Please ensure Javascript is enabled for purposes of website accessibility
Организация ветеранов войны, труда и Вооруженных Сил Азербайджанской Республики
Мы всегда должны использовать опыт ветеранов
Гейдар Алиев

Azərbaycan Respublikası “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin sədri Fatma Hüseyn qızı Səttarova dünyasını dəyişib.

Azərbaycan ictimaiyyətinə, həmçinin müharibə, əmək və Silahlı Qüvvələr veteranlarına  ağır itki üz verib. Azərbaycan Respublikası “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin sədri Fatma Hüseyn qızı Səttarova 14 sentyabr 2024-cü ildə dünyasını dəyişib.  

Müharibə və əmək veteranı Fatma Hüseyn qızı Səttarova 1922-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1941-ci ildə İkinci Dünya müharibəsində tibb bacısı kimi könüllü surətdə cəbhəyə yollanmışdır. Alman faşizminə qarşı döyüşlərdə şücaətlər göstərən Fatma Səttarova müharibədən sonra  Bakı Dövlət Universitetində İqtisadiyyat fakültəsində təhsil almışdır. Fatma Səttarova yüksək təhsili, dünyagörüşü ilə fərqlənmiş, uzun illər dövlət qurumlarında çalışdığı dövrlərdə o, səmərəli fəaliyyəti ilə bunu dəfələrlə sübuta yetirmişdir. Müharibə və əmək veteranı kimi Respublika Veteranlar Təşkilatının uzun illər Rəyasət heyətinin üzvi olmuş Fatma Səttarova 16 yanvar 2021-ci ildən Təşkilatın sədri vəzifəsinə seçilmişdir. Təşkilatın fəaliyyətinin səmərəli təşkil olunmasında, əsl Azərbaycan qadını, ana kimi gənclərin Vətənə, dövlətə sədaqət ruhunda tərbiyəsində təcrübəsini və biliyini əsirgəməmişdir. Fatma Səttarova Prezident İlham Əliyevin 24 yanvar 2022-ci il tarixli Sərəncamı ilə “İstiqlal” ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fatma Səttarovanın 100 illiyi münasibəti ilə Təşkilat sədrinə ünvanladığı təbrik məktubunda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 44 günlük Vətən müharibəsi zamanı dövlətin, ordunun yanında olduğunu, qazilərə, şəhid ailələrinə dəstək verdiyini qeyd etmiş, Təşkilatın fəaliyyyətini yüksək qiymətləndirmişdir.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından mərhumun doğmalarına, əzizlərinə səbir diləyir, kədərlərini bölüşürük.

 

Allah rəhmət eləsin!”.

2024-09-14 10:59:42
3679 взгляды

Другие новости

Bir ömrün missiyası: Vətənə, xalqa, dövlətə sədaqət

Azərbaycan Ağsaqqallar Şurası uzun illərdir bu qurumda çalışan, Şuranın sədr müavini Bayram Yusifovun 60 illik yubileyi münasibətilə kitab nəşr edib. Şuradan AZƏRTAC-a bildirilib ki, “Bir ömrün missiyası: Vətənə, xalqa, dövlətə sədaqət” adlı bu kitabda tanınmış ictimai-siyasi, elm, mədəniyyət və incəsənət xadimlərinin, nüfuzlu ağsaqqalların, o cümlədən yubilyara yaxın insanların ürək sözləri, təbrikləri, o cümlədən Bayram Yusifovun ictimai-siyasi fəaliyyəti ilə bağlı müəyyən məqamlar, tədbirlərdəki çıxışları və bəzi şeirləri öz əksini tapıb. Şeirlərin arasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə həsr olunmuş “Ali Baş Komandanım” adlı şeiri də var. Azərbaycanın 44 günlük Vətən müharibəsində dillərdən düşməyən və bu gün də sevilən mahnılardan olan, Əməkdar artist, müğənni Abbas Bağırovun ifa etdiyi “Zəfər marşı”nın sözləri Bayram Yusifovun bu şeirindən götürülüb. Kitabda toplanan dəyərli qələm nümunələrinin hər bir sətrində yubilyara tükənməz sevgi və hörmət hissi duyulur. Kitab boyu mətnləri yubilyarın həyat və fəaliyyətini tarixiləşdirən müxtəlif fotolar müşayiət edir. Yeni nəşri vərəqlədikcə, burada Bayram Yusifov barədə qələmə alınan hər bir söz ürəkdən gələn, onu tanıyanların səmimi sevgisinin ifadə olunduğu sözdür, alicənab şəxsiyyətin əsl dostlarının, Azərbaycanın tərəqqisi, təntənəsi uğrunda yorulmadan mübarizə aparan vətənpərvər insanın fədakar fəaliyyətinin şahidi olan sədaqətli məsləkdaşlarının sözüdür, tükənməz enerji ilə məhsuldar fəaliyyətini davam etdirən müdrik ağsaqqalların, dəyərli ziyalıların sözüdür. Bəli, bu kitabla tanış olan hər bir kəs şahidi olacaqdır ki, həqiqətən də Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun yaşadığı ömrün missiyası Vətənə, xalqa, dövlətə sədaqətdir.  

Читать далее
1915-ci il təvəllüdlü Hilal İbrahimov vəfat edib

Azərbaycanın ən yaşlı kişi vətəndaşı Hilal İbrahimov vəfat edib. Veteran.gov.az xəbər verir ki, bu barədə Modern.az-a onun yaxınları məlumat verib. 1915-ci il təvəllüdlü Hilal İbrahimovun ötən gecə dünyasını dəyişdiyi bildirilir.  H.İbrahimov Ağcabədi rayonunun Sarıcalılar kəndində doğulub. Bakı şəhərinin Sabunçu rayonunda yaşayırdı.  2020-ci ildə başlayan Vətən müharibəsində öz təqaüdünü Azərbaycan Ordusuna ianə edərək, nümunəvi davranış sərgiləyib.  Qeyd edək ki, Hilal İbrahimov bir müddət əvvəl yıxılıb və sol bud sümüyünün boyun sınığı yaranıb. O, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında əməliyyat olunub. Hilal İbrahimovun vəfatı ilə əlaqədar olaraq Müharibə, Əmək və Silahlı Qvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib, Allahdan səbr diləyib. Allah rəhmət eləsin!

Читать далее
Gəncə Şəhər Ağsaqqallar Şurası növbəti dəfə “Narkomaniyaya yox deyək!” adlı konfrans keçirib

