Latest news

Səmyar Abdullayev: “İlk dəfə məhz Ulu öndərin təşəbbüsü ilə bu siyasət sistemləşdirilib, prioritet istiqamətlərdən biri elan olunub” “Prezident İlham Əliyev Ümummilli liderin əlillərə dövlət qayğısı siyasətini uğurla davam etdirməkdədir” Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür. Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə söhbətimizdə Ulu öndərin əlillərlə bağlı siyasətini şərh etməyə çalışdıq: -Səmyar müəllim, Ulu öndərin həssas kateqoriyadan olan bütün şəxslər kimi əlillərə də daim qayğı ilə yanaşdığı, onların sosial durumunu, mənzil-məişət şəraitini diqqət mərkəzində saxladığı hər kəsə məlumdur. Sizcə Heydər Əliyevin bu sahədəki çoxsaylı xidmətləri, bu xidmətlərin tarixi əhəmiyyəti qısaca necə xarakterizə edilə bilər? -Hər şeydən öncə qeyd edim ki, ölkəmizdə əlillərə dövlət qayğısı siyasəti Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin həssas kateqoriyadan olan bütün şəxslər kimi, əlillərə olan münasibətində diqqət çəkən ən mühüm amil Ulu öndərin bu sahədə bütöv bir dəyərlər sistemi yaratmasıdır. Ümummilli liderdən öncə də əlillərə dövlət qayğısı ilə bağlı bəzi nümunələr olsa da, bunlar pərakəndə xarakter daşıyır, nə hüquqi, nə də siyasi baxımından ciddi bir sistemə söykənmirdi. Məhz Heydər Əliyev bu sahədə aydın, qəti və mükəmməl bir sistem formalaşdırdı. Ulu öndər əlillərə dövlət qayğısını inkişaf etdirmək, bu qayğının miqyasını genişləndirmək üçün bir sıra addımlar atdı ki, bunlardan da biri bu sahədə hüquqi bazanın gücləndirilməsi oldu. Heydər Əliyevin təşəbbüsü və səyi ilə əlillərin hüquqlarının daha da genişləndirilməsi mümkün oldu. Onu da qeyd edək ki, Beynəlxalq Əlillər Günü məhz Ulu Öndər Heydər Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən 1994-cü ildən etibarən dünyanın sivil ölkələri ilə yanaşı, Azərbaycanda da qeyd olunmağa başlamışdır. Ümummilli lider həm dövlət, həm də cəmiyyət olaraq əlillərə sahiblənməyin, onların qayğısına qalmağın vacibliyini əməli fəaliyyəti ilə bütün xalqın diqqətinə çatdırdı, ictimai şüurda bu həqiqəti möhkəmləndirdi. Heydər Əliyev 1995-ci il yanvarın 17-də Respublika Protez-Ortopedik Bərpa Mərkəzinin kollektivi ilə görüşündə demişdir: “İnsanların, dövlətin, cəmiyyətin fiziki, ruhi cəhətdən müəyyən məhrumiyyətlərə uğramış adamlara qayğısı həmişə yüksək səviyyədə olmalıdır”. Heydər Əliyev bu sahədə şəxsi nümunə göstərərək bütün toplumu bu ideya ətrafında səfərbər edə bilmiş, əlillərə olan qayğı və diqqətin əhəmiyyətli dərəcədə artırılmasına müvəffəq olmuşdur. -Əlillərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün Ulu öndər tərəfindən görülən hansı işləri qeyd edə bilərsiniz? -Heydər Əliyev siyasi hakimiyyəti dönəmində əlillərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün silsilə addımlar atmış, mühüm dövlət layihələrinin icrasına nail olmuşdur. Statistikaya nəzər salsaq, bu həqiqəti konkret faktların timsalında daha aydın görə bilərik. 1997-2003-cü illərdə Heydər Əliyevin qayğısı sayəsində 508 əlil ailəsi mənzil, 138 əlil ailəsi isə fərdi evlə təmin olunmuş, onların mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. 1998-2002-ci illərdə yenə də Ümummilli liderin təşəbbüsü ilə 1090 nəfər əlilə minik avtomobili verilmişdir. Bu, elə bir dönəm idi ki, Qarabağ və ətraf ərazilər işğal altında idi. Büdcədə lazımi vəsait yox idi. Ölkəmiz həm siyasi, həm də iqtisadi baxımdan ciddi təbəddülatlar içərisində idi. Lakin buna baxmayaraq Heydər Əliyev əlilləri dövlət qayğısından kənarda qoymur, əksinə, onlara qayğını artırırdı. Bu, Ulu öndərin əlillərə olan həssas, sevgi və humanistlik dolu münasibətini əks etdirir. -Bu gün ölkəmizdə əlillərə dövlət qayğısı siyasəti hansı səviyyədədir? -Sevindiricidir ki, Ulu öndərin əlillərlə bağlı siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilmiş, miqyas və keyfiyyət etibarilə yeni mərhələyə yüksəlmişdir. Heydər Əliyevin bu sahədəki mirasına da bacarıqla sahiblənən Müzəffər Ali Baş Komandan, əlillərin sosial rifahını yaxşılaşdırılması üçün çoxsaylı təşəbbüslər irəli sürmüş, regional miqyasda böyük əks-səda doğuran sosial layihələr həyata keçirmişdir. Prezident İlham Əliyev 25 fevral 2019-cu il tarixdə "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" müvafiq Sərəncam imzalamış, bununla da əlillərə verilən sosial müavinətlərin miqdarı əhəmiyyətli dərəcədə artmışdır. Sözügen Sərəncamla sosial müavinətin məbləğinin I qrup əlilliyə görə (ümumi səbəbdən əlillər üçün 82 manatdan, müharibə əlilləri üçün 101 manatdan, "Çernobıl AES-də hərbi xidmətlə əlaqədar" və "hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar" əlilliyi olanlar üçün 94 manatdan) 150 manata, II qrup əlilliyə görə (ümumi səbəbdən əlillər üçün 61 manatdan, müharibə əlilləri, "Çernobıl AES-də hərbi xidmətlə əlaqədar" və "hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar" əlilliyi olanlar üçün 81 manatdan) 130 manata, III qrup əlilliyə görə isə (ümumi səbəblərdən əlillər üçün 52 manatdan, müharibə əlilləri üçün 73 manatdan və "Çernobıl AES-də hərbi xidmətlə əlaqədar" və "hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar" əlilliyi olanlar üçün 61 manatdan) 110 manata, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün 82 manatdan 150 manata çatdırılmışdır. 