Latest news

Veteran.gov.az xəbər verir ki, Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Avrasya Yazarlar Birliyinin rəhbəri Yaqub Ömeroğlu ilə görüşmüşdür. Səfirliyin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzində baş tutan görüşdə Azərbaycan – Türkiyə arasında ədəbi əlaqələrin inkişafı, Azərbaycan ədəbiyyatının Türkiyədə, Türk dünyasında daha çox tanıdılması, birgə tədbirlər və layihələrin həyata keçirilməsi istiqamətində müzakirələr aparılıb. Görüş zamanı Samir Abbasov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncanı ilə Türkiyədə yaradılmış Azərbaycan Mədəniyyət Mərkəzinin milli mədəniyyətimizin təbliği ilə yanaşı, mədəni-ədəbi əlaqələrin inkişaf etdirilməsi, Azərbaycan ədəbiyyatının, dilinin təbliği məqsədi ilə layihələrin planlaşdırıldığını və bu istiqamətdə Avrasya Yazarlar Birliyi ilə əməkdaşlığın önəmli olduğunu qeyd edib. O, Türk dünyası arasında münasibətlərin inkişafında mədəniyyət, ədəbiyyatın mühüm rolu olduğunu və ortaq ədəbi layihələrlə bağlı Avrasya Yazarlar Birliyinin həyata keçirdiyi işlər barədə Yaqub Ömeroğlu ilə fikir mübadiləsi aparıb. Yaqub Ömeroğlu Avrasya Yazarlar Birliyinin əsas məqsədinin mədəniyyət və ədəbiyyat sahəsinin insanları arasında yaradıcılıq sahəsində əlaqələrin genişləndirilməsi, ölkələr, icmalar və insanlar arasında mədəni-ədəbi əlaqələri, habelə bütün Türk dillərini inkişaf etdirmək, bəşəriyyətin ən köklü dillərindən biri olan türkcənin bütün ləhcələrində danışan xalqların yazarlarının bir-birlərinin əsərləri ilə tanış olmasını təmin etmək, Türk ədəbiyyatını bütün dünyada daha yaxşı tanıtmağa çalışmaq olduğunu bildirib. O, Azərbaycanla ədəbi əlaqələrin genişləndirilməsi istiqamətində işlərin və birgə layihələrin həyata keçirildiyini qeyd edib. Yaqub Ömeroğlu Avrasya Yazarlar Birliyinin hazırda bir sıra mühüm layihələrin reallaşdırdığını, Beynəlxalq Mahmut Kaşqarlı hekayə müsabiqəsi və Dədə Qorqud Teatr Əsər müsabiqəsi kimi ədəbi tədbirlərin keçirildiyini, Türk dünyasında yeni şair və yazıçıların yetişdirilməsi üçün “Yazı Seminarları”, tanınmış ədəbiyyat simalarının yubiley və anım günlərinin, habelə bu mövzuda yeni nəşr olunmuş kitab təqdimatlarının təşkil edildiyini bildirib. Görüşdə Azərbaycan ədəbiyyatının nümunələrinin Türk dilinə tərcüməsi məsələsi, tərcümə işi sahəsində mövcud vəziyyət, klassik və müasir Azərbaycan ədəbiyyatı nümayəndələrinin Türk dilinə tərcüməsi və onların tədqiqi, tanınması istiqamətində görülən işlər barədə fikir mübadiləsi və müzakirə olub. Samir Abbasov 2024-cü ilin Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən böyük Azərbaycan şairi, Türk dünyası ədəbiyyatının tanınmış siması Məhəmməd Füzulinin 530 illik yubileyinin keçirilməsi barədə Sərəncamı ilə əlaqədar Avrasiya Yazarlar Birliyi ilə birgə dahi şairə həsr olunmuş şeir müsabiqəsinin təşkili, Azərbaycan ədəbiyyatından Türk dilinə tərcümələr həyata keçirən mütəxəssislərlə görüşün keçirilməsi, Yazarlar Birliyində professional tərcümələr həyata keçirən nəzm və nəsr sahəsinə dair mütəxəssislər üçün təlimlərin keçirilməsinə dair təkliflərlə çıxış edib və məsələyə dair razılıq əldə olunub. Daha sonra 2024-cü ilin oktyabr ayında Ankarada keçiriləcək Beynəlxalq Kitab-Sərgi Yarmarkasında Azərbaycanın geniş təmsil olunması, ədəbi əlaqələrin daha da genişləndirilməsinə dair fikirlər səsləndirilib. Tərəflər cari ilin payız aylarında Türkiyədə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyi ilə əlaqədar Azərbaycan, Türkiyə, Türk dünyası və digər ölkələrin Füzulişünas alimlərinin iştirakı ilə Beynəlxalq Elmi Konfransın keçirilməsini və bununla bağlı birgə iş aparılmasını razılaşdırıblar.
