Последние новости

“Rusiya Dövlət Dumasında MDB üzrə komitənin sədr müavini Konstantin Zatulinin Azərbaycan və Türkiyəni hədəf alan açıqlaması siyasi əxlaqsızlıq nümunəsindən başqa bir şey deyil”. Bunu saytımıza açıqlamaısnda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkivnik Cəlil Xəlilov bildiirb. Polkovnik qeyd edib ki, Zatulin öz gülünc ittihamları ilə tarixi həqqiətləri təhrif edir: “Zatulin öz açıqlamasında bildirir ki, “ermənilərin Dağlıq Qarabağdan qovulması 1915-i il soyqırımının davamıdır”. Bu, açıq-aşkar tarixi təhrif etmək, siyasi riyakarlıq sərgiləmək cəhdididr. Çünki hamı, o cümlədən, Ermənistanın özünə də yaxşı məlumdur ki, 1915-ci ildə Osmanlı imperiyasında ermənilərə qarşı heç bir soyqırımı və ya qətliyam törədilməyib. Əksinə, Birinci Dünya Müharibəsində Osmanlı imperiyasının 7 müxtəlif cəbhədə düşmənlərlə mübarizə aparmasından istifadə edən ermənilər, imperiya daxilində qiyam qaldıraraq dinc türklərə qarşı soyqırımı törədiblər. Belə olan halda tarixi təhrif edərək qatili qurban, qurbanı qatil kimi təqdim etmək beynəlxalq ictimaiyyəti aldatmaq cəhdindən başqa bir şey deyil. Zatulinin Vətən müharibəsindən sonra Azərbaycanın guya Qarabağdakı erməniləri qovması ifikri də cəfəngiyyatdan başqa bir şey deyil. Vaxtiylə Qarabağda süni şəkildə yerləşdirilən ermənilərin Vətən müharibəsindən sonra torpaqlarımızı könüllü şəkildə tərk etdiyi bütün dünyaya məlumdur. Bunu Qarabağdan köçən ermənilərin televiziya və digər media orqanlarına verdikləri açıqlamalar da təsiqləyir. . Görndyü kimi, Zatulin öz ənənəsinə sadiq qalaraq həm Osmanlı imperiyası, həm də Azərbaycanla bağlı tarixi həqiqətləri təhrif edir, düya ictimaiyyətini aldatmağa çalışır. Lakin Zatulin və onun kimiləri bilməlidirlər ki, dünya kimin-kim olduğunu yaxşı bilir. Bu gün Bakı Hərbi Məhkəməsində xalqımıza qarşı ağır cinyaətlərdə ittiham olunan ermənilərin səsləndirdiyi etiraflar, Ermənistan və ona bağlı separatçıların bütövlükdə bəşəriyyətə qarşı necə böyük cinayətlər törətdiyinin isbatıdır. Belə olan halda Zatulinin ermənilərin pozulan hüquqlarından danışması absurd və absurd olduğu qədər də iyrəngdir”. Seymur ƏLİYEV
Читать далее
80 il. Bu rəqəm təkcə bir zaman ölçüsü deyil. Bu bir xalqın yaddaşında silinməz iz buraxan fədakarlıqların, şəhid qanıyla yazılmış qəhrəmanlıq səhifələrinin, səngərlərdə yaşanan iztirabların və zəfərlə bitən müqəddəs savaşın simvoludur. 1945-ci ildə faşizm üzərində qazanılmış Qələbə yalnız hərbi gücün deyil, həm də xalqın iradəsinin, birliyinin və əzmkar ruhunun təntənəsi idi. Bu Zəfərin 80 illiyi münasibətilə keçirilən Dağıstan-Azərbaycan veteranlarının birgə forumu tarixin canlı şahidlərinin iştirakı ilə zamanın içindən boylanan bir sayğı duruşudur. Bu forumda səslənən hər bir fikir, səsləndirilən hər bir mahnı, bir-birini tamamlayan mədəniyyət nümunələri əslində bir xalqın keçmişinə etdiyi ehtiramın, gələcəyinə inamının ifadəsidir. Bu səfər və forumun ruhunda tarixi şəxsiyyətlərə olan dərin hörmət xüsusi yer tutur. Dağıstanda böyük ehtiramla anılan və Azərbaycan-Dağıstan dostluğunun təməlini atanlardan biri olan böyük dövlət xadimi Əziz Əliyev bu münasibətlərin canlı simvoludur. Onun II Dünya Müharibəsi illərində Dağıstanda göstərdiyi fədakar xidmətlər yalnız bir dövlət xadiminin fəaliyyəti deyildi, həm də qardaş xalqlar arasında mənəvi körpülərin çəkilməsi idi. Əziz Əliyev yalnız Dağıstan üçün deyil, Azərbaycan üçün də mənəviyyatın, humanizmin və qətiyyətin rəmzi kimi tarixə düşmüşdür. Mahaçqalada onun abidəsi önündə gül dəstələri qoyularkən təkcə bir şəxsiyyətin deyil, bir ideyanın, bir dostluğun, bir tarixin önündə baş əyildi. Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı o qəhrəmanlıq irsini layiqincə yaşadır, qoruyur və təbliğ edir. Böyük Vətən Müharibəsində qazanılan zəfərin ruhu Prezidentin çıxışlarında, qərarlarında və xüsusilə də işğaldan azad olunmuş torpaqlarda aparılan quruculuq işlərində yaşayır. Azərbaycanın sülhə, ədalətə və beynəlxalq həmrəyliyə verdiyi töhfələr əslində keçmişdən gələn müqavimət və zəfər ruhunun bu gün də yaşadığını sübut edir. Prezident İlham Əliyev ölkənin daxili və xarici siyasətində tarixi yaddaşı əsas götürərək gələcəyə yönəlmiş sabit və güclü siyasət həyata keçirir. Bu siyasətin təməlində məhz xalqlar arasında birliyə, tarixi həqiqətlərin müdafiəsinə və mədəni irsə verilən dəyər dayanır. Dağıstan və Azərbaycan veteranlarının birgə forumu təkcə sadə bir tədbir deyil, həmçinin hər səhifəsi qürur dolu səhifələrlə dolu olan tarixi memuardır. Bu memuar 80 il öncə qardaşlaşmış əllərlə, eyni düşmənə qarşı çiyin-çiyinə döyüşən Dağıstanlı və Azərbaycanlı əsgərlərin zəhməti və qanı ilə səngərlərdə yazılmışdı. O, Əziz Əliyevin humanist fəaliyyəti ilə onun Dağıstanda xalqın dərdinə yanan bir dövlət xadimi kimi yazdığı səhifələrlə zəngindir. O səhifələrdə təkcə siyasi addımlar deyil, insani münasibətlərin, xalq sevgisinin, vəfa və mərdliyin izləri vardır. Əziz Əliyevin simasında iki xalqın taleyi bir nöqtədə qovuşur və o nöqtə “qardaşlıq” adlanır. Bu xatirə və yaddaş bu gün İlham Əliyev tərəfindən davam etdirilir. Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyev məktəbinin yetirməsi kimi bu mirası uğurla yaşadır. Qarabağda yenidən doğulan şəhərlər, bərpa olunan mədəniyyət abidələri kimi bu forum da keçmişlə gələcək arasında mənəvi körpü salır. Bu forumda səslənən mahnılar, ifa olunan rəqslər, aparılan müzakirələr, xatırlanan igidlər bunların hər biri sanki o tarixi yaddaşın yeni səhifələridir. Dağıstan torpağında oxunan Azərbaycan şeiri, Dərbənd küçələrində səslənən “Qarabağ şikəstəsi” bir daha göstərdi ki, bu əsərin yazılışı hələ bitməyib. Onun hər səhifəsi yaşanır, onun hər misrası dostluq və vəfa ilə tamamlanır. Bu forum sübut etdi ki, zaman keçsə də yaddaş silinmir. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyətinin 2025-ci il aprelin 16-da Rusiya Federasiyasının Dağıstan Respublikasına etdiyi səfər məhz bu tarixi və mənəvi bağların yenidən canlandırılması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində Dağıstan və Azərbaycan veteranları arasında birgə forumun təşkili, qarşılıqlı təcrübə mübadiləsi və birgə tədbirlərin keçirilməsi planlarının müzakirəsi bu əməkdaşlığın praktiki təməllərini formalaşdırdı. Forumda ortaq tarixi hadisələrə bir daha nəzər salındı, müharibə dövrünün qəhrəmanlıq səhifələri yad edildi. Səfərin ən mühüm aspektlərindən biri xalqlarımızın ortaq tarixinin və mədəniyyətinin təbliği idi. Dərbənd və Mahaçqala şəhərlərində təşkil edilən tədbirlər, Azərbaycanın tarix və mədəniyyətə göstərdiyi diqqət və ehtiramı, bu istiqamətdə görülən işlərin davamlı olduğunu sübut etdi. Kitabxanalara bağışlanan kitablar, tarixi şəxsiyyətlərə ehtiramın ifadəsi olan abidələrin ziyarətləri, milli-mədəni dəyərlərin paylaşılması bu əməkdaşlığın mədəni təməllərinin necə güclü olduğunu bir daha göstərdi. Səfər çərçivəsində məktəblərdə keçirilən görüşlər, gimnaziyada aparılan müşahidələr gənclərin həm biliyə, həm də milli ruhda tərbiyəsinə verilən önəmin göstəricisi idi. Bu həm də veteranların öz təcrübə və dəyərlərini yeni nəslə ötürmək istəklərinin təzahürü idi. Forumda səsləndirilən mesajlar, xüsusilə də “Tarixi unutma, gələcəyi qoru” ideyası ətrafında səslənən çağırışlar, gənclər üçün bir yol xəritəsi rolunu oynayır. Səfərin mühüm strateji aspektlərindən biri də tariximizin təhrif olunması cəhdlərinə qarşı birgə mübarizə çağırışları idi. Polkovnik Cəlil Xəlilovun da vurğuladığı kimi zaman-zaman Azərbaycan və Dağıstan xalqları arasında qarşıdurma yaratmağa çalışan qüvvələr olub. Lakin bu səfər və forum göstərdi ki, xalqlarımızın birliyi və həmrəyliyi bu cür təxribatçı təşəbbüslərə qarşı ən güclü sipərdir. Veteranlar səviyyəsində əməkdaşlıq yalnız humanitar aspekt daşımır, həm də geosiyasi baxımdan əhəmiyyətli bir prosesdir. Azərbaycan və Dağıstan arasında qurulan bu körpü, ümumilikdə Rusiya və Azərbaycan arasında münasibətlərin daha sağlam zəmində inkişafına, regionda sabitliyin və qarşılıqlı anlaşmanın dərinləşməsinə töhfə verir. Forumda çıxış edən polkovnik Cəlil Xəlilov bu tədbirin sadə bir görüş deyil, tarixə olan sadiqliyin ifadəsi olduğunu bildirdi. O, vurğuladı ki, bu forum xalqlarımızın birgə mübarizə tarixinə, İkinci Dünya Müharibəsindəki ortaq zəfərimizə, Dağıstan və Azərbaycanın qəhrəman övladlarının şücaətinə bir ehtiramdır. Forumda Azərbaycan xalqının qələbədəki töhfələri xüsusilə də Bakı neftinin strateji əhəmiyyəti geniş şəkildə müzakirə olundu. Milli musiqilər, rəqslər, mədəniyyət nümunələri isə tədbirə emosional və mənəvi dəyər qatdı. Tanınmış simaların iştirakı forumun əhəmiyyətini daha da atrırdı.Forumda Dağıstan Respublikasının tanınmış dövlət xadimləri, ictimai-siyasi xadimlər, eləcə də çoxsaylı veteranlar iştirak edirdi. Bu geniş tərkibli iştirak forumun rəsmi və ictimai əhəmiyyətinin bariz göstəricisi oldu. Cəlil Xəlilov xüsusi olaraq Dağıstan Respublikasının Milli Siyasət və Dini İşlər üzrə naziri Müslümov Enrik Selimoviç, “Dərbənd Şəhər” Şəhər Dairəsinin başçısı Əhməd Quliyev, Maxaçqala Şəhər Veteranlar Şurasının sədri Qahrimanov Ferezulla Aqakerimoviç, Ümumrusiya Müharibə, Əmək və Silahlı Qüvvələr və Hüquq-mühafizə orqanlarının Veteranları Təşkilatının Dağıstan regional bölməsinin sədrinin I müavini Barkuyev Barku Maqomedoviç, Dərbənd Şəhər Veteranlar Şurasının sədri Hacımurad Yacımurad İbramoviç, hüquq-mühafizə orqanlarının veteranı Ağagülov Əmirbəy Xıdıroviç, əmək veteranı Hüseynov Hüseynbala Yəhyayeviç və digərləri iştirak edirdi. Mən bütün bu şəxslərə, xüsusilə də Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Mixail Yevdokimova, Dağıstan Respublikasının Azərbaycandakı nümayəndəsi general-mayor Əliyar Abdullayevə təşəkkür etdi. Həmçinin, Azərbaycan Respublikasının Prezident Administrasiyasının və dövlət qurumlarının göstərdiyi dəstək də yüksək qiymətləndirildi və mədəni və elmi tədbirlər keçmişə dəyər, gələcəyə yatırım fikri vurğilandı. Səfər çərçivəsində nümayəndə heyəti Dərbənd şəhərindəki Mirzə Kazım bəy adına mərkəzi kitabxanaya baş çəkdi. Burada Əziz Əliyev və Ümummilli lider Heydər Əliyevlə bağlı kitablar hədiyyə olundu. Kitabxanada Azərbaycan tarixi ilə bağlı zəngin və qayğı ilə qorunan mənbələrin mövcudluğu Dağıstan xalqının Azərbaycan mədəniyyətinə və tarixinə olan yüksək ehtiramının göstəricisi kimi dəyərləndirildi. Aprelin 18-də Mahaçqala şəhərinə edilən səfər çərçivəsində nümayəndə heyəti Əziz Əliyevin abidəsini ziyarət etdi. Veteranlar və məktəblilər qarşısında keçirilən çıxışlarda onun Dağıstan-Azərbaycan dostluğundakı tarixi rolu vurğulandı. Mahaçqala gimnaziyasında şagirdlərin yüksək vətənpərvərlik ruhu və bilik səviyyəsi nümayəndə heyətini dərin təsirləndirdi. Forumda gələcək planlar və perspektivlər geniş müzakirə olundu. Polkovnik Cəlil Xəlilov müsahibəsində qeyd etdi ki, qarşıda daha geniş əməkdaşlıq perspektivləri mövcuddur. Bu əməkdaşlıq yalnız veteran təşkilatlarının deyil, bütövlükdə Azərbaycan və Dağıstan xalqlarının strateji maraqlarına xidmət edir. O, bildirdi ki, yaxın vaxtlarda Dağıstanlı veteranların Azərbaycana səfəri təşkil olunacaq, o cümlədən işğaldan azad edilmiş ərazilərə səfərlərin təşkili, Azərbaycanın abadlıq-quruculuq işlərinin nümayişi prioritet istiqamətlərdəndir. Cəlil Xəlilovun vurğuladığı kimi iki xalq arasında zaman-zaman təxribat yaratmağa çalışan qüvvələrə qarşı belə dostluq tədbirləri mühüm sipər rolunu oynayır. Bu həm də gənc nəslə verilən bir mesajdır: tariximizi bilməli, birlik və qardaşlığımızı qoruyub saxlamalıyıq. Dağıstan və Azərbaycan veteranlarının birgə forumu təkcə keçmişə ehtiram deyil, eyni zamanda gələcək üçün möhkəm bir körpüdür. Bu forum göstərdi ki, iki xalq arasındakı qardaşlıq əlaqələri nəinki tarixi bir ənənədir, həm də uğurlu gələcəyə aparan yolun mənbəyidir. Bu dostluq, ortaq dəyərlər və mübarizə ruhu əsasında qurulan əməkdaşlıq, regionda sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edir. Azərbaycan və Dağıstanın igid oğul və qızları sülh, dostluq və birgə gələcək naminə bu gün də tarix yazmaqda davam edirlər! Qorqut Süleymanlı
Читать далее
80 il əvvəl - 1945-ci ildə II Dünya Müharibəsi sona çatdı. Bu müharibə insanlıq tarixinin ən qaranlıq və ən ağrılı dövrlərindən biri olaraq, milyonlarla həyatın itirilməsinə, ölkələrin çökməsinə və insanların hüquqlarının ciddi şəkildə pozulmasına səbəb oldu. II Dünya Müharibəsi yalnız bir döyüşlər silsiləsi deyil, eyni zamanda insanlığın özünü sınadığı və təkrar dəyərləndirdiyi bir prosesdir. 1939-cu ildən 1945-ci ilə qədər davam edən bu müharibə bütün dünyaya bir daha göstərdi ki, hər bir insanın azadlıq və yaşamaq hüququ müqəddəsdir və bu hüquqların pozulması cəmiyyətləri qaranlıq bir gələcəyə sürükləyə bilər. Müharibənin ilk illərindəki üzücü anlar, faşizmin və nasizmin Avropada yayılmasına, milyonlarla insanın məhv öldürülməsinə, həmçinin təbii resursların məhv olmasına qısacası böyük fəlakətlərə səbəb oldu. Lakin bu müharibə həm də müqavimət, döyüş və ümidin simvoluna çevrildi. Biz bu müharibənin bitməsinin 80-ci ildönümündə tarixə necə yanaşmalı olduğumuzu, keçmişdən hansı dərsləri öyrənməli olduğumuzu düşünməliyik. Bu müharibənin təbii olaraq Azərbaycanda da dərin izləri qalmışdır. Həm Sovet İttifaqının bir hissəsi olaraq, həm də müharibə iştirakçılarının həyatlarının şiddətini və çətinliyini yaşamaqla biz bu kədərli tarixə qarşı məsuliyyət daşıyırıq. Şəhidlərimiz və qazilərimiz bizə keçmişin ağırlığını, hər bir ailənin müharibə dövründə çəkdiyi əzabı, hər bir insanın itirdiyi həyatın dəyərini anladır. Ağaşirin Cəfərov kimi şəxsiyyətlər bizə göstərir ki, müharibənin əzabları yalnız müharibə meydanlarında deyil, həm də gündəlik həyatımızda özünü göstərir. Onların fədakarlığı, cəsarəti və mübarizəsi bu günümüzə işıq salır, bizə insanların daha yaxşı gələcək qurmaq üçün necə mübarizə apardığını xatırladır.Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə adını qızıl hərflərlə yazdırmış bu igid döyüşçü, Sovet İttifaqı Qəhrəmanı Ağaşirin Cəfərovun həyat və döyüş yolundan danışmaq böyük şərəfdir. Ağaşirin Cəfərov 25 fevral 1906-cı ildə Neftçala rayonunun Ballıcalı kəndində anadan olmuşdur. Uşaqlıq və gənclik illəri çətinliklər içində keçsə də, vətənə və xalqa bağlılıq hissi onun xarakterində əsas yer tutmuşdur. 1928-1930-cu illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. Böyük Vətən Müharibəsinin ilk günlərindən qələbə gününə kimi Qafqazdan başlayaraq Berlinədək döyüş yolu keçmiş, özünü bacarıqlı və igid komandir kimi tanıtmışdır. 1942-ci ilin noyabrında 51-ci ordunun tərkibindəki 416-cı Azərbaycan Milli Diviziyasında pulemyotçusu kimi döyüşə başlamışdır. Bu diviziya müharibə tariximizdə xüsusi yer tutur. çünki tərkibi əsasən azərbaycanlılardan ibarət idi və igidlərimiz burada böyük qəhrəmanlıqlar göstərmişdilər. Ağaşirin Cəfərov Melitopol yaxınlığında 1943-cü ilin oktyabrında aparılan döyüşlərdə göstərdiyi igidliklə yadda qalmışdır. Onun sərrast atəşi nəticəsində düşmənin 300-dən artıq canlı qüvvəsi məhv edilmiş, vacib yüksəklik azad olunmuşdur. Bu döyüşdə göstərdiyi rəşadətə görə 1 noyabr 1943-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Qeyd edək ki, bu ad 416-cı diviziyada ilk dəfə məhz Ağaşirin Cəfərova verilmişdi. Bu cəsur döyüşçü müharibə zamanı üç dəfə yaralansa da ruhdan düşməmiş, sona qədər vuruşmuş, Berlinədək şərəfli döyüş yolu keçmişdir. Müharibədən sonra o, doğma kəndinə qayıdaraq kolxoz və kənd soveti sədri kimi çalışmış, daha sonra Bakıda Neft-qazma idarəsində əmək fəaliyyətini davam etdirmişdir. Sakit və zəhmətkeş həyatı ilə də nümunə olmuşdur. 3 may 1984-cü ildə dünyasını dəyişən qəhrəmanımız Neftçala şəhərinin İsmilli aramgahında dəfn olunmuşdur. Bu gün onun adı Neftçala rayonu Astanlı kənd tam orta məktəbinə verilib. Şəhər parkında onun büstü, bir küçədə isə adı əbədiləşdirilib. Bu təkcə bir insanın xatirəsinə deyil, bir xalqın qəhrəmanlıq irsinə hörmətin təzahürüdür. Ağaşirin Cəfərov kimi qəhrəmanların xatirəsi yaşadıqca bizim milli ruhumuz, vətənpərvərliyimiz və tariximiz də yaşayacaqdır. Onların şücaəti bugünkü gənclər üçün örnək, gələcək nəsillər üçün isə əsl vətənpərvərlik dərsidir. Qəhrəmanlarımızı unutmayaq! Onları daima yad edək və xatırlayaq! Cəlil Xəlilov Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik
Читать далее
ilahlı Qüvvələrin Ali Baş
Читать далее
24 aprel 2025-ci il tarixində Gəncədə Heydər Əliyev Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Zəfərdən zəfərə gedən yol” adlı tədbir keçirilib. Ulu öndər Heydər Əliyevin heykəli ziyarət olunub, heykəlin önünə gül dəstələri qoyulub. İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 80, Vətən müharibəsində erməni faşizmi üzərindəki tarixi zəfərin 5-ci ildönümünə həsr edilən tədbirdən öncə, Ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması şöbəsinin müdiri Yadigar Bədəlov, polkovnik Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyətinə İcra başçısının salamlarını çatdırıb, tədbirin əhəmiyyətindən bəhs edib. Azərbaycan xalqının İkinci Dünya müharibəsində olduğu kimi, 44 günlük Vətən müharibəsində də böyük qəhrəmanlıqlara imza atdığını bildirən Yadigar Bədəlov, Gəncə şəhərinin dəfələrlə raket hücumlarına məruz qalmasına baxmayaraq, əsl cəsarət və mübarizlik sərgilədiyini, Azərbaycanın yenilməzlik simvoluna çevrildiyini bildirib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov çıxışında İkinci Dünya müharibəsinda Azərbaycan xalqının qələbəyə verdiyi tarixi töhfədən danışıb, xalqımızın ön və arxa cəbhədə böyük qəhəmanlıqlara imza atdığını bildirib: “Azərbaycan xalqı İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin əldə edilməsində həlledici rol oynayıb, ön və arxa cəbhədə əsl fədakarlıq sərgiləyib. Müharibə dönəmində 700 mindən çox azərbaycanlı hərbi əməliyyatıarda iştirak etmiş, onların təxminən yarısı həlak olmuşdur. İsrafil Məmmədov, Həzi Aslanov, Mehdi Hüseynzadə və daha onlarla cəsur azərbaycanlı Sovet İtifaqı Qəhrəmanı adına layiq görülmüş, minlərlə soydaşımız müxtəlif orden və medalalrla təltif edilmişdir. Qürurvericidir ki, 1945-ci ildə alman faşizmi üzərində zəfərdə mühüm rol oynayan Azərbaycan xalqı 2020-ci ildə erməni faşizmi üzərində də tarixi qələbə qazanmış, bununla da öz qəhrəmanlıq ənənəsinə sadiqliyini bütün dünyaya nümayiş etdirmidşir. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Silahlı Qüvvələri qarşısında tab gətirməyən Ermənistan ordusu, dinc yaşayış məntəqələrini, kənd və şəhərləri atəşə tutmuş, bununla da vətəndaşlarımız arasında xof yaratmağa, daxili ictimai-siyasi vəziyyəti gərginləşdirməyə çalımışdır. Müharibə dövründə erməni terroruna məruz qalan şəhərlərimizdən biri də Gəncə olmuşdur. Ermənilərin xain terror əməlləri nəticəsində Gəncədə bəzi yaşayış binaları dağıdılmış, mülki insanlar şəhid edilmişdir. Lakin buna baxmayaraq, Gəncə xalqı öz cəsarəti ilə düşmənə meydan oxumuş, fədakarlığı və cəsurluğu ilə bütün dünyanı heyrətə gətirmişdir. Əminəm ki, illər, əsrlər keçsə də xalqımızın həm İkinci Dünya müharibəsində, həm də Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar əsla unudulmayacaq, hər bir azərbaycanlının qəlbində yaşayacaq, daim ehtiram hissi ilə xatırlanacaqdır. Bu gün isə biz Vətən müharibəsində sərgilədiyimiz həmrəyliyi davam etdirməli, Prezidentimizin, dövlətimizin ətrafında sıx birləşməliyik. Unutmamalıyıq ki, bizim gələcək uğurlarımız, qələbə və müvvəffəqiyətlərimiz məhz bu birlikdən – dövlətimizə, Prezidentimizə, ordumuza verəcəyimiz dəstəkdən asılıdır”. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gəncə şəhər şöbəsinin sədr müavini Faxrəddin Usenov, İkinci Dünya müharibəsi ilə bağlı maraqlı faktlara diqqət çəkib, müharibədə iştirak edən atası ilə bağlı xatirələrini dilə gətirib. Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, “Rəşadət” ordenli, ehtiyatda olan mayor Mahir Hüseynov isə 44 günlük Vətən müharibəsində ordumuzun göstərdiyi qəhrəmanlıqdan danışıb. Özünün də bu müharibədə iştirak etdiyini bildirən Mahir Hüseynov, bundan qürur duyduğunu bildirib. 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin dünya hərb tarixi üçün yenilik sayılacaq bir çox uğurlu əməliyyatlar keçirdiyini bildirən Mahir Hüseynov, bu əməliyyatların NATO kimi yüksək hərbi hazırlığa malik qurumları belə heyrətə gətirdiyini vurğulayıb. Mahir Hüseynov gənclərə üz tutaraq bildirib ki, gənclər hərb tariximizə yaxından bələd olmalı, bu tarixi diqqətlə öyrənməli və sülh içində yaşamaq üçün daim müharibəyə hazır olmalıdır. Tədbirin sonunda xatirə şəkli çəkilib. Seymur ƏLİYEV
Читать далее

Tarix bəzən susar. Bəzən isə qışqırar sükutla. Elə Həmzə Sadıqovun həyat hekayəsi kimi: bir qəhrəmanın tarixin tozlu səhifələri arasına sıxışdırılmış, amma yenə də işıq saçan ömrü kimi. Hələ 1942-ci ildə Stalinqradın qan içində boğulduğu, insanlıqla vəhşiliyin bir-birinə qarışdığı vaxtda bir azərbaycanlı zabit Həmzə Sadıqov SSRİ-nin ən təhlükəli tapşırığını nasist generalı, yəhudi soyqırımının əsas icraçılarından biri olan İohan Rodenburqu əsir alma əməliyyatını həyata keçirdi. Bəs Həmzə Sadıqov kim idi? O, 1915-ci il oktyabrın 7-də Şuşada anadan olmuşdur. 1938-ci ildə Kiyev Artilleriya Məktəbində təhsil almışdır. Təhsilini tamamladıqda sonra İkinci Dünya müharibəsində ön cəbhədə kəşfiyyatçı kimi fəaliyyət göstərməyə başlamışdır. Stalinqrad döyüşləri zamanı baş leytenant rütbəsində batareya komandiri vəzifəsində xidmət etmiş, eyni zamanda Baş Kəşfiyyat İdarəsinin 4-cü şöbəsinin əməkdaşı olmuşdur. Müharibənin gedişatını dəyişən Stalinqrad döyüşlərində Həmzə Sadıqov da misilsiz igidlik göstərmişdir. 1941-ci ildə Stalinqradda müsəlman məscidinin, yəhudi sinaqoqunun, iki xristian kilsəsinin faşistlərdən təmizlənməsində yaxından iştirak etmişdir. 1942-ci ilin sonlarında bu şəhərdə yerləşən hərbi əsir düşərgəsindəki yəhudi ailələrini ölümün pəncəsindən qurtarmışdır. 1943-cü il yanvarın 31-də Stalinqradda alman ordusunun qərargahlarından birinin mühasirəyə alınması Həmzə Sadıqovun komandirlik etdiyi qrupa həvalə olunmuşdu. İyirmi beşdən çox faşisti təkbaşına məhv edən Həmzə Sadıqov binanın zirzəmisində saxlanılan onlarla yəhudi uşağını əsirlikdən azad etmiş, qərargahdakı alman general-leytenantı İohann Fon Rodenburqu əsir götürmüşdür. Bu əməliyyatın uğurla başa çatması təkcə bir generalın əsir alınması deyildi. Bu nasizmin qəlbinə endirilmiş simvolik bir zərbə idi. Rodenburq Adolf Hitlerin etibar etdiyi generallardan biri idi. O, faşist ideologiyasının təkcə döyüş meydanında deyil, həm də insanlıq əleyhinə cinayətlərindəki bariz təmsilçilərindən biri idi. Onun rəhbərlik etdiyi qoşunlar Stalinqradda yalnız hərbi əməliyyatlarla məşğul deyildi. Onlar həm də şəhərin zirzəmilərində yəhudi ailələrini məhv edirdilər. Bu vəhşiliyin qarşısında isə bir azərbaycanlı zabit Həmzə Sadıqov dayanmışdı. “Sadıqaşvili”, “Ded Qamza” kod adları ilə SSRİ-nin Baş Kəşfiyyat İdarəsində (QRU) fəaliyyət göstərən Həmzə Sadıqov Rodenburqun qərargahını mühasirəyə alır. Alman dilini mükəmməl bilən bu igid Rodenburqu təslim olmağa razı salır. Lakin alman generalı son anda silahından istifadə edərək Sadıqovu yaralayır. Amma