2019-cu ildən sonrakı 5 il ərzində əlillərin sosial rifahının və mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün dövlətimiz tərəfindən əlavə tədbirlər həyata keçirilmiş, mühüm uğurlara nail olunmuşdur. Bu, əlillərin reabilitasiyası ilə bağlı məsələdə də özünü aydın göstərir. Məlumat üçün qeyd edim ki, ölkəmizdə son 5 ildə reabilitasiya xidmətləri göstərilən şəxslərin illik sayı 3 dəfə artaraq 60 minə çatıb. Həmçinin, əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin siyahısı xeyli genişləndirilib. Müharibə əlillərinin müasir protezləlrə təmin olunması da dövlətimizin diqqət mərkəzindədir. 44 günlük Vətən müharibəsindən sonra müharibə ilə əlaqədar əlilliyi olan 448 şəxs 467 ədəd son nəsil müasir protezlə təmin olunub ki, bu da dövlətimizin əlil vətəndaşlara olan qayğısına bariz nümunədir. -Səmyar müəllim, gözdən əlil vətəndaşlarımızla bağlı görülən işlər haqqında nə deyə bilərsiniz? -Bütün əlillər kimi gözdən əlil vətəndaşlarımız da dövlətimizin diqqət və qayğıısnı daim öz üzərlərində hiss edib. Ölkəmizdə gözdən əlil vətəndaşlar üçün binalar inşa edilib, onların mənzillə təminatı istqiamətində mühüm addımlar atılıb. Sevindiricidir ki, bu qəbildən olan binaların açılışında Prezident İlham Əliyevin özü şəxsən iştirak edir. Bu cür binalardan biri 2015-ci ildə istifadəyə verildi ki, bu binanın da açılışında dövlət başçısı şəxsən iştirak etdi. 132 mənzilli bu binanın açılışında Prezident İlham Əliyev əlillərə olan dövlət qayğısını qeyd etməklə yanaşı, onlarla bağlı istək və gözləntilərini də dilə gətirərək demişdir: “Bilirsiniz ki, son illər ərzində müharibə əlilləri, şəhid ailələri üçün minlərlə evlər tikilib. 5200 şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən evlə təmin edilib. Eyni zamanda, onlara 5 mindən artıq minik avtomobil verilmişdir. Deyə bilərəm ki, Azərbaycanda nümayiş etdirilən bu yanaşma heç bir başqa ölkədə yoxdur. Bu, bir daha bizim sosial siyasətimizi əks etdirir, eyni zamanda, onu göstərir ki, xalq üçün, dövlət üçün böyük xidmətlər göstərmiş insanlara, fiziki qüsurlu insanlara dövlət tərəfindən daim diqqət göstərilir və göstəriləcəkdir. Mən çox istəyirəm ki, Azərbaycanda yaşayan bütün əlillər cəmiyyətdə fəal rol oynasınlar. Yəni, onlar cəmiyyətdən təcrid edilmiş vəziyyətə düşməsinlər. Onlar işlə təmin olunsunlar, onlar üçün yaxşı şərait yaradılsın, bax belə gözəl binalar tikilsin. Cəmiyyətdə də onlara daim hörmət, diqqət göstərilsin. Dövlət öz üzərinə düşən vəzifəni icra edir. Ancaq əlbəttə ki, bütün cəmiyyət də bu təşəbbüsə qoşulmalıdır”. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2021-2024-cü illərdə500 nəfərə yaxın gözdən əlil mənzillə təmin edilib. Bu gün gözdən əllllər üçün Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Tədris-Bərpa Mərkəzi fəaliyyət göstərir. Yüzlərlə gözdən əlil bu Mərkəzin imkanlarından istifadə edir. Bu Mərkəz Prezident İlham Əliyevin təşəbbüsü ilə fəaliyyətə başlayıb və onun açılışında dövlət başçısı şəxsən iştirak edib. Mən əlillərə, eləcə də gözən əlil vətəndaşlarımıza göstərilən diqqət və qayğıya görə Heydər Əliyev Fonduna, Fondun rəhbəri, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür etməyi özümə borc bilirəm. Heydər Əliyev Fondu yarandığı ilk gündən etibarən əlillərin sosial rifahının yüksəldilməsi, müalicəsi istiqamətində böyük işlər görüb, mühüm layihələr həyata keçirib. Fondun dəstəyi ilə 1 saylı və 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb. Hər iki müəssisədə 5-18 yaşlarında 339 uşaq daimi dövlət təminatındadır. Heydər Əliyev Fondu müharibədə yaralanan hərbçilərimizin müasir protezlərlə təminində də fəal rol oynayır. Heydər Əliyev Fondunun “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi çərçivəsində sağlamlıq imkanı məhdud hərbçilərimiz Almaniya, İslandiya, İngiltərənin dünyada müasir protez istehsalçıları kimi tanınan şirkətlərinin yüksək texnologiyalı məhsulları ilə təmin olunub. Görülən bütün bu işlər Ulu öndər Heydər Əliyev siyasətinin davamı və inkişafı çərçivəsində həyata keçirilib. Əminəm ki, Azərbaycan dövləti bundan sonra da əlil vətəndaşlarımızın sosial rifahının, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün maksimum səy göstərəcək, hər bir əlil vətəndaşın ümid və sevinc mənbəyi olaraq qalacaq. Seymur ƏLİYEV
Read more
Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı alman faşizmi üzərində qələbənin 79- cu ildönümü ilə əlaqədar tədbir keçirib. Tədbirdə Əmək və Müharibə veteranları, şəhid ataları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdən öncə ikinci Dünya Müharibəsində və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman çıxış edərək qeyd edib ki, İkinci Dünya Müharibəsində SSRİ-nin qazandığı qələbədə Azərbaycanın da böyük payı var. 600 mindən çox azərbaycanlı cəbhələrdə döyüşüb, Kiyev, Leninqrad, Stalinqrad və Moskvanın müdafiəsində igidlik göstəriblər. O, müharibə illərində qəhrəmanlıq nümayiş etdirmiş həmyerlilərimizin 130-dan çoxunun Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü, 200 minə yaxının isə orden və medallarla təltif olunduğunu xüsusi vurğulayıb. Tədbirdə çıxış edən Göytəpə şəhər 1 saylı məktəbin tarix müəllimi Fürudin Zeynalov, şəhid atası Nazim Paşayev, Ağsaqqallar şurası rayon şöbəsinin sədri Ədalət Əsgərov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri İman Abdulla, Mikayıl İnçəçaylı, Sakit İsayev, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Cəlilabad nümayəndəsi Cavidan Rəşidov, veteran müəllimlər İsmayıl Məmmədov, Əsəd Əliyev, Muxtar Ağayev, "Qarabağ qaziləri" ictimai birliyinin sədri Maşalla Əliyev və başqaları bildiriblər ki, 1941-45-ci illərdə cəbhə üçün zəruri olan yanacağın 70-80 faizini Azərbaycan təmin etməsəydi sovet ordusu düşmənə qalib gələ bilməzdi. Şətəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi qəhrəmanlığı bu gün də yaddaşlarda yaşayır.
Read moreBu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının bir qrup üzvü polkovnik Cəlil Xəlilovun rəhbərliyi altınnda 9 may – faşizmü zərində qələbənin 79-cu ildönümü münasibətilə Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, Ulu öndərin məzarı önünə əkil qoyub. Daha sonra veteranlar iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını və Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsini ziyarət edib, hər iki qəhrəmanın abidəsi önünə gül dəstələri qoyublar. Tədbir iştirakçları qarşısında çıxış edən polkovnik Cəlil Xəlilov Azərbaycan xalqının faşizm üzərində qələbəyə mislsiz töhfə verdiyini, məhz Bakı nefti sayəsində böyük zəfərin təmin olunduğunu bildirib. Cəlil Xəlilov veteranlara göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür edib, veteranların bundan sonra da dövlət siyasətini qətiyyətlə dəstəkləyəcəyini bildirib. Seymur ƏLIYEV
Read more
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib. APA xəbər verir ki, paylaşımda deyilir: “Faşizm üzərində Qələbənin 79-cu ildönümü münasibətilə bütün veteranlarımızı təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, Vətənimizə – sülh və əmin-amanlıq arzulayıram!”
Read more
Seminar Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının təşkilatçılığı ilə baş tutub Veteran.gov.az xəbər verir ki, Qərbi Azərbaycan İcması Ziyalılar Şurası Atatürk Mərkəzində “Ulu Öndər Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda elmi seminar keçirib. Tədbiri Şuranın sədri, professor Elxan Hüseynov açıb. Akademik Nizami Cəfərov “Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsi”, professor Fərrux Rüstəmov “Heydər Əliyevin Qərbi Azərbaycanda milli təhsilin inkişafına tarixi töhfələri”, professor Avtandil Ağbaba “Heydər Əliyev və Qərbi Azərbaycandakı milli mənəvi irsimiz”, dosent Lütfiyar Nəsibov “Heydər Əliyev Qərbi Azərbaycanda azərbaycanlılara qarşı hazırlanan təxribatın qarşısını necə aldı?” mövzusunda məruzə ediblər. Şura üzvlərindən fəlsəfə doktorları Cəbi Bəhramov, Əfqan Vəliyev və b. çıxış edərək Ulu Öndərin xatirəsini yad ediblər.
Read more
Mayın 7-də Almaniyadakı Daxau əsir düşərgəsində İkinci Dünya müharibəsi zamanı burada saxlanılmış Azərbaycandan olan əsirlərin xatirəsinə lövhə açılıb. Bu barədə APA-ya Azərbaycanın Almaniyadakı səfirliyindən bildirilib. Qeyd edilib ki, Azərbaycanın Almaniyadakı səfirliyinin təşəbbüsü və dəstəyilə hazırlanan xatirə lövhəsi Azərbaycan və alman dillərində hazırlanıb və Daxau Memorial Kompleksinin xatirə zalında yerləşdirilib. Xatırladaq ki, 1933-cü ildə yaradılmış Daxau əsir düşərgəsi Almaniyada yaradılan ilk əsir düşərgəsi olub. Bu düşərgədə nasist rejim ilk illərdə öz siyasi rəqiblərini saxlasa da, İkinci Dünya müharibəsi başladıqdan sonra 25 min Sovet əsgəri və mülki vətəndaşı bu düşərgəyə gətirilərək, burada müxtəlif işgəncələrə məruz qoyulub, bir çoxları da qətlə yetirilib. Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Daxau arxivlərində aparılmış araşdırmalar nəticəsində Azərbaycan əsilli əsgərlərin də burada saxlanıldığı məlum olub, onların adları, doğum tarixləri və yerləri müəyyənləşdirilib. Xatirə lövhəsinin açılışı münasibətlə keçirilən mərasimdə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxış edərək, Azərbaycanın faşizm üzərindəki qələbənin əldə olunmasına verdiyi böyük töhfələrdən danışıb, 700 min azərbaycanlının ön cəbhədə faşizmə qarşı döyüşdüyünü, onlardan 300 mininin həlak olduğunu qeyd edib. Səfir Sovet ordusunun istifadə etdiyi benzinin 80%-nin, sürtgü yağlarının isə 90%-nin Azərbaycan neftçiləri tərəfindən istehsal edildiyini, bu faktın özünün qələbənin qazanılmasında həlledici rol oynadığını qeyd edib. N.Ağayev, hər il bir milyondan çox insanın ziyarət etdiyi Daxau Memorial Kompleksində Azərbaycandan olan əsirlərin xatirəsinin əbədiləşdirilməsinin əlamətdar hadisə olduğunu söyləyib. Səfir burada saxlanılmış əsirlərin və onlara qarşı törədilənlərin unudulmaması üçün apardığı yorulmaz fəaliyyətə görə Memorial Kompleksin rəhbərliyinə öz təşəkkürünü bildirib. Sonra Daxau Memorial Kompleksinin aparat rəhbəri Albert Knoll, Alman-Azərbaycan Forumunun sədri Hans-Eberhard Şlayer və Münhen ravvini Aviqdor Bergauz çıxış ediblər. Çıxışlarda indiki və gələcək nəsillərin Daxauda baş vermiş cinayətlər haqda maarifləndirilməsinin vacibliyi vurğulanıb, bu səpkidə Azərbaycan əsirlərinin xatirəsinin əbədiləşdirilməsinin yüksək önəmi qeyd edilib. Foto
Read more
9 May – faşizm üzərində qələbə günü ərəfəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında görüş keçirilib. Görüş zamanı Dövlət Xidməti rəisinin müavini general-leytenant Mayıl Şahverdiyev təşkilatın sədri Fatma Səttarovaya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovun təbrikini çatdırıb. Mayıl Şahverdiyev qələbənin əldə olunmasında Azərbaycan xalqının böyük töhfəsi və rolunun olmasını, həmvətənlərimizin İkinci Dünya müharibəsində göstərdikləri qəhrəmanlığın gənc nəslə vətənpərvərlik nümunəsi olduğunu qeyd edib. Təşkilatın sədri Fatma Səttarova İkinci Dünya müharibəsində faşizm üzərində qələbə günü ilə bağlı veteranlarla görüşlərin əhəmiyyətini vurğulayıb və onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Görüşün sonunda vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində və vətənpərvərlik təbliğatında göstərdiyi xidmətlərə görə Fatma Hüseyn qızı Səttarova “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” yubiley medalı ilə təltif edilib.
Read more
Cəlil Xəlilov: “Dünya faşizm üzərindəki qələbəyə görə Bakı neftinə borcludur” “Soydaşlarımız post-sovet məkanı ilə yanaşı, bütün Avropanın faşizmdən azad edilməsinə böyük töhfələr verib” Mayın 9-u İkinci Dünya müharibəsinin başa çatmasının 79-cu ildönümüdür. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovla söhbətimizdə bu tarixi qələbədən, onun əldə edilməsində Azərbaycan xalqının rolundan danışdıq: -Cəlil müəllim, qarşıdan 9 may – böyük qələbənin 79-cu ildönümü gəlir. Öncə bu qələbədə Azərbaycan xalqının rolu ilə bağlı fikirlərinizi bilmək istərdik. -İkinci Dünya müharibəsi bəşər tarixinin ən böyük və ən dağıdıcı müharibəsidir. Bu müharibə bir neçə qitə və onlarla ölkəni əhatə etmiş, milyonlarla insanın həyatına son qoymuşdur. Faşizmə qarşı mübarizə və bu mübarizənin mümkün nəticələri bütün bəşəriyyətin gələcəyi baxımından həlledici amil sayılırdı. Dünya ya faşizmə qalib gələrək özünü xilas edəcək, ya da faşizmin əsarəti altında məhv olacaqdı. Məhz belə bir zamanda Azərbaycan xalqı faşizmə qarşı mübarizədə böyük qəhrəmanlıqlar və fədakarlıqar sərgilədi, bu mübarizənin taleyinə həlledici təsir göstərdi. Xatırladım ki, Azərbaycan xalqının 700 mindən çox oğul və qızı İkinci Dünya müharibəsində faşizmə qarşı hərbi əməliyyatlarda iştirak etmiş, onların 300 min nəfər bu mübarizədə qəhrəmancasına həlak olmuşdur. Müharibədə Azərbaycanın milli diviziyaları öz qəhrəmanlığı ilə böyük şöhrət qazanmış, faşist işğalındakı onlarla şəhərin, yüzlərlə yaşayış məntəqəsinin azad edilməsini təmin etmişdir. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmiş, xalqımızın əsl qəhrəmanlıq nümunələrini dünyaya nümayiş etdirmişdilər. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 123 nəfərin Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfərin isə “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülməsi bunun sübutudur. -Azərbaycanlı döyüşçülərin keçmiş SSRİ ilə yanaşı, Qərbi və Şərqi Avropa ölkələrinin faşizmdən müdafiəsində də iştirak etdiyi məlumdur. Sizcə bu tarixi fakt dünyada yetərincə təbliğ olunurmu? -Azərbaycanlı döyüşçülərin keçmiş SSRİ ilə yanaşı, bir sıra ölkələrin - Polşa, Çexoslovakiya, Yuqoslaviya, İtaliya, Fransa və digər ölkələrin faşizmdən müdafiəsində iştirak etdiyi, bu mübarizədə göstərdikləri qəhrəmanlıqlara görə çoxsaylı təltif və mükafata layiq görüldüyü tarixi həqiqətdir. Nümunə üçün qeyd edim ki, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə Yuqoslaviya və İtaliyanın faşizmdən müdafiəsində iştirak etmişdir. Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri olan Əhmədiyyə Cəbrayılov Fransanın faşizm əsarətindən xilas olunmasında yaxından iştirak etmiş, Paris azad edildikdən sonra burada general Şarl de Qolla görüşmüşdür. Əhmədiyyə Cəbrayılovun qəhrəmanlığı ilə bağlı sadəcə bir fakta diqqət çəkim ki, azərbaycanlı döyüşçü tək bir əməliyyat zamanı 500 nəfər fransız uşağın alman həbs düşərgəsinə aparılmasının qarşısını almış, onları azad etmişdir. Azərbaycanlı döyüşçülərlə bağlı yüzlərlə, minlərlə bu cür faktlar mövcuddur. Əslində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq bizim əsas məqsəd və fəaliyyət istqiamətlərindən birini də məhz həmin azərbaycanlıların xatirəsinin bu ölkələrdə əbədiləşdirilməsidir. Biz çalışırıq ki, yalnız post-sovet məkanında deyil, Avropanın müxtəlif şəhər və qəsəbələrində, harada ki, azərbaycanlılar döyüşüb, məhz həmin yaşayış məntəqələrində onların adı əbədiləşdirilsin. Bu, həm tarixin unudulmaması, yaşadılması, həm də qəhrəmanlarımızın Avropa ictimaiyyətinə tanıdılması, onların təbliği baxımından vacibdir. Dünya ictimaiyyətinin bununla bağlı daha dolğun məlumatlandırılması üçün sənədli filmlərin çəkilməsinə, kitabların yazılmasına, ciddi tədqiqat işlərinin ortaya qoyulmasına ehtiyac var. Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatı olaraq bu istiqamətdə səylərimizi davam etdiririk və təbii ki, bu yöndə atılması gərəkən hələ çox addım var. -Cəlil müəllim, müharibədə Azərbaycan həm də öz nefti və digər iqtisadi resursları ilə də iştirak etdi. Sizcə ölkəmizin cəbhə üçün ortaya qoyduğu iqtisadi resurslar, xüsusilə də Bakı nefti müharibənin gedişatına və taleyinə hansı miqyasda təsir göstərdi? - İkinci Dünya müharibəsində qələbənin əldə olunmasında Bakı neftinin böyük rolu olduğu birmənalıdır. Müharibədə cəbhənin yanacağa olan əsas ehtiyacını məhz Bakı neftçiləri qarşılayıb. 1941-1945-ci illərdə ölkəmizdə 63 yeni kimya və neft-kimya sənayesi müəssisəsi istifadəyə verildi. 300-dən artıq mühüm ixtira işləndi və istehsalata tətbiq olundu. Nəticədə 100 növ kimya məhsulları, o cümlədən 36 növ yağ, 26 növ yandırıcı və partlayıcı vasitə, 9 adda aviasiya benzini, 8 adda dizel yanacağının kütləvi istehsalına başlandı. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox, 23,5 milyon ton neft istehsal olunub ki, bu da SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edirdi. Azərbaycan müharibə illərində 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər. Hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Bu gün bir daha bütün fakt və rəqəmləri təhlil edərək əminliklə deyə bilərik ki, müharibənin taleyini məhz Bakı nefti həll edib. Hansı ki, dünyanın bir çox hərbi-siyasi liderləri də Bakı neftinin həyati əhəmiyyəti etiraf edib, qələbəyə görə daha çox Bakı neftinə minnətdar olduqlarını bildiriblər. Nümunə üçün qeyd edim ki, Sovet İttifaqı Marşalı F.İ.Tolbuxin bu gerçəkliklə bağlı demişdir: “Qızıl Ordu qazandığı çoxlu qələbələrinə, hücum edən hissələrə vaxtlı-vaxtında keyfiyyətli yanacaq göndərdiyinə görə Azərbaycan xalqı və cəsur Bakı neftçiləri qarşısında borcludur. Stalinqrad ətrafında, Donda, Donbasda, Dneprin, Dnestrin sahillərində, Belqradda, Budapeştdə, Vyanada Azərbaycan neftçilərini minnətdarlıqla xatırlayan bizim cəbhənin döyüşçüləri neft Bakısının cəsur zəhmətkeşlərini salamlayırlar”. -Müharibə dönəmində Azərbaycanda silah-sursat və hərbi texnika istehsalı baxımından vəziyyət necə idi? -Müharibə zamanı Azərbaycan cəbhəyə həm də yüksək keyfiyyətli silah-sursat göndərir, bir sıra hərbi texnikalar üçün çoxsaylı hissələr istehsal edirdi. 1941-1945-ci illərdə İkinci Dünya müharibənin ilk günlərindən Bakının bütün müəssisələri 12 saatlıq iş gününə keçdi. Respublikanın maşınqayırma müəssisələrinin gücünün 95 faizi hərbi texnika, silah-sursat istehsalına yönəldi. 1941-ci ilin sonunda Azərbaycanda 130 adda silah, sursat, hərbi mərmi və əşya istehsal olunurdu. 1941-ci il noyabrın 8-nə kimi 35 min qutu yandırıcı butulka, 14 min patron ehtiyatı hazırlandı, istehsal gücü sutkada 10 min butulkaya çatdırıldı. 1942-1944-cü illərdə cəbhəyə 11 milyon vahid döyüş sursatı göndərildi. 1942-ci ilin iyulunda Bakıda rekord müddətdə xalq arasında “Katyuşa” kimi məşhur olan qvardiya minomyotu istehsal edən zavod yaradıldı. Bakıda qısa müddətdə “UTİ-4” B təyyarəsi bazasında 15 B döyüş variantı “UTİ-4” tipində yığıldı. 1942-ci ilin yanvarında Bakı zavodu 20 “UTİ-4” maşını buraxdı, fevralda buraxılış 2 dəfə artdı. Bir müddət sonra Bakıda “YAK” qırıcıları yığılmağa başladı. Müxtəlif tipli 782 təyyarə təmir olunaraq cəbhəyə göndərildi. 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində Zaqafqaziya dəmir yolunun Bakı şöbəsi dəmiryolçuların şücaəti nəticəsində cəbhəyə və xalq təsərrüfatının ehtiyacları üçün 1 milyon 600 min vaqon, həmçinin 480 min vaqona qədər quru yük və 500 min sistern neft məhsulları göndərmişdi. Stalinqrad uğrunda amansız döyüşlərin getdiyi bir vaxtda Xəzərin kommunikasiya xətləri ilə 434 min 472 nəfər hərbi və mülki şəxs, 96 təyyarə, 791 tank, 346 zirehli maşın, 222 traktor, 173 min 730 baş at, 213 min 257 ton döyüş sursatı və müxtəlif yüklər daşındı. Müharibə dönəmində respublikamızdakı müəssisələr 1419 min ədəd şinel, 4227 min dəst yay geyimi, 3097 min alt paltarı, 1977 min cüt çəkmə, 1417 min patron çantası, 1468 min dəst trikotaj istehsal etmişdi. 1941-1945-ci illərdə Azərbaycan xalq təsərrüfatından orduya 5457 yük, 371 minik maşını və 301 digər avtomobil səfərbər edilmişdi. Azərbaycanın kənd əməkçiləri ölkəyə 500 min ton pambıq və digər strateji xammal məhsulları vermişdilər. 1941-ci ildə respublikada 66 hərbi hospital yaradıldı. Müharibə illərində respublikada donor hərəkatı genişləndi. 1941-1945-ci illər ərzində yaralı döyüşçülər üçün cəbhəyə 41.609 litr qan göndərildi, 7.229 litr qanı əvəz edən preparatlar hazırlandı. Müharibə dövründə respublikanın 149.170 vətəndaşı donorçu oldu. -Cəlil müəllim, Azərbaycan müstəqillik əldə edəndən sonra İkinci Dünya müharibəsi və Azərbaycanın bu müharibədə iştirakına fərqli münasibət bəsləyənlər də oldu. Bu barədə nə deyə bilərsiniz? -Qeyd etdiyiniz kimi, 1991-ci ildə ölkəmiz ikinci dəfə öz müstəqilliyinə nail olduqdan sonra bəzi şəxslər gülünc və əsassız iddialarla çıxış etməyə başladılar. Onlar İkinci Dünya müharibəsinin mahiyyətini təhrif edərək bildirirdilər ki, guya Azərbaycanın bu müharibədə iştirakına heç bir lüzum olmayıb. Guya bu, Almaniya ilə Rusiya arasında gerçəkləşən bir müharibə idi və hansı tərəfin qalib gəlməsindən asılı olmayaraq, bunun Azərbaycan üçün heç bir mənfi nəticəsi olmayacaqdı. Bu, təbii ki, absurd bir iddiadır. Çünki faşizm yalnız post-sovet məkanının deyil, bütün dünyanı əsarət altına almağı qarşısına məqsəd qoymuşdu. 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişi ilə bu iddialara da son qoyuldu. Heydər Əliyev haqlı olaraq bəyan etdi ki, İkinci Dünya müharibəsi və Azərbaycan xalqının bu müharibədə iştirakı tariximizin ayrılmaz və şərəfli bir parçasıdır. Azərbaycan heç vaxt öz tarixindən imtina etməyəcək. Beləliklə də, Heydər Əliyevin sayəsində ölkəmizdə 9 may Qələbə Günü yenə də qeyd edilməyə başladı, İkinci Dünya müharibəsi veteranlarına dövlət qayğısı ildən-ilə artdı. Bu gün bütün veteranlarımız kimi İkinci Dünya müharibəsi veteranları, onların ailə üzvləri dövlətimizin diqqət və qayğısını mütəmadi şəkildə öz üzərlərində hiss edirlər. Bu baxımdan Prezident İlham Əliyevin 2 may 2024-cü il tarixli Sərəncamı buna nümunədir. Müzəffər Ali Baş Komandan həmin Sərəncamla İkinci Dünya müharibəsi veteranlarına, onların ailə üzvlərinə, eləcə də arxa cəbhədəki fədakar əməyi ilə seçilən şəxslərə birdəfəlik madi yardımın göstərilməsinə qərar verdi. Bu fakt bir daha döv lətimizin hər bir veteranına sahib çıxdığını, onlara qayğı ilə yanaşdığını sübut edir. -Ölkəmizdə İkinci Dünya müharibəsində iştirak edən və bu gün də həyatda olan neçə veteran var? -Hazırda 30 belə veteranımız var ki, onların hər biri Təşkilatımızın diqqət mərkəzindədir. Biz tez-tez onlarla əlaqə saxlayır, onları ziyarət edir, qayğı və istəkləri ilə maraqlanırıq. Onların müalicəsi, sosial durumu bizim diqqət mərkəzimizdədir. Bu il fevralın 29-da Bakı Sağlamlıq Mərkəzində müalicə alan İkinci Dünya müharibəsi veteranı Anna Xarkovskayanı ziyarət etmiş, onun müalicəsini diqqət mərkəzində saxlamışıq. 2024-cü il martın 7-də Anan Xarkovskayanı evində də ziyarət etdik, qayğıları ilə maraqlandıq. Digər veteranlarımız da tərəfimizdən diqqət mərkəzində saxlanılır, onların üzləşdiyi problemlər əlaqədar qurumların diqqətiə çatdırlır. Bizim üçün qürurvericidir ki, bu işdə rayonlardakı təşkilatlarımız da aktiv fəaliyyət göstərir. Məsələn, bugünlərdə Cəlilabad Rayon Veteranlar Təşkilatının nümayəndələri bir sıra dövlət qurumlarının yetkililəri ilə birlikdə rayonun Abdullu kəndində yaşayan İkinci Dünya müharibəsi veteranı Zamanov Əbiş İbiş oğlunu ziyarət edib, onun arzu və istəkləri ilə maraqlanıblar. Əminliklə bildirirəm ki, bundan sonra da bütün kateqoriyadan olan veteranlarımız kimi İkinci Dünya müharibəsi veteranları da Təşkilatımız tərəfindən diqqətdə saxlanılacaq, onların düşündürən məsəllərin həlli üçün tərəfimizdən imkan və səlahiyyətlərimiz daxilində bütün gərəkli addımlar atılacaq. Mən veteranlara göstərdiyi diqqət və qayğıya görə Təşkilatımız adından Prezident İlham Əliyevə təşəkkür edir, bütün veteranlar adından ona öz minnətdarlığımı bildirirəm. Xatırladıram ki, veteranlarımız hər zaman olduğu kimi bundan sonra da Prezidentin hər bir çağırışını dəstəkləməyə, dövlətimizin rifahı, təhlükəsizliyi və tərəqqisi üçün istənilən fədakarlığa hazırdılar. Seymur ƏLİYEV
Read more
Veteran.gov.az xəbər verir ki, alman faşizmi üzərində qələbənin 79-cu ildönümü ərəfəsində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon bölməsinin rəhbəri Arif Həsənov, rayon icra hakimiyyətinin şöbə müdiri Vahid Mirzəyev və rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman rayonunun Abdullu kəndində yaşayan İkinci Dünya Müharibəsi veteranı Zamanov Əbiş İbiş oğlunu ziyarət ediblər. Onlar 101 yaşlı Əbiş əmini səmimi qəlbdən təbrik edib, ona sağlam və gümrah ömür arzulayıb və apardıqları hədiyyələri təqdim ediblər. Görüş zamanı müharibə veteranı öz cəbhə xatirələrindən söz açıb, Mozdok ətrafındakı döyüşlərdə necə yaralandığından danışıb. Onun səlis danışığı və möhkəm yaddaşı ziyarətçiləri sevindirib. Görüşün sonunda o, veteranlarımıza göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentə və rayon rəhbəliyinə minnətdarlığını bildirib. Qeyd edək ki, Zamanov Əbiş İbiş oğlu İkinci Dünya Müharibəsinin Cəlilabad rayonunda sağ qalan yeganə veteranıdır.
