Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

91 saylı tam orta məktəbdə veteranlarla görüşü keçirildi

Şagirdlərlə görüş Respublika Veteranlar Təşkilatı gənclərdə vətənpərvərliyin yüksəldilməsi istiqamətində müntəzəm tədbirlər keçirir. Ümumtəhsil məktəblərində, liseylərdə, kollec və universitetlərdə gənclərlə görüşlər keçirilir, onlara vətəni sevməyin müqəddəsliyi aşılanır. Respublika Veteranlar Təşkilatının təşəbbüsü ilə Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən 91 saylı tam orta məktəbdə yanvar ayının 12 də veteranlarla məktəblilərin növbəti görüşü keçirildi. Respublika Veteranlar Təşkilatının sədri ehtiyatda olan general-mayor Dadaş Rzayev, təşkilatın sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov, Böyük Vətən müharibəsi veteranı A.A.Qritçenko, Sosialist Əməyi Qəhrəmanı Ö. Ağayev və digər veteranlar,  media nümayəndələri məktəbin şagird və müəllim kollektivi iştirak etdi. İlk öncə Respublika Veteranlar Təşkilatının nümayəndəli məktəblə tanış oldular.  Məktəbin direktoru Svetlana Zülfüqarova yaradılmış şəraitə, müasir tələblərə tam cavab verecək şəkildə qurulmasina görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildirdi. Məktəbdə yaxın zamanlarda lazımı avadanlıqlarla təhciz edilmiş hərbi sinif otağının qurulacağı da vurğulandı. General-mayor Dadaş Rzayev bu cür auditoriyaların hər bir məktəbdə olmasının zəruriliyini vurğuladı və  bu sahədə Respublika Veteranlar Təşkilatının kollektivinin məktəbə komək edəcəyini bildirdi. Veteranlar siniflərdə dərs prosesini izlədilər. Şagirdlərə dəyərli tövsiyələr verdilər, vətəni sevməyin məhz məktəblərdə aşilanmalı olduğunu bildirdilər. “Hər bir məktəbli sabahımızın layiqli vətəndaşı və cəsur əsgəridir. Məktəblərsə onları buna hazırlayan elm ocaqlarıdır”- deyə Dadaş Rzayev bildirdi. Daha sonra tədbiri giriş sözü ilə açan məktəbin direktoru Svetlana Zülfüqarova bu gün əlamətdar günlərdən biri olduğunu, respublikamızın qəhrəman oğullarnın məktəblilərlə görüşə gəldiklərini, veteranlarımızın bizim canlı tariximiz olduğunu qeyd etdi. Respublika Veteranlar Təşkilatının sədri ehtiyatda olan general-mayor Dadaş Rzayev şagirdləri salamladı, onlara tədris ilində müvvəfəqiyyətlər arzuladı. “Bu gün mən, eləcə də buradakı hər bir veteran fəxr edir və sevinir ki, sizlərlə görüçə gəlmişik. Mən azərbaycanlı gənclərlə, sizlərlə fəxr edirəm. Sizlərə baxanda Azərbaycanımızın gələcəyinin etibarlı əllərdə olduğuna bir daha əmin olruq. Müstəqilliyimizin əbədi və daimi olacağına inanırıq. Biz müstəqilliyimizi qurduq, imperializmlə, faşizmlə, zülmlə çarpışdıq, mübarizə apardıq. Qanımız, canımız bahasına qalib gəldik. Amma bizim mübarizəmiz nəticəsiz qalmasa da, təssüfflər olsun ki, faşizmi, işğalçılıgı tam məhv edə bilmədik. Erməni vandalizminin şahidi olduq. Torpaqlarımızı işğal etdilər, vətəndaşlarımızı amansızlıqla qətlə yetirdilər. Tarixən başımıza gətirdikləri soyqrmı, vandalizmi Xocalıda yenidən təkrarladılar. Dünyada yeni vandalizm, yeni faşizm yaratdılar-erməni faşizmi. 1988-ci ildən başlayan proseslərin biz canlı şahidləriyik, sizlərsə onları tarix kitablarından, televiziyadan, fotoşəkillərdən öyrənirsiz. Hər birimiz erməni məkrini, erməni riyakarlığını görürük. Bunlar hamısı faktlardır. Bizim torpaqlarımızı işğal ediblər. Lakin bu bizim məğlubiyyətimiz deyl, biz onlarla mərdliklə vuruşurduq. Qarabağda düşmən tərəfindən isə muzdla döyüşənlər çoxluq təşkil edirdi. Ermənilərin havadarları onları yaxşı silahlandırmışdı. Bildiyiniz kimi o dövrdə bizim ölkədə dağınıqlıq idi. Ordu yox dərəcəsindəydi, özünümüdafiə dəstələri təşkil edilsə də, pərakəndəlik idi. Ümummilli liderimiz Heydər Əliyevin ölkədə yenidən rəhbərliyə qayıdışından sonra vəziyyət dəyişdi. Ordu quruculuğu başladı, iqtisadiyyat canlandı. Bir sözlə respublikamıza yeni nəfəs, yeni ruh gəldi.  Bu gün siz əmin-amanlıq şəraitində yaşayırsınız. Ölkəmiz dünyanın ən sabit ölkələrindən biridir. Bu isə düzgün təkil edilmiş siyasətin nəticəsidir. Ordumuzun inkişafı göz önündədir. Ordunun maddi-texniki təminatı günbəgün artırılır. İxtisaslı kadrlarla ordumuz bu gün tam təmin edilmişdir. Sizlər sabahın əsgərlərisiz və hər biriniz gələcəkdə hərbi xidmətdə bundan əmin olacaqsız. Vətəni qorumaq hər birimizin borcudur. Vətən üçün canımızdan keçməyə hər an hazır olmalı, vətəni əzmlə müdafiə etməyi bacarmalıyıq. Mən sizin hər birinizə dərslərinizi yaxşı oxumağı tövsiyyə edirəm. Çünki siz gələcəyin kadrlıarısız, bizə savadlı kadrlar lazımdır. Hərb sənətinə yiyələnənlər nəinki, hərb sənətini, eləcə digər elmləri də dərindən bilməlidirlər. Zabit olmaq, hərbiçi olmaq heç də asan iş deyildir. Hər birinizə dərlərinizdə müvəffəqiyyətlər arzulayıram”. D.Rzayev daha sonra şagirdləri maraqlandıran suallara dolğun və ətraflı cavab verdi. Şagirlərdən Nigar Cavadova; “Siz general-maor rütbəsinə yüksəlmisininiz, bununla fəxr edirsinizmi?”

  • Bəli fəxr edirəm. Bu, hər bir hərbiçi üçün fəxr və iftixardı. Nəinki general olmaq, Azərbaycan ordusunda xidmət etmək fəxr və iftixardır. Bununla bütün hərbiçilərimiz rütbəsindən asılı olmayaraq fəxr edirlər.
Respublika Veteranlar Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək şagirdlərə dərslərində uğurlar arzulayaraq, Vətənin müdafiəsinin hər birimizin müqəddəs borcu olduğunu bildirdi. C.Xəlilov ölkə prezidenti cənab İlham Əliyevin hər sahəyə, o cümlədən təhsilə, gənclərə göstərdiyi diqqət və qayğıdan danışaraq, orduda, iqtisadiyyatda, təhsildə əldə edilən müvəffəqiyətlərin danılmaz olduğunu bildirdi. “Təhsil millətin gələcəyidir. Sizlərsə bizim gələcəyimizsiniz. Yaxşı təhsil almalı, biliklərə yiyələnməli, gələcəkdə universitetlərdə, hərbi Akademiyalarda oxumalısız. Xalqımızın layiqli övladları kimi yetişməli, Azərbaycanın qüdrətinin, şöhrətinin artırılmasına öz töhfələrinizi verməlisinis. Elə etməlisiniz ki, gələcəkdə başınızı uca tutmağı bacarasınız” –deyə C.Xəlilov vurğuladı. Respublika Veteranlar Təşkilatının Hərbi vətənpərvərlik tərbiyəsi şöbəsinin müdiri ehtiyatda olan polkovnik Adil Haqverdiyev gənclərə dəyərli məsləhətlər verdi, onlara millətimizi sevməyə, daim dövlətimizlə birgə olmağa çağırıdı. “Gələcək sizindir. Siz bu gələcəyə elmlə təhsillə sahib olmalısız. Bunun üçün dərslərinizi yaxşı oxumalı, laiqli vətəndaş olmalısız”, o - dedi. Veteranlar A.A.Qritçenko və Ömər Ağayev keçdikləri şərəfli hayat yolunu, xatirələri şagirdlərlə bölüşdülər. Harada olmağından asılı olmayaraq əsl layiqli vətəndaş olmağın vacıbliyini vurğuladılar. Tədbirin sonunda fəaliyyəlləri ilə fərqlənən müəllimlərə və bir neçə şagirdə fəxri fərmanlar təqdim olundu. Sonda xatirə şəkli çəkdirildi.  

