Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Dövlət Gömrük Komitəsinin nümayəndəsi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, 8 may 2023-cü il tarixində faşizm üzərində qələbənin 78-ci ildönümü münasibəti ilə Dövlət Gömrük Komitəsinin nümayəndəsi general Güloğlan Muradlı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub. Təşkilatın sədri Fatma Səttarova və sədr müavini polkovnik Cəlil Xəlilovla görüşən Güloğlan Muradlı veteranlara Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun təbriklərini çatdırıb, onlara fəaliyyətlərində uğurlar arzulayıb. 

2023-05-10 09:08:15
219 baxış

Digər xəbərlər

“Azərbaycan sərhədçisi hər cür təxribatın qarşısını layiqincə almağa qadirdir”

“İrəvanın terror-təxribat siyasəti Ermənistanı məhvə aparır”. Bunu Azərtac-a açıqlamasıdna Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Ermənistan 30 illik terror-təxribat siyasətinin ona fayda vermədiyini anlamalıdır: “Ermənistanın 30 il bundan öncə ölkəmizə qarşı həyata keçirdiyi işğal siyasəti, terror-təxribat fəaliyyəti nəticəsi etibarı ilə bu ölkənin özünü ağır vəziyətdə qoyub. Bu gün Ermənistan yarımcan orduya, darmadağın edilmiş iqtisadiyyata, ağır sosial böhrana malik dövlətdir. Ermənistanın bütün beynəlxalq layihələrdən kənarda qalması, öz sərhədlərini belə müstəqil şəkildə qoruya bilməməsi onun düşdüyü vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərir. Bildiyiniz kimi, Dövlət Sərhəd Xidməti 25 iyil tarixində ermənilərin “Laçın” nəzarət-buraxılış məntəqəsinin qarşı tərəfdən olan girişində təxribat törədə biləcəyi, bunun üçün müəyyən hazırlıqlar apardığı ilə bağlı məlumat vermişdi. DSX-nın məlumatında vurğulanmışdı ki, ermənilər qeyd olunan ərazidə  müxtəlif nəqliyyat vasitələrinin toplanmasını təşkil etməklə nümayişkarcasına növbəti təxribat əməli planlaşdırılır. Ermənilərin bu gün belə sülh deyil, təxribat haqqında düşünməsi təəssüfedicidir və bu, İrəvanın tarixi səhvlərini, tarixi cinayətlərini təkrarlamaq niyyətində olduğunu göstərir. Qəhrəman sərhədçilərimiz hər cür təxribatın qarşısını cəsarətlə alacağı, təxribatçılara layiqli cavab verəcəyi şübhəsizdir.  Əslində, DSX-nın mümkün erməni təxribatı ilə bağlı qabaqcadan məlumat verməsi, sərhədçilərimizin vətənin keşiyində nə qədər ayıq-sayıq dayandığını göstərir. Mən buna görə sərhədçilərimizə təşəkkür edir, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıram. Rəsmi İrəvan isə əmin ola bilər ki, hər belə təxribat Ermənistan üçün ağır itkilər və böyük rüsvayçılıqla başa çatacaq”.  

Hamısını oxu
Prezident: “Hər qəsəbədə aparılan abadlıq işləri yerli sakinlərlə də müzakirə olunsun”

“Əlbəttə ki, bizim planlarımızda digər qəsəbələrdə görüləcək işlər var, artıq müvafiq göstərişlər verilib. İlkin mərhələdə haradasa 7-8 qəsəbədə buna oxşar layihələr icra ediləcək. Hər bir qəsəbənin özünə məxsus olan memarlıq üslubu, tarixi görünüşü var. Ona görə hər bir qəsəbədə aparılan abadlıq işləri, görüləcək işlər gərək yerli sakinlərlə də müzakirə olunsun”. APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olarkən, sakinlərlə söhbət zamanı deyib. “İlk növbədə, sakinləri narahat edən problemlər, necə ki, burada infrastruktur – kanalizasiya, dam örtükləri, binaların təmiri, elektrik xətləri, yəni insanların gündəlik tərzdə ünsiyyətdə olduğu digər məsələlər həll olunur və eyni zamanda, təmir-bərpa işləri də mütləq yerli sakinlərin iştirakı ilə, ağsaqqalların tövsiyəsi ilə aparılmalıdır. Çünki ağsaqqallar bu kəndlərin tarixini yaşadırlar, o tarixin canlı şahidləridir və eyni zamanda, gənc nəsil də buna qoşulur ki, hər bir kəndin özünə xas olan görüntüsü olsun. Mən dəfələrlə demişəm, hələ Prezident kimi fəaliyyətə başlayanda demişdim ki, “qara qızılı” insan kapitalına çevirməliyik. Bax budur, “qara qızıl” insan kapitalıdır. İnsanların rifah halı, sağlamlığı, rahatlığı, təhlükəsizliyi üçün biz neftdən gələn gəlirlərdən istifadə etdik və bu gün deyə bilərəm ki, dünya miqyasında neftlə zəngin ölkələr sırasında bax bu siyasətə görə qabaqcıl yerlərdəyik”, - deyə dövlət başçısı əlavə edib.