Read more
Veteran.gov.az xəbər verir ki, Ankara şəhərindəki ən böyük bələdiyyələrdən olan Keçiören bələdiyyəsi beynəlxalq mədəniyyət festivalı – Hıdırellez mövsümi bayram münasibətilə festival keçirilmişdir. Festivala Türkiyədə Türk dövlətlərinin diplomatik nümayəndəlikləri, mədəniyyət mərkəzləri qatılmışdır. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyətinin diplomatik nümayəndəlikləri ölkələrinə dair milli stendlər qurmuşlar. Azərbaycanı tədbirdə Türkiyədəki Səfirliyimiz və onun nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib. Tədbir çərçivəsində Keçiören bələdiyyəsi rəhbəri Mesut Özarslan Azərbaycan səfiri Rəşad Məmmədov və digər diplomatları qəbul etmiş, qarşılıqlı əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılmışdır. Daha sonra Keçiören bələdiyyəsinin qarşısında meydanda tədbir bədii proqramla davam etmişdir. Festivalda ölkələrin milli stendlərinə baxış keçirilmiş, qonaqlar Azərbaycan stendində milli mədəniyyətimizə dair suvenirlər, nəşrlərlə tanış olmuş, milli mətbəximizə dair yemək və şirniyyatlara qonaq edilmişlər. Festivalı Keçiören bələdiyyəsi rəhbəri Mesut Özarslan çıxış edərək, qonaqları salamlamış, Türk dünyasında baharın gəlişi kimi qeyd olunan Hıdırellez bayramı haqqında danışaraq, unudulmaqda olan adət və ənənələrin bərpasının önəmini söyləyərək, bayramın xalqlarımız arasında birlik, həmrəylik və gözəl ənənələrə malik olmağımızın göstəricisi olduğunu qeyd edib. Mesut Özarslan Türk dünyası arasında tarixi dostluq və qardaşlıqdan danışaraq, əlaqələrin daha da genişləndirilməsinin vacib olduğunu qeyd etmiş və Türk dövlətlərinin qardaşlaşmış bələdiyyələri ilə əməkdaşlığın inkişafının diqqətdə saxlayacağını vurğulayıb. Daha sonra iştirakçı ölkələrə fəxri diplomlar təqdim olunmuş, Azərbaycanın Türkiyədəki Səfiri Rəşad Məmmədov Anakara Keçiören bələdiyyəsinin Fəxri diplomu ilə təltif olunmuşdur. Festivalda bədii proqramda müxtəlif ölkələrin rəqs kollektivləri milli rəqslərini təqdim ediblər. Azərbaycan Mədəniyyət Mərkəzinin hazırladığı bədii proqram təqdim edilib, Ankaradakı “Hazar” Rəqs Ansamblı “Uzundərə”, “Naz eləmə” kimi milli rəqslərimizi ifa ediblər. Müxtəlif rəqs ansamblların çıxışı, konsert proqramından sonra Hıdırellez bayramının adətlərindən olan tonqallar qalanmış, çəkiclə dəmirdöymə mərasimi icra edilmiş, bayramın əsas ənənəsi olan ağaçlara diləklər tutaraq yaylıqlar bağlanmışdır.
Read more
Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova 9 may – Qələbə Günü münasibətilə veteranları təbrik edib. Təbrikdə deyilir: "Hörmətli veteranlar, İkinci Dünya müharibəsinin qəhrəmanları! Sizi Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvləri adından və şəxsən öz adımdan 9 May – faşizm üzərində qələbənin 79-cu ildönümü münasibətilə təbrik edirəm! Ulu öndər Heydər Əliyev tərəfindən bu bayrama xüsusi önəm verilməsi və həmin ənənənin bu gün də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən davam etdirilməsi xalqımızın tarixi qəhrəmanlığına verilən qiymətin göstəricisidir. 1941-1945-ci illəri əhatə edən və tarixə İkinci Dünya müharibəsi adı ilə daxil olan bu müharibədə düşmən üzərində şanlı qələbənin qazanılmasında Azərbaycan xalqının böyük rolu olmuşdur. Xalqımızın yüz minlərlə oğul və qızı əlinə silah alıb, bütün cəbhələrdə düşmənə müqavimət göstərmiş, çoxları həyatını bu yolda qurban vermişdir. Respublikamızın on minlərlə vətəndaşı, azərbaycanlılar döyüşlərdə fərqləndiklərinə, qəhrəmanlıq göstərdiklərinə görə yüksək orden və medallarla təltif edilmiş, Azərbaycandan 123 nəfər soydaşımız ən yüksək ada – Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Neft mədənlərində və zavodlarda, elmi laboratoriyalarda ümumi qələbəni təmin etmiş azərbaycanlılar əzəmətli igidlik göstərmişlər. Göstərdiyiniz döyüş və əmək hünərləri qədirbilən nəsillərin qəlbində əbədi yaşayacaqdır! Xalqımız Sizinlə fəxr edir ki, qalib Ordu sıralarında Azərbaycanın sədaqətli, igid oğul və qızları da var idi. Bu qəhrəmanlıq gənc nəslə vətənpərvərlik nümunəsi kimi xatırlanır. Hörmətli veteranlar, Sizi bir daha 9 May – Qələbə Günü münasibətilə ürəkdən təbrik edir, cansağlığı, uzun ömür və firavan həyat diləyirəm. Hörmətlə, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, müharibə və əmək veteranı, Prezident təqaüdçüsü Fatma Səttarova
Read more
