Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cəlilabadda Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib

Cəlilabad rayon Veteranlar Təşkilatı 18 oktyabr Müstəqilliyin Bərpası Günü ilə əlaqədar tədbir keçirib. 

Tədbirdən öncə iştirakçılar Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla ehtiramla anıblar.

Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman çıxış edərək qeyd edib ki, müstəqil Azərbaycan dövləti 1918-1920 ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. SSRİ süquta uğrayandan sonra yaranmış tarixi şəraitdən sonra Azərbaycan ikinci dəfə öz  müstəqilliyini bərpa etmişdir. 18 oktyabr 1991-ci ildə Azərbaycan Ali Sovetinin sessiyasında Dövlət Müstəqilliyi haqqında Konstitusiya  Aktı qəbul olunmuşdur. Müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda çox sınaqlara sinə gərmişik və biz sarsılmaz Xalq-Dölət-Ordu birliyi sayəsində bu gün buna nail olmuşuq. Bəli, biz birlikdə daha güclüyük. Gəlin, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi naminə həmişə bir olaq.

Tədbirdə "Qarabağ  qazilərinə Qayğı" ictimai birliyinin sədri Asəf İsmayılov,  Azərbaycan Yazıçılar Birliyinin üzvü Əfrahim Abbas, R.Abdullayev adına 2 saylı şəhər tam orta məktəbin direktor müavini Əliniyaz Müslümoğlu, ehtiyatda olan hərbçi mayor Elşən Abbasov, polis veteranı Rəsul Bayramov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Cəlilabad raypn nümayəndəsi Cavidan Rəşidov, tanınmış mədəniyyət işçisi Xeyrulla Şahbazlı, Qarabağ qazisi, yszıçı Qurban Əhməd və başqaları çıxış edib, müstəqilliyimizin  və ərazi bütövlüyümüzün bizə yaşatdığı qürur hissini xüsusi olaraq vurğulayıblar.

Sonda sevimli xanəndə Akif Babayevin məlahətli səslə   ifa etdiyi "Qarabağ şikəstəsi" tədbir iştirakçılarına xoş ovqat bəxş eləyib.

2023-10-19 08:46:40
3283 baxış

Digər xəbərlər

“Bu tədbir bayrağımızın böyüklüyünü bütün əzəməti ilə gənc nəslin diqqətinə çatdırdı

Xəbər verdiyimiz kimi, 15 iyun "Milli Qurtuluş günü”nün 26-cı ildönümü münasibəti ilə Dövlət Sərhəd Xidmətində (DSX) "Vətənə xidmət-andımız, amalımızdır!” şüarlı möhtəşəm bayraq yürüşü təşkil edilib. Bu əlamətdar gün münasibəti ilə DSX-nın zabit və əsgərləri 5 km 100 metr uzunluğundakı Dövlət Bayrağını çiyinlərində daşıyıb, ümummili liderə, eləcə də Azərbaycan Bayrağına sevgi və sadiqliklərini bununla bir kəs daha nümayiş etdiriblər. Lakin təəssüflər olsun ki, DSX tərəfindən atılan bu addım sosial şəbəkələrdə bəzi şəxslər tərəfindən birmənalı qarşılanmayıb, bununla bağlı müsbət fikirlərlə yanaşı bəzi əsassız iddialar da səsləndirilib. Məsələ ilə bağlı Moderator.az-ın sualını cavablandıran Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov DSX-nin keçirdiyi bayraq yürüşünü təqdir etdiyini, bunun gənc nəsil üçün mənəvi-psixoloji baxımdan da faydalı addım olduğunu bildirib: “DSX-nın 5000 nəfərlik heyəti tərəfindən Azərbaycan Bayrağının bunca qürur və əzəmətlə daşınmasını müsbət qiymətləndirir, bunu sərhədçilərimizin, general və əsgərlərimizin bayrağımıza olan sevgisi kimi dəyərləndirirəm. DSX-nın bayraq yürüşü vətənə, bayrağa və ümummilli liderə sevginin təzahürüdür . Hesab edirəm ki, yüksək vətənpərvərlik nümunəsi sayılacaq bu və bu kimi addımların gənclərimizin vətənə və bayrağa sədaqət ruhunda yetişdirilməsi, onlara bayraq sevgisinin aşılanması baxımından da önəmlidir. Belə tədbirlər gənclərimizin mənəvi-psixoloji baxımdan vətənə məhəbbət ruhunda formalaşmasına kömək edir, bayrağın böyüklüyünü, ucalığını, onun dövlətimizin və millətimizin həyatındakı rolunu bütün əzəməti ilə diqqətə çatdırır.  Bu səbəbdən də DSX-nin keçirdiyi bayraq yürüşünü alqışlayır və bunu yüksək vətənpərvərlik sevgisinin növbəti təzahürü hesab edirəm. Əminəm ki, sərhədçilərimiz çiyinlərində daşıdıqları bu bayrağın keşiyində hər zaman olduğu kimi bundan sonra da əzmlə dayanacaq və onu daim yüksəklərdə dalğalandıracaqlar”.

Hamısını oxu
Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov Leninqrad blokadasının iştirakçıları ilə görüşüb

Veteran.gov.az xəbər verir ki, Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov Leninqrad blokadasının iştirakçıları ilə görüşüb. Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova, sədr müavini polkovnik Cəlil Xəlilov və digər veteranlar iştirak edib. Aleksandr Beqlov Azərbaycan xalqının faşizmə qarşı mübarizədə fəal iştirak etdiyini, bu mübarizədə böyük qəhrəmanlıqlar göstərdiyini bildirib, buna görə xalqımıza, veteranlara öz təşəkkürünü bildirib. Tədbirdə çıxış edən polkovnik Cəlil Xəlilov Azərbaycanla Rusiya arasında tarixi dostluq əlaqələrinə diqqət çəkib, hər iki xalqın faşizmə qarşı birgə mübarizə apardığını vurğulayıb. Polkovnik Cəlil Xəlilov Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlovu “General Həzi Aslanov” yubiley medalı ilə təltif edib.  

Hamısını oxu
Böyük azərbaycanlı, peşəkar çekist, gəncliyin əbədi idealı...

Azərbaycan xalqının böyük oğlu Bahadur Məmmədqulu oğlu Hüseynov 1921-ci il dekabr ayının 15-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda  anadan olub. Ağır sosial rifah, çətin həyat şəraiti Bahadur Hüseynovun ailəsini Naxçıvandan Gəncəyə köçməyə vadar edib.   1934-cü ildə Gəncədə yeddiillik təhsilini başa vuran Bahadur, təhsilini Toxuculuq Texnikumunda davam etdirir. O,1938-ci ildə həmin texnikumu müvəffəqiyyətlə bitirərək Toxuculuq Kombinatında işə düzəlir. Lakin ali təhsil almaq, özünü inkişaf etdirmək arzusu Bahadur Hüseynovu bir an belə olsun rahat buraxmır. Məhz bu səbbədən də Bahadur Hüseynov  1939-cu ilin may ayında böyük qardaşı Əhmədin çağırışı ilə Xarkova yola düşür. Elə həmin il Bahadur Hüseynov Xarkov şəhərindəki Elektrotexnika İnstitutunun hazırlıq şöbəsinə daxil olur. Adıçəkilən şöbəni bitirən Bahadur Hüseynov, təhsilini F.E.Dzerjinski adına Xarkov sərhədçilər məktəbində davam etdirir. Məhz bu təhsil onun taleyinbi həmişəlik hərb peşəsinə, hüquq-mühafizə orqanlarına ömürlük bağlayır.   Faşizmə qarşı mübarizə meydanında…   Böyük Vətən müharibəsi başlanması keçmiş SSRİ-nin hər bir vətəndaşı kimi Bahadur Hüseynovun da həyatında ciddi dəyişikliklərə yol açır. Təhsilini vaxtından əvvəl başa vuran Bahadur, kiçik leytenant rütbəsində müharibəyə yollanır. Tağım komandiri kimi ilk döyüşünü 1941-ci ildə Smolensk istiqamətində 246-cı diviziyanın 908-ci alayının tərkibində keçirir. Hücum dəstəsində yer alan  Bahadur Hüseynov faşist işğalçmılarına qarşı mübarizədə böyük cəsarət sərgiləyir. Lakin ağır və uzunbmüddətli döyüş əməliyaytları Bahadur Hüseynovun öz sağlamlığı baxımından da təsirsiz ötüşmür. Hərbi əməliyyatların gedişində üç dəfə yaralanan kiçik leytenant, Qori şəhərində müalicəyə göndərilir. Müalicəsini qismən başa vuran Bahadur Hüseynov daha sonra Gürcüstan ərazisində yerləşən ehtiyat briqadasına göndərilir və oradan faşizmə qarşı mübarizə meydanına qayıtmaq xahişi ilə hərbi komandanlığa müraciət edir. Bu, o zaman idi ki, SSRİ-də peşəkar sərhədçilərə, ali təhsilli hərbi mütəxəssislərə ciddi ehtiyac var idi. Məhz bu səbəbdən də hərbi komandanlıq Bahadur Hüseynovu Gürcüstandakı Sərhəd Qoşunlarında xidməyə yola salır.   1942-ci ildəki bu təyinatdan sonra Bahadur Hüseynov 1948-ci ilə kimi Gürcüstanda həm tərcüməçi, həm də zabit və və böyük zabit vəzifələrində xidmət edir. 1948-1963-cü illərdə Sərhəd Qoşunlarının Azərbaycan dairəsinin 43-cü sərhəd dəstəsində əvvəlcə bölmə rəisi, kəşfiyyat bölmə rəisi vəzifələrində xidmət edir. Xidmət etməklə yanaşı,  yeni ali təhsil almaq arzusu ilə yaşayan Bahadur Hüseynov 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) hüquq fakültəsinə qəbul olur. O, 1967-ci ildə universiteti bitirərək ali təhsilli hüquqşünas ixtisasına yiyələnir.   Heydər Əliyevdən Bahadur Hüseynova böyük etimad: Sərhəd Qoşunlarından Dövlət Təhlükəsizlik Komitəsinə doğru...   Bahadur Hüseynovun xidməti fəaliyyətini böyük məsuliyyət və bacarıqla yerinə yetirməsi hərbi komandanlığın da diqqətini cəlb edir. 1948-ci ildən 1960-cı ilədək polkovnik-leytenant rütbəsinə qədər yüksələn Bahadur Hüseynov, bir müddətdən sonra xidmət etdiyi hərbi hissənin rəis müavini təyin olunur.   Çox keçmir ki, Bahadur Hüseynovun fəaliyyəti milli hərbi kadrlara böyük diqqət və qayğı göstərən ulu öndər Heydər Əliyevin də diqqətini cəlb edir. Məhz Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə Bahadur Hüseynov Dövlət Təhlükəsizlik Komitəsinə dəvət edilir. Qısa müddətdən sonra Bahadur Hüseynov Dövlət Təhlükəsizlik Komitəsində  bölmə rəisi vəzifəsinə təyinat alır. 1969-cu ildə isə o, Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizlik Komitəsinə sədr göndərilir.   Bahadur Hüseynov 7 il bu vəzifədə çalışır. 1976-cı ildə Heydər Əliyevin təklifi və Azərbaycan KP MK-nın qərarı ilə polkovnik Bahadur Hüseynov daha məsul vəzifəyə təyinat alır. O, Azərbaycan DTK-sına sədr müavini təyin edilir. Bahadur Hüseynovun 1978-ci ildə general-mayor rütbəsinə layiq görülür. 1986-cı ildə isə Bahadur Hüseynov təqaüdə çıxır.   Ümumdünya Veteranlar Federasiyasının Rəyasət Heyətinin ilk azərbaycanlı üzvü   Bahadur Hüseynov ictimai-siyasi baxımdan da hər zaman fəallığı ilə diqqət çəkib. Xidmət illərində dəfələrlə Göytəpə qəsəbə sovetinə, Cəlilabad rayon Zəhmətkeş Deputatları Sovetinə, Naxçıvan Muxtar Respublikası Ali Sovetinə deputat seçilir. O, həmçinin Azərbaycan KP-nin qurultaylarının nümayəndəsi, Bakı şəhər Partiya Komitəsinin üzvü kimi fəaliyyət göstərir. Bahadur Hüseynov 1991-2001-ci illərdə MDB ölkələri veteranlar təşkilatının əlaqələndirmə şurası Rəyasət Heyətinin üzvü olub. Onun təşəbbüsü ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Ümumdünya Veteranlar Federasiyasının tərkibinə daxil olub. Məlumat üçün qeyd edək ki, Bahadur Hüseynov bu təşkilatın Rəyasət Heyətinin üzvü seçilmiş ilk azərbaycanlı olub.   