Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

II Beynəlxalq Autizm Konfransı keçirilib

Veteran.gov.az xəbər verir ki, 1 aprel tarixdə Azərbaycan Respublikası Autizm Defektoloji və Qeyri-Hökumət Təşkilatlarına Psixoloji Yardım Mərkəzi İB -in təşkilatçılığı ilə Autizmli uşaqların valideynlərinin bacarıqları üçün innovativ təşəbbüslərin həyata keçirilməsi “ layihəsi çərçivəsində” 2 Aprel Dünya Autizm Məlumatlandıma gününə həsr edilmiş 2-ci Beynəlxalq Autizm Konfransı keçirildi.

Konfransın keçirilməsində məqsədi autizmlə bağlı maarifləndirmənin geniş yayılmasına dəstək göstərməkdən ibarət idi.

Konfransda sahəsi üzrə mütəxəssislər tərəfindən autizmlə bağlı müxtəlif mövzular səsləndirildi.

Əvvəlcə Azərbaycan Respublikasi Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İB-nin sədri Çiçək xanım Məmmədli iştirakçılara Layihə haqqında məlumatı səsləndirdi.

Millət Vəkili Fazil Mustafa tərəfindən isə “Mövcud qanunvericilikdə autizm probleminə baxışın təkmilləşdirilməsi.” mövzusunda çıxış oldu.

Konfransda Sağlamlığın Qorunması İctimai Birliyinin rəhbəri , t.ü.f.d. Yazgül Abdıyeva tərəfindən “Autizmli uşaqların cəmiyyətə inteqrasiyası” mövzusunda çıxış oldu.

Yazgül Abdıyeva çıxışı zamanı ilkin olaraq autizmin yaranması, risk faktorları, statistik göstəriciləri və s. barədə geniş məlumat təqdim etdi. Burada əsas vurğu autizmin xəstəlik yox, fərqlilik olmasına yönəldilmişdir.

Məruzə zamanı Yazgül Abdıyeva Autizm sindromlu uşaqlar fərqli və xüsusi istedada malik olmasından, tarixdə iz qoymuş dahi şəxsiyyətlərin çoxunun məhz autizmli insanlar olmasını qeyd etdi. Belə ki, məşhur alman alimi Albert Eynşteyn, məşhur rəssam, heykəltaraş Leanardo da Vinci, İngilis fiziki İsaak Nyuton, ispan əsilli rəssam Pablo Pikasso, holandiyalı məşhur rəssam Vincent Van Gogh, məşhur musiqişünas Ludviq van Bethoven, Avstryanın təkrarsız bəstəkarı Amadey Motsart, Amerika musiqiçisi James Durbin, kinorejissor Kim Berten, Kortni Lav, görkəmli Amerika yazıçısı Mark Tven, dünya şöhrətli Amerika ixtiraçısı Tomas Edison və digər dünya şöhrətli məşhurlar da autizm sindroumu ilə üzləşənlərdəndirlər.

Bununla da biz fərqində olmalıyıq ki, hər bir autist gələcəyin dahi şəxsiyyəti ola bilər. Hər zaman onlara dəstək olmalı, onların real həyata adaptasiyasına, cəmiyyətə inteqrasiyasına dəstək olmalıyıq.

Sonda digər təşkilat üzvləri tərəfindən məruzələr və iştirakçılar arasında suallar, təklif və müzakirələr həyata keçirlidi.

 

2022-04-02 12:31:00
1169 baxış

Digər xəbərlər

Milli Qəhrəman Çingiz Qurbanovun atası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, Milli Qəhrəman Çingiz Qurbanovun atası Salman Qurbanov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilat sədri Fatma Səttarova və sədr müavini polkovnik Cəlil Xəlilovla görüşüb. Görüşdə dövlətimizin şəhid ailələri və qazilərə göstərdiyi diqqət və qayğıdan bəhs edilib, Ali Baş Komandanın bu istiqamətdə atdığı addımların cəmiyyət tərəfindən məmnunluqla qarşılandığı vurğulanıb. Görüşdə milli maraqlarımızın etibarlı müdafiəsi, ölkəmizin daha da inkişafı üçün cəmiyyətin bütün təbəqələrinin, eləcə də veteranların dövlət başçısı ətrafında sıx birləşməsinin zəruriliyi qeyd olunub.    

Hamısını oxu
Prezident İlham Əliyev Laçınla bağlı paylaşım edib-Video Prezident İlham Əliyev Laçın şəhərinin işğaldan azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib.

Prezident İlham Əliyev Laçın şəhərinin işğaldan azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib. Avropa .info xəbər verir ki, paylaşımda qeyd olunub: “Zəfər tariximiz – Laçının Ermənistan işğalından azad edilməsindən dörd il ötür”. Paylaşımı təqdim edirik:  

Hamısını oxu
İlham Əliyevin hakimiyyəti dövründə yetişən NƏSİL - Onlar İNANILMAZI BACARDI

“Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi”. Publika.az-ın xəbərinə görə, bunu Preizdent İlham Əliyev Şuşaya səfəri çərçivəsində Cıdır düzündə çıxışı zamanı deyib. “2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi. Gənc nəsil, yaşlı nəsil, təcrübəli insanlar, bütün xalqımız, bütün etnik qrupların nümayəndələri, bütün dinlərin nümayəndələri bir yumruqtək birləşib. Qələbəmizin rəmzi təsadüfən yumruq seçilməyib. Mən demişəm, burada - Cıdır düzündə bir daha demək istəyirəm ki, bu yumruq, həm gücdür, həm birlikdir. Onsuz da bizdə birlik kifayət qədər yüksək səviyyədə idi, bundan sonra daha da güclü olacaq. Birliyi olan ölkələr qələbə qazanırlar. İradəli olan liderlər qələbə qazanırlar. Heç nəyə baxmayan, heç kimdən çəkinməyən, milli maraqları müdafiə edən liderlər qələbə qazanırlar. Azərbaycanın timsalında bunu hər kəs gördü”.

Hamısını oxu
“Novruz” bayramı münasibəti ilə Respublika Veteranlar Təşkilatının kollektivi adından təbrik

Novruz ümumxalq bayramı kimi əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Qədim dövrlərdən bəri  xalqın qeyd etdiyi bayramlardan biri də insanlara sevinc, həmrəylik, bərabərlik, mənəvi saflıq, xeyirxahlıq kimi keyfiyyətlər aşılayan Novruz bayramıdır. Bu bayram ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik, iqtisadi inkişaf şəraitində təntənə ilə qeyd olunur. Bayram ərəfəsində Böyük Vətən müharibəsində həlak olanların, müstəqilliyimiz uğrunda, Vətən yolunda şəhid olmuş oğul və qızlarımızın unudulımaz xatirəsini hər zaman olduğu kimi böyük ehtiramla yad edirik. Bu gözəl bayramla bağlı başlıca niyyətimiz, arzumuz əzəli Azərbaycan torpağı olan doğma Qarabağımızın azadlığı, Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifahıdır. Respublika Veteranlar Təşkilatının kollektivi Azərbaycan xalqını, müharibə veteranlarını, şəhid ailələrini, torpaqlarımızın düşməndən qorunması uğrunda savaşda sağlamlığını itirmiş döyüşçülərimizi, əsgər və zabitlərimizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bu əziz bayram günlərində hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayırıq.    Kollektiv adından:  Hörmətlə,  Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik                                                    T.Ağahüseynov

Hamısını oxu