Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyev: Azərbaycan Ordusu Füzuli rayonunun 3, Xocavənd rayonunun 5 kəndini işğaldan azad edib

Bakı, 14 oktyabr, AZƏRTAC Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində yazıb.

2020-10-14 00:00:00
3292 baxış

Digər xəbərlər

İlham Əliyev: “Füzuli işğaldan azad olundu”

Azərbaycan Ordusu Füzuli şəhərini işğaldan azad etdi.  Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bəyan edib. İ.Əliyev müraciətində yeni azad edilən məntəqələri də elan edib. Belə ki, Füzulinin Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının iştirakı ilə “Xatirə bağı” salınıb

Bu gün Respublika Veteranlar Təşkilatı Nizami rayonu ərazisində ağacəkmə aksiyasında iştirak edib.   Böyük Vətən Müharibəsi və 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə  təşkil olunan aksiyaya Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə qatılan nümayəndə heyəti, digər qurumların əməkdaşları ilə birlikdə onlarla ağac əkib, “Xatirə bağı”nın salınmasında yaxından iştirak edib.   Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Azərbaycan xalqının istər İkinci Dünya Müharibəsində, istərsə də 44 günlük Vətən müharibəsində faşist işğalçılarına qarşı əzmlə mübarizə apardığını, bu mübarizədə ölkəmizdə yaşayan digər xalqların nümayəndələrinin də yaxından iştirak etdiyini, böyük qəhrəmanlıqlara imza atdığını bildirib. Cəlil Xəlilov qeyd edib ki, bu gün salınan “Xatirə bağ”ı şəhidlərin ruhuna ehtiram əlaməti olmaqla yanaşı, həm də xalqlarımızın dostluğuna nümunədir.   Aksiyada Bakı Şəhər İcra Hakimiyyəti, Rusiya səfirliyi, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi, “Ölümsz Alay”  və digər qurumların nümayəndələri iştirak edib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
“Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin iştirakçıları daun sindromlu uşaqlarla görüşüblər

Veteran.gov.az  xəbər verir ki, 5 fevral 2025-ci il tarixində “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin iştirakçılarının təşəbbüsü və Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə daun sindromlu uşaqlarla görüş keçirilib. “Qayğı - Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəznində fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində baş tutan görüşdə “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirində iştirak edən və QDF-in donorları olan SOCAR, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, “Caspian Entertainment Company” şirkəti, UMİCO Market və “CBC Sport” televiziya kanalının nümayəndələri, daun sindromlu uşaqlar və onların valideynləri iştirak ediblər. Mərkəzdə təhsil alan uşaqlar musiqi sədaları altında rəqs ediblər, onlar üçün müxtəlif əyləncəli proqramlar nümayiş olunub. Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və turnirdə iştirak edən şirkətlərin nümayəndələri “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin iştirakçıları adından uşaqlara hədiyyələr təqdim edib, xatirə şəkli çəkdiriblər. Tədbir zamanı işğaldan azad edilmiş ərazilərdə yerləşən məktəblər üçün də hədiyyələrin alınması ilə bağlı təşəbbüs irəli sürülüb və yaxın gələcəkdə bu təşəbbüsün həyata keçirilməsi planlaşdırılır. Tədbirdə qeyd olunub ki, torpaqlarımıza dəyən zərərin nəticələrini tez bir zamanda aradan qaldırmaq və Qarabağı yüksək rifahlı regiona çevirmək üçün həmrəylik nümayiş etdirmək mütləqdir. Bugünkü tədbirin keçirilməsində də başlıca məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət və qayğı göstərməklə yanaşı, QDF-in donorları arasında həmrəyliyin və birliyin təşviq edilməsidir. Sonra Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin direktoru Natella Həsənova tədbir iştirakçılarını Mərkəzlə tanış edərək onlara burada yaradılan şəraitlə bağlı geniş məlumat verib. Qeyd olunub ki, 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Mərkəzdə kompyuter, loqoped, riyaziyyat, astronomiya, psixologiya, məktəbəqədər hazırlıq, valideyn otaqları, biologiya və zoologiya kabinetləri, idman zalı və üzgüçülük hovuzu, kino və teatr zalları var. Burada həmçinin, heykəltəraşlıq, əmək, xalçaçılıq, tikiş, rəsm dərnəkləri də fəaliyyət göstərir. Nəzərinizə çatdıraq ki, “Dirçəliş Kuboku” xeyriyyə futbol turniri Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi, Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu, “Azərlotereya” ASC-nin tərəfdaşlığı və “CBC Sport” telekanalının informasiya dəstəyi ilə keçirilir. Turnirin iştirakçıları tərəfindən Fonda ianə edilən 141.000 AZN vəsait Qarabağ Dirçəliş Fondunun sifarişi ilə işğaldan azad edilmiş Füzuli şəhərində salınacaq Füzuli Mərkəzi Parkının ərazisində idman meydançalarının tikintisinə yönəldiləcək.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Quba Rayon Şöbəsinin sədri Ruslan Bədirov Pərviz Nurməmmədovla görüşüb

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Quba Rayon Şöbəsinin sədri Ruslan Bədirov Quba rayonu üzrə təhsil sektorunun müdiri  Pərviz Nurməmmədovla görüşüb. Görüş zamanı Veteranlar Təşkilatının Quba Rayon Şöbəsinin fəaliyyətinə verdiyi dəstəyə görə Pərviz Nurməmmədova təşəkkür edən Ruslan Bədirov, təhsil sektorunun müdirini Fəxri Fərmanla təltif edib. Təltifə görə Ruslan Bədirova təşəkkürünü bildirən Pərviz Nurməmmədov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Quba Rayon Şöbəsinə uğurlar arzulayıb, müvəffəqiyyətlər diləyib. Seymur ƏLİYEV  

Hamısını oxu