Hamısını oxu
Prezident İlham Əliyev: “İkinci mərhələ Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır”

“Aparıcı beynəlxalq maliyyə qurumları qeyd edir ki, Azərbaycanda neft insanların rifah halının yaxşılaşmasına xidmət göstərir. Çünki indi yoxsulluğun, işsizliyin azaldılması bunun bariz nümunəsidir. Çünki bəzi hallarda neftlə zəngin olan ölkələrdə işsizlik baş alıb gedir, səfalət, sosial ədalətsizlik və digər problemlər o ölkələrin cəmiyyətlərində ciddi hal alır. Amma Azərbaycanda neft insanların inkişafına, ölkəmizin inkişafına xidmət göstərir”. APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olarkən, sakinlərlə söhbət zamanı deyib. “Balaxanı dünyanın ən qədim neft mərkəzidir - Balaxanı və Bibiheybət. Dünya neft hasilatı buradan başlayıb. İndi Bibiheybət qəsəbəsində də oxşar layihə icra edilir, orada biz, ilk növbədə, Bibiheybət buxtasını təmizlədik. Yadınızdadır nə gündə idi? Adam baxanda dəhşətə gəlirdi, qapqara, bütün torpaq qara, dəniz qara, o buruqlar, o dirəklər hamısı qara və elə bil ki, ekoloji fəlakət zonası idi. Amma bu gün orada park salınıb, biz Avropa Oyunlarını orada keçirdik. İndi marafon başlayır, orada incəsənət şəhərciyi, idman şəhərciyi yaradılıb, ölkəmizin ən böyük idman hovuzu orada yaradılıb, bulvar yaradılıb. İkinci mərhələ isə Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır. Bibiheybətdə o vaxt mən göstəriş verdim, dedim ki, bütün dünya bilməlidir ki, birinci neft quyusu burada qazılıb. Amma bunu əks etdirən hər hansı bir abidə var? Yoxdur. Ona görə təklif etdim və orada qədim əşyalardan, tikinti materiallarından neft buruqları maket kimi, abidə kimi yaradıldı. İndi xaricdən gələn qonaqlar gəlirlər, görürlər ki, dünyanın ən qədim neft quyusu harada qazılmışdır. Mən bu yaxınlarda demişəm, əgər o vaxt Azərbaycan müstəqil olsaydı, o vaxt əgər o neft bizim xalqımıza çatsaydı, bu gün biz dünyanın ən zəngin ölkəsi ola bilərdik. Amma biz müstəqillik əldə edəndə Balaxanı, Bibiheybət ekoloji fəlakət şəraitində idi. Ona görə bu gün biz bu yerləri ekoloji fəlakət zonalarından ekoloji cənnət zonalarına çevirməliyik və bunu edirik”, - deyə dövlət başçısı bildirib.  

Hamısını oxu
“Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Mayın 13-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” layihəsi çərçivəsində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında növbəti tədbir keçirilib. Tədbirdə məktəblilər, QHT təmsilçiləri, media nümayəndələri, şəhid ailələri və veteranlar iuştirak edib. Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri Rasim Mirzəyev 44 günlük Vətən müharibəsində qələbəni stimullaşdıran başlıca amilin Azərbaycan xalqının birliyi olduğunu bildiirb. O, qeyd edib ki, məhz xalq-dövlət-ordu birliyi, Azərbaycan xalqının Silahlı Qüvvələrin Ali Baş Komandanı ətrafında sıx birləşməsi nəticəsində cəmi 44 gün müddətində 30 illik həsrətə son qoyuldu, erməni ordusu darmadağın edilərək tarixi Azərbaycan torpaqlarından qovuldu. Tədbirdə çıxış edən şəhid ailəri, qazi və veteranlar Vətən müharibəsində xalq, dövlət və ordu birliyinin önəminə toxunub, bu birliyi bundan sonra da qoruyub saxlamağın vacibliyini xatırladıblar. Tədbirdə məktəblilər vətənpərvərlik şeirləri səsləndirib, