Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Vətən Müharibəsində qələbə münasibətilə orden və medallar təsis edilib

Prezident İlham Əliyev "Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 204-VIQD nömrəli Qanununun tətbiqi haqqında” Fərman imzalayıb. Sabahinfo.az-ın məlumatına görə, Fərmana əsasən, Vətən Müharibəsində qələbə münasibətilə "Zəfər” və "Qarabağ” ordenləri təsis olunub. Eyni zamanda, "Vətən Müharibəsi Qəhrəmanı”, "Cəsur döyüşçü”, "Döyüşdə fərqlənməyə görə”, "Suqovuşanın azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, "Zəngilanın azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, "Ağdamın azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Vətən müharibəsi iştirakçısı” və "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları təsis olunub.

2020-12-02 00:00:00
3845 baxış

Digər xəbərlər

II Beynəlxalq Autizm Konfransı keçirilib

Veteran.gov.az xəbər verir ki, 1 aprel tarixdə Azərbaycan Respublikası Autizm Defektoloji və Qeyri-Hökumət Təşkilatlarına Psixoloji Yardım Mərkəzi İB -in təşkilatçılığı ilə Autizmli uşaqların valideynlərinin bacarıqları üçün innovativ təşəbbüslərin həyata keçirilməsi “ layihəsi çərçivəsində” 2 Aprel Dünya Autizm Məlumatlandıma gününə həsr edilmiş 2-ci Beynəlxalq Autizm Konfransı keçirildi. Konfransın keçirilməsində məqsədi autizmlə bağlı maarifləndirmənin geniş yayılmasına dəstək göstərməkdən ibarət idi. Konfransda sahəsi üzrə mütəxəssislər tərəfindən autizmlə bağlı müxtəlif mövzular səsləndirildi. Əvvəlcə Azərbaycan Respublikasi Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İB-nin sədri Çiçək xanım Məmmədli iştirakçılara Layihə haqqında məlumatı səsləndirdi. Millət Vəkili Fazil Mustafa tərəfindən isə “Mövcud qanunvericilikdə autizm probleminə baxışın təkmilləşdirilməsi.” mövzusunda çıxış oldu. Konfransda Sağlamlığın Qorunması İctimai Birliyinin rəhbəri , t.ü.f.d. Yazgül Abdıyeva tərəfindən “Autizmli uşaqların cəmiyyətə inteqrasiyası” mövzusunda çıxış oldu. Yazgül Abdıyeva çıxışı zamanı ilkin olaraq autizmin yaranması, risk faktorları, statistik göstəriciləri və s. barədə geniş məlumat təqdim etdi. Burada əsas vurğu autizmin xəstəlik yox, fərqlilik olmasına yönəldilmişdir. Məruzə zamanı Yazgül Abdıyeva Autizm sindromlu uşaqlar fərqli və xüsusi istedada malik olmasından, tarixdə iz qoymuş dahi şəxsiyyətlərin çoxunun məhz autizmli insanlar olmasını qeyd etdi. Belə ki, məşhur alman alimi Albert Eynşteyn, məşhur rəssam, heykəltaraş Leanardo da Vinci, İngilis fiziki İsaak Nyuton, ispan əsilli rəssam Pablo Pikasso, holandiyalı məşhur rəssam Vincent Van Gogh, məşhur musiqişünas Ludviq van Bethoven, Avstryanın təkrarsız bəstəkarı Amadey Motsart, Amerika musiqiçisi James Durbin, kinorejissor Kim Berten, Kortni Lav, görkəmli Amerika yazıçısı Mark Tven, dünya şöhrətli Amerika ixtiraçısı Tomas Edison və digər dünya şöhrətli məşhurlar da autizm sindroumu ilə üzləşənlərdəndirlər. Bununla da biz fərqində olmalıyıq ki, hər bir autist gələcəyin dahi şəxsiyyəti ola bilər. Hər zaman onlara dəstək olmalı, onların real həyata adaptasiyasına, cəmiyyətə inteqrasiyasına dəstək olmalıyıq. Sonda digər təşkilat üzvləri tərəfindən məruzələr və iştirakçılar arasında suallar, təklif və müzakirələr həyata keçirlidi.  

Hamısını oxu
ASCO və MEDİA jurnalistlər üçün təlim keçirib

Veteran.gov.az xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə jurnalistlər üçün təlim keçirilib.  Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) təşkil olunan təlimdə 20 müxtəlif çap və online mediasını təmsil edən jurnalist iştirak edib. ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin rəisi Mehman Mehdiyev təlimin əsas məqsədinin KİV nümayəndələrinin gəmiçilik barədə daha dolğun məlumatlandırılması, hazırlanan jurnalist materiallarında sahənin spesifik xüsusiyyətlərinin, dənizçiliklə bağlı əsas çağırışların, eləcə də bu istiqamətdə görülən işlər barədə məlumatların cəmiyyətə düzgün çatdırılması məqsədilə media institutları ilə əməkdaşlığın gücləndirilməsindən ibarət olduğunu bildirib. O əlavə edib ki, belə təlimlər gələcəkdə silsilə şəkildə təşkil olunacaq.   Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova bildirib ki, təmsil etdiyi qurum jurnalistlərin peşəkarlığının artırılmasına, onların sahəvi biliklərin inkişaf etdirilməsinə, dövlət qurumlarının media subyektləri ilə əməkdaşlığının gücləndirilməsinə xüsusi önəm verir və bunu daim diqqətdə saxlayır. Bu məqsədlə müxtəlif qurumlarla birgə mütəmadi təlimlər təşkil olunur. Pərvanə İbrahimova ASCO ilə birgə keçirilən təlimin də bu baxımdan jurnalistlər üçün faydalı olacağına əminliyini ifadə edib Təlim çərçivəsində ADDA-nın Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov, “Dəniz naviqasiyası“ kafedrasının müdiri, uzaq səfərlər kapitanı Həzi Nəbiyev jurnalistlərə gəmiçilik haqqında materiallar hazırlanarkən nəzərə alınması vacib olan məqamlar haqqında bir sıra məlumatlar veriblər. Bundan başqa, təlimçilər ASCO-nun dəniz nəqliyyatı sahəsində rolu, gəmiçilik fəaliyyəti ilə bağlı yerli və beynəlxalq tələblər, bu sahədə Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər barədə təqdimatlarla çıxış ediblər.    İnteraktiv formada keçən təlim zamanı jurnalistlərin fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. Yekunda  iştirakçıların təlimi necə mənimsədiyini müəyyənləşdirmək məqsədilə qiymətləndirmə aparılıb. Təqdimatlara uyğun jurnalistlərə 20 sual verilib. “Azadmedia.az” saytından Elnurə Abuşova, “Manşet.az” saytından Gülçin Nağıyeva, “Calibr.az” saytından Timur Rzayev suallardan 18-nə düzgün cavab verməklə ən yüksək nəticə göstəriblər.   Sonda təlimdə iştirak edən jurnalistlərə ASCO və MEDİA adından sertifikat təqdim olunub.

Hamısını oxu
Heydər Əliyev Fondu yeni layihəyə başlayır

Heydər Əliyev Fondu qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başlayır. Axar.az xəbər verir ki, bu barədə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva bildirib. Mehriban Əliyevanın açıqlamasında deyilir: “Əziz həmvətənlər! Bu günlər biz hamımız Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının qürurunu və sevincini yaşayırıq. 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində azad edilmişdir. Əlbəttə, işğaldan azad olunmuş torpaqlarımızdakı hazırkı mənzərəni hər birimiz ürək ağrısı ilə seyr edirik. Erməni təcavüzkarları bu illər ərzində şəhər və rayonlarımızı, oradakı yaşayış və inzibati binaları, bütün infrastrukturu dağıtmış, təbii sərvətlərimizi talan etmiş, bu ərazilərdəki dini, tarixi, mədəni abidələrimizi vandalizm aktlarına məruz qoymuşdur. Bir vaxtlar Azərbaycanın dilbər guşəsi olan Qarabağ bölgəsindəki abadlıqdan əsər-əlamət qalmamışdır. Amma əminliklə bildirmək istəyirəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün Qarabağ bölgəsini Azərbaycanın ən gözəl bölgələrindən birinə çevirəcəyik. Burada yenidən həyat canlanacaq, bütün rayonlarımız bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarında yaşayıb, yaradacaqlar. Əziz həmvətənlər, Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. Fondun tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur. Bu gün isə qürur hissi ilə sizə Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını bildirmək istəyirəm. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcəkdir. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılmışdır. Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidiləcək, dualar oxunacaqdır! Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN”.

Hamısını oxu
Esmira Orucova Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, bu gün “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşüb. Görüş zamanı hər iki təşkilatın birgə əməkdaşlıq imkanları müzakirə edilib, maraqlı fikir mübadiləsi aparılıb. Müzakirələrin sonunda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi arasında İkinci Dünya müharibəsi, məhəlli müharibələr, o cümədən Birinci Qarabağ müharibəsində əsir düşən, girov götürülən azərbaycanlıların tapılması, onların aqibətinə aydınlıq gətirilməsi sahəsində birgə əməkdaşlığın həyata keçirilməsi ilə bağlı razılıq əldə edilib. Görüşün sonunda Esmira Orucova Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının xüsusi mükafatı ilə təltif olunub.          

Hamısını oxu