Veteran.gov.az xəbər verir ki, Şəhər və rayon Ağsaqqallar Şuralarında təşkilatların son dövrdəki fəaliyyətləri ilə bağlı hesabat konfranslarının keçirilməsi davam edir. Növbəti konfranslar may ayının 2-də və 3-də Gədəbəy, Şəmkir və Gəncədə təşkil olunub. Toplantılarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə kuratoru Bayram Yusifov, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, ağsaqqallar, ziyalılar, şəhid valideynləri, qazilər və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar. Konfranslarda şəhidlərimizin və hesabat dövründə dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən rayon və şəhər İcra Hakimiyyətlərinin rəhbərləri Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovu və tədbir iştirakçılarını salamlayaraq ölkəmizin ictimai-mədəni həyatında ağsaqqalların göstərdiyi dəyərli xidmətlərdən bəhs ediblər. Bildiriblər ki, ağsaqqal sözünün, ağsaqqal məsləhətinin böyük önəm daşıdığı Azərbaycan cəmiyyətində gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli vərdişlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində onlara hər zaman böyük ehtiyac vardır. İnanırıq ki, ağsaqqallarımız bundan sonra da şəhər və rayonlarımızın ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyət həyatının müxtəlif məsələlərinin həllinə öz dəyərli töhfələrini verəcəklər, xüsusilə yeniyetmə və gənclərin Vətənə, xalqa, dövlətə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər. Sonra Gədəbəy Rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədovun, Şəmkir Rayon Ağsaqqallar Şurasının sədri Bilal Məmmədovun və Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədovun hesabat dövrü ərzində təşkilatların gördüyü işlər və qarşıda duran vəzifələr barəsində məruzələri dinlənilib. Qeyd olunub ki, Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatları tərəfindən mütəmadi olaraq gənclərimizin maariflənməsinə, əlamətdar və tarixi günlərə, cəmiyyətimizdə tolerantlıq ruhunun bərqərar olmasına və bir çox digər aktual məsələlərə həsr olunmuş tədbirlər, şəhid ailələri və qazilərlə, o cümlədən ali və orta məktəblərdə tələbə və şagirlərlə görüşlər keçirilib. YAP-ın, Qərbi Azərbaycan İcmasının, Veteranlar Təşkilatının yerli qurumları ilə əməkdaşlıq daha da artırılıb, birgə fəaliyyət proqramları çərçivəsində bir sıra işlər görülüb. Natiqlər, həmçinin, vurğulayıblar ki, hər zaman Ümummilli Liderimizin zəngin irsini cəmiyyət arasında təbliğ edən şəhər və rayon Ağsaqqallar Şuraları bu fəaliyyətlərini “Heydər Əliyev İli”ndə daha intensiv şəkildə həyata keçiriblər. Hər zaman dövlət başçısı cənab İlham Əliyevi ürəkdən dəstəkləyən, respublikamızın gələcək uğurlarının təntənəsinə, Vətənimizin çiçəklənməsinə çalışan, qədirbilən xalqımızın önündə gedən şəhər və rayon ağsaqqalları ölkəmizin gələcək inkişafı naminə aparılan siyasətin davam etdirilməsini zəruri hesab edərək 7 fevral prezident seçkilərində də yüksək aktivlik nümayiş etdiriblər. Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını tədbir iştirakçılarına çatdırıb və hesabat dövrü ərzində görülən işləri qənaətbəxş qiymətləndirib. Əmin olduğunu bildirib ki, qarşıdan gələn dövr ərzində yerli təşkilatlar öz fəaliyyətlərini daha səmərəli və effektiv şəkildə quracaqlar. Öz nitqində ağsaqqallıq institutunun qədim tarixindən bəhs edən Bayram Yusifov hazırda ölkəmizdə ağsaqqalların böyük nüfuz və hörmət sahibi olduqlarını vurğulayıb. Bu ilin 7 fevral tarixində keçirilən növbədənkənar prezident seçkilərində bir daha bunun şahidi olduğumuzu bildirən natiq əlavə edib ki, Şuranın ölkəmizin 77 şəhər və rayonunda fəaliyyət göstərən yerli təşkilatlarının minlərlə üzvü bu seçkilərlə bağlı təbliğat-təşviqat və səsvermə prosesində fəal iştirak ediblər. Seçici olaraq prezident seçkilərində yekdilliklə qalib Liderə, xalqımıza möhtəşəm Zəfər bəxş edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə səs veriblər. Bayram Yusifov Şura üzvlərinin, dəyərli ağsaqqallarımızın qarşıdan gələn parlament seçkilərində də dövlətimizin, dövlətçiliyimizin inkişafı və xalqımızın rifahı naminə aktiv iştirak edəcəklərinə əmin olduğunu bildirib. Natiq Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı möhtəşəm Zəfər nəticəsində işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən də ətraflı söz açıb. Bildirib ki, fenomen şəxsiyyət, dahi lider, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərdikləri yüksək səylər sayəsində Qarabağımızla yanaşı, Vətənimizin hər bir guşəsi gündən-günə daha da gözəlləşir və inkişaf edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsində Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılığın əldə olunmasından və digər uğurlarımızdan bəhs edən Bayram Yusifov bildirib ki, ən mötəbər beynəlxalq tədbirlərdən biri olan COP29-un bir neçə ay sonra Bakıda keçirilməsi Azərbaycanın dünya ölkələri arasında böyük nüfuza sahib olduğunu bir daha sübut edir. O, COP29-la bağlı Azərbaycan Ağsaqqallar Şurasının da yaxın zamanlarda böyük bir tədbir keçirəcəyini konfrans iştirakçılarının diqqətinə çatdırıb. Konfranslarda ağsaqqallar, ziyalılar, şəhid valideynləri və qazilər də çıxış edərək şəhər və rayon Ağsaqqallar Şuraları üzvlərinin, müdrik ağsaqqallarımızın bu ahıl vaxtlarında böyük əzmkarlıqla həyata keçirdikləri işlərdən, onların hərtərəfli fəaliyyətlərindən bəhs ediblər. Həmçinin ölkəmizin hər bir bölgəsində ağsaqqallara ayrılan diqqət və qayğıya, o cümlədən şəhər və rayonlarımızda belə yüksək səviyyəli tədbirlərin keçirilməsinə görə öz minnətdarlıqlarını ifadə ediblər. Şəmkir rayonunda və Gəncə şəhərində keçirilən hesabat konfranslarında bəzi təşkilati məsələlərə də baxılıb. Dünyasını dəyişən və xəstəlikləri səbəbindən fəaliyyətlərini davam etdirə bilməyən İdarə Heyəti üzvlərinin yerinə səsvermə yolu ilə yeni üzvlər seçilib.
Read more