Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı açıqlama..
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı brifinq keçirib.
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı brifinq keçirib.
Respublika Veteranlar Təşkilatının rəhbərliyi faşizm üzərində Qələbənin 75-ci ildönümü münasibətilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsini ziyarət edib, önünə əklil qoyub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar. Respublika Veteranlar Təşkilatından AZƏRTAC-a bildiriblər ki, qurumun sədri general-polkovnik Tofiq Ağahüseynov və sədr müavini polkovnik Cəlil Xəlilov MDB dövlətlərinin təşkilatçılığı ilə 9 May - Qələbə günü münasibəti ilə keçirilmiş telegörüşlərə qatılıb, Azərbaycan xalqının qələbəyə verdiyi töhfələrdən, bu gün veteranlara göstərilən yüksək diqqət və qayğıdan danışıblar. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən telekonfransda isə general-polkovnik T.Ağahüseynov Azərbaycanın oğul və qızlarının İkinci Dünya müharibəsində rəşadətli döyüş yolundan söhbət açıb, gəncləri vətənpərvər olmağa, sülhü və əmin-amanlığı qorumağa səsləyib. Qeyd edib ki, gənclərimiz Böyük Vətən müharibəsi veteranlarının göstərdiyi igidliklərdən xəbərdar olmalı, erməni faşizminə qarşı mübarizədə bu böyük qəhrəmanlıqları təkrarlamalıdırlar. Polkovnik Cəlil Xəlilov telekonfransda çıxış edərək əlamətdar gün münasibətilə bütün veteranları təbik edib, Böyük Vətən müharibəsində Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədəki fədakarlığını, əvəzsiz xidmətlərini xatırladıb. Qeyd edib ki, İkinci Dünya müharibəsi Azərbaycan xalqının şanlı tarixinin bir parçasıdır. Qələbənin canlı yaddaşı isə veteranlardır. Xalqımız veteranları ilə hər zaman fəxr edir. Mayın 9-da bir sıra xarici dövlətlərin veteran təşkilatlarının rəhbərləri Qələbə Günü münasibəti ilə Azərbaycan veteranlarını təbrik ediblər. Bundan başqa, Heydər Əliyev Fondunun, həmçinin müxtəlif dövlət qurumlarının nümayəndələri veteranları evlərində ziyarət edib, onlara sovqatlar çatdırıblar. Müharibə iştirakçılarına Qələbə Günü münasibətilə Prezident İlham Əliyevin Sərəncamı ilə təltif olunduqları Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020) yubiley medalı təqdim edilib. Xatırladaq ki, Azərbaycan faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. Azərbaycan xalqı özünün 600 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə həlak olub. Müharibə zamanı göstərdikləri igidliyə görə 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif olunub. Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü və 77-ci milli diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. Faşizm üzərində qələbədə Azərbaycan nefti həlledici rol oynayıb.
Hamısını oxu
Elmar Əhmədov 2000-ci il iyunun 28-dəTovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub. 2006-2017-ci illərdə M.Məmmədov adına Yuxarı Öysüzlü kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Elmar Əhmədov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində kəşfiyyatçı kimi xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elmar Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elmar Əhmədov oktyabrın 14-də Füzuli döyüşləri zamanı şəhid olub. Nəşi uzun müddət götürülə bilməyib. Noyabrın 19-da Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Əhmədov ölümündən sonra “ Vətən uğrunda ” medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Əhmədov ölümündən sonra “Füzulunin azad olunmasına görə” medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidentı İlham Əliyevi 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elmar Əhmədov ölümündən sonra “ Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.
Hamısını oxu
Bakı, 10 noyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu, milli müdafiə naziri Hulusi Akarı və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidanı qəbul edib. AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev dedi: -Əziz dostlar, hörmətli qonaqlar, Qələbədən sonra ilk görüşümdür, təbii ki, qardaşlarımla görüşdür. Bu gün səhər əziz Qardaşım, cənab Prezident Rəcəb Tayyib Ərdoğanla telefonla danışdıq, söhbət etdik, bu böyük qələbə münasibətilə bir-birimizi təbrik etdik. Eyni zamanda, gələcək işlər haqqında fikir mübadiləsi aparıldı. Əziz Qardaşıma və bütün Türkiyə xalqına bu dəstəyə, həmrəyliyə görə öz adımdan, bütün Azərbaycan xalqı adından bir daha dərin təşəkkürümü bildirdim. Bütün bu 44 gün ərzində qardaş Türkiyənin dəstəyini biz hər an hiss edirdik, bütün Azərbaycan xalqı hiss edirdi. Dünən artıq bəyanatın imzalanmasından sonra Türkiyə televiziyalarında müşahidə olunan mənzərə çox ürəkaçan idi. Yəni, bizim türk qardaşlarımız bu Qələbəyə öz qələbələri kimi sevinirdilər. Onsuz da bu, belədir. Bu, bizim müştərək qələbəmizdir, Türkiyə-Azərbaycan birliyinin təsdiqidir. Bu gün bu birlik tarixdə bəlkə də ən yüksək səviyyədədir. Bütün bu günlər ərzində Türkiyənin vəzifəli şəxsləri, Məclis üzvləri, nazirlər, ictimai fəallar, mətbuat, geniş ictimaiyyət, bizim bütün qardaşlarımız bizə çox böyük dəstək oldular. Bu, bizə əlavə güc verdi, ruh yüksəkliyimizi daha da artırdı. Biz bu gün, əlbəttə, çox xoşbəxtik ki, nəhayət 30 ildən sonra öz dədə-baba torpaqlarımızı işğaldan azad etdik. Bu gün əziz Qardaşımla söhbət əsnasında, eyni zamanda, Türkiyə-Rusiya birgə atəşkəsə nəzarət mərkəzinin fəaliyyəti ilə də bağlı fikir mübadiləsi apardıq. Hesab edirəm ki, bu da çox önəmli addımdır. Bu, bölgədə iş birliyinin yeni formatıdır. Biz bunu hər zaman istəyirdik ki, Türkiyə və Rusiya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində bərabər səviyyədə rol alsınlar və bu gün biz buna nail olduq. Bu mərkəzin gələcək fəaliyyəti ilə əlaqədar bu gün sizinlə də danışacağıq və rusiyalı həmkarlarımızla danışacağıq ki, qısa müddət ərzində bu mərkəz yaradılsın. Çünki erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılmasının artıq cədvəli var. Bu ayın sonuna qədər onlar bütün torpaqlardan, hələ də işğal altında olan torpaqlardan çəkilməlidirlər. Beləliklə, bu mərkəzin qısa bir zaman içərisində yaradılmasında çox böyük fayda var. Bir daha xoş gəlmisiniz, öz doğma evinizə xoş gəlmisiniz. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dedi: -Çox təşəkkür edirik, cənab Prezidentim. Biz də öz doğma evimizdə bir daha olmaqdan çox məmnunuq. Bizi qəbul etdiyiniz üçün Sizə təşəkkür edirik. Bu gün Qardaşınız, Prezidentimiz Rəcəb Tayyib Ərdoğanla telefon danışığınız olub. Amma təyyarəyə minməzdən əvvəl mənə yenidən zəng etdi, Sizə salamlarını və təbriklərini çatdırmağımı bir daha söylədi. Biz də bir daha Sizi qələbəniz, - Sizin qələbəniz, bizim qələbəmizdir, - bu böyük zəfər münasibətilə təbrik edirik. Ali Baş Komandan olaraq, Sizin rəhbərliyinizlə qəhrəman Azərbaycan Ordusu nə edə bildiyini dosta, düşmənə nümayiş etdirdi, eyni zamanda, türkün gücünü də göstərdi. Bu prosesdə Sizin rəhbərliyinizlə qardaş Azərbaycan həm döyüş meydanında, həm də masada mövcudluğunu da göstərdi. Döyüş meydanında qələbələrinizə baxmayaraq, sülh yolu ilə, atəşkəs yolu ilə də bu münaqişənin həlli üçün böyük bir liderlik göstərdiniz. Amma təəssüf ki, Ermənistan bu imkanlardan istifadə etmədi. Ümid edirəm ki, bu dəfə bundan dərs alarlar. Döyüş meydanındakı qələbələrlə yanaşı, Azərbaycanın digər torpaqları qısamüddətli bir təqvimlə yenidən, inşallah, Can Azərbaycana qaytarılacaq. Biz Sizin həm döyüş meydanındakı, həm də diplomatik müstəvidəki uğurlarınızdan qürur duyuruq. Türkiyə olaraq hər zaman dedik ki, başda hörmətli Prezidentimiz olmaqla, həm döyüş meydanında, həm də masada Can Azərbaycanın yanındayıq. Bundan sonrakı prosesdə Sizin də dediyiniz kimi, birgə nəzarət mərkəzinin yaradılması daxil olmaqla, atacağımız addımları da birlikdə müzakirə edəcəyik, dəyərləndirəcəyik. Sizin göstəriş və tapşırıqlarınıza uyğun olaraq biz də həmkarlarımızla birlikdə lazımi işləri görəcəyik. Bu məqsədlə bu gün qəbulunuza, tapşırıqlarınızı almağa gəldik. Bir daha təbrik edirik. Bu gün səhər televizoru açdıq, Azərbaycanda insanlar küçələrdə idi, Türkiyədə də xalqımız eyni sevinci yaşadı. Buna görə də təşəkkür edirik. Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Prezident İlham Əliyev Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.
