sübut edir ki, Azərbaycan Prezidenti sözü ilə əməli tam mənada üst-üstə düşən nadir liderlərdəndir. İlham Əliyevin İrana münasibətdə yürütdüyü siyasət sübut edir ki, Azərbaycan kənar güclərin qonşularına qarşı təzyiq və təhdid siyasətində nəinki heç vaxt yer almayıb, həm də belə bir iştirakı həm siyasi-hüquqi, həm də əxlaqi-mənəvi baxımdan tamamilə yolverilməz hesab edir. Buna görə də, heç bir dövlət Azərbaycan ərazisindən İrana və ya digər qonşu ölkələrə qarşı hər hansı formada istifadə edə bilməyib və bundan sonra da istifadə edə bilməyəcək.

İlham Əliyev sübut etdi ki, o, heç bir xalqın taleyinə biganə deyil, xüsusilə də qonşularının...

Prezident İlham Əliyevin qonşu İranla bağlı atdığı addımlar, verdiyi açıqlamalar və təklif etdiyi köməkliklər Azərbaycan Respublikasının Prezidenti ilə bağlı maraqlı və bir o qədər də qürurverici həqiqətə diqqət çəkir. Bu həqiqət sadə və bir o qədər də əzəmətlidir: İlham Əliyev sadəcə sülh arzulamır, həm də sülh yaratmaq üçün əzm sərgiləyir. Onun həm İran Prezidenti Məsud Pezeşkian, həm də İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadə ilə görüşündə qonşu dövlətə öz köməkliyini təklif etməsi, İranla anti-İran qüvvələri arasında vasitəçiliyə hazır olduğunu dilə gətirməsi Azərbaycanın dövlət başçısının regional və qlobal sülh üçün hər cür fədakarlığa hazır olduğunu göstərir. Bu fakt həm də Azərbaycanın öz qonşusuna olan real münasibətini əks etdirir. Məlum fakt sübut edir ki, Azərbaycan bir çox ölkələr kimi İran ətrafında yaranan gərginliyi sadəcə seyr etmək niyyətindən uzaqdır və İranı bu mürəkkəb vəziyyətdən çıxarmaq, onu müharibənin ağrı-acısından hifz etmək, iri güclərin hədəfi olmaqdan xilas etmək üçün öz siyasi-diplomatik gücündən istifadə etməyə hazırdır.

Unutmaq olmaz ki, Azərbaycan bugünə qədər beynəlxalq miqyasda sülh və təhlükəsizliyin inkişafına böyük töhfələr verib və ona müraciət ediləcəyi təqdirdə İranla bağlı yaranan gərginliyin ortadan qalxmasına, tərəflərin bütün problemləri masa arxasında həll etməsinə də ciddi dəstək verəcəyi şübhəsizdir.

Seymur ƏLİYEV

2026-02-07 09:58:00
2186 baxış

Digər xəbərlər

Elmə, tələbəyə, torpağa və ailəyə sədaqətlə həsr olunmuş ömür

(Akademik İbrahim Cəfərovun yubileyinə həsr olunur)Böyük ömürlər olur – yaşanır və bitir. Bir də elə ömürlər var ki, yaşandıqca böyüyür, dərinləşir, insanların yaddaşında, taleyində iz qoyur. Akademik İbrahim Cəfərovun ömrü məhz bu qəbildəndir. Bu, təkcə təqvimdə artan illərin yox, mənaya çevrilən zamanın hekayəsidir.İnsan var ki, elmi seçir. İnsan var ki, vəzifəni. İnsan da var ki, insanı seçir.  İbrahim müəllim bütün pillələrdə — alim olanda da, rektor olanda da, institut direktoru olanda da — məhz İNSANI əsas götürdü. Elə buna görə də onun adı təkcə rəsmi sənədlərdə yox, minlərlə tələbənin, həmkarın, dostun qəlbində yaşayır, harda olmasından, harda işləməsindən asılı olmayaraq məhəbbətlə, ehtiramla, minnətdarlıqla xatırlanır.REKTORLUQ – VƏZİFƏ DEYİL, MƏSULİYYƏT İDİRektor olmaq çoxlarının gözündə kreslo, səlahiyyət, imza deməkdir. İbrahim Cəfərov üçün isə rektorluq tələbənin taleyinə cavabdehlik idi.Uzun illər Azərbaycan Dövlət Aqrar Universitetində çalışdığı dövr isə İbrahim Cəfərovun fəaliyyətinin ayrıca bir mərhələsidir. Xüsusilə rektor olduğu illər universitet tarixində inkişaf və yenilənmə dövrü kimi xatırlanır. Bu illərdə ADAU-da müasir tədris infrastrukturu formalaşdı, yeni laboratoriyalar yaradıldı, tələbələrin sosial-məişət şəraitinin yaxşılaşdırılması prioritetə çevrildi. İbrahim müəllim üçün tələbə sadəcə təhsil alan şəxs deyil, gələcəyin aqronomu, alimi, mütəxəssisi idi. İbrahim Cəfərov rektor olduğu illərdə universiteti sadəcə təhsil müəssisəsi kimi yox, gənclərin həyat məktəbi kimi görürdü. Onun üçün tələbə yalnız imtahan verən şəxs deyildi — qayğısı olan, ehtiyacı olan, bəzən çətinlik içində oxuyan bir insan idi.O, auditoriyaya girəndə yalnız dərs saatını yox, o auditoriyada oturan gəncin gələcəyini görürdü.Bu baxışdan doğdu müasir tələbə yataqxanaları…Betondan tikilən binalar deyildi onlar. Hər mərtəbəsində valideyn nigarançılığına cavab, hər otağında ümid vardı. Müxtəlif rayonlardan gələn, kirayə dərdi çəkən, çətinliklə oxuyan gənclər üçün bu yataqxanalar təhsil yolunun sığınacağına çevrildi. İbrahim müəllim bilirdi ki, rahat yerdə yatan tələbə daha rahat düşünür, daha cəsarətlə xəyallar qurur. Bu yataqxanalar rahatlıqdan çox təhlükəsizlik hissi verdi tələbələrinə: “Burada tək deyilsən”.PANDEMİYA SINAĞINDA İNSANLIQ DƏRSiZaman elə məqamlar yaradır ki, insanın kim olduğu kağızla yox, əməli ilə ölçülür. Pandemiya illəri də belə bir imtahan idi.Pandemiya çox şeyi üzə çıxardı. Kiminsə vəzifəsi böyüdü, kiminsə insanlığı… İbrahim Cəfərov üçün isə seçim çoxdan edilmişdi...Distant dərslər başlayanda hamı “platforma”, “sistem”, “təlimat”dan danışırdı. Rektor İbrahim Cəfərov isə başqa sual verdi:“Kompüteri olmayan tələbə dərsə necə qoşulacaq?”Cavab kağız üzərində qalmadı. O, şəxsi vəsaitindən aztəminatlı ailələrin övladlarına planşetlər aldı, payladı. Səssiz, reklamsız, təmtəraqsız… Çünki onun üçün bu, xeyriyyəçilik yox, vicdan borcu idi. O günlərdə bir çox gənc üçün İbrahim müəllim rektor yox, arxasında dayanan dayaq oldu.Qısa desək, pandemiya dövründə onun insanpərvərliyi və məsuliyyəti xüsusilə aydın göründü. Bu addımlar tələbələrin yaddaşında rektorun deyil, müəllimin və insanın davranışı kimi qaldı.ELM ADAMIHazırda Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutuna rəhbərlik edən İbrahim Cəfərov burada da eyni prinsiplərlə çalışır: elm – istehsalat – təhsil vəhdəti. İnstitutda gənc alimlərin hazırlanması, doktorantura və magistratura səviyyəsində kadr potensialının gücləndirilməsi, elmi nəticələrin istehsalata tətbiqi onun fəaliyyətinin əsas istiqamətlərindəndir. Gənclərə açıq qapı, elmi müzakirələrə şəxsən qatılmaq, sahə tədqiqatlarında birbaşa iştirak etmək onun dəyişməz idarəçilik üslubudur. İbrahim Cəfərovun elmi fəaliyyəti rəqəmlərlə də möhtəşəmdir: yüzlərlə məqalə, onlarla kitab, patentlər, yetişən alimlər… Amma onu fərqləndirən əsas cəhət elmi insandan ayırmamasıdır.O, bilir ki, elm torpağa toxunmayanda quruyur. Bitki mühafizəsi sahəsində apardığı tədqiqatlar da, rəhbərlik etdiyi institut da bir məqsədə xidmət edir: Azərbaycan torpağının bərəkətinə, kəndlinin ruzisinə, ölkənin ərzaq təhlükəsizliyinə.Onun elmi kabinetlərdə qapanıb qalmayıb. Bitki mühafizəsi sahəsində apardığı tədqiqatlar Azərbaycanın aqrar inkişafı üçündür. Təsadüfi deyil ki, onun rəhbərliyi altında hazırlanan elmi işlər praktik əhəmiyyətinə görə seçilir.Akademik yaxşı bilir ki, elm torpağa xidmət etmirsə, mənasını itirir.DÖVLƏTÇİLİYƏ SƏDAQƏT, İNSANA HÖRMƏTAkademik İbrahim Cəfərov hər zaman Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiq olub. Dövlətçiliyi sözlə yox, fəaliyyəti ilə müdafiə edib. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlara inamla yanaşıb, bu inamı ətrafındakılara da ötürüb.Amma onu böyük edən yalnız siyasi mövqeyi deyil. Onu böyük edən sadəliyi, insanlara insani münasibəti, qapısını döyən heç kəsi boş qaytarmamasıdır.SEVGİ İLƏ YAŞANAN ÖMÜRİbrahim müəllimi tanıyanlar yaxşı bilir: o, zarafatı yerində olan, sözü şirin, ünsiyyəti rahat insandır. Onunla söhbət edəndə rəsmi məsafə yox olur, insan özünü dəyərli hiss edir. Bəlkə də buna görə işlədiyi bütün kollektivlərdə hörmət qazandı, özü də qorxu ilə yox, sevgi ilə. Ailəsinə bağlılığı, dostluğa sədaqəti, kəndinə, torpağına olan məhəbbəti onun şəxsiyyətinin ayrılmaz hissəsidir. Dörd övlad, on iki nəvə — bu da bir alimin ən böyük elmi nəticələrindən biridir.YOL DAVAM EDİRBu gün akademik İbrahim Cəfərov 70 illik ömrün zirvəsində dayanıb geriyə baxanda, arxasında boş illər yox, iz qoyan addımlar görür.70 yaşını qeyd edən AMEA-nın müxbir üzvü, kənd təsərrüfatı elmləri doktoru İbrahim Cəfərov yarım əsrdən artıqdır ki, elmi biliyini, pedaqoji təcrübəsini və təşkilatçılıq bacarığını xalqına, torpağına, aqrar sahənin inkişafına həsr edir.Naxçıvanın Şərur rayonunun Düdəngə kəndində zəhmətkeş kəndli ailəsində dünyaya göz açan İbrahim Cəfərov üçün torpaq anlayışı sadəcə peşə seçimi deyil, həyat fəlsəfəsi olub. Bu bağlılıq onu Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna gətirib və sonradan bütün elmi-pedaqoji taleyini məhz aqrar elmə bağlayıb. Bitki mühafizəsi sahəsində seçdiyi yol onu Moskvanın nüfuzlu Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasına, daha sonra isə böyük elmi nəticələrə aparıb. Akademik İbrahim Cəfərovun ən böyük nailiyyəti insanların etimadını və sevgisini qazanmasıdır.Akademik İbrahim Cəfərov bu gün də elmin içindədir, gənclərin yanındadır, torpağın taleyini düşünür. Bu ömür göstərir ki, elmə sədaqət, Vətənə xidmət və insana diqqət bir yerdə olanda, zaman da həmin ömrə hörmət edir.Qarşıda isə hələ deyilməmiş sözlər, görüləcək işlər, yetişəcək gənclər var.Böyük insanlar həyatın mənasını özlərində tapırlar.İbrahim Cəfərov da tapdı.Tapdı və başqalarına da göstərdi.Bu ömür — elmə, Vətənə və insana həsr olunmuş əsl ziyalı ömrüdür.Dəyərli alimi 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür arzulayıram.Xəlil Xəlilov

Hamısını oxu
Azərbaycan Respublikası Sərhəd Qoşunları yaranmasının 100 illinin qarşısında

Tarixi missiyanı yaşadanlar Müsahibimiz Respublika Veteranlar Təşkilatının sədr müavini, Azərbaycan Respublikası Sərhəd Qoşunları Komandanının şəxsi heyətlə iş üzrə keçmiş müavini, polkovnik Cəlil Xəliovdur.  - Cəlil müəllim, bu il Sərhəd Qoşunlarının yaradılmasının 100 yaşı tamam olur. Bu şanlı yubileyin tarixi, yaddaqalan məqamları haqqında düşüncələrinizi oxucularımızla bölüşəsiniz. Azərbaycanın Sərhəd Qoşunları sözün həqiqi mənasında şanlı tarixi yol keçib. Bu qürur doğuran yolun başlanğıcı Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulub. Bilirsiniz ki, Cümhuriyyətin yaranmasına qədər çar Rusiyasının tərkibində Azərbaycanın sərhədləri qeyri-müəyyən olub. Yəni digər xalqlar kimi Azərbaycanın da sərhədlərinin mühafizəsi Rusiyanın tərəfindən həyata keçirilib. Çar Rusiyasının süquta uğraması ilə Azərbaycanın sərhədlərinin müəyyən edilməsi və mühafizəsi sahəsində lazımi addımlar atılıb. Azərbaycanın sərhədlərinin müəyyən­ləş­diril­məsi və onun mühafizəsi istiqamətində ilk rəsmi addımlar AXC qurulmasından sonra mümkün olub. Müstəqil dövlət qurulduqdan sonra sərhədlərin müəyyənləşməsi və mühafizəsi məsələləri həllini tapmağa başlayıb. Mühafizə qüv­­vələrinin yaradılması və formalaş­ması sahəsində hökumət və parlament kom­pleks tədbirlər həyata keçirib. Gürcüstan və Ermənistanla sərhəd­ləri­n müəyyənləş­diril­­məsi üçün bir neçə layihə və təkliflər də ha­zır­lan­ıb. BUnlardan biri 1918-ci il iyun ayının 22-də «Poylu stansiyasında sərhəd postunun yaradılması haqqında" qərar qəbul edib. İlk mühafizə qüvvələrinin başlıca vəzifəsi qaçaqmalıçılığın və qanunsuz ticarətin qarşısının alınması idi. Bu vəzifə Poylu və Mazımçay sərhəd postlarının mü­ha­fi­zə qüvvəsinin üzərinə düşür­dü. - Sərhəd Qoşunlarının xalqımızın həyatında oynadığı missiya barədə daha hansı mühüm faktları diqqətə çatdırmaq istərdiniz? -Əvvala onu deyim ki,  sərhəd mühafizəsi çox çətin tarixi şəraitdə yaranıb. Ölkə dörd bir yandan təhlükə və taleyüklü problemlərlə üzbəüz qalmışdı; şimaldan, cənubdan, şərqdən və qərbdən Azərbaycana təcavüzlər, müxtəlif dəstələrin basqınları gözlənilirdi, digər tərəfdən də artıq qeyd etdiyimiz qaçaqmalçılıq və qanunsuz ticarət halları geniş miqyas almışdı. Zaqatalada quber­nator olmuş general-mayor Ş.Haşım­bəyov Daxili İşlər Nazirliyinə ünvanlandığı məktubda sərhəd mühafizəsi üçün 150 nəfər lazım olduğunu bildirdi. Bunlardan 50-si jandarmeriya, 100 nəfəri isə mühafizəçi kimi nəzərdə tutulmuşdu. Müha­fizə qüvvəsinin sərhəddə 12 postda yer­ləşdirilməsi nəzərdə tutulurdu. Şimaldan və dəniz sərhədlərindən gözlənilən bolşevik Rusiyası və Denikinin Könüllü ordusu, qərbdən Ermənistan və digər təhlükələri göz önünə gətirəndə ölkənin sərhədlərindəki vəziyyət daha da aydın olur. Üstəlik 1919-cu ilin ikinci yarısına qədər Lən­kəran qəzası və Muğanın bir hissəsində dövlətə müqavimət göstərən silahlı qüv­vələr mövcud idi. Həmin qüv­vələrin qəti surətdə məğlub edilməsi 1919-cu ilin uğurlu avqust hərbi əməliy­ya­tın­dan sonra mümkün oldu. Cənub sərhəd zolağında təhlükə mənbələrindən biri yerli silahlı qruplar və qaçaqlar idi. Bu dəstələr sərhəd boyu yaşayış məntəqələrinə hücumlar edir, həmin məntəqələrin sakinlərini öldürür və qarətçiliklə məşğul olurdular. Belə mürəkkəb və ağır vəziyyətdə Azərbaycan sərhədçiləri milli ordu ilə birlikdə üzərlərinə düşən vəzifələri şərəflə, fədakarlıqla icra edərək, Azərbaycanın sərhədlərini mümkün olduğu qədər mühafizə edirdilər. İlk sərhəd mühafizə qüvvələrinin Daxili İşlər Nazirliyinin tərkibində yarandığını qetd etdiniz. Bu qüvvələrin təşkili vəzifələrinin sonrakı mərhələdə Maliyyə Nazirliyinə həvalə edildiyi məlum olur. Bu nə ilə bağlı idi? -Doğrudur, sərhəd mühafizəsi sahəsində vəzifələr Maliyyə Nazirliyinə həvalə olundu. Bu qərar qəbul edilərkən real vəziyyət və ondan əvvəl görülmüş bir sıra işlər nəzərə alınmışdı. Qaçaqmalçılıq və qanunsuz ticarət döv­riy­yə­si getdikcə geniş miqyas almışdı. Bu da qanunsuz ticarət dövriyyəsi ilə həm də daxildə mübarizə aparmaq zərurətini doğururdu. Bu işlə əsa­sən maliyyə orqanları məşğul olmalı idi. Həmin qa­nun­la gömrük idarəsi hissəsi adlandırılan qu­rum ləğv olunmuş və onun əsas səlahiy­yət­ləri Maliyyə Nazirliyinə verilmişdi. Parlamentin 1919-cu il avqust ayının 18-də keçirilən iclasında 8 bənddən ibarət “Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafi­zəsinin təsis edilməsi haqqında” qanun layuhəsi maddə-maddə səsə qoyularaq qəbul edilmişdi. Məhz həmin tarix müstəqil Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının yaradılması günü kimi qəbul edilir. - Sərhəd mühafizə qüvvələrinin təşkili sahəsində vəzifələrin tam yerinə yetirilməsi, vahid strukturun yaradılması mümkün oldumu? -Çox təəssüf ki, bu sula müsbət cavab verə bilmirik. 1920-ci ilin 27 aprel işğalı ilə AXC-nin süquta uğradılması sərhəd mühafizəsinin, gələcək müstəqil Sərhəd Qoşunlarının formalaşdırılması istiqamətində atılan addımların qarşısını aldı. Sovet dövründə Azərbaycanda sərhəd mühafizəsinin həyata keçirilməsi vəzifələri SSRİ-nin mərkəzi hakimiyyətinin tabeliyində olan məhz bu məqsədlə yaradılmış sərhəd qüvvələrinə (qoşunlarına) həvalə olundu. - Sovet dövründə Azərbaycanda Sərhəd Qoşunlarının yaradılması istiqamətində görülən işləri qənaətbəxş saymaq olarmı? -Bilirsiz, sovet dövründə Azərbaycanda müstəqil Sərhəd Qoşunlarının yaradılmasından söhbət gedə bilməzdi. Buradakı sərhəd dəstələri Zaqafqaziya Sərhəd Dairsinin tərkibinə daxil idi və bütün məsələlər Moskvadan idarə edilirdi. Qoşunların əksər zabit heyəti və ən başlıcası rəhbər kadrları qeyri-millətlərin nümayəndələrindən ibarət idi. Yalnız Ümummilli ider Heydər Əliyev Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi dövrdən başlayaraq bu sahədə mühüm dönüş yaranmağa başlandı. Qısa müddət ərzində, vəziyyəti dəyişmək çətin olsa da, Heydər Əliyev çox böyük işlər gördü. Milli kadrların Zaqafqaziya Sərhəd Dairsinin daxilində olan Azərbaycan sərhəd dəstələrində təmsil olunmalarına, onların yüksək vəzifələrə irəli çəkilməsinə xüsusi diqqət yetirilməsi, bir qədər sonra onların hətta Zaqafqaziya Sərhəd Dairəsində vəzifə tutmalarına şərait yaratdı. 1970-80-ci illərdə yetişən, SSRİ Sərhəd Qoşunlarının tərkibində xidmət edən, yüksək vəzifələr tutan milli sərhədçi kadrlar Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Sərhəd Qoşunlarının təşkilində yaxından iştirak etdilər. Ümummilli liderin təşəbbüsü və birbaşa rəhbərliyi ilə Azərbaycan KP MK bürosu qərarı  əsasında 1971-ci il iyul ayının 20-də Azərbaycanda yaradılan C.Naxçıvanski adına Hərbi lesey gələcək peşəkar hərbçi kadrların, eləcə də, sərhədçi kadrların hazırlanmasında ilk baza rolunu oynadı. Həmin  liseyin məzunu olanların əksəriyyəti hərbi təhsillərini davam etdirərək həqiqi peşəkarlar kimi yetişdilər və imperiyanın dağılmasından sonra Azərbaycanda hərb sahəsində mühüm vəzifələr tutdular, milli ordu və digər qoşun növlərinin, o cümlədən Sərhəd Qoşunlarının yaradılmasında və Qarabağ müharibəsində yaxından iştirak etdilər. - Müstəqilliyin bərpasından sonra Azərbaycanda Sərhəd Qoşunlarının formalaşmasında Siz də yaxından iştirak etmişiniz. Bu barədə hansı faktları xüsusi qeyd edərdiniz? -Əvvala onu deyim ki, müstəqilliyin bərpasından sonra, yeni mərhələdə ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının yüksək hazırlığa malik Sərhəd Qoşunlarının yaranmasına, ölkənin sərhəd təhlükəsizliyinin peşəkar təminatçısı olan xüsusi qoşun növünün təşkili üçün etibarlı təməllərin qoyulmasına nail oldu. Ulu öndərin dəyərli, yüksək peşəkarlıqdan qaynaqlanan əvəzsiz tövsiyələri, ilk gündən başlayaraq Sərhəd Qoşunlarının maddi-tüxniki bazasının möhkəmləndirilməsi, ixtisaslı kadrların hazırlanmasına göstərdiyi mütamadi dəstək müstəqil Azərbaycanın Sərhəd Qoşunları hərtərəfli formalaşmasına şərait yaratdı. Yadımdadır, Sərhəd Qoşunlarının formalaşmağa başladığı ilk aylarda bəziləri Azərbaycan sərhədçilərinin ölkə sərhədlərinin təhlükəsizliyini lazımi səviyyədə təmin edəcəyinə şübhə ilə yanaşır, özləri də fərqinə varmadan açıq-aşkar belə təbliğat aparan xarici qüvvələrə rəvac verirdilər. Ancaq fəadakar Azərbaycan sərhədçiləri çox qısa müddətdə bu iddia və inamsızlığın heç nəyə əsaslanmadığı öz yüksək xidmətləri ilə sübuta yetirdilər. Azərbaycan sərhədlərinin keçmiş SSRİ qüvvələrindən təhvil-təslim prosesi uğurla başa çatdırıldı. Bu prosesdə yaxından iştirak etmiş bütün sərhədçilər kimi mən də qürur hissi keçirirəm. Yeri gəlmişkən, bu mühüm vəzifənin uğurla icrasında o zaman Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən Heydər Əliyevin böyük nüfuzu və yenilməz siyasi iradəsi həmin bölgədəki silah-sursat və hərbi texnikanın 100 faiz Naxçıvan Sərhəd Dəstəsinin sərancamında saxlanmasına şərait yaratmışdı. Məhz Ulu öndərin qətiyyəti nəticəsində bölgəni tərk edən rus sərhədçiləri öz şəxsi əşyalarından başqa Naxçıvandan nəinki silah-sursat və hərbi texnika, heç bir ədəd güllə də apara bilməmişdilər. Ölkənin digər sərhəd dəstələrində iki dövlət arasında razılaşdırıldığı kimi, bütün texnika və hərbi sursat 50-nin 50-yə prinsipi ilə bölünmüşdü. Sonrakı mərhələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi bu fəaliyyətlər Sərhəd Qoşunlarının bütün istiqamətlərdə möhkəmlənməsinə və inkişafına, nələ ki regionda, hətta dünyada ən peşəkar qoşun kimi tanınmasına gətirib çıxardı. Əlbəttə, yada salınası, qeyd ediləsi faktlar çoxdur. Biz veteran sərhədçilər həmin illərdə ölkə sərhədlərinin qorunmasında iştirakımızla qürur duyur, gənc nəslin xidməti işə daha məsuliyyətlə, daha həvəslə yanaşması üçün təcrübəmizi əsirgəmir, əlimizdən gələn hər şeyi etməyə hazır olduğumuzu bildiririk. - Bir peşəkar kimi müasir mərhələdə Sərhəd Qoşunlarının fəaliyyəti barədə daha nələri xüsusi vurğulamaq istərdiniz? -Çəkinmədən demək olar ki, müasir Sərhəd Qoşunları həm hazırlıq səviyyəsi, həm peşəkarlığı, həm də şəxsi heyətin xidməti işə münasibəti baxımdan çox yüksək səviyyədədir. Ulu öndərin və Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin tövsiyə və tapşırıqlarına bacarıqla, layiqincə əməl edirlər. Şəxsi heyətin döyüş və xidmət səviyyəsinin durmadan yüksəlməsinə nail olan Sərhəd Qoşunlarının bu günü ilə qürur duymağa haqqı çatır. Çünki Azərbaycan sərhədçiləri bu gün sözün həqiqi mənasında ölkə sərhədlərinin etibarlı təhlükəsizliyini təmin etməyə tam qadirdir.  Hazırda ölkə sərhədlərini peşəkarlıqla qoruyan sərhədçilərimiz həm də Azərbaycanın qərbində, Ermənistanla sərhədlərin müdafiəsini uğurla yerinə yetirir. Bunu yaxın da, uzaq da, dost da, düşmən də görür və istəsə də, istəməsə də qəbul etmək məcburiyyətindədir. -Bu uğurların təməlində hansı faktorlar dayanır? - Azərbaycan sərhədçilərinin əldə etdiyi uğurların təməlində bir sıra inkarolunmaz amillər dayanır. Əvvəldə qeyd etdiyim kimi, Ali Baş Komandan hörmətli Prezidentimiz İlham Əliyevin qətiyyətli addımları. Sərhəddə xidmət səviyyəsinin yüksəlməsi və peşəkarlığın artmasını da buraya əlavə etsək, mənzərə tam aydın olar. Sərhədçilərimiz vətəninə, xalqına, dövlətinə həqiqi sədaqətlə xidmət edir, yüksək peşəkarlıq göstərir, tapşırılan işə tam məsuliyyətlə yanaşırlar. Onlarda yeniliyi mənimsəmək bacarığı və daim təkmilləşməyə, özünü inkişaf etdirməyə çalışmaq həvəsi vardır. -Yəqin ki, sərhədçilərimizə bayram təbrikiniz də var. -Hazırda qoşunların bütün şəxsi heyəti Sərhəd Qoşunlarının 100 illiyinə - böyük bayrama, təntənəli yubileyə hazırlaşır. Hər bir əsgərinin, hər bir zabitinin bu tarixi günə xidməti vəzifələrinin öhdəsindən layiqincə gələrək cavab verəcəyinə inanırıq. Çünki onlar bunu öz şərəfli və qürur doğuran peşələri ilə haqq edirlər. Azərbaycan sərhədləri etibarlı əllərdədir. Bütün sərhədçiləri qarşıdan gələn təntənəli yubiley münasibətilə təbrik edir, vətən üçün çox gərəkli xidmətlərində uğurlar diləyirəm.   Şəmsiyyə Əliqızı

Hamısını oxu
Cəlilabad Rayon Veteranlar Təşkilatı 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir keçirib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı "20 Yanvar bizim qan yaddaşımızdır" mövzusunda tədbir keçirib. Rayon Veteranlar Evində təşkil olunan tədbirə əmək və müharibə veteranları, 20 yanvar əlilləri, ictimai birliklərin rəhbərləri, yaradıcı ziyalılar və ictimaiyyət nümayəndələri dəvət olunublar. Tədbirdən öncə 20 Yanvar hadisələrini əks etdirən rəsm əsərlərinin sərgisinə baxış keçirilib. Cəlilabad Dövlət Rəsm Qaleriyasının direktoru Elçin Nəzərov məktəblilərin sərgidə nümayiş olunan əl işləri barədə tədbir iştirakçılarına məlumat verib. Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman tədbiri giriş sözü ilə açdıqdan sonra onun təklifi  ilə bütün şəhidlərimizin və ümummilli liderimiz Heydər Əliyevin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Göytəpə şəhər 1 saylı məktəbin tarix müəllimi Fürudin Zeynalov azadlığa gedən yolda 20 Yanvar hadisələrinin böyük əhəmiyyət kəsb etməsi haqqında ətraflı danışıb, xalqımıza qarşı törədilmiş bu hərbi cinayətə ilk dəfə  Ulu öndərimiz tərəfindən siyasi qiymət verildiyini xüsusi vurğulayıb. Əmək və müharibə veteranları Mirzəbala Hüseynov, Əsədulla Əliyev, Fəttah Kərimov, Qurban Əhmədov, Rafiq Rüstəmov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim, Abbas, İman Abdulla, Əlövsət Tahirli, rayon Ağsaqqal Şurasının sədri Ədalət Əsgərov, "Qarabağ qaziləri" ictimai birliyinin Cəlilabad filialının sədri Maşallah Əliyev, "Qarabağ Əlillərinə Qayğı" ictimai birliyinin rayon bölməsinin sədri Asəf İsmayılov, Qızıl Aypara Cəmiyyətinin Cəlilabad üzrə nümayəndəsi İlkin Qubadov, 20 Yanvar Əllilər Cəmiyyətinin üzvləri Ramiz Məmmədov, Xeyrulla Şahbazov, "Dəmir yumruq" ictimai birliyinin sədri Rəfael Şükürov və başqaları çıxış edərək  rus qoşunları tərəfindən bizim dinc əhaliyə qarşı törətdikləri 1990 - cı ilin yanvar faciəsinin bizim qan yaddaşımız olduğunu bir daha qeyd ediblər, ölkəmizin müstəqillik qazanmasında xalqımızın göstərdiyi sarsılmaz birliyindən və mətin iradəsindən qürurla danışıblar.

Hamısını oxu
“Zəfərin işığında: Qəhrəmanlıqdan gələcəyə!” mövzusunda tədbir keçirilib

Bu gün “Modern İnkişaf və Ailə” İctimai Birliyi və “Müstəqil İnkişaf “ Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə 8 Noyabr zəfərinin 6-cı ildönümünə həsr edilən “Zəfərin işığında: Qəhrəmanlıqdan gələcəyə!” mövzusunda tədbir keçirilib.  Layihə rəhbəri Səkinə Bədəllinin aparıcılığı ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında reallaşan tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda döyüşlərdə həyatını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş nitqi ilə açan “Müstəqil İnkişaf “ Gənclər İctimai Birliyinin sədri Sübhan Şərifov 8 Noyabr zəfərinə gedən yoldan bəhs edib. Təşkilat sədri bildirib ki, məhz Heydər Əliyev siyasi kursu, eləcə də Prezident İlham Əliyevin bu kursu uğurla davam etdirməsi 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının tarixi qələbəsini təmin etmiş oldu. Jurnalist-publisist, siyasi şərhçi Əliqismət Bədəlov 44 günlük Vətən müharibəsi və 8 Noyabr zəfəri ilə bağlı maraqlı fikirlər səsləndirib: “Hər şeydən öncə qeyd etməliyik ki, Azərbaycan xalqı, Azərbaycan dövəti heç vaxt işğal faktoru ilə barışmayıb, itirdiyi torpaqları gec-tez geri qaytaracağına dərin inam bəsləyb. Biz bunu həm Ümummilli Lider Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin çıxışlarında görə bilərik. 44 günlük Vətən müharibəsi və onun nəticəsi sübut etdi ki, Azərbaycan xalqı, onun liderləri öz inamlarında yanılmayıb. Silahlı Qüvvələrimiz 44 günlük Vətən müharibəsində işğaldakı torpaqları azad etməklə bütün dünyaya göstərdi ki, Azərbaycanı məğlub etmək, onun ərazi bütövlüyünə, suverenliyinə qəsd etmək mümkün deyil”. Tədbirdə çıxış edən “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev gənclərin xalqımızın qəhrəmanlıq tarixini öyrənməsinin vacbliyini vurğulayıb, onları 8 Noyabr zəfərinin nəticələrini qorumağa, dövlətimiz adına yeni zəfərlər, nailiyyətlər əldə etməyə səsləyib. Şəhid polkovnik Babək Səmidlinin oğlu Mətləb Səmidli 44 günlük Vətən müharibəsi ilə bağlı fikir və təəssüratlarını atası ilə bağlı xatirələri fonunda dilə gətirib. Türk jurnalist, professor Aysel Sadat Silahlı Qüvvələrimizin Vətən müharibəsindəki qəhrəmanlığı ilə yanaşı, Birinci Qarabağ müaharibəsindəki rəşadətinə də diqqət çəkib, xalqımızın hər iki müharibədə böyük əzmkarlıq sərgilədiyini vurğulayıb. “Müstəqil İnkişaf “ Gənclər İctimai Birliyinin üzvü Nur Eminova da 8 Noyabr zəfərinin tarixi önəmindən danışb. Tədbirin sonunda çıxış edən “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva 8 Noyabr zəfərini Azərbaycan xalqının ən böyük bayramı, bu zəfəri xalqa yaşadanları isə ən böyük qəhrəmanlar adlandırıb: “8 Noyabr bayramlar bayramı, zəfərlər zəfəridir. Bu zəfərlə biz sadəcə ərazi bütövlüyümüzü təmin etmədik, həm də milli qürur və ləyaqətimizi bərpa etdik. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz bu tarixi qələbə bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı yenilməzdir və öz torpaqlarının bir qarışını  belə kimsəyə güzəştə getmək niyyətində deyil. Azərbaycan xalqı 8 Noyabr zəfərinə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, şəhidlərimizin fədakarlığı, qazilərimizin qəhrəmanlığı sayəsində nail olub. Hər bir Azərbaycan vətəndaşı kimi gənclərimizin də borcu bu zəfərin önəmini dərk etmək, onun nəticələrini qorumaq, dövlətimizin daha da inkişafı və təhlükəsizliyinə öz töhfəsini verməkdir. Əminəm ki, bizi bu zəfərə qovuşduran qəhrəmanlarımızın işıqlı xatirəsi hər zaman xalqımızın qəlbində əbədi yaşayacaq, öz əzəmət və nurunu sonsuza qədər qoruyub saxlayacaq”. Tədbirin sonunda Yusif Museyibzadənin ifasında vətənpərvərik mahnıları ssləndirilib, “Modern İnkişaf və Ailə” İctimai Birliyinə yeni qəbul edilən şəxslərə üzvlük vəsiqələri təqdim olunub. Seymur ƏLİYEV

Hamısını oxu