Read more
Veteran.gov.az xəbər verir ki, Cəlilabad Rayon Veteranlar Təşkilatı Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayev adına 2 saylı tam orta məktəbdə qəhrəman şəhidimizin atası Arif Abdullayevin 70 illik yubileyini keçirib. Möhtəşəm keçən tədbirdə şəhid ailələri, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər. Tədbirə gələnlər şəhid kapitan Rəşad Abdullayevin büstü önünə tər qərənfillər düzüblər. Məktəbin geniş akt zalında düzənlənən tədbirdə öncə torpaqlarımızın azadlığı və ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş igid oğullarımızın əziz xatirəsi hörmət və ehtiramla yad edilib. Rayon Veteranlar Təşkilatının sədri, şair- publisist Ədalət Salman yubileyi qeyd olunan Əmək veteranı Arif Abdullayevin şərəfli həyat yolundan danışıb, Rəşad Abdullayev kimi qəhrəman övlad böyütdüyünə görə və anadan olmasının 70 illiyi münasibəti ilə onu Fəxri fərmanla təltif edib. Şəhid atası Nazim Paşayev, "Qarabağ qaziləri" ictimai birliyi rayon filialının sədri Maşalla Əliyev, Vətən müharibəsi iştirakçıları Namiq Nəzərov, Toğrul Rizvanlı, məktəbin direktor müavini Rakif Həsənli, ADPU Cəlilabad filialının baş müəllimi Ələsgər Mirzəzadə, "Qarabağ Əlillərinə Qayğı" ictimai birliyi rayon bölməsinin rəhbəri Asəf İsmayılov, AYB-nin üzvü, veteran müəllim Əfrahim Abbas və başqaları çıxış edərək yubilyarı səmimi qəlbdən təbrik edərək şəhid ailələrinə və qazilərə dövlətimizin göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıblar. Yubiley münasibəti ilə Arif dayıya öz hədiyyələrini təqdim ediblər. Şagirdlərin söylədikləri vətənpərvər ruhlu şeirləri tədbir iştirakçıları maraqla qarşılayıblar. Tədbirdə çıxış edən yubilyar Arif Abdullayev şəhid ailələrinə göstərilən qayğıya görə dövlətimizə və tədbirin keçirilməsində əməyi olan rayon Veteranlar Təşkilatına öz minnətdarlığını bildirib. Sonda xatirə şəkilləri çəkilib.
Read more
Ötən hər gün, hər saat təkcə vaxt ölçüsü deyil, ömürdən-gündən keçən anlardır. Bu anların qədrini bilmək, bu anları dopdolu yaşamaq, vətənin əsl vətəndaşı olmaq asan deyilmiş. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Vətən üçün yaşanan ömür əsl insan ömrüdür. İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. O vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır. İnsan ömrü bir yola bənzəyir. Bütün dövrlərdə müdrik insanlar olub. Müdrik insanlara ən çətin dəqiqələrdə müraciət etmək olar. Onlarla dünya daha parlaq, daha maraqlı olur. O, danışanda problemlər sanki öz-özünə əriyərək yoxa çıxır. Belə insanları tanımaq, gənc nəsilə tanıtmaq hər birimizin ümdə vəzifəsidir. Belə böyük şəxsiyyətlərin işığı gənc nəslin həyat yoluna düzgün istiqamət verər. Aran Regional Elektrik Şəbəkəsinin rəis müavini, Yeni Azərbaycan Partiyasının "Energetik1" ərazi ilk partiya təşkilatının sədri Saleh Səmədov... Üç sözlə ifadə etsək: xeyirxah, enerjili və qədirbilən… Bütün sahələrdə qeyri adi idarəçilik fəaliyyətinə malik bir insan olduğunu sübut edib. Ən əsası odur ki, Saleh müəllim gözəl insandır. Hamının dərdinə şərik olan, halına yanan bir insan. Bu çətin dünyamızda, mənəviyyatın aşındığı, əxlaqi dəyərlərin alt – üst olduğu, insanlığın çat verdiyi bir zamanın və mühitin içində Sizin kimi insanın varlığını hiss etmək, sözün həqiqi mənasında insana təsəlli olur. Şərəfini, ləyaqətini, ailə dəyərlərini beş paraya dəyişənlərin nəfəs aldığı bir toplumun içində Sizin kimi öz təmiz dünyasına çəkilib, özünün, sözünün, ruhunun, adının, ailəsinin paklığını – Tanrı əmanəti kimi qoruyan şəxsin varlığını bilmək adama təsəlli olur. Saleh müəllimin işinə yaradıcı münasibəti, parlaq lider keyfiyyətləri, öz vəzifəsinə sadiqliyi, mürəkkəb məsələlərin həllinə yüksək peşəkarlıqla yanaşması daima inkişafa yönəlmiş fədakar əməyin təcəssümüdür. Saleh müəllim, bu günlərdə İmişli rayon Ağsaqallar Şurasının sədri seçilib. Ağsaqqal adının şərəfini daşımaq məsuliyyətlidir. Azərbaycanda ağsaqqal sözünə ehtiramla və diqqətlə yanaşılmasının çox qədim və zəngin ənənələri var. Çünki xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal sözü, ağsaqqal xeyir-duası həmişə ali həyat məramı olub. Ağsaqqallar həm də xalqımızın adət və ənənələrinin qoruyucusu və gənc nəslə ötürücüləridir. Azərbaycan xalqının milli mental dəyərlərindən irəli gələrək tarix boyu ağsaqqallar cəmiyyətdə yüksək hörmət və nüfuz sahibi olublar. Ağsaqqal saçının ağlığı ilə deyil, cəmiyyətdəki nüfuzu, mövqeyi və digər üstünlükləri ilə bu adın yükünü daşımağa haqqı olan insandır. Cəmiyyətin bir insanı ağsaqqal kimi qəbul etməsi, onun böyüklüyünü etiraf etməsi və bu zirvəyə çatması üçün əsl insan ömrü yaşamaq, böyük ürəyə sahib olmaq lazımdır. Bu gün də gənclərin dövlətə, xalqa sadiq, Vətənə bağlı, zərərli yad təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyə olunması işində daim Saleh müəllim kimi ağsaqqallara böyük ehtiyacı vardır. Atalar yaxşı deyib: "Keçmişə güllə atsaq, gələcək bizi topa tutar". Doğrudan da keçmişi unutmaq, həyatımızda ağıllı məsləhətləri ilə iz buraxan, qayğıkeş, mərhəmətli insanlara biganə qalmaq olmaz, əksinə, onlar haqqında cavanlara məlumat vermək borcumuzdur. Müasir gənclər ata-babalarının cəmiyyətdə mövqeyindən, iş təcrübələrindən məlumatlı olmalıdır. Soykökə bağlılıq inkişaf üçün meyardır. Saleh müəllim də, məhz belə insanlardandır. Hörmətli Saleh müəllim! Sizi İmişli rayon Ağsaqallar Şurasının sədri seçilməyiniz münasibəti ilə təbrik edir, bu müqəddəs missiyanı xalqımızın adına layiq şəkildə həyata keçirilməsində, Azərbaycan cəmiyyətinin mənəvi saflığının qorunub saxlanılmasında, milli dəyərlərimizin gələcək nəsillərə ötürülməsi işində uğurlar arzulayırıq! Xeberle.com