Azərbaycan Ağsaqqallar Şurasının respublikamızın 77 şəhər və rayonunda fəaliyyət göstərən yerli təşkilatları mütəmadi olaraq aktual məsələlərlə bağlı, o cümlədən  gənclərimizin maarifləndirilməsi, onların zərərli vərdişlərdən uzaq, sağlam təməllər üzərində yetişməsi üçün geniş tədbirlər keçirir. “Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr edilmiş növbəti belə bir əhəmiyyətli tədbir Gəncə Şəhər Ağsaqqallar Şurasının, Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU), Gəncə Şəhər Baş Polis İdarəsinin birgə təşkilatçılığı ilə  “Narkomaniyaya yox deyək!” devizi altında keçirilib. ADAU-da baş tutan konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə kuratoru  Bayram Yusifov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, həmçinin ağsaqqallar, ziyalılar, təhsil müəssisələrinin müəllim-tələbə heyəti, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər. Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Tədbir iştirakçılarını salamlayan Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov giriş nitqində narkomaniyanın fəsadlarından bəhs edib, bu dəhşətli bəlaya qarşı mübarizənin bu gün hamımız üçün çox aktual xarakter daşıdığını bildirib. Natiq konfransın çox əhəmiyyətli bir mövzuya həsr oldunğunu qeyd edərək, belə bir tədbirin keçirilməsinə  görə Azərbaycan Ağsaqqallar Şurasına minnətdarlığını bildirib və əlavə edib ki, narkomaniyanın gənclər arasında yayılmasının qarşısını almaq üçün bütün təhsil müəssisələrində maarifləndirmə işləri daha da gücləndirilməlidir. O, digər zərərlərlə yanaşı, narkotikdən istifadənin həm də milli-mənəvi dəyərlərimizə zidd, Vətənə,  ailəyə xəyanət olduğunu vurğulayıb. Bütün xalqımızı bu bəlaya düçar olmuş insanlara biganə qalmamağa, onları doğru yola yönləndirməyə səsləyib. Sonra çıxış edən Gəncə şəhər Ağsaqqallar Şurasının İdarə heyətinin üzvü, ehtiyatda olan polis polkovnik-leytenantı Ramiz Sadıxov, ADAU-nun Əczaçılıq kafedrasının müəllimi Samirə Quluyeva, baş müəllimi Sakit Atakişiyev, tələbə Həmid Səfərov, polis kapitanı Əmrah Cəfərov və başqaları narkotik maddələrdən istifadə nəticəsində baş verə biləcək fəsadlardan,  narkoloji xəstələrin müayinə və müalicəsindən,  həmçinin bu bəla ilə təsirli mübarizədən və onun aradan qaldırılması tədbirlərindən söz açıblar. Daha sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov  konfrans iştirakçılarını Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvləri adından salamlayaraq qeyd edib ki, təşkilat tərəfindən müntəzəm olaraq bu aktual və ağrılı  mövzuya həsr olunmuş  tədirlər, görüşlər keçirilir, gənclərimizlə  maarifləndirici söhbətlər aparılır. Vurğulayıb ki, ağsaqqallarımız hər zaman dünyanın bu ən böyük bəlasına qarşı cəmiyyətimizi səfərbər olmağa və mübarizə aparmağa çağırır. Natiq gənclərimizin formalaşmasında ailənin və cəmiyyətin mühüm rol oynadığını bildirərək əlavə edib  ki, gənc nəslin tərbiyəsində və maariflənməsində valideyinlərin və müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Bizim hər birimiz övladlarımızı, şagirdlərimizi, tələbələrimizi, vətəndaşlarımızı bu kimi böyük təhlükələrdən qorumaq üçün onlarla mütəmadi olaraq maarifləndirici söhbətlər aparmalı, zərərli vərdişlər haqqında məlumat verməli, gənclərimizi idmana, sağlam həyat tərzinə təşviq etməliyiq. “Bu gün dövlətimiz narkomaniya ilə mübarizə sahəsində geniş siyasət aparır, təsirli tədbirlər həyata keçirir. Lakin biz də bu prosesdə kənarda dayanmamalıyıq, çünki narkomaniyaya qarşı mübarizə aparmaq hər kəsin borcudur.  Azərbaycan Ağsaqqallar Şurası olaraq biz də digər məsələlərlə yanaşı, bu sahədə üzərimizə düşən vəzifələri tələb edilən səviyyədə yerinə yetirməyə,   qarşıya qoyulan məqsədlərə tam nail olmaq üçün ümumi işə bacardığımız qədər töhfələr verməyə çalışırıq və daha xoşbəxt, sağlam Azərbaycan gənci naminə bu fəaliyyətimizi hər zaman yorulmadan davam etdirəcəyik” – deyə Bayram Yusifov vurğulayıb. Konfransın sonunda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov  “Kəpəz” TV-yə müsahibə verib və bir daha bu dəhşətli bəlaya, “ağ ölümə” qarşı mübarizədə hamını səfərbər olaraq yaxından iştirak etməyə çağırıb.    

Читать далее
Prezident İlham Əliyev Türkiyənin ətraf mühit və şəhərsalma nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də Türkiyə Respublikasının ətraf mühit və şəhərsalma naziri Murat Kurumu qəbul edib. AZƏRTAC xəbər verir ki, nazir Murat Kurum Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev Türkiyənin dövlət başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi. Görüşdə ölkələrimiz arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Türkiyənin ətraf mühit və şəhərsalma nazirinin ölkəmizə səfərinin Azərbaycan və Türkiyənin müvafiq qurumları arasında əlaqələrin genişləndirilməsinə töhfə verəcəyinə ümidvarlıq ifadə olundu. Söhbət zamanı işğal dövründə ermənilərin Azərbaycan torpaqlarında təbiətə böyük ziyan vurması, meşələri kütləvi surətdə qırması, çayları çirkləndirməsi barədə danışıldı. Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Читать далее