2016-06-04 00:00:00
788 baxış

Digər xəbərlər

Azərbaycanda ilk dəfə Repetitorların I Ümumrespublika Forumu baş tutub

Forum Hədəf Şirkətlər Qrupunun baş sponsorluğu, Hədəf Nəşrlərinin təşkilatçılığı ilə keçirilib Veteran.gov.az xəbər verir ki, Hədəf Şirkətlər Qrupunun baş sponsorluğu, Hədəf Nəşrlərinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə Repetitorların I Ümumrespublika Forumu baş tutub. Forumda Azərbaycanın bütün bölgələrindən repetitor müəllimlər iştirak edib. Salamlama və açılış nitqi ilə çıxış edən Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq bu forumun repetitorlar üçün əhəmiyyətini vurğulayıb. Daha sonra öz sahəsində brendə çevrilmiş məruzəçilərdən Cəlalə Nəzəroğlu, Fəxri Ağayev, Araz Paşayev, Səfa Xəlilov, Qulu İbrahimli repetitor müəllimlərə çox faydalı məlumatlar veriblər. I panel yekunlaşdıqdan sonra II paneldə müəllimlər öz ixtisasları üzrə dərslərə qoşulublar. Yekunda müəllimlərə sertifikat və hədiyyələr verilib, xatirə şəkli çəkilib. Seymur ƏLİYEV

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti müharibə veteranlarına ərzaq yardımlarının çatdırılması üçün yola çıxıb.

Koronavirus (COVID-19) infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlər çərçivəsində “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə ərzaq yardımlarının paylanılması davam etdirilir. Təşkilatın nümayəndə heyəti Böyük Vətən Müharibəsi veteranlarının hər birinin evində olaraq ərzaq məhsullarından ibarət sovqatları onlara təhvil verirlər. Davam edən xeyriyyə aksiyası çərçivəsində Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayeva bu gün Gəncə şəhəri, Daşkəsən, Ağstafa, Gədəbəy, Goranboy, Göygöl, Qazax,Şəmkir, Tovuz rayonlarında yaşayan İkinci Dünya müharibəsi veteranlarına ərzaq yardımlarının paylanılması üçün yola çıxıb

Hamısını oxu
“30 noyabr şəhidləri xalqımızın qəlbində hər zaman ehtiramla anılacaq”

Cəlil Xəlilov: “Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirəm”   “30 noyabr şəhidləri xalqımızın qəlbində hər zaman ehtiramla anılacaq”.   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.   Polkovnik qeyd edib ki, Dövlət Sərhəd Xidmətinə məxsus hərbi helekopterin qəzaya uğraması nəticəsində 14 nəfərin şəhid olması, iki hərbçinin isə yaralanması faktı bütün Azərbaycan xalqı tərəfindən üzüntü ilə qarşılanıb:   “Baş verən bu faciə xalqımız tərəfindən dərin kədər və üzüntü ilə qarşılanıb, bütün cəmiyyətdə böyük təəssüf hissi doğurub. Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirik. Xalqımız bütün şəhidləri kimi 30 noyabr şəhidlərini də hər zaman sevgi və minnətdarlıq hissi ilə yad ediləcək, onların işıqlı xatirəsinin unudulmasına imkan verməyəcək”.   Daha sonra media və sosial media nümayəndələrinə səslənən sədr müavini, baş verən faciə ilə bağlı qeyri-rəsmi məlumatlar yaymamağa, yalnız rəsmi informasiyalara istinad etməyə çağırıb:   “Mən bütün media və sosial media istifadəçilərini dövlət orqanlarının rəsmi məlumatlarına istinad etməyə, şaiyə və ehtimalları bir kənara qoymağa səsləyirəm. Baş verən olayla bağlı əlaqədar qurumlar rəsmi açıqlamalar yayıb və hadisə ilə bağlı araşdırma davam edir. Istintaqın gedişatı ilə bağlı rəsmi qurumlar bundan sonra mütəmadi surətdə ictimaiyyəti məlumatlandıracaq və müvafiq yeniliklərlə tanış edəcəklər. Odur ki, indiki həssas məqamda subyektiv fikir və ehtimalların işıqlandırılması yolverilməzdir və bu, cəmiyyətdə çaşqınlıq yarada bilər.   Bunu da qeyd edim ki, nə qədər arzuedilməz olsa da, bu cür qəzalar dünyanın ən müasir ordularında da zaman-zaman baş verir və təəssüf ki, heç bir dövlət bu kimi hallardan sığortalanmayıb.   Mən bir daha baş verən faciə ilə əlaqədar şəhid olan hərbi qulluqçuların yaxınlarına dərin hüzünlə başsağlığı verir, yaralılara şəfa diləyirəm”.   Seymur ƏLİYEV  

Hamısını oxu
Cəlilabadda Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib

Cəlilabad rayon Veteranlar Təşkilatı 18 oktyabr Müstəqilliyin Bərpası Günü ilə əlaqədar tədbir keçirib.  Tədbirdən öncə iştirakçılar Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla ehtiramla anıblar. Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman çıxış edərək qeyd edib ki, müstəqil Azərbaycan dövləti 1918-1920 ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. SSRİ süquta uğrayandan sonra yaranmış tarixi şəraitdən sonra Azərbaycan ikinci dəfə öz  müstəqilliyini bərpa etmişdir. 18 oktyabr 1991-ci ildə Azərbaycan Ali Sovetinin sessiyasında Dövlət Müstəqilliyi haqqında Konstitusiya  Aktı qəbul olunmuşdur. Müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda çox sınaqlara sinə gərmişik və biz sarsılmaz Xalq-Dölət-Ordu birliyi sayəsində bu gün buna nail olmuşuq. Bəli, biz birlikdə daha güclüyük. Gəlin, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi naminə həmişə bir olaq. Tədbirdə "Qarabağ  qazilərinə Qayğı" ictimai birliyinin sədri Asəf İsmayılov,  Azərbaycan Yazıçılar Birliyinin üzvü Əfrahim Abbas, R.Abdullayev adına 2 saylı şəhər tam orta məktəbin direktor müavini Əliniyaz Müslümoğlu, ehtiyatda olan hərbçi mayor Elşən Abbasov, polis veteranı Rəsul Bayramov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Cəlilabad raypn nümayəndəsi Cavidan Rəşidov, tanınmış mədəniyyət işçisi Xeyrulla Şahbazlı, Qarabağ qazisi, yszıçı Qurban Əhməd və başqaları çıxış edib, müstəqilliyimizin  və ərazi bütövlüyümüzün bizə yaşatdığı qürur hissini xüsusi olaraq vurğulayıblar. Sonda sevimli xanəndə Akif Babayevin məlahətli səslə   ifa etdiyi "Qarabağ şikəstəsi" tədbir iştirakçılarına xoş ovqat bəxş eləyib.

Hamısını oxu