Read more

Veteran.gov.az xəbər verir ki, Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov “TRT Avaz” kanal koordinatörü Sedat Sağırkaya ilə görüşüb. Görüşdə Azərbaycan Səfirliyinin birinci katibi Aygün Qocayeva və “TRT Avaz” kanal koordinatör yardımşısı Yücel Kılıçkaya da iştirak edib. Görüş zamanı Türk dünyasının ortaq kanalı kimi fəaliyyət göstərən “TRT Avaz” kanalın genel koordinatörü Sedat Sağırkaya Türkiyə ilə yanaşı digər Türk dövlətləri, o cümlədən Azərbaycanda da “TRT Avaz”-ın geniş yayıldığını, təhsil, mədəniyyət, incəsənət, elm, uşaq və ailə, tarix və coğrafiya, dil və düşüncə mövzulu verilişlər kanalın ümumi yayım məzmununu təşkil etdiyini qeyd edib. O, Türkiyədə Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılmasını yüksək qiymətləndirib, gələcəkdə mədəni əlaqələr, dostluq və qardaşlığın təbliği istiqamətində əməkdaşlıq, birgə layihələrin daha da genişləndirilməsinin mümkünlüyünü qeyd edib. Sedat Sağırkaya Azərbaycanla əlaqələrin mövcud vəziyyəti və əməkdaşlıq, Azərbaycan telakanalları ilə həyata keçirilən birgə layihələr barədə fikirlərini bölüşüb. O, Türk dünyasına dair ortaq tarixi, sənədli layihələr üzərində iş getdiyini, jurnalistlər üçün təlim proqramlarının reallaşdırıldığını bildirib. Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Türkiyədə Səfirliyimizin nəzdində yaradılan Azərbaycan Mədəniyyət Mərkəzi iki ölkə arasında mədəni əlaqələrin daha da genişləndirilməsi, Azərbaycan-Türkiyə arasında dostluq-qardaşlıq əlaqələrinin inkişafına dəstək olaraq bu istiqamətdə çoxsaylı layihələrin həyata keçirilməsini planlaşdırıldığını vurğulayıb. Diplomat Türk dünyasının ortaq kanalı olan “TRT Avaz”ın bir mədəniyyət kanalı olaraq Türk coğrafiyasına və dünyaya açılan pəncərə olduğunu qeyd edərək Azərbaycan-Türkiyə qardaşlığının, milli mədəniyyətimizin təbliğində mühüm əhəmliyyətə malik olduğunu söyləyib. Samir Abbasov “TRT Avaz” proqramlarında Azərbaycan mədəniyyəti və tarixi ilə bağlı verilişlərin yayımlanması, Azərbaycan filmlərinin nümayişi, tanınmış Azərbaycan incəsənət xadimlərinin, musiqilərinin əyləncəli verilişlərdə qonaq qismində iştirakı, gələcəkdə Azərbaycan dilinin tədrisi ilə bağlı proqramların hazırlanması və s. birgə layihələrin həyata keçirilməsinə dair təkliflərlə çıxış edib. O, bu il Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və Səfirliyin dəstəyi ilə verilişlər hazırlamaq məqsədi ilə Türkiyənin aparıcı telekanallarının, jurnalistlərinin Azərbaycana-Ermənistan işğalından azad edilən bölgələrə Mediatura “TRT Avaz” kanalının jurnalistlərinin qatıla biləcəyini qeyd edib. Görüşdə təkliflər, birgə layihələrin həyata keçirilməsinə dair müzakirələr aparılıb və razılıqlar olub. Sonda “TRT Avaz” kanal koordinatörü Sedat Sağırkayaya Azərbaycan mədəniyyətinə dair "Salam Azərbaycan" adlı kitab hədiyyə olunub.
Read more
Cəlilabad rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman, "Qarabağ qaziləri" İctimai Birliyi rayon filialının sədri Maşalla Əliyev, sədr müavini Marifət Səmədli, "Qarabağ Əlillərinə Qayğı" ictimai birliyi rayon bölməsinin rəhbəri Asəf İsmayılov və müharibə iştirakçısı Kamran Abdullayev Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Rəşad Abdullayevin ailəsi ilə görüşüblər. Onlar rayonun Göytəpə qəsəbəsində doğulub boya-başa çatmış qəhrəman şəhidin ev-muzeyini də ziyarət ediblər. Ziyarətçilər, həm də qəhrəman kapitanımız Rəşad Abdullayevin atası Arif Abdullayevi 70 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edib ona xoş arzu və istəklərini çatdırıblar. Vətənpərvərlik ruhunda Rəşad kimi qəhrəman övlad böyütdüyünə görə Arif dayıya öz təşəkkürlərini də bildiriblər.
Read more
Hərb müstəvisində möhtəşəm qələbələr qazanaraq öz ərazi bütövlüyü, konstitusiya quruluşu və suverenliyini bərpa edən Azərbaycan diplomatik arenada Zəfərin fundamental əsaslarını möhkəmləndirir, regional sabitlik, təhlükəsizlik və əməkdaşlıq kontekstində müstəsna əhəmiyyət kəsb edən ardıcıl nailiyyətlərə imza atır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin praqmatik xarici siyasəti, uzaqgörən və məqsədyönlü strateji kursu postmüharibə mərhələsində Azərbaycan dövlətinin bütün hədəflərinin gerçəkləşməsini mümkün edir. Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinin ilkin mərhələsində Qazax rayonunun işğalda olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin Azərbaycan tərəfə qaytarılması barədə razılıq əldə olunması bu baxımdan xüsusi önəm daşıyan tarixi hadisədir. Hazırkı dönəmdə Ermənistanın ölkəmizin ilkin şərtlərinə uyğun olaraq qeyri-anklav kəndlərimizi hər hansı hərbi məcburetmə tədbirlərinə ehtiyac duyulmadan - bir güllə atılmadan, dinc şəkildə təhvil verməsi Prezident İlham Əliyevin “O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır” fikrinin əyani təsdiqi və real təzahürüdür. Bu, heç şübhəsiz, tarixi hərbi qələbənin fonunda böyük diplomatik uğurdur. Bununla, eyni zamanda, sərhəddə gərginliyə səbəb olacaq faktorlar aradan qaldırılır, delimitasiya və demarkasiya prosesi hər hansı süni müdaxilə olmadan davam etdirilir. Bütün bu reallıqlar təsdiqləyir ki, Azərbaycan postmüharibə reallıqlarını qəbul etdirib, danışıqlar yeni gündəlik əsasında aparılır. Azərbaycan qətiyyətli mövqeyindən bir addım da geri çəkilmək niyyətində deyil. Belə prinsipial mövqeyin fonunda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması kimi məsələlərdə ölkəmizin təqdim etdiyi təkliflər baza prinsipləri kimi qəbul edilir, çünki beş prinsip beynəlxalq hüquq normalarına və sivil dəyərlərə əsaslanır. Yekun saziş isə ərazi bütövlüyü və ölkələrin suverenliyi prinsiplərinə əsaslanmalıdır. İki dövlət məhz Azərbaycanın təklif və təqdim etdiyi prinsiplər əsasında nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilər. Bütövlükdə isə, Prezident İlham Əliyevin cəsarətli addımları, qətiyyətli siyasəti qarşıda duran digər strateji hədəflərə çatmağa imkan verəcək. Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Read more
Cəlil Xəlilov: “Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi bu böyük həqiqətin növbəti təsdiqidir” “Prezident İlham Əliyevin hər bir addımı yeni bir zəfər, yeni bir nailiyyətdir. Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi bu böyük həqiqətin növbəti təsdiqidir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, sözügedən kəndlərin azad edilməsi Azərbaycanın ərazi bütövlüyünü bərpası, tarixi torpaqlarımızın bərpası istiqamətində atılan mühüm tarixi addımdır: “Qazaxın Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin bir güllə belə atılmadan, danışıqlar yolu ilə azad edilməsi diplomatiyamızın, Prezidentimizin tarixi uğuru, tarixi qələbəsidir. Bu, həm də ərazi bütövlüyümüzün bərpası istiqamətində atılan mühüm addımlardan biridir. Prezident İlham Əliyevin Azərbaycan xalqına yaşatdığı bu uğur bir daha göstərdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi torpaqlarımızın geri qaytarılmasında, xalqımızın illərlə pozulan hüquqlarının sona qədər bərpasında qətiyyətlidir və bu məsələdə heyrətamiz prinsipiallıq, səy və enerji sərgiləyir. Bu tarixi qələbə həm də onu göstərir ki, Prezident İlham Əliyevin hər zaman dediyi kimi, xalqımız ona məxsus olan torpaqların bir qarışısından belə imtina etməyəcək, bu məsələdə kimsəyə güzəşt olunmayacaq. Onu da qeyd edim ki, bir neçə gün bundan öncə Azərbaycandakı Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılması ilə bağlı Bakı ilə Moskva arasında razılıq əldə olundu. Bu, Prezident İlham Əliyevin siyasi strateq kimi böyüklüyünə dəlalət etməklə yanaşı, Azərbaycanla Rusiya arasında tarixi dostluq münasibətlərinin, səmimi əməkdaşlıq ruhunun yüksək səviyyədəki mövcudluğunu sübut etdi. Bu razılaşma bir kəs daha sübut etdi ki, Azərbaycanla Rusiya arasında nəinki hər hansı anlaşılmazlıq yoxdur, əksinə, iki ölkə arasıdna qarşıqlıqlı anlayış və əməkdaşlığa əsaslanan sağlam əlaqələr mövcuddur”. Cəlil Xəlilov qeyd edib ki, Qazaxın 4 kəndinin geri qaytarılmasının tarixi-siyasi əhəmiyyətini artıran digər bir reallıq isə bu uğurun bölgədə gərginlk yaratmaq istəyən beynəlxalq güclərin aktivliyi şəraitində əldə edilməsidir: “Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsindən sonra bir sıra beynəlxalq güclər, eləcə də Fransa bölgədə vəziyyəti yenidən gərginləşdirmək, yeni qarşıdurma yaratmaq istiqamətində məkirli addımlar atır, siyasi təxribatlara yol verirdi. Bu təxribatlar bu gün də davam edir. Bizim üçün xüsusilə qürurvericidir ki, Prezident İlham Əliyev Qazaxın erməni işğalındakı 4 kəndini məhz belə bir ortamda – ermənipərəst qüvvələrin bölgədə aktivliyi fonunda azad etdi. O, bununla bir kəs daha sübut etdi ki, regionda əsas söz sahibi Azərbaycandır və kimin nə deməyindən asılı olmayaraq, Azərbaycan dövləti öz maraqlarını qətiyyətlə müdafiə edəcək, qarşısına qoyduğu hədəflərə nail olacaqdır. Mən bu böyük qələbə münasibıətilə Azərbaycan xalqını təbrik edir, bütün veteranlar adından Müzəffər Ali baş Komandana öz təşəkkürümü bildirirəm”!
Read more
Cəlilabad rayon Veteranlar Təşkilatı "Qarabağ qaziləri" İctimai Birliyinin Cəlilabad rayon bölməsinin sədri Maşalla Əliyevin 70 illik yubileyi münasibəti İlə tədbir keçirib. Tədbirdən öncə torpaqlarımızın azadlığı uğrinda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edilib. Rayon Veteranlar Təşkilatının sədri, şair-publisist Ədalət Salman Qarabağ müharibəsi qazisi, iki ayağını da döyüş cəbhəsində itirmiş Maşalla Əliyevin gənclərimizə örnək olan həyat və döyüş yolundan danışdı, onun məktəbli gənclərin vətənpərvər ruhda tərbiyəsində göstərdiyi müstəsna xidmətlərini xüsusilə vurğuladı. O, yubilyara Veteran Təşkilatının Fəxri fərmanını və hədiyyələr təqdim etdi. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, Gülbala Teymur, İman Abdulla, Qurban Əhməd, "Qarabağ Əlillərinə Qayğı" ictimai birliyinin sədri Asəf İsmayılov, Əfqanıstan müharibəsi veteranı Rəşid Mahmudov, əmək veteranları Əsəd Əliyev, Zaman Qarayev, Rasif Həsənov, Sakit İsayev və başqaları ömrünün yetmişinci baharını yaşayan müharibə veteranı Maşallah Əliyevi yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik etdilər, ona həsr olunan şeirlərini oxudular, rayonun ictimai-siyasi həyatında fəal iştirakını yüksək qiymətləndirdilər. Birinci Qarabağ savaşının iştirakçısı olmuş Maşalla Əliyev yubiley tədbirini təşkil etdiyinə görə rayon Veteranlar Təşkilatına və tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi. Sonda xatirə şəkilləri çəkildi.
Read more
Cəlil Xəlilov: Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı “Rusiya sülhməramlılarının Azərbaycanı tərk etməsi bölgədəki mövcud reallığın nəticəsidir””. Bunu “İki sahil”ə açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 2020-ci illə müqayisədə bu gün Qarabağda tamam fərqli bir mənzərə mövcuddur: “Xatırladaq ki, Qarabağda Rusiya sülhməramlıları 10 noyabr üçtərəfli bəyanata uyğun olaraq yerləşdirilmişdi. Həmin vaxt Qarabağda qanunsuz erməni silahlı birləşmələri mövcud idi. Ölkəmizin suverenliyi tam bərpa edilməmişdi və bölgədə hərbi qarşıdurma ehtimalı öz mövcudluğunu qoruyub saxlayırdı. Lakin 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində bölgədəki bütün erməni silahlı birləşmələri zərərsizləşdirildi. Azərbaycan öz suverenliyini tam bərpa etdi. Həmin ərazidə yaşayan bütün vətəndaşların, eləcə də erməni əsilli şəxslərin təhlükəsizliyi tam təmin edildi. Belə olan halda Rusiya sülhməramlılarının bölgədə qalması heç bir məna kəsb etmirdi. Məhz bu səbəbdən də Rusiya və Azərbaycan rəhbərliyi arasında sülhməкamlıların vaxtından tez bölgədən çıxarılması ilə bağlı razılıq əldə edildi”. Polkovnik qeyd edib ki, sülhməramlıların bölgədən çıxarılması onların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı: “Rusiya sülhməramlıları bölgəyə gəlişindən sorna bəzi radikal müxalifətçilər, antimilli qüvvələr iddia edirdi ki, guya bu, yanlış addımdır və bundan sonra onları Azərbaycan ərazisindən çıxarmaq mümkün olmayacaq. Ancaq bu gün baş verən olaylar bir daha sübut edir ki, Azərbaycan dövləti, onun Müzəffər Ali Baş Komandanı ölkəmizin maraqlarını ən yüksək səviyyədə qorumağa qadirdir və bu cür tənqidlər qərəzdən başqa bir şey deyil”.
Read more
Ağdamda Azərbaycanın Milli Qəhrəmanı, şəhid Edilov Yelmar Şahmar oglunun şəhadətə yüksəldiyinin 30-cu ildönümü Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatının Ağdam Rayon Təşkilatı tərəfindən qeyd olunub. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyəti aparatı, qəhrəmanımızın ailə üzvüləri, vətədnaş cəmiyyəti institutları, təhsil müəssələrinin nümayədnələri, Ağdam Rayon İqtisadiyyat Kollecinin rəhbərliyi, rayon ictimaiyyəti iştirak edib. Ağdamda Qəhrəmanlar abidəsinin qarşısında keçirilən tədbirdə Ulu öndərimizin, qəhrəmanımızın və Azərbaycanın suverenliyi ugrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib. Tədbirdə qəhrəmanımız haqqında Ağdam Rayon İcra Hakimiyətinin birinci müavini Allahverən Əliyev, Ağdam Rayon Veteranlar Təşkilatının sədri Elşən Zeynalov və digər natiqlər xatirələrini bölüşüblər. Qəhrəmanımızın şəhid oldugu yer döyüş yoldaşları,veteranlar tərəfindən ziyarət olundu.Sözügedən məkanda qəhrəmanımızın böyüdülmüş şəkli, bayraq dirəyi basdırılıb. Qəhrəmanımızın ruhuna Quran oxunub, dualar edilib. Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatının Ağdam Rayon Təşkilatıın sədri Elşən Zeynalov tədbirin keçirilməsinə dəstək verən əlaqədar qurum və şəxslərə - Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənova, Ağdam Rayon İqtisadiyyat Kollecinin drektoru Natiq Cavadova və direktor müavini Məhəmməd müəllimə təşəkkür edib, minnətdarlığını bildirib.
Read more
Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı M.Ağayev adına Üçtəpə kənd tam orta məktəbi ilə birlikdə şəhid Qənbərov Kamal Arif oğlunun anım günü ilə əlaqədar tədbir keçirib. Tədbirdən öncə şəhidlər Kompleksinin önünə güllər qoyulub. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Məktəbin direktoru Ağarəşid Kazımov, Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman, şəhid atası Nazim Paşayev, DQİDK- nin Cəlilabad rayonu üzrə nümayəndəsi Cavidan Rəşidov, “Qarabağ Əlillərinə Qayğı” ictimai birliyinin rayon bölməsinin sədri Asəf İsmayılov, Qarabağ müharibəsi qazisi Vüsal Muradzadə, şəhidin əmisi Zaman Qənbərov və başqaları çıxış edib şəhid Kamal Qənbərovun qısa həyat yolundan və göstərdiyi şücaətindən danışıblar. Onlar belə igidlərimizin bu gün məktəbli gənclərin vətənpərvərlik ruhunda böyüməsində nümunə olduqlarını xüsusi vurğulayıblar. Şagirdlərin söylədikləri şeirlər tədbir iştirakçılarına duyğulu anlar yaşadıb. Tədbirdən sonra şəhidin qəbri ziyarət olunub, şəhidlərimizin ruhuna dualar oxunub. Xatırladaq ki, Qənbərov Kamal Arif oğlu 1978-ci il aprelin 25-də Cəlilabad rayonunun Üçtəpə kəndində dünyaya göz açıb. O, doğma kəndindəki orta məktəbi bitirdikdən sonra 1996-cı ildə hərbi xidmətə çağırılıb. Kamalın xidmət etdiyi hərbi hissə Ermənistanla həmsərhəd olan Qazax rayonu ərazisindəki ön cəbhədə yerləşirdi. Düşmən tez-tez atəşkəsi pozub təxribatlar törədir, torpaqlarımızı zəbt etmək istəyirdilər. İgid əsgərlərimiz azğın düşmənlərin təxribatlarının qarşısnı almaq üçün cavab atəşi ilə onları susdururdular. Belə qəfil hücumların birində Qazax rayonunun Qaymaqlı kəndinin müdafiəsi zamanı Kamal Qənbərov qəhrəmancasına şəhid olur. O, 1997-ci il aprel ayının 7-də canından çox sevdiyi Vətən torpağı uğunda şəhidlik zirvəsinə ucalır. Qənbərov Kamal Arif oğlu 1997-ci il aprel ayının 8-də doğulub boya-başa çatdığı Üçtəpə kəndinin qəbirstanlığında dəfn olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Read more