Последние новости

18 mart 2025-ci il saat11:00-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Konstitusiyamız və Suverenliyimiz – dövlətimizin təhlükəsizliyinin qarantıdır” mövzusunda konfrans keçirilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov konfransı açıq elan edib. Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Konfransda çıxış edən polkovnik Cəlil Xəlilov “Konstitusiya və Suverenlik İli”nin önəminə toxunub, bu istiqamətdə görülən və görüləcək işlərə diqqət çəkib: “ Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi, ölkənin hüquqi və siyasi sisteminin əsas prinsiplərinə, eləcə də dövlətin suverenliyinin qorunmasına diqqət çəkən mühüm bir addımdır. Bu il ərzində keçiriləcək tədbirlər, Azərbaycan xalqının müstəqilliyinin və dövlətçiliyinin gücləndirilməsinə xidmət edəcək və bu mövzuların daha geniş ictimaiyyətə çatdırılmasına imkan yaradacaq. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbirlər planı təsdiq edilib və bu plana əsasən silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bugünkü konfransın keçirilməsində əsas məqsəd “Konstitutsiyamız və Suverenliyimiz – dövlətimizin təhlükəsizliyinin qarantıdır” ideyası üzərində fokuslanmaqdır. Konstitusiya və suverenlik dövlətin daxili və xarici siyasətində əsas müstəvidir və bu mövzunun müzakirəsi ölkəmizin gələcək inkişafı, hüquqi sabitliyi və milli təhlükəsizliyinin qorunması üçün çox vacibdir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında suverenliyimiz, dövlət təhlükəsizliyimiz yüksək səviyyədə qorunmaqdadır. Bu müstəvidə Azərbaycan Silahlı Qüvvələri, xüsusi xidmət orqanlarımız və digər dövlət qurumları böyük əmək və fədakarlıq sərf etməkdədir. Lakin Konstitusiya və Suverenliyimizin qorunması, dövlət təhlükəsizliyimizin təmini elə vacib və həyati məsələdir ki, bu prosesdə cəmiyyətimizin hər bir fərdi, eləcə də gənclərimiz və veteranlarımız fəal iştirak etməli, bu prosesə davamlı şəkildə öz töhfələrini verməlidir. Biz Ulu öndər Heydər Əliyevdən miras qalan dəyər və ənənələri, eləcə də Konstitusiyamızı, Prezident İlham Əliyev tərəfindən tam təmin edilən Suverenliyimizi qorumalı, bu irsi tarixi bir əmanət kimi gələcək nəsillərə çatdırmalıyıq”. Daha sonra Konstitusiya Məhkəməsi Aparatının Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdiri Rüstəm Səlimov, Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi polkovnik Elşad Əbilov, Bakı Dövlət Universitetinin professoru Ağalar Abbasbəyli, Dövlət İdarəçilik Akademiyasının III kurs tələbəsi Nəzrin Abdullayeva, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü, Birinci Qarabağ müharibəsi və Əmək veteranı İmran Əbilov, Bakı Dövlət Universitetinin professoru İsmayıl Əliyev, Şuşa Rayon Veteranlar Təşkilatının sədri Ağalar Əliyev çıxış ediblər. Tədbirdə Alyans Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin sədri polkovnik Fəxri Abbasov, Xüsusi xidmət orqanlarının veteranı Roman Kazımov və digər qonaqlar iştirak edib. Tədbirin sonunda xatirə şəkli çəkilib. Seymur ƏLİYEV
Читать далее
Martın 13-də keçirilən XII Qlobal Bakı Forumunda Azərbaycan Prezidenti İlham Əliyev çıxışında beynəlxalq münasibətlər, enerji siyasəti, regional təhlükəsizlik və Azərbaycan-Ermənistan münasibətləri kontekstində mühüm məsələlərə toxundu. “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusu çərçivəsində cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Qlobal Bakı Forumunun beynəlxalq əhəmiyyətini bir daha göstərmiş oldu.Azərbaycanın ev sahibliyi etdiyi Qlobal Bakı Forumu artıq qlobal səviyyədə nüfuz qazanmış mühüm beynəlxalq platformadır. Forum çərçivəsində dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və nüfuzlu ekspertlər mühüm məsələləri müzakirə edirlər. Cənab Prezident İlham Əliyevin çıxışında vurğulandığı kimi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bu prosesdəki rolu əhəmiyyətlidir və Azərbaycanın beynəlxalq əməkdaşlıq platformalarını uğurla idarə etməsi qlobal siyasətdəki mövqeyini gücləndirir.Prezident İlham Əliyevin çıxışında Azərbaycanın 2024-cü ilin noyabrında ev sahibliyi etdiyi COP29-a xüsusi diqqət ayrıldı. O, Azərbaycanın bu tədbiri təşkil etməsinin dünya ölkələrinin ölkəmizə olan etimadının göstəricisi olduğunu vurğuladı. COP29 çərçivəsində Bakıda bərpaolunan enerji sahəsində maliyyələşmənin üç dəfə artırılması (100 milyarddan 300 milyard dollara qədər) qərarı mühüm uğur kimi dəyərləndirildi. Bu, Azərbaycan üçün yeni iqtisadi imkanlar açır və yaşıl enerji istehsalında ciddi irəliləyişə zəmin yaradır.Eyni zamanda, ölkə rəhbəri Azərbaycanın enerji siyasətində şaxələndirməyə üstünlük verdiyini qeyd edərək, ölkənin həm neft-qaz, həm də bərpaolunan enerji resurslarına əsaslanan modelə keçdiyini bildirdi. Bu siyasət Azərbaycanın qlobal enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir.Cənab Prszidentin çıxışının diqqətçəkən məqamlarından biri Azərbaycanın enerji siyasətinin təkcə milli deyil, həm də regional və qlobal miqyasda mühüm təsirlərə malik olması idi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan bu gün 12 Avropa ölkəsi də daxil olmaqla, 10-dan çox ölkənin enerji təhlükəsizliyinə töhfə verir. Xüsusilə, Avropa İttifaqının Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul etməsi və enerji marşrutlarının diversifikasiyası fonunda Bakı mühüm geosiyasi aktora çevrilib.Bununla yanaşı, ölkə rəhbəri Azərbaycanın yeni enerji layihələrinə – yaşıl enerji ixracına, Xəzər-Qara dəniz marşrutuna və yeni enerji kabelinə xüsusi diqqət çəkdi. Bu təşəbbüslər Avropanın enerji təhlükəsizliyini möhkəmləndirmək üçün strateji əhəmiyyət daşıyır və Azərbaycanın bu sahədə əsas oyunçulardan biri kimi rolunu təsdiqləyir.Forumda qlobal informasiya müharibəsi və Azərbaycana qarşı kampaniya da diqqətçəkici məqamlardan idi. Prezident İlham Əliyev çıxışında Azərbaycanın qlobal informasiya müharibəsi ilə üzləşdiyini və xüsusilə Qərb mediasının COP29 öncəsi ölkəyə qarşı kampaniya apardığını vurğuladı. Qərbin, xüsusilə Fransanın aparıcı media qurumları vasitəsilə Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə çalışdığı qeyd olundu.Bu, ilk dəfə deyil ki, Qərb media qurumları və bəzi siyasi dairələr Azərbaycanın milli maraqlarına qarşı kampaniya aparırlar. Bunun əsas səbəblərindən biri Azərbaycanın müstəqil siyasət aparması, beynəlxalq münasibətlərdə öz suverenliyini qətiyyətlə qoruması və böyük dövlətlərin təzyiqlərinə boyun əyməməsidir. Dövlət başçısı bu kontekstdə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi fonunda xarici təzyiqlərin artdığını qeyd etdi.Prezident İlham Əliyev çıxışında Ermənistanın Azərbaycana qarşı işğal siyasətinin nəticələrinə toxunaraq, azad edilmiş ərazilərin tamamilə dağıdıldığını vurğuladı. Bununla yanaşı, sülh prosesinə dair Azərbaycanın irəli sürdüyü prinsiplərin əsasən qəbul edildiyini, lakin Ermənistanın hələ də müəyyən maneələr yaratdığını qeyd etdi.Sülh prosesi çərçivəsində əsas məqam Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qalmasıdır. Müzəffər Ali Baş Komandan açıq şəkildə bildirdi ki, Azərbaycan Ermənistanın bu iddialardan imtina etməsini tələb edir. Əks halda, sülh prosesinin davamlı olması sual altına düşə bilər.Bundan əlavə, Prezident Ermənistanın yeni silahlanma siyasətinin və xarici aktorlar tərəfindən hərbi dəstək almasının yeni müharibəyə hazırlıq əlaməti ola biləcəyini bildirdi. Bu, Cənubi Qafqazda sabitliyin pozulması üçün ciddi təhlükə yarada bilər.Prezident İlham Əliyevin XII Qlobal Bakı Forumundakı çıxışı Azərbaycanın qlobal və regional siyasətində mühüm mövqeyini bir daha ortaya qoydu. Azərbaycanın enerji təhlükəsizliyi sahəsində oynadığı mühüm rol, yaşıl enerji strategiyası və beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkənin qlobal nüfuzunu artırır.Bununla yanaşı, dövlət başçısının Qərb mediası və bəzi xarici dairələr tərəfindən aparılan kampaniyaya cavabı, Azərbaycanın informasiya müharibəsinə qarşı mübarizə apardığını göstərir. Ermənistanla sülh prosesində isə Azərbaycanın mövqeyi dəyişməz qalır: Azərbaycanın suverenliyi və ərazi bütövlüyü heç bir kompromisə getmədən qorunacaq.Bütün bu amillər Azərbaycanın qlobal siyasətdə daha fəal rol oynamağa davam edəcəyini və regionda lider mövqeyini daha da möhkəmləndirəcəyini göstərir. Məşhur MəmmədovMilli Məclisin deputatı
Читать далее
Cəlil Xəlilov: “Prezidentimizin bu Forumda verdiyi mesajlar sadəcə regionumuzun deyil, bütün planetinimizin gələcəyi baxımından mühüm əhəmiyyətə malikdir” “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu dünyamızın gələcəyi, planetimizin təhlükəsizliyi baxımından mühüm əhəmiyyətə malikdir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, dünyanın nüfuzlu siyasətçilərinin, hökumət nümayəndələrinin təmsil olunduğu Forumda gələcək dünya nizami, sülh və humanizm, habelə qlobal problem və təhdidlərlə mübarizə kimi vacib məqamlara diqqət çəkilib: “Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu ümumdünya əhəmiyyətinə malik son dərəcə önəmli beynəlxalq tədbir, səmərəli müzakirə platformasıdır. Dünyamızın üzləşdiyi problemlər, planetimizin qarşılaşdığı təhdidlər bu bəlalardan birlikdə mübarizəni zəruri edir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı xüsusi əhəmiyyətə malikdir. Cənab Prezidentimiz öz çıxışında bir sıra nüanslara diqqət çəkdi ki, bunların sırasında COP 29, ekoloji və enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq, sülh və təhlükəsizlik səylərinin artırılması və s. kimi məsələlər yer alır. Prezidentimiz öz çıxışında bütün dünyaya planetimizin xilası, sülh və həmrəylik baxımından mühüm mesajlar verdi, vacib çağırışlar səsləndirdi. Hansı ki, bu çağırışlar yeni, daha ədalətli və təhlükəsiz dünya düzəninin formalaşması baxımından həyati əhəmiyyətə malikdir. Prezidentimiz Forumdakı çıxışında Avropa İttifaqının monitorinq missiyasına, bu missiyanın faktiki olaraq kəşfiyyat missiyasına çevrildiyinə diqqət çəkdi. Fransa və digər qüvvələrin Ermənistanı silahlandırmaq, yeni müharibəyə hazırlamaq cəhdləri bir daha dünya siyasilərinin gözü önündə ifşa olundu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ortaya qoyduğu çoxaylı faktlar və dəmir arqumentlərlə bütün dünyaya sübut etdi ki, Cənubi Qafqazda sülhün bərqərar olmasını istəməyən qüvvələr var və bu qüvvələrin başında Fransa, eləcə də erməni diasporu gəlir. Prezidentimizin çıxışında Qərbin korrupsioner məmurları, onların erməni diasporu tərəfindən maliyyələşdirilməsi ilə bağlı həqiqətlər də açıq şəkildə ortaya qoydu. Cənab İlham Əliyev Ermənistanın havadarı qismində çıxış edən korrupsioner məmurları adbad ifşa etdi. Göstərdi ki, Azərbaycan bütün bu faktlar haqqında məlumatlıdır və hər zaman olduğu kimi bu gün də həqqiəti dilə gətirməkdən çəkinmir. XII Qlobal Bakı Forumu həm yeni dünya düzənin formalaşması, həm də Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından tarixi əhəmiyyətə malikdir. Yüksək səviyyədə təşkil edilən bu Forum ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da artıracaq, dünyadakı hər kəsə sadəcə Cənubi Qafqazda deyil, planetimizdəki reallıqları daha aydın dərk etməkdə kömək edəcək”. Seymur ƏLİYEV
Читать далее
“Qardaş xalqlar ədəbiyyatı - Özbək ədəbiyyatı” silsiləsindən... Ruhum ağrılardan qıvrılır yenə, Vücudun soyuyub sönməyi vardır. Bu suçsuz ürəyim sızlayır yenə, Yenə yarın məndən dönməyi vardır. Sənə gəlməkdəyəm könlümdə umud, Gecəni, gündüzü düşünüb yordum: Ya sözün kölgəli bəyaz bir bulud, Ya qara gözlərin əzabın yurdu. Sonra Allah dedim, bax, mən allahsız, Köksümdə daşlaşdı bir qərar: – İlğım! Hamı günahkardı, hamı günahsız, Əzab dalımızca düşüb, yazığıq. Bilirəm, yanında xətrim əzizdir, Bu canın o cana enməyi vardır. Asi ürəyimdə gözlənti izi, Yenə yarın mənə dönməyi vardır. MƏN SƏNƏ MƏKTUBLAR YAZDIM Mən sənə məktublar yazdım hər axşam, Sözlər sehrlədi dörd bir yanını. Ehtimal, üzünə sürtdün məktubu, Ehtimal, dişlədin bal dodağını. Bu dəmdə diksinib birləşdi ruhlar, Həsrətlər bərabər qol-qola girdi. Mən səni aradım dünyabadünya, Sən də yol-yol gəldin mənim yanıma. Qarşında qəlbini açıb tökər kim Hərfbəhərf, sözbəsöz, məktubbaaməktub? Bilmirəm, əzabmı, sevincmi bizə, Eşq hansı məktubu sayacaq məqbul. Ağlım vücudumda yanar, titrəyər, Bu təsadüf vüsal xəyala dönər. İndi hər nəfəsdə səslərəm canım, Gəlsənə, gəlsənə, gəlsənə mənə. Dar hücrəm doludur dilsiz kağızla, İnlədi qələmdən ayrı əllərim. Özünü şüşəyə çırpdı dünyanın Qanadlı, qanadsız kəbutərləri. Bağışla! Nə yazım, dilimdə söz yox, Təəssüf, görmədin qəlbimdəkini. Hansı asimana, yavrum, sevinclə, Sənsiz gözlərimlə baxım mən indi? Qələmi sındırdım, iş oldu tamam. Bir sirri anlatdım, köhnədir, dinlə: “Baxışımdan köçər baxışlarına Könlümdə yazılan ən gözəl namə...”. Mən sənə məktublar yazdım hər axşam... Rəhmət BABACAN Özbəkistan Respublikası Şair, tərcüməçi, “İstirab fısıltısı” və “Üzbə-üz” adlı şeir kitablarının müəllifi. Azərbaycan dilinə tərcümə etdi: Səlim Babullaoğlu
Читать далее
Abşeron rayonunda “Ailə - dəyişməyən dəyərimiz” mövzusunda tədbir keçirilib. Abşeron rayon İcra Hakimiyyətinin və Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə RİH əməkdaşları, kollecin müəllim və tələbə kollektivi iştirak edib. Abşeron RİH aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Seymur Qasımov və Abşeron-Xızı Regional Təhsil İdarəsinin psixoloqu İstək Bəxtiyarova çıxış edərək bildiriblər ki, Azərbaycan qadını hər zaman ailə dəyərlərini hər şeydən üstün tutub və ailələrin qorunması, dağılmaması istiqamətində, sözün həqiqi mənasında, fədakarlıq göstəriblər. Lakin son zamanlar qloballaşan dünyada gənc ailələrin dağılması, boşanma hallarının sayının artması baş verir. Bu tendensiyanın ölkəmizdə də müşahidə olunduğunu vurğulayan çıxışçılar qeyd ediblər ki, dövlət bu kimi məsələləri diqqətdə saxlayır və gənc ailələrin dağılmaması, ailə institutlarının qorunması istiqamətində müxtəlif səpkili tədbirlər, layihələr həyata keçirir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Gənc ailələrə tövsiyələr” adlı kitabçanın hazırlandığı bildirilərək vurğulanıb ki, kitabçada milli-mənəvi dəyərlərimizə diqqət yetirilib, ailədaxili konfliktlərdən qaçma yolları və ailə bağlarının möhkəmləndirilməsi istiqamətində tövsiyələr yer alıb. Sonda tədbir iştirakçılarına sözügedən kitabça paylanılıb, müəllim və tələbə kollektivini maraqlandıran suallar cavablandırılıb.
Читать далее
Mart ayının 11-də Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Gəncə Şəhər Ağsaqqallar Şurasının, Şəhər İcra Hakimiyyətinin, YAP Gəncə şəhər təşkilatının, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsinin birgə təşkilatçılığı ilə “Türk dünyası qovuşağında milli-mənəvi və dini dəyərlərimizin qorunması, inkişaf etdirilməsi dövlət siyasətinin əsasını təşkil edir” mövzusunda konfrans keçirilib. “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş bu konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov, Türkiyə səfirliyinin Gəncə Baş Konsulluğunun müavini Yiğit Yalın, DQİDK Gəncə-Daşkəsən regional bölməsinin müdiri Həsən Məmmədov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, ağsaqqallar, ziyalılar, şəhid valideynləri, həmçinin Gəncədə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, təhsil müəssisələrinin müəllim-tələbə heyəti, eləcə də Gəncədə təhsil alan və çalışan türkiyəli müəllim və tələbələr, digər ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Konfransı ADAU-nun rektoru Zəfər Qurbanov açıq elan edərək tədbir iştirakçılarını salamlayıb və bildirib ki, milli-mənəvi, dini dəyərlərin qorunması və inkişaf etdirilməsi Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir. “Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu sahədə mühüm addımlar atılır. Gənclərin milli ruhda tərbiyə olunması, onların tariximizi, mədəniyyətimizi dərindən öyrənməsi istiqamətində müxtəlif layihələr icra edilir. ADAU olaraq biz də bu prosesə töhfə verməyə çalışırıq”, – deyə rektor vurğulayıb. Natiq, həmçinin, əlavə edib ki, Azərbaycan Ağsaqqallar Şurasının, eləcə də Şuranın Gəncə şəhər təşkilatının üzvləri milli-mənəvi, dini dəyərlərimizin qorunması və gənc nəslə aşılanması prosesində fəal iştirak edirlər. Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov mövzu ilə bağlı fikirlərini bildirib. Bu sahədə aparılan dövlət siyasətindən bəhs edib. Vurğulayıb ki, son günlərdə Gəncədə səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəhərdə məscid və kilsənin mövcud vəziyyəti ilə yaxından tanış olması milli-mənəvi və dini dəyərlərimizin qorunması, inkişaf etdirilməsi ilə bağlı dövlət siyasətinin bariz göstəricisidir. Tədbirdə çıxış edən DQİDK Gəncə-Daşkəsən regional bölməsinin sədri Həsən Məmmədov və Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov da bu sahədə qarşıda duran vəzifələr barədə fikirlərini səsləndiriblər. Onlar, həmçinin, milli-mənəvi dəyərlərin qorunması istiqamətində maarifləndirmə işlərinin gücləndirilməsinin vacibliyini qeyd ediblər. Türkiyə səfirliyinin Gəncə Baş Konsulluğunun müavini Yiğit Yalın “Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır” mövzusunda çıxış edərək, iki qardaş ölkə arasında tarixi əlaqələrin və strateji əməkdaşlığın, eləcə də ortaq dəyərlərimizin qorunmasının və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini vurğulayıb. Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov konfransın iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayaraq, özünə doğma hesab etdiyi bütün gəncəliləri Yel çərşənbəsi və qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə təbrik edib. “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən bu konfransın çox aktual bir mövzuya həsr olunduğunu vurğulayaraq bildirib ki, xalqımızın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlərimiz bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyatımız və incəsənətimizdir. Azərbaycan Ağsaqqallar Şurasının əsas məqsədlərindən və fəaliyyət istiqamətlərindən biri xalqımızın milli-mənəvi dəyərlərini və tarixi ənənələrini, habelə müasir inkişaf meyillərini nəzərə almaqla ölkənin ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyət həyatının müxtəlif məsələlərinin həllinə ağsaqqalların töhfəsini təmin etməkdən ibarətdir. Ağsaqqallarımız öz bilik və təcrübələrini əsirgəməyərək milli-mənəvi dəyərlərimizi qoruyur və gənc nəslə ötürürlər. Natiq, həmçinin, bildirib ki, Ulu Öndər Heydər Əliyev də ağsaqqaların bu missiyasını yüksək dəyərləndirərək onları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırıb. Lakin unutmayaq ki, milli-mənəvi dəyərlərimizi qloballaşma dövrünün mənfi tendensiyalarından qorumaq, xalqımızın min illər boyu yaratdığı zəngin tarixi-mədəni irsi gələcək nəsillərə olduğu kimi çatdırmaq hər birimizin, hər bir Azərbaycan vətəndaşının üzərinə düşən bir vəzifədir. Bayram Yusifov, həmçinin, Türk dünyasında, eləcə də Türk Dövlətləri Təşkilatında təmsil olunan Azərbaycanın və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu qurumdakı əhəmiyyətli fəaliyyətindən ətraflı bəhs edib. Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin rəhbərliyi ilə Şura üzvlərinin Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının işində yaxından iştirak etdiklərini vurğulayıb. ADAU-nun İctimai fənlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Samirə Qasımova və Şah Abbas məscidinin dini icmasının sədri Əlisəftər Səfərəliyev də çıxışlarında milli-mənəvi, dini dəyərlərin qorunması və inkişafının vacibliyini qeyd ediblər, bu dəyərlərin gənc nəslə aşılanmasının cəmiyyətin mənəvi bütövlüyü üçün önəmli olduğunu bildiriblər. Konfransda iştirak edən şəhid Rauf Əsgərovun anası Brilyant Əsgərova da mövzu ilə bağlı fikirlərini bölüşüb. Sonda Gəncə Şəhər Ağsaqqallar Şurası sədrinin birinci müavini Zabit Xəlilov konfransın qəbul etdiyi Bəyannaməni tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Читать далее
Veteran.gov.az xəbər verir ki, DSX 2025-2026-cı tədris ili üzrə Xüsusi Məktəbin V sinfinə şagirdlərin qəbulunu elan edir. ÜMUMİ MÜDDƏALAR: Tədris dili: Azərbaycan dili QƏBUL ŞƏRTLƏRİ: Xüsusi Məktəbin V sinfinə qəbul imtahanında 2025-ci il dekabrın 31-dək 10 yaşı tamam olan və 12 yaşı tamam olmayan, qəbul aparılan ildə ümumi təhsil pilləsinin IV sinfində təhsil alan fiziki cəhətdən sağlam olan, Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər. SƏNƏDLƏRİN QƏBULU: İmtahanda iştirak etmək istəyən namizədlər 2025-ci ilin 27 mart tarixinədək Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi internet saytında (www.dim.gov.az) “Şəxsi kabinet” yaratmalı və pul hesabına 40 AZN əlavə etməlidirlər. Daha sonra dim.gov.az saytının baş səhifəsində yerləşdirilmiş keçid vasitəsilə elektron ərizəni dolduraraq qeydiyyatdan keçməlidirlər. DİM-in saytında "Şəxsi