İki dəfə Qırmızı Əmək Bayrağı ordeni, I və II dərəcəli Vətən müharibəsi ordeni, həmçinin 30-a yaxın medal (iki dəfə Döyüşdə Fərqlənməyə görə medalı ilə, “G.K.Jukov” və “Dövlət sərhədlərinin qorunmasında Fərqlənməyə görə” medalları və digər medallar) general Bahadur Hüseynovun gərgin və şərəfli xidmətlərinə verilmiş hökumət mükafatlarıdır. 1981-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının Baş Katibi Leonid Brejnev Bakıya gələrkən şəxsən Bahadur Hüseynovu üstündə avtoqrafı olan qol saatı ilə mükafatlandırmışdır. Müharibə veteranları arasında fəal beynəlmiləl işinə görə Bahadur müəllim MDB ölkələri İcraiyyə Komitəsinin – icra katibinin Təşəkkürnaməsinə də layiq görülmüşdür.   Əməkdar hüquqşünas, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri...   Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, keçmiş SSRİ-nin fəxri çekisti olan Bahadur Hüseynov öz peşəkarlığı, uğur və novatorluq ruhu ilə Azərbaycandan kənarda da tanınmış, xarici dövlətlərin orden və medalları ilə təltif edilmişdir. Buna nümunə olaraq onun Monqolustan Xalq Respublikasının nişanları ilə təltif edilməsini göstərmək olar.   Bahadur Hüseynov iki dəfə Azərbaycan Respublikasının, üç dəfə Naxçıvan MR-nin fəxri fərmanları ilə təltif edilib, xidməti fəaliyyətində konkret uğurlarına görə keçmiş SSRİ DTK-nın Sərhəd Qoşunları Baş İdarəsinin və Azərbaycan DTK-nın qiymətli hədiyyələri ilə mükafatlandırılıb.   Bahadur Hüseynov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyətində də mühüm rol oynayıb. O, 1992-ci ildən 2001-ci ilə kimi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsində çalışıb. Bu müddətdə o, xarici veteran təşkilatları ilə əlaqələrin qurulmasında, Azərbaycan veteranlarının dünya veteranlar hərəkatına qoşulmasında mühüm rol oynayır.   Bahadur Hüseynov 2016-cı ilin 31 dekabr  tarixində Bakıda vəfat edib.   “O, veteranların dostu, gənclərin idealı, əsl xeyirxah idi”   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Bahadur Hüseynovun sadəcə çekist kimi peşəkarlığı ilə deyil, həm də öz xeyixahlığı, sadəliyi, səmimiyyəti ilə böyük hörmət və ehtiram qazandığınl vurğulayır:   “Bahadur Hüseynov hər şeydən öncə peşəkar hərbçi, təcrübəli hüquqşünas, əla çekist idi. Onun həyat və fəaliyətinə nəzər salsaq görərik ki, o, harada işləməsindən asılı olmayaraq hər zaman öz işinə böyük məsuliyyət və vicdanla yanaşmış, ona həvalə edilən hər bir işi maksimum səviyyədə yerinə yetirməyə çalışmışdır. Məhz çalışqanlığı, yorulmazlığı, işə məsuliyətli münasibəti onun xidmət pillələrində sürətli yüksəlişinə yol açmış, Bahadur Hüseynov adını hər yerdə məşhurlaşdırmışdı.   