Hamısını oxu
Когда встречаются лидеры государств, общественность всегда пытаемся выяснить смысл и значение этих встреч, их актуальность и востребованность для страны, для ее будущего. Тем более, когда речь идет о встрече с Президентом великой страны, известным и популярным сейчас в мире политическим деятелем Владимиром Путиным. Президент России 27-28 сентября находился в Баку с рабочим визитом. Совместно с Ильхамом Алиевым он открыл IX Российско-азербайджанский форум регионов, в котором принимали участие более тысячи человек, потом смотрел финальные соревнования 32-го чемпионата мира по дзюдо и очень высоко оценил их организацию. Главы двух государств общались с главами регионов, выступили перед ними. Отдельно состоялась закрытая встреча президентов. В своем выступлении на Форуме Президент Азербайджана Ильхам Алиев, на мой взгляд, выразил искреннее мнение населения Азербайджана, сказав, что мы всегда очень рады высокому гостью из России. И это не случайно. С великим северным соседом нас связывают более двухсотлетняя история. В этой истории были и трагические, драматические страницы, и много позитивных станиц, духовно объединивших наши народы. Неоспоримо, что Россия оказала существенное влияние на становление и развитие современного Азербайджана. И сейчас для нас Россия, действительно, очень важный и ценный партнер. Впечатляют достигнутые конкретные результаты и масштабы ожидаемого взаимовыгодного сотрудничества в экономической, транспортной, энергетической, гуманитарной областях. Вместе с тем нельзя молчаливо обойти карабахскую проблему. Армения живет за счет России. Совершенно очевидно, что Россия может однозначно потребовать от Армении вывести свои вооруженные силы с оккупированных территорий Азербайджана, как того требуют соответствующие резолюции Совета Безопасности ООН и других международных организаций. При этом Азербайджан готов соблюдать интересы армянского населения Карабаха, гарантируя их автономное существование и развитие на самом высоком уровне. Если мировая армянская диаспора действительно заботится о судьбе соотечественников, то должна понять, что будущее Армении, ее цивилизованное развитие требуют соблюдения добрососедских отношений с соседними странами. Миссия Россия в данном случае донести до сведения своего «стратегического союзника» эту банальную истину. Азербайджан ждет от России решительных миротворческих усилий. Абсолютно не в интересах России вспышка новой войны в Закавказье. Азербайджанские просветители считали, что знание русского языка необходимое условие доступа к мировой культуре, западной философии и науке. Ценилась служба в русской армии, получение образования в Петербурге, Москве… Эти мысли, по существу, стали архетипами азербайджанской культуры. И сейчас, несмотря на возможность учиться, работать в западных странах, азербайджанцы преимущественно ориентированы на Россию. Русский язык, русская культура у нас высоко ценится. И в отличие от других стран СНГ в Республике не сокращаются, а открываются все новые и новые школы на русском языке. Молодое поколение ориентировано на знание трех языков: родного – азербайджанского, русского и английского. В этом отношении примером для них является Президент Азербайджана Ильхам Алиев, свободно владеющий несколькими языками. Язык, как считал немецкий философ Мартин Хайдеггер, дом бытия. И этим домом для азербайджанцев, благодаря полилингвизму, может стать весь мир. ДЖАЛИЛ ХАЛИЛОВ, полковник, заместитель председателя Организации ветеранов войны, труда и Вооруженных сил Азербайджанской Республики, докторе философии по политическим наукам.
Hamısını oxu