kabinet" yaratmaq üçün şagirdlər əvvəlcə təhsil aldıqları orta məktəbə müraciət edərək fərdi məlumatlarının «Şagird-məzun» dövlət elektron məlumat sisteminə daxil edilməsini təmin etməlidirlər. Daxil edilmiş məlumatlarda “imtahana buraxılır” və ya “hazırda təhsil alır” bəndi seçilməlidir. Əks halda həmin şagirdlər imtahanda iştirak etmək üçün elektron qeydiyyatdan keçə bilməyəcəklər. Məktəbə xarici ölkə vətəndaşlarının qəbulu dövlətlər arasında bağlanmış müqavilələrə uyğun olaraq həyata keçirilə bilər. İMTAHANLARIN KEÇİRİLMƏ QAYDALARI: Qəbul imtahanı DİM tərəfindən test üsulu ilə keçiriləcəkdir. İmtahan 13 aprel 2025-ci il tarixində Bakı şəhərində keçiriləcək. İmtahanın keçirilmə yeri haqqında məlumat qeydiyyat başa çatdıqdan sonra DİM-in saytında elan olunacaqdır. Namizədlər “imtahana buraxılış vərəqəsi”nı imtahan gününə 5 gün qalmış DİM-in saytından əldə edə bilərlər. Test imtahanı aşağıdakı fənlər üzrə Azərbaycan dilində aparılır: Azərbaycan dili; Riyaziyyat. Hər fənn üzrə 30 qapalı tipli sual təqdim ediləcəkdir. İmtahanın müddəti 90 dəqiqədir. İmtahana gələrkən namizədlər: -şəxsiyyət vəsiqəsi; -imtahana buraxılış vərəqəsi gətirməlidirlər. Şəxsiyyət vəsiqəsində şəkli olmayan namizədlər təhsil aldıqları məktəbdən IV sinifdə təhsil alması barədə fotoşəkilli arayış (fotoşəkil möhürlə təsdiq edilməlidir) təqdim etməlidirlər. Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır. İmtahanın nəticələri Dövlət Sərhəd Xidmətinə təqdim ediləcəkdir. Yüksək nəticə göstərmiş namizədlər DSX tərəfindən tibbi və digər yoxlamalara cəlb olunacaqlar. Bütün mərhələləri uğurla keçən və ən yüksək bal toplayan namizədlər Xüsusi Məktəbə qəbul olunacaqlar. Əlavə məlumat almaq üçün Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə müraciət edilə bilər. Ünvan: Mərdəkan qəsəbəsi, Ramil Qasımov küçəsi 5. Əlaqə telefonu: 012-554-92-44
Читать далее
Adil Qeybulla: “İctimai iaşə müəssisələrinin nəzarətdə saxlanılması vacibdir, çünki...” Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) paytaxt restoranlarında sistemli yoxlamalar həyata keçirməkdə, bəzi restoranlarda ciddi nöqsanlar aşkarlamaqdadır. Buna nümunə olaraq “Xarı bülbül”, “Otdıx”, “Vətən”, “Top Qapı” restoranlarında aşkar edilən nöqsanları göstərmək olar. AQTA tərəfindən keçirilən reydlər, bu reydlər nəticəsində aşkar edilən nöqsanların ortadan qaldırılması xəstəlik və zəhərlənmələrin qarşısının alınması baxımından nə dərəcədə əhəmiyyətlidir? Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən professor Adil Qeybulla, ictimai iaşə müəssisələrində bu cür reydlərin keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib: “Bu bir həqiqətdir ki, qida təhlükəsizliyi ilə bağlı bütün dünyada problemlər var. Zaman-zaman bu problemlərin ortaya çıxmasına, ictimailəşməsinə şahid oluruq. Məsələ bundadır ki, istənilən qidanın hazırlanmasının texnologiyası var. Qüvvədə olan texniki standartlara, normativ-hüquqi aktlara hər kəs əməl etməlidir. AQTA də məhsulun istehsal prosesini qeydiyyata alarkən bu təlimatı mütləq nəzərə alır. Əgər bu təlimat pozulubsa, bu, hüquqi məsuliyyət yaradır. Qidanın ilkin inqridiyentləri, xammalın keyfiyyət parametrləri, hazırlanma prosesi, saxlanma şəraiti və s. standartlardan kənara çıxırsa, burada hansısa problemlər aşkarlanırsa, o zaman bu, son məhsul halında da insanların sağlamlığı üçün risk yaradır. Belə olan halda onların hüquqi məsuliyyətə cəlb edilməsi vacibdir. Bu baxımdan AQTA tərəfindən mütəmadi yoxlamaların keçirilməsi, ictimai iaşə müəssisələrini nəzarətdə saxlaması olduqca önəmlidir. Bu, vətəndaşların sağlamlığının qorunması baxımından mühüm əhəmiyyətə malikdir”. Seymur ƏLİYEV
Читать далее11 mart 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Rəyasət Heyətinin iclası keçirilib. Veteran.gov.az xəbər verir ki, iclasda çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov cari il üçün qarşıda duran vəzifələrə diqqət çəkib, görüləcək işlərlə bağlı Rəyasət Heyətini məlumatlandırıb, onların təklifləri ilə maraqlanıb. İclasın sonunda təşkilat sədri tərəfindən qaldırılan məsələlər Rəyasət Heyəti tərəfindən yekdilliklə dəstəklənib.
Читать далее
Artıq 33 ildir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları təqdirəlayiq inkişaf yolu keçərək üzərinə düşən vəzifələri uğurla yerinə yetirir. Bu gün Daxili Qoşunlar dövlətçiliyimizin keşiyində qətiyyətlə dayanıb. Ötən dövrdə Daxili Qoşunlar ölkə rəhbərliyi tərəfindən ona göstərilən yüksək etimadı peşəkar xidməti-döyüş fəaliyyəti ilə doğrultmağa çalışıb. Yaradıldığı gündən daim dövlətin təhlükəsizliyinin qorunması naminə əzmkarlıq göstərən Daxili Qoşunların inkişaf və yüksəliş yolunun təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin xüsusi diqqət və qayğısı nəticəsində Daxili Qoşunlar müasir maddi-texniki bazaya, yüksək döyüş hazırlığına malik hərbi quruma çevrilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Daxili Qoşunların fəaliyyəti əsaslı şəkildə təkmilləşdirilib, döyüş qabiliyyəti daha da gücləndirilib, mövcud infrastruktur yenilənib, müasir tipli silahlar, texnikalar alınıb, şəxsi heyətin xidmət və məişət şəraiti, habelə sosial rifahı daha da yaxşılaşdırılıb. Daxili Qoşunlar ötən müddətdə ölkə daxilində ictimai təhlükəsizliyin təmin olunması ilə yanaşı, ön cəbhədə düşmənə qarşı döyüş əməliyyatlarında da iştirak edib. Birinci Qarabağ müharibəsi dövründə hərbi qulluqçularımızın od-alovlu səngərlərdə göstərdikləri şücaət və fədakarlıq nümunələri xalqımızın yaddaşında silinməz iz qoyaraq tarixləşib. Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-ci il martın 9-da imzalanmış Fərmana uyğun olaraq, 12 mart tarixi Daxili Qoşunlar Günü elan olunub. Bu da təsadüfi deyildi. Məhz müstəqil Azərbaycanın Daxili Qoşunlarının şəxsi heyəti ölkəmizin ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşlərə ilk dəfə olaraq 1992-ci ilin mart ayının 12-də başlayıb. Daxili Qoşunların 9 nəfər hərbi qulluqçusu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Onlardan 8 nəfəri bu fəxri adla ölümündən sonra təltif edilib. Kapitan Ənvər Arazov, baş leytenant Elşad Yəhyayev, baş leytenant Mətləb Quliyev, baş leytenant Fəxrəddin Nəcəfov, baş leytenant Rövşən Abdullayev, çavuş İqor Makeyev, əsgər Səxavət Məhərrəmov və əsgər Ruslan Muradov Birinci Qarabağ müharibəsi zamanı ərazi bütövlüyümüzün bərpası uğrunda erməni işğalçılarına qarşı döyüşlərdə şəhidlik zirvəsinə ucalıblar. Müharibə sınaqlarından keçərək ağır yaralanmış və əlil olmuş Sahil Məmmədov isə bu gün istefada olan polis polkovnikidir. Ümumiyyətlə, Birinci Qarabağ müharibəsində ərazi bütövlüyümüzün bərpası uğrunda döyüşlər zamanı Dахili Qоşunlаrın şəхsi hеyətindən 682 nəfər həlаk оlub, 4 nəfər itkin düşüb və 1179 nəfər isə yаrаlаnıb. Birinci Qarabağ müharibəsi başa çatdıqdan sonra, uzunmüddətli atəşkəs dövründə qoşunların xidməti fəaliyyəti ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasına, silahlı cinayətkarların zərərsizləşdirilməsinə, mühüm dövlət obyektlərinin mühafizəsinə yönəlib, onun təyinatından irəli gələn vəzifələrin icrası ilə bağlı qabaqcıl beynəlxalq təcrübə öyrənilib, xarici ölkələrin müvafiq qurumları ilə hərbi əməkdaşlıq əlaqələri qurulub, geniş quruculuq işləri aparılıb, Daxili Qoşunların tərkibində Hərbi İnstitut, təlim mərkəzləri, helikopter eskadrilyası yaradılıb. 2002-ci ildə Daxili Qoşunların emblemi və döyüş bayrağı haqqında əsasnamələr, habelə onların təsvirləri təsdiq olunub. Hərbi qulluqçularımız təlim və məşğələlərdə yüksək döyüş hazırlığına yiyələnərək torpaqlarımızın işğaldan azad olunması kimi müqəddəs missiyanın yerinə yetirilməsinə hazırlaşıblar. 2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək davam edən Vətən müharibəsi zamanı Daxili Qoşunların hərbi qulluqçuları şərəfli döyüş ənənələrinə sadiq qalaraq, erməni işğalçıları üzərində möhtəşəm qələbənin qazanılmasına öz layiqli töhfələrini veriblər. Ön cəbhənin müxtəlif istiqamətlərində Daxili Qoşunların şəxsi heyəti düşmənə qarşı igidliklə vuruşaraq, torpaqlarımızın azad olunması üzrə döyüş tapşırıqlarını öz canı və qanı bahasına yerinə yetirib. Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 nəfər isə yaralanıb. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdikləri qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiklərinə görə Daxili Qoşunların 4 nəfər hərbi qulluqçusu - polkovnik Zəfər Yusibov, polkovnik Füzuli İmrəliyev, polkovnik-leytenant Nicad Bədəlov və mayor Şixamir Qaflanova (ölümündən sonra) “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Qarabağ iqtisadi zonasında Silahlı Qüvvələrimizin, o cümlədən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həyata keçirdikləri lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və silahlanmış separatçılara ağır zərbələr vurulub. Uğurla həyata keçirilən bu tədbirlər nəticəsində bölgədə erməni separatizminə son qoyulub. Antiterror tədbirlərində igidlik göstərən Daxili Qoşunların şəxsi heyətindən 12 nəfər şəhid olub, 24 nəfər isə yaralanıb və xəsarət alıb. Daxili Qoşunların xidməti-döyüş fəaliyyəti Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun və Daxili Qoşunların komandanlığının daim nəzarətindədir. İstər silahlı cinayətkarlara qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində, istərsə də mühüm dövlət obyektlərinin mühafizəsində şəxsi heyət müsbət nəticələr əldə edib. Əlbəttə ki, bu uğurlar bilikli və bacarıqlı komandir heyətinin rəhbərliyi altında idarəçiliyin, yüksək döyüş hazırlığının və təlimlərin hesabına ərsəyə gəlib. Daxili Qoşunlarda bu gün ciddi nizam-intizam hökm sürür, şəxsi heyətin mənəvi-psixoloji durumu qənaətbəxşdir. Şəxsi heyət Prezidentə, dövlətə, xalqa məhəbbət və sədaqət ruhunda tərbiyə olunur. Hərbi hissələrin döyüş qabiliyyəti kifayət qədər yüksəkdir. Daxili Qoşunların keçdiyi yol bir daha sübut edir ki, şəxsi heyət həmişə xalqın əmin-amanlığının, ölkədaxili sabitliyin sadiq keşikçisi olaraq, respublikamızın ərazi bütövlüyünün bərpasında layiqincə iştirak edib. Hərbi qulluqçularımız işğalına son qoyulan torpaqlarımızda polis əməkdaşları ilə birgə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində yüksək peşəkarlıq göstərərək, dövlət əhəmiyyətli müxtəlif xidməti-döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gəlirlər. Bu da Daxili Qoşunların cəmiyyətdə nüfuzunu artırır və vətəndaşlarımız tərəfindən rəğbətlə qarşılanır. Mayor Anar Əhmədov DİN-in Daxili Qoşunlarının “Əsgər” qəzetinin redaktoru
Читать далее
12 mart Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının yaranması günüdür. Bu əlamətdar gün münasibətilə Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov, Daxili Qoşunların hərb tariximizdəki roluan diqqət çəkib, onların vətənimizin müdafiəsi, işğaldakı torpaqlarımızın azad edilməsi ilə bağlı xidmətlərini yüksək qiymətləndirib: “DİN-nin Daxili Qoşunları respublikamızın erməni işğalından müdafiəsində mühüm rol oynayıb, ən çətin məqamlarda böyük əzm və fədakarlıq göstəriblər. Hələ Birinci Qarabağ müharibəsi dövründə vətənimizi Ermənistan və onun havadarlarından müdafiə etmək üçün ağır döyüşlərə atılan, bu döyüşlərdə böyük qəhrəmanlıqlar göstərən Daxili Qoşunlar, 2020-ci ilin 44 günlük Vətən müharibəsində də rəşadətlə döyüşdü. Daxili Qoşunlar Vətən müharibəsi zamanı bir sıra yaşayış məntəqlərinin, eləcə də Hadrutun, Cəbrayılın, Füzulinin, Şuşanın azad edilməsində xüsusi fəallıq göstərmiş, əsl qəhrəmanlıq nümunələri ortaya qoymuşdur. Əminliklə demək olar ki, Daxili Qoşunların həm Birinci Qarabağ müharibəsi, həm də Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar hərf tariximizə qızıl hərflərlə həkk olunub”. Millət vəkili Daxili Qoşunların işğaldan azad edilən ərazilərdəki fəaliyyətini də yüksək qiymətləndirib: “Ermənistan 30 ilə yaxın işğal dönəmində torpaqlarımızı minalamış, müxtəlif silah-sursat nümunələri ilə çirkəndirmiş, bu ərazilərdə böyük talanlar və dağıntılar törətmişdir. Buna görə də Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı işğaldan azad edəndən sonra da orada çoxsaylı problemlər, ciddi təhlükə mənbələri mövcud idi. Daxili Qoşunların istehkamçıları bu istiqamətdə də böyük işlər həyata keçirdi. İşğaldan azad edilən ərazilərin mina və digər döyüş sursatlarından təmizlənməsində aktiv iştirak etdilər. Onlar bu gün də işğaldan azad edilən ərazilərimizdə təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində uğurla fəaliyyət göstərirlər. Mən Daxili Qoşunların yaranmasının 33-cü ildönümü münasibətilə bu qoşun növündə xidmət edən bütün əsgər və zabitləri təbrik edir, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıram”. Seymur ƏLİYEV
Читать далее