Ancaq Bahadur Hüseynovu insanlara sevdirən onun sadəcə peşəkar mütəxəssis kimi fəaliyyti deyil. Bahadur Hüseynov həm də hərbçilərin, veteranların yaxın dostu, əsl xeyirxah idi. O, tabeçiliyində çalışan hər bir şəxsin sosial durumu, ailə vəziyyəti ilə yaxından maraqlanır, onların hər bir probleminin həllinə səy göstərirdi. Onlarla hərbçinin mənzil probleminin həlli, ailə qurması, sosial rifahını yaxşılaşdırması Bahadur Hüseynovun adı ilə bağlıdır.   Bahadur Hüseynov Müharibə, Əmək və Silahlı Qüvvələrin Veteranları Təşkilatının sədri olduğu dönəmdə də veteranların sosial təminatının güclənməsi üçün əlindən gələni əsirgəməmiş, bütün imkanlardan istfadə edərək veteranların həyat səviyyəsini yüksəltməyə çalışmışdır. O, öz sadəliyi, səmimiliyi, insanlara doğma, qayğıkeş  münasibəti il hər kəsin sevimlisinə çevrilmişdi. Məhz bütün bu xüsusiyyətlərin cəmi Bahadur Hüseynovu gənclərin idealına çevirmişdi. Hansı ki, bu gün də Bahadur Hüseynovu öz idealı hesab edən kifayət qədər gənc mövcuddur. Bu baxımdan Bahadur Hüseynovu gənclərin əbədi idealı adlandırmaq olar.   Bu gün Bahadur Hüseynov fiziki baxımdan aramızda deyil. Amma onun qoyub getdiyi məktəb, hazırladığı kadrlar, dövlətimiz, xalqımız üçün gördüyü işlər göz önündədir.   Bahadur Hüsdeynov ömrünü vətəninə, millətinə həsr edən böyük azərbaycanlı olub və nə qədər ki, Azərbaycan xalqı var, o da bu xalqın digər böyük övladları kimi xalqın yaddaşında əbədi yaşayacaqdır”.   Kitablara çevrilən ömür yolu...   Bahadur Hüseynovun ömür yolu  gənclərə örnək olmaqla qalmamış, zaman-zaman müxtəlif qəzetlər, jurnallar, kitablarda da  öz əksini tapmışdır. Hansı ki, insan bu kitabları vərəqlədikcə Bahadur Hüseynovun saf, mübariz, milli maraqların müdafiəsinə köklənən dünyasına boylanır, onu yenidən, təkrar-təkrar kəşf edir. Bu zaman bir daha əmin olursan ki, Azərbaycan xalqı hər zaman  taleyin sınağından, tarixin imtahanından məhz Bahadur Hüseynov kimi şəxsiyyətləri sayəsində, onların fədakarlığı hesabına çıxıb.   Məlumat üçün qeyd edək ki, “Mənalı ömür”, “Veteranları vətənimizin qızıl fondudur” və s. kimi kitablarda Bahadur Hüseynov haqqında maraqlı məlumatlar mövcuddur. Heç şübhəsiz, Bahadur Hüeynov məktəbi bundan sonra da tədqiq edilməkdə, öyrənilməkdə davam edəcək, onun haqqında yeni-yeni kitablar, əsərlər meydana çıxacaqdır.   Seymur ƏLİYEV      

Hamısını oxu
Cəlil Xəlilov: "Müharibə veteranlarına qayğı həmişə prezidentimizin diqqət mərkəzindədir"

Hamısını oxu