o, yaralı halda belə öz tapşırığını yerinə yetirir və Rodenburqu əsir götürərək tarixi dəyişdirir. Bu əməliyyat bir xalqın qüruru, faşizmə nifrətin təntənəsi, bəşəriyyətə isə bir töhfə idi. Rodenburqun əsir düşməsi Hitlerə böyük zərbə idi. Qeyri-rəsmi “general Sadıqov” titulunu daşıyan Həmzə Sadıqov təcili olaraq hospitala yerləşdirilir. Onun növbəti “döyüşü” isə məhz burada başlamış olur. Həmzə Sadıqov hər gün saatlarla sorğuya çəkilir. Məqsəd ondan ibarət olur ki, alman generalının əsir götürülməsi milliyətcə azərbaycanlı olan bir qəhrəmanın adına yazılmasın. Həmin ərəfədə Anastas Mikoyanın Stalinqrad cəbhəsi ilə sıx əlaqələri olmuşdur. O, bu cəbhənin təminat və təchizatı ilə məşğul olmaqda idi. Rodenburq əsir götürüləndə Mikoyan Stalinə generalın Ermənistan könüllüləri tərəfindən əsir götürüldüyünü bildirib. Mübahisəyə həkim ekspertlər son qoyur. Həmzə Sadıqovun bədənindən çıxarılan qəlpə Rodenburqun şəxsi silahının gülləsindən olduğu sübuta yetirilir. Əsl həqiqətin üzə çıxarılmasında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırovun da böyük rolu olub. O, Həmzə Sadıqovun müalicə aldığı hospitalda onu ziyarət etmiş və öz xətti ilə məsələni tam araşdırdıqdan sonra Stalinə və Beriyaya müraciət etmişdir. Stalin Siyasi Büronun iclasında məsələyə son qoyaraq fikrini belə bildirib: “Həmzə Sadıqov əsl qafqazlılara məxsus qəhrəmanlıq, qorxmazlıq, mərdlik nümayiş etdirib...”Mircəfər Bağrov Bakıya qayıtdıqdan sonra Həmzə Sadıqova Sovet İttifaqı Qəhrəmanı adının verilməsi ilə bağlı Moskvaya - Kremlə müraciət edir. Bu məsələdə də Anastas Mikoyan bütün mümkün variantlardan istifadə edərək təltif məsələsinin qarşısını almağa çalışmışdı. Bununla da imperiyanın içində başqa bir savaş başlayır: haqsızlıq savaşı. Sovet rəhbərlərindən Anastas Mikoyan bu tarixi uğuru erməni könüllülərinin adına yazdırmağa çalışır. Həmzə Sadıqovun adı silinməyə çalışılır. O, NKVD tərəfindən sorğuya çəkilir, daha sonra işgəncəyə məruz qalır. Məqsəd sadə idi: həqiqət susdurulsun, qəhrəman erməni elan edilsin. Sadıqov isə hətta əvəzində həyatının axarını dəyişəcək zülmə məruz qalacağını bilə-bilə bu yalanı imzalamağa razı olmur. Tarixin yaddaşını bəzi siyasətçilər pozmaq istəsə də Həmzə Sadıqovun qəhrəmanlığını Mircəfər Bağırov, Lavrenti Beriya, Heydər Əliyev kimi şəxsiyyətlər unutmur. Onlar bu haqsızlığın aradan qaldırılması üçün mübarizə aparır, onun adını tarixə qaytarmağa çalışmışdır. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyərkən Ulu öndər Heydər Əliyev Volqoqradda sənaye işçiləri ilə görüşündə Həmzə Sadıqovun faşist generalını təkbaşına əsir götürdüyünü xatırlatmış, qələbənin əldə olunmasında azərbaycanlıların da şücaətini qeyd etmişdi. Qəhrəman Həmzə Sadıqov haqqında həqiqətlərin dünya mətbuatında işıqlandırılmasında Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Melih Yevdayevin beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin rəhbəri Arye Qutun, Rusiya Yəhudi Konqresinin vitse-prezidenti dağ yəhudilərinin STMEQİ Beynəlxalq xeyriyyə fondunun prezidenti German Zaxaryayevin böyük rolu olmuşdur. Həmzə Sadıqov müharibədən sonra doğma yurduna - Ağdama qayıdır. Amma aldığı yaralar onu vaxtsız şəkildə həyata əlvida deməyə vadar edir. O, 1964-cü ildə, 49 yaşında vəfat etmişdir. Ağdam qəbiristanlığındakı məzarı da erməni vandalları tərəfindən dağıdılır. Ancaq tarixi silmək olmur. Həmzə Sadıqov, bu ad təkcə bir zabitin yox, bütöv bir xalqın şərəfinin, ədalət uğrunda mübarizəsinin adıdır. O, təkcə Rodenburqu əsir almadı, o, faşizmə və imperiya daxilindəki məkirə qarşı ruhun, vicdanın, insanlığın qalibiyyətini simvollaşdırdı. Azərbaycan xalqı bu gün Həmzə Sadıqovu sadəcə bir hərbçi kimi yox, haqqı qoruyan rəmzi, bəşəriyyətin yaddaşında qalan bir xilaskar kimi tanımalıdır. Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik
Читать далее23 aprel 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkil etdiyi “Zəfərdən zəfərə gedən yol” adlı tədbir keçirilib. “Konstitusiya və Suverenlik İli” çərçivəsində reallaşan tədbirdən öncə polkovnik Cəlil Xəlilov və icra başçısı Elxan Usubov Ulu öndərin Heydər Əliyev Mərkəzi qarşısındakı heykəlini ziyarət edib, heykəl önünə gül dəstələri qoyublar. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və resublikamızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xalqımızın İkinci Dünya müharibəsi və 44 günlük Vətən müharibəsindəki qəhrəmanlığını əks etdirən sənədli film nümayiş etdirilib. Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Eklxan Usubov tariximizin qəhrəmalıqlarla zəngin olduğunu bildirib. Xalqımızın İkinci dünya müharibəsində faşizmin məğlub edilməsində mühüm rol oynadığını bildirən icra başçısı, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qələbə qazandığını, respublikamızın ərazi bütövlüyünü bərpa etdiyini vurğulayıb. İcra başçısı çıxışında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının vətənpərvərlik tərbiyəsinin təbliği sahəsində gördüyü işləri yüksək qiymətləndirdiyini bildirib, bu fəaliyyətin həm qəhrəmanlıq tariximizin təbliği, həm də vətənpərvərlik ruhunun qorunması baxımından mühüm önəm kəsb etdiyini qeyd edib. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 1945-ci ildə xalqımızın alman faşizmi üzərində əldə etdiyi qələbəni 2020-ci ildə erməni faşizmi üzərindəki tarixi zəfərlə təkrarladığını bildirib. Təşkilat sədri qeyd edib ki, Azərbaycan gəncliyi cəmi 44 gün ərzində erməni işğalçılarını darmadağın etməklə öz babalarının qəhrəmanlıq ənənəsinə sadiqlik nümayiş etdirib, xalqımıza böyük zəfər bəxş ediblər. Bununla yanaşı polkovnik Cəlil Xəlilov Vətən müharibəsindəki həmrəyliyin bundan sonra da qorunub saxlanılmasının vacibliyini vurğulayıb: “Azərbaycan xalqı Vətən müharibəsində öz böyük oğlu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək tarixi qələbəni təmin etdi. Bütün dünyaya göstərdi ki, xalq öz ordusunun, öz Ali Baş Komandanının yanındadır. Biz bu həmrəyliyi bundan sonra da qoruyub saxlamalı, dövlətimizin, dövlət başçımızım hər bir çağırışını dəstəkləməliyik. Bu gün dövlətimizin işğaldan azad edilən ərazilərdə böyük quruculuq işləri həyata keçirir. Şəhid ailələrinə, veteranlara dövlətimiz tərəfindən göstərilən qayğı göz qabağındadır. Bizim üçün qürurvericidir ki, Prezidentimizin bu siyasəti yerlərdə də yüksək səviyyədə təşkil olunur. Şəki Şəhər İcra Hakimiyyətinin bu istiqmaətdə gördüyü işləri xüsusilə vurğulanmalıdır. Şəki Şəhər İcra Hakimiyyəti, eləcə də şəhərdəki digər dövlət qurumlarının yetkililəri vətəndaşlarla mütəmadi görüşlər keçirir, onları qayğı və istəkləri ilə maraqlanır, dövlətimizin inkişafı üçün bir bütöv olaraq əllərindən gələni əsirgəmirlər. Hazırda çoxsaylı sosial layihələrin icrasını təmin etməklə yanaşı, dövlətimiz Silahlı Qüvvələrimizi daha da gücləndirmək üçün mühüm addımlar atır. Müdafiə və təhlükəsizliyimin etibarlı şəkildə təmininin bir nömrəli vəzifə kimi daim diqqət mərkəzində saxlayır. Bütün bunların fonunda bizim dövlətimizin yanında olmağımız mütləqdir və əminəm ki, xalqımız hər zaman olduğu kimi bundan sonra da ordusu, Prezidenti, dövləti ilə həmrəy olmaqda davam edəcək”. Tədbirdə çıxış edən İkinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılovun övladı Cavanşir Cəbrayılov atasının döyüş yolundan bəhs edib, müasir Azərbaycan gəncliyinin qəhrəmanlıq tarixinə, milli-mənəvi dəyərlərə sadiqliyindən qürur duyduğunu bildirib. 44 günlük Vətən müharibəsi qazisi Taleh Qurbansoy döyüş xatirələrindən danışıb, qalib müharibənin qalib əsgəri olmaqla fəxr etdiyini bildirib. Tədbirin sonunda şəhid ailələri, veteranlar, gənclər və ctimai fəallarla xatirə şəkli çəkilib. Seymur ƏLİYEV
Читать далее
II Dünya Müharibəsi dünya xalqlarını sınağa çəkdi. Bu sınaq təkcə hərbi mübarizə ilə bitmədi, eyni zamanda insanlığın qarşısında ən böyük əxlaqi və mənəvi sınağını qoydu. Azərbaycan xalqı da II Dünya Müharibəsində fədakarlıq göstərərək canlarını fəda etmişdir, digər tərəfdən isə arxa cəbhədə fəaliyyət göstərərək ölkəmizin müharibəyə dəstəyini təmin etmişlər. Bütün bu döyüşlərin və həyatın gətirdiyi ağrıların fonunda Azərbaycan xalqının qəhrəmanlıq ruhu, birlik və bərabərlik əzmi, bizə bugünkü müstəqil və inkişaf edən Azərbaycanı qurmaq üçün parlaq bir nümunə oldu. Xatırladığımız hər bir şəhid və qazimiz bizə yalnız müharibənin acı nəticələrini deyil, həm də mübarizə, azadlıq və insan hüquqlarına olan dərin hörməti öyrədir. Bu müharibə bir daha bizə göstərdi ki, xalqın birliyi və müqaviməti qarşısında heç bir çətinlik duruş gətirə bilməz. Abbas Quliyev də həmin mübarizənin qəhrəmanlarındandır. Abbas Quliyev müharibə dövründə bir çox döyüşlərdə göstərdiyi qəhrəmanlıqla xalqımıza böyük bir nümunə olmuşdur. 1916-cı ildə Naxçıvan qəzasının indiki Babək rayonu Şəkərabad kəndində dünyaya gələn Abbas Quliyev gənc yaşlarından əməksevərliyi və elmə, təhsilə olan bağlılığı ilə seçilirdi. 1930-cu ildə ibtidai məktəbi bitirdikdən sonra təhsilini davam etdirmək məqsədilə Bakıya üz tutdu və burada fabrik-zavod şagirdliyi məktəbində oxudu. Təhsilə olan həvəsi onu 1936-cı ildə pedaqoji məktəbi bitirməyə qədər apardı. Eyni zamanda incəsənətə olan marağı onu Naxçıvan Dövlət Dram Teatrında aktyorluq fəaliyyətinə gətirdi. Lakin II Dünya Müharibəsi başlayanda o da milyonlarla sovet vətəndaşı kimi silaha sarıldı. 1942-ci ildə Topçular Məktəbini bitirib cəbhəyə yollandı. Bryansk, "Mərkəz", 1-ci Belorusiya cəbhələri, Oryol, Belqorod, Poltava, Xarkov, Donbas kimi strateji bölgələrdə, Dnepr, Visla və Oder çayları uğrundakı döyüşlərdə iştirak etdi. Varşavanın azad olunmasında göstərdiyi igidlik nəticəsində qvardiya kapitanı rütbəsinə qədər yüksəldi. 1945-ci ilin martında Almaniyanın Noyştetin şəhəri yaxınlığındakı döyüşlərdə ağır yaralanan Abbas Quliyev müalicə aldıqdan sonra həmin ilin avqustunda I dərəcəli Vətən Müharibəsi əlili kimi ordu sıralarından tərxis olundu. Abbas Quliyevin hərbi xidmətinə verilən ən böyük qiymət isə 1945-ci il fevralın 25-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi oldu. SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanına əsasən Visla çayı uğrunda döyüşlərdə göstərdiyi şəxsi qəhrəmanlıq və bacarığı yüksək qiymətləndirildi. Eyni zamanda o, Lenin ordeni, 1-ci dərəcəli Vətən Müharibəsi ordeni, Aleksandr Nevski ordeni, Qırmızı Bayraq ordeni və "Qızıl Ulduz" medalı ilə təltif olunmuşdur. Müharibədən sonra da Abbas Quliyev cəmiyyət üçün çalışmaqdan vaz keçmədi. 1945-ci ildən yenidən Naxçıvan Dövlət Dram Teatrına qayıdaraq direktor vəzifəsində çalışdı. 1946–1953-cü illərdə Maarif Nazirinin müavini, Ali Sovetin Rəyasət Heyətinin katibi kimi yüksək vəzifələrdə çalışdı. Daha sonra Naxçıvan şəhər İcraiyyə Komitəsinin sədri kimi fəaliyyət göstərmişdir. Əmək fəaliyyətinə və ictimai xidmətlərinə görə o, ittifaq əhəmiyyətli təqaüdçü statusu ilə təltif olunmuşdu. IV, IX və X çağırışlarda Naxçıvan MSSR Ali Sovetinin deputatı seçilmişdir. Abbas Quliyevin həyat yolu müharibə meydanından mədəniyyət sahəsinə, dövlət idarəçiliyinə qədərki geniş bir spektri əhatə edir. O, həm igid döyüşçü, həm də məsuliyyətli vətəndaş kimi Azərbaycan tarixində əbədi iz buraxmışdır. II Dünya Müharibəsinin başa çatmasından 80 il keçməsinə baxmayaraq yalnız tariximizin ən qaranlıq səhifələrindən birini deyil, həm də bu səhifələrdə yazılmış qəhrəmanlıq hekayələrini, mübarizələri və döyüşləri xatırlayırıq. Biz, II Dünya Müharibəsi dövründə həyatlarını itirən hər bir şəhidin, öz torpağını qorumaq uğrunda mübarizə aparan hər bir qəhrəmanın, habelə onların ailələ üzvülərinin önündə dərin ehtiramla baş əyirik.
Читать далее16 апреля делегация во главе с председателем организации ветеранов войны, труда и вооруженных сил полковником Джалилем Халиловым посетила Республику Дагестан Российской Федерации, в ходе визита провела ряд встреч. В беседе с полковником Джалилем Халиловым мы рассказали о мероприятиях, проведенных во время визита, и о важности этих мероприятий: - Джалиль муаллим, прежде всего, мы хотели бы узнать ваши мысли и впечатления о поездке в Дагестан. Какие аспекты этой поездки вы считаете наиболее полезными? Я считаю визит в Дагестан, встречи, которые мы провели во время этого визита, весьма полезными как с точки зрения расширения связей дружбы и сотрудничества между ветеранами Азербайджана и Дагестана, развития историко-культурного единства наших народов, так и пропаганды наших исторических истин. Для информации отметим, что мы посетили Дагестан по приглашению председателя Дагестанского регионального отделения Всероссийской организации ветеранов войны, труда, Вооруженных сил и правоохранительных органов аликанова махарама рамалдановича. 17 апреля в городе Дербенте мы приняли участие в совместном форуме ветеранов Дагестана и Азербайджана, посвященном 80-летию Победы над фашизмом. Форум был организован на довольно высоком уровне. На форуме мы обратили внимание на историческую победу, достигнутую над фашизмом в результате совместной борьбы наших народов, рассказали о том, как эта победа была достигнута ценой больших жертв и героизма. Также на форуме мы с чувством гордости и гордости вспомнили летописи героизма, проявленного отважными сынами народа Азербайджана и Дагестана на войне. Снова и снова отмечалась бакинская нефть, роль этого фактора в победе над фашизмом. В художественной части форума прозвучали песни на языках народов Дагестана и Азербайджана, были представлены образцы танца, принадлежащего национальным культурам. Этот форум еще раз показал, что исторические дружеские связи между народами Дагестана и Азербайджана столь же вечны и неразрывны, как и вечны. В форуме приняли участие известные государственные и общественно-политические деятели Республики Дагестан, а также многочисленные ветераны. Муслимов Энрик Селимович, глава городского округа “город Дербент” Ахмед Гулиев, председатель Махачкалинского городского совета ветеранов гариманов ферезулла агакеримович, председатель Дагестанского регионального отделения Всероссийской организации ветеранов войны, труда, Вооруженных сил и правоохранительных органов I заместитель Баркуев барку Магомедович, председатель Дербентского городского совета ветеранов Гаджимурад Яджимурад Ибрамович, ветеран правоохранительных органов Агагулов Амирбек Хыдырович, Ветеран труда Гусейнов Гусейнбала Яхьяевич и другие. Я благодарен всем этим лицам, в частности главе Республики Дагестан Сергею Меликову, послу Российской Федерации в Азербайджанской Республике Михаилу Евдокимову, представителю Республики Дагестан в Азербайджане генерал-майору Алияру Абдуллаеву. В то же время я благодарен Администрации Президента Азербайджанской Республики, всем заинтересованным государственным структурам за поддержку, оказанную нам в поездке. -Какие еще встречи вы провели в рамках визита? - После форума мы также посетили Центральную библиотеку имени Мирзы Казым-Бека в Дербенте, подарили руководству библиотеки книги о покойном государственном деятеле Азизе Алиеве, Общенациональном лидере Гейдаре Алиеве. Нам было очень приятно, что в Центральной библиотеке в Дербенте есть ценные книги по истории Азербайджана, и эти книги охраняются с большой заботой. Созданные в Центральной библиотеке условия, большая забота и любовь к информации о тысячелетнем прошлом наших народов свидетельствуют о высокой оценке дружественным дагестанскому народу своей истории, культуры, пройденного исторического пути Азербайджана. 18 апреля мы также посетили город Махачкала, посетили памятник-комплекс покойного государственного деятеля Азиза Алиева, возложили букеты цветов. И я, и Аликанов Махарам Рамалданович, выступая перед ветеранами, школьниками, общественно-политическими активистами, рассказали об исторической роли Азиза Алиева в развитии дружественных связей между народами Дагестана и Азербайджана. Во время визита в Махачкалу мы также посетили гимназию в этом городе. Наряду с уровнем знаний учащихся, обучающихся здесь, нас буквально поразил высокий патриотический дух. Одним словом, эта поездка подарила нам новую информацию и друзей о Дагестане, открыла широкие перспективы для нового сотрудничества. - Джалиль муаллим, какие шаги вы планируете предпринять в ближайшем будущем для развития сотрудничества между ветеранами Дагестана и Азербайджана? - Считаю, что расширение сотрудничества между ветеранами Дагестана и Азербайджана имеет важное значение с точки зрения интересов не только ветеранских организаций, но и наших народов в целом. Ни для кого не секрет, что время от времени между двумя дружественными народами возникали коварные силы, которые пытались посеять семена недоверия, пытаясь поставить эти народы лицом к лицу. Однако и Дагестанский, и азербайджанский народ решительно сказали “Нет” этим силам, разоблачив их. Наши народы сохранили свою бдительность, солидарность, единство. Такие поездки приводят к еще большему укреплению сплоченности среди ветеранов, которые являются частью народа, что сужает поле для подрывных сил, внешнего вмешательства. Кроме того, факты, озвученные во время этого визита, обсуждаемые исторические факты, показывают молодому поколению, что дружба, братство народов Дагестана и Азербайджана уходит корнями в долгие века, я бы сказал, в тысячелетия. Наш долг-поддерживать, развивать и продвигать эти дружеские, братские связи. В этом смысле в ближайшем будущем планируется предпринять ряд шагов для дальнейшего развития взаимодействия между ветеранами Дагестана и Азербайджана. Надеюсь, что в текущем году мы добьемся визита дагестанских ветеранов в нашу страну, продолжим обсуждение Дербента и Махачкалы в Баку и других регионах наших республик. Организация визита делегации на освобожденные от оккупации территории, презентация нашим друзьям больших благоустроительных работ, проведенных нашим народом под руководством победоносного Верховного Главнокомандующего Ильхама Алиева, также являются одними из наших главных пожеланий. Для развития связей между ветеранами Дагестана и Азербайджана предусмотрен еще ряд шагов, о которых мы будем регулярно информировать общественность. Уверен, что предпринятые нами шаги еще больше укрепят азербайджано-дагестанскую дружбу, создадут большие возможности для развития этой дружбы для будущих поколений. Сеймур Алиев
Читать далееAprelin 16-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Dağıstan Respublikasına səfər edib, səfər əsnasında bir sıra görüşlər keçirib. Polkovnik Cəlil Xəlilovla söhbətimizdə səfər əsnasında keçirilən tədbirlər və bu tədbirlərin önəmindən bəhs etdik: -Cəlil müəllim, öncə Dağıstan səfəri ilə bağlı fikir və təəssüratlarınızı bilmək istərdik. Bu səfəri hansı aspektlərdən daha faydalı hesab edirsiniz? -Mən Dağıstan səfərini, bu səfər əsnasında keçirdiyimiz görüşləri həm Azərbaycan-Dağıstan veteranları arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, həm xalqlarımızım tarixi-mədəni birliyinin inkişafı, həm də tarixi həqiqətlərimizin təbliği baxımından olduqca faydalı hesab edirəm. Məlumat üçün qeyd edək ki, biz Dağıstana Ümumrusiya Müharibə, Əmək və Silahlı Qüvvələr və Hüquq-mühafizə orqanlarının Veteranları Təşkilatının Dağıstan regional bölməsinin sədri Alicanov Maharam Ramaldanoviçin dəvəti əsasında səfər etmişdik. 17 aprel tarixində Dərbənd şəhərində faşizm üzərində qələbənin 80 illiyinə həsr olunan Dağıstan və Azərbaycan veteranlarının birgə forumunda iştirak etdik. Forum olduqca yüksək səviyyədə təşkil edilmişdi. Biz Forumda xalqlarımızın birgə mübarizəsi nəticəsində faşizm üzərində əldə edilən tarixi zəfərə diqqət çəkdik, bu zəfərin necə böyük qurbanlar və qəhrəmanlıqlar bahasına əldə edildiyindən danışdıq. Həmçinin, Forumda Azərbaycan və Dağıstan xalqının igid övladlarının müharibədə göstərdiyi qəhrəmanlıq salnamələrini qürur və iftixar hissi ilə xatırladıq. Bakı nefti, bu faktorun faşizm üzərindəki qələbədəki rolu da dönə-dönə qeyd edildi. Forumun bədii hissələrində Dağıstan və Azərbaycan xalqlarının dilində mahnılar səsləndirildi, milli mədəniyyətlərimizə məxsus rəqs nümunələri təqdim edildi. Bu Forum bir daha göstərdi ki, Dağıstan və Azərbaycan xalqları arasındakı tarixi dostluq əlaqələri əzəli olduğu qədər əbədi və qırılmazdır. Forumda Dağıstan Respublikasının tanınmış dövlət xadimləri, ictimai-siyasi xadimlər, eləcə də çoxsaylı veteranlar iştirak edirdi. Dağıstan Respublikasının Milli Siyasət və Dini İşlər üzrə naziri Müslümov Enrik Selimoviç, “Dərbənd Şəhər” Şəhər Dairəsinin başçısı Əhməd Quliyev, Maxaçqala Şəhər Veteranlar Şurasının sədri Qahrimanov Ferezulla Aqakerimoviç, Ümumrusiya Müharibə, Əmək və Silahlı Qüvvələr və Hüquq-mühafizə orqanlarının Veteranları Təşkilatının Dağıstan regional bölməsinin sədrinin I müavini Barkuyev Barku Maqomedoviç, Dərbənd Şəhər Veteranlar Şurasının sədri Hacımurad Yacımurad İbramoviç, hüquq-mühafizə orqanlarının veteranı Ağagülov Əmirbəy Xıdıroviç, əmək veteranı Hüseynov Hüseynbala Yəhyayeviç və digərləri iştirak edirdi. Mən bütün bu şəxslərə, xüsusilə də Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Mixail Yevdokimova, Dağıstan Respublikasının Azərbaycandakı nümayəndəsi general-mayor Əliyar Abdullayevə təşəkkür edirəm. Eyni zamanda, səfərdə iştirakımıza verdiyi dəstəyə, göstərdiyi köməkliyə görə Azərbaycan Respublikasının Prezident Administrasiyasına, bütün əlaqədar dövlət qurumlarımıza minnətdaram. -Səfər çərçivəsində daha hansı görüşlər keçirdiniz? -Biz Forumdan sonra Dərbənd şəhərində Mirzə Kazım bəy adına olan mərkəzi kitabxanaya da səfər etdik, kitabxana rəhbərliyinə mərhum dövlət xadimləri Əziz Əliyev, Ümummilli lider Heydər Əliyevlə bağlı kitablar hədiyyə etdik. Bizim üçün olduqca xoş oldu ki, Dərbənddəki mərkəzi kitabxanada Azərbaycan tarixinə aid qiymətli kitablar mövcuddur və bu kitablar böyük qayğı ilə qorunmaqdadır. Mərkəzi kitabxanada yaradılan şərait, xalqlarımızın minillik keçmişinə aid məlumatların böyük qayğı və sevgi ilə qorunması dost Dağıstan xalqının özünün və Azərbaycanın tarixinə, mədəniyyətinə, keçdiyi tarixi yola verdiyi yüksək qiyməti göstərir. 18 aprel tarixində biz Mahaçqala şəhərinə də səfər etdik, mərhum dövlət xadimi Əziz Əliyevin heykəl-kompleksini ziyarət etdik, gül dəstələri qoyduq. Həm mən, həm də Alicanov Maharam Ramaldanoviç veteranlar, məktəblilər, ictimai-siyasi fəallar qarşısında çıxış edərək Əziz Əliyevin Dağıstan və Azərbaycan xalqları arasındakı dostluq əlaqələrinin inkişafındakı tarixi rolundan danışdıq. Mahaçqala səfəri zamanı biz bu şəhərdəki gimnaziyada da olduq. Burada təhsil alan şagirdlərin bilik səviyyəsi ilə yanaşı, yüksək vətənprəvərlik ruhu bizi sözün əsl mənasında heyran qoydu. Bir sözlə, bu səfər Dağıstan haqqında bizi yeni məlumatlar və dostlar qazandırdı, yeni əməkdaşlıqlar üçün geniş perspektivlər açdı. -Cəlil müəllim, Dağıstan-Azərbaycan veteranları arasındakı əməkdaşlığın inkişafı üçün yaxın gələcəkdə hansı addımlar atmağı planlaşdırırsınız? -Hesab edirəm ki, Dağıstan-Azərbaycan veteranları arasındakı əməkdaşlığın genişlənməsi sadəcə veteran təşkilatlarının deyil, ümumilikdə xalqlarımızın mənafeyi baxımından mühüm əhəmiyyətə malikdir. Heç kimə sirr deyil ki, zaman-zaman iki dost xalq arasında etimadsızlıq toxumları səpməyə çalışan, bu xalqları üz-üzə qoymağa çalışan məkirli qüvvələr olub. Lakin həm Dağıstan, həm də Azərbaycan xalqı bu qüvvələrə qətiyətlə “yox” deyib, onları ifşa edib. Xalqlarımız öz sayıqlığını, həmrəyliyini, birliyini qoruyub saxlayıb. Bu cür səfərlər xalqın bir hissəsi olan veteranlar arasında birliyin daha da güclənməsinə səbəb olur ki, bu da təxribatçı qüvvələr, kənar müdaxiləlr üçün meydanı daraldır. Bundan başqa, bu səfər əsnasında səsləndirilən faktlar, müzakirə edilən tarixi həqiqətlər gənc nəsillərə də göstərir ki, Dağıstan və Azərbaycan xalqlarının dostluğu, qardaşlığı uzun əsrlərə, mən deyərdim ki, minilliklərə söykənir. Bizim borcumuz bu dostluq, qardaşlıq əlaqələrini qorumaq, inkişaf və təbliğ etməkdir. Bu mənada yaxın gələcəkdə Dağıstanla Azərbaycan veteranları arasında qarşılıqlı əlaqələrin daha da inkişafı üçün bir sıra addımların atılması nəzərdə tutulub. Ümid edirəm ki, biz cari ildə Dağıstanlı veteranların ölkəmizə səfərinə nail olacaq, Dərbənd və Mahaçqala müzakirələrini Bakı və respublikalarımızın digər bölgələrində davam etdirəcəyik. Nümayəndə heyətinin işğaldan azad edilən ərazilərə səfərinin təşkili, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımızın bu ərzilərdə həyata keçirdiyi böyük abadlıq işlərinin dostlarımıza təqdim etmək də əsas istəklərimiz sırasındadır. Dağıstan və Azərbaycan veteranları arasındakı əlaqələrin inkiaşfı üçün daha bir sıra addımlar nəzərdə tutulur ki, bu haqda mütəmadi şəkildə ictimaiyyətə məlumatlar verəcəyik. Əminəm ki, atdığımız addımlar Azərbaycan-Dağıstan dostluğunu daha da möhkəmkəndirəcək, gələcək nəsillərə bu dostluğu inkiaşf etdirmək üçün daha böyük imkanlar yaradacaq. Seymur ƏLİYEV
Читать далее
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram: 1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2 500,0 (iki min beş yüz) manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1 250,0 (bir min iki yüz əlli) manat məbləğində birdəfəlik maddi yardım verilsin. 2. Bu Sərəncamın 1-ci hissəsinin icrası məqsədilə: 2.1. Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,2 milyon (üç milyon iki yüz min) manat vəsait ayrılsın; 2.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulmuş vəsaitin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsini təmin etsin; 2.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik maddi yardımın bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş şəxslərə ödənilməsini təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti.
Читать далее