Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bu gün Respublika Veteranlar Təşkilatının yaranmasından 32 il ötür.

Respublika Veteranlar Təşkilatı öz sıralarında bütün təbəqələrdən olan insanları birləşdirir. Tarixən veteran hərəkatlarının yaranması müharibələrlə bağlı olmuşdur. Keçmiş sovetlər birliyinin tərkibində olan Azərbaycanda da bu hərakat eyni zəmində formalaşmışdır. İkinci Dünya Müharibəsinin faşizmi üzərində qələbə ilə başa çatmasına böyük töhfələr vermiş Azərbaycanda digər müttəfiq respublikalarda olduğu kimi, ötən əsrin 50-ci illərində veteran hərəkatının genişlənməsi 1960-cı ildə Bakı şəhərində ilk veteran təşkilatının yaradılması ilə nəticələnmişdir. Bu təşkilatın ilk sədri Sovet İttifaqı Qəhrəmanı Aslan Vəzirov olmuşdur. Ancaq həmin təşkilatın fəaliyyəti yalnız Bakı şəhəri ilə məhdudlaşmışdır. Dövlət səviyyəsində müvafiq dəstək olmadığından hərakatın respublikanı tam əhatə etməsi mümkün olmamışdır. Bu məqsədə yalnız ümummilli lider Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi dövrdə nail olunmuşdur. Həmin vaxt, xüsusilə 1970-80-ci illərdə Azərbaycanda bütün sahələrdə olduğu kimi, veteran təşkilatında da canlanma yaranmış, bu hərəkat tədricən bütün ölkəni əhatə etmişdir. Ulu Öndərin Vətən, xalq qarşısında xidmətləri olan insanlara qayğıkeş münasibəti, ölkənin bütün rayon və şəhərlərində veteran təşkilatlarının yaranmasına göstərdiyi kömək hərakatın yüksəlişində başlıca rol oynamışdır. Nəticədə 1987-ci il mart ayının 21-də Azərbaycanda Respublika Veteranlar Təşkilatı yaradılmış və onun ilk sədri general-mayor Mustafa Nəsirov olmuşdur. Respublika Veteranlar Təşkilatının fəaliyyətə başlaması ilə həm də neçə illik ağır müharibə yolu keçən, psixoloji durumu, yaşam tərzi dəyişən, mülki həyatdan müəyyən mənada uzaq düşmüş insanların cəmiyyətə inteqrasiyasındakı mövcud problemlərin həllində daha işlək mexanizmlər yaradılmışdır. Ancaq 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində ölkədə yaşanan xaos, hərc-mərclik Respublika Veteranlar Təşkilatının fəaliyyətinə də mənfi təsir göstərmişdir. Əsassız mülahizələr, o cümlədən alman faşizmi üzərində Qələbə Günü olan 9 mayın bayram günü kimi qeyd edilməsinin məqsədəuyğun sayılmaması və s. qərarlarla təşkilata ciddi zərbə vurulmuş, veteranlar diqqət və qayğıdan kənarda qalmışlar.
Ümummilli lider Heydər Əliyevin Azərbaycana yenidən rəhbərliyə qayıtması ilə Veteranlar Təşkilatının fəaliyyəti bərpa olunmuş, veteranlara münasibət kardinal şəkildə dəyişmiş, bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atılmışdır. Təsadüfi deyil ki, Ulu Öndərin sosial islahatlar sahəsində 1994-cü il iyun ayının 28-də imzaladığı ilk qanunlardan biri veteranların hüquqlarının bərpası ilə bağlı “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu olmuşdur. Bunula da veteranlara dövlət qayğısının tam bərpası üçün hüquqi əsaslar formalaşdırılmış, onlara münasibət yüksək səviyyəyə qaldırılmışdır. İnamla demək olar ki, 1994-cü ilin 28 iyunundan etibarən Azərbaycanda veteranlarla bağlı ardıcıl şəkildə həyata keçirilən dövlət siyasətinin əsası qoyulmuşdur. Bu siyasət sonrakı mərhələdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, veteranlara dövlət qayğısı yeni səviyyəyə qaldırılmışdır. Möhtərəm Prezidentin birbaşa veteranlarla bağlı imzaladığı qərar və sərancamlarla ölkədə bütün qruplardan olan veteranların maddi-rifah halı ildən-ilə yüksəlir, onların problemləri həll olunur. Sıralarında 1 milyondan artıq veteranı birləşdirən Respublika Veteranlar Təşkilatının fəaliyyəti Ulu öndər Heydər Əliyev prinsiplərinə əsaslanır. Hazırda Təşkilat gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların Azərbaycan dövlətinə və xalqına sədaqət ruhunda hazırlanmaları istiqamətində ardıcıl və səmərəli fəaliyyət göstərir, veteranların sosial müdafiəsinin gücləndirilməsi sahəsində işlər görülür, xarici ölkələrin veteran təşkilatları ilə əməkdaşlıq əlaqələrinin genişləndirir. Təşkilatın fəaliyyəti azərbaycançılığı, onun əsas istiqaməti olan vətənpərvərlik tərbiyəsinin gənc nəsildə təbliğ edilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, erməni faşizminin ifşası, eləcə də dünyada sülhün və əmin-amanlığın qorunub saxlanılmasına töhfələr verməkdən ibarətdir. Ömrünü xalq, Vətən yolunda xidmətdə keçirmiş, İkinci Dünya, Əfqanıstan, Qarabağ müharibələrində qəhrəmanlıq, mərdlik nümayiş etdirmiş, canı, qanı bahasına, dünyanı alman faşizmindən xilas etmiş, arxa cəbhədə müxtəlif sahələrdə fədakarlıqla çalışmış, bu gün də sıralarımızda olan insanları təbrik edirik.   

2020-10-16 00:00:00
3594 baxış

Digər xəbərlər

Məşhur Məmmədov seçicilərlə görüşüb

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat məhələsi çərçivəsində deputatlığa namizəd Məşhur Məmmədovun vətəndaşlarla görüşü davam edir.  Veteran.gov.az xəbər verir ki, avqustun 12-də Məşhur Məmmədov Masallı rayonunun Mahmudavar kəndində yerləşən “Elçin” şadlıq sarayın həyətində Mahmudavar, Rüdəkənar, Molalan kəndlərinin seçiciləri ilə görüş keçirib. Deputatlığa namizəd çıxışında Yeni Azərbaycan Partiyasının hər zaman xalqın inam və etimadını layiqincə doğrultduğunu, xalqın rifah halının yaxşılaşmasına, dövlətin inkişafına müstəsna töhfələr verdiyini diqqətə çatdırıb. Məşhur Məmmədov ənənəsinə sadiq qalaraq kəndin şəhid ailələri və müharibə iştirakçılarına da baş çəkib. Seymur ƏLİYEV  

Hamısını oxu
“AzerGold” QSC IV Şuşa Qlobal Media Forumunda təmsil olunub

“AzerGold” QSC Şuşa şəhərində keçirilən 4-cü Şuşa Qlobal Media Forumunda təmsil olunub. 54 ölkədən 300-ə yaxın qonağın, o cümlədən 150 media subyektinin və beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı Forum çərçivəsində dövlət şirkətinin ərsəyə gətirdiyi qızıl və gümüş məhsulları sərgilənib. Veteran.gov.az xəbər verir ki, “AzerGold” QSC-nin stendində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “Smartminting” texnologiyası əsasında üçölçülü formatda ərsəyə gətirilmiş “100 il və onun fövqündə bir irs” qızıl sikkəsi, Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş qızıl sikkə, Cəmiyyətin fəaliyyətinin 10 illiyi münasibətilə xüsusi dizaynla hazırlanmış yubiley qızıl və gümüş sikkə kolleksiyası, eyni zamanda “Şuşa”, “Qarabağ inciləri”, “Zəfər”, “Laçın” və “İçərişəhər” kolleksiyaları nümayiş olunub. Forum zamanı iştirakçılara dövlət şirkətinin stendində yer alan məhsullar barədə ətraflı məlumat verilib, “AzerGold” QSC-nin 10 illik fəaliyyəti dövründə əldə etdiyi nailiyyətləri əks etdirən video-təqdimat nümayiş edilib. Təqdimatlar və məhsullar yerli və xarici qonaqların böyük marağına səbəb olub. 

Hamısını oxu
Brüsseldə növbəti diplomatik nailiyyət

Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri bir sıra mühüm məqamlarla yadda qaldı. Səfər çərçivəsində baş tutan görüşlər postmüharibə mərhələsində Azərbaycan dövlətinin tarixi qələbəsinin siyasi və diplomatik müstəvidə möhkəmləndirildiyini göstərir. Dövlətimizin başçısının Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel ilə görüşündə səsləndirilən fikirlər Azərbaycanın etibarlı və önəmli tərəfdaş kimi qəbul edildiyini, respublikamızla əməkdaşlığın Aİ üçün strateji əhəmiyyətə malik olduğunu bir daha təsdiqlədi. Prezident İlham Əliyevin Aİ Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşündə isə postmüharibə reallıqları, o cümlədən Cənubi Qafqazda etimad quruculuğu diqqət mərkəzində oldu. Görüşdə iki əsas məqam ifadə edildi: birincisi, haqlı və qalib Azərbaycanın mövqeyi üstün və dəyişməzdir, ikincisi isə, danışıqlar Brüssel sülh gündəliyi əsasında davam etdirilir. Brüssel görüşündə əldə olunan irəliləyişlərdən bəhs edərkən bir sıra məqamlara xüsusi diqqət yetirmək lazımdır. Birincisi, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması  qərara alındı. Hər iki ölkənin xarici işlər nazirlərinə müvafiq təlimatlar verildi. Danışıqlar Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif əsasında aparılacaq. Bu, Prezident İlham Əliyevin növbəti diplomatik nailiyyəti – ölkəmizin mühüm uğurudur. İkincisi, tərəflər sərhəd məsələləri üzrə birgə komissiya yaradacaqlar. Azərbaycan Prezidenti sərhədlərin delimitasiyası və demarkasiyası ilə əlaqədar məsələni daim gündəmdə saxlayır. Birgə komissiya yaradılması barədə razılıq əldə olunması bu baxımdan əhəmiyyətlidir. Çünki bununla sərhəddə gərginlik aradan qaldırılır, delimitasiya və demarkasiya prosesi hər hansı süni müdaxilə olmadan davam etdirilir. Üçüncüsü, Aİ prosesə dəstək vermək barədə niyyətini ifadə etdi. Minalanmış ərazilərin təmizlənməsi, quruculuq işlərinin aparılması, itkin düşmüş şəxslərin tapılması ilə əlaqədar qurum öz imkanlarından istifadə edə bilər. Dördüncüsü, regionda kommunikasiya xətlərinin bərpası aktualdır və diqqət mərkəzində saxlanılır. İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması bu kontekstdə önəmlidir. Beşincisi, Aİ Şurasının Prezidenti Şarl Mişelin bəyanatında “Dağlıq Qarabağ” ifadəsindən istifadə edilmədi və ATƏT-in Minsk qrupundan bəhs olunmadı. Bu isə onu göstərir ki, Azərbaycan postmüharibə reallıqlarını qabul etdirib, danışıqlar yeni gündəlik əsasında aparılır. Göründüyü kimi, Brüssel görüşü Azərbaycanın daha bir diplomatik uğuru, növbəti strateji hədəflərə doğru vacib addımdır. Bu isə Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və təhlükəsizlik mühitini təmin etmək üçün mühüm əhəmiyyət daşıyır. Proseslərin gedişatı regionda bütün dövlətlərin maraqlarına tam cavab verir, bölgə xalqlarına rifah və inkişaf vəd edir.    Siyavuş NOVRUZOV Milli Məclisin Regional məsələlər komitəsinin sədri    

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı ilə Gənclər və İdman Nazirliyi arasında birgə tədbirlər planı imzalanıb

Bu gün gənclər və idman nazirinin müavini İntiqam Babayev Respubika Veteranlar Təşkilatında olub, təşkilatın sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilov və kollektivlə görüşüb.   Tədbiri giriş sözü ilə açan polkovnik Cəlil Xəlilov Gənclər və İdman Nazirliyinin hər zaman Respubika Veteranlar Təşkilatının fəaliyyətinə təkan verdiyini, təşkilatın vətənpərvərliklə bağlı layihələri dəstəklədiyini bildirib. Erməni faşizminə qarşı mübarizə aparan və qalibiyyətli müharibədən yeni çıxan dövlət kimi bu cür layihələrin ölkəmiz üçün mühüm önəm kəsb etdiyini bildirən Cəlil Xəlilov, gənclər və idman nazirinin müavini İntiqam Babayevin təşkilata bu səfərinin də iki qurum arasındakı əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.   Daha sonra Respublika Veteranlar Təşkilatı ilə Gənclər və İdman Nazirliyi arasında birgə tədbirlər planı imzalanıb.   İmzalanma mərasimindən sonra çıxış edən Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova Azərbaycan xalqının faşizmə qarşı apardığı mübarizədən söz açıb, xalqımızın göstərdiyi qəhrəmanlıqlardan danışıb. 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun düşməni darmadağın edərək işğaldakı torpaqları azad etdiyini vurğulayan Fatma Səttarova, bu qəhrəmanlığın gələcək nəsillərə də örnək olduğunu bildirib.   Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə veteranların vətən və xalq qarşısındakı tarixi xidmətlərinə toxunub, bu xidmətlərin keçmişimiz və gələcəyimiz baxımından önəmini şərh edib. Azərbaycan xalqının istər XX əsrin ortalarında faşizmə, istərsə də XX əsrin sonu, XXI əsrin əvvəllərində erməni işğalçılarına qarşı mübarizədə böyük qəhrəmanlıqlara imza atdığını bildirən İntiqam Babayev, vətən uğrunda döyüşən hər kəsin xidmətinin əvəzsiz olduğunu qeyd edib . İntiqam Babayev bildirib ki, vətənimizin azadlığı, onun sərhədlərinin toxunulmazlığı uğrunda döyüşən insanların vəhdətindən ibarət olan veteranlar təşkilatı cəmiyyətimiz üçün ruh və mənəvi qida rolunu oynayır.   Tədbirin sonunda xatirə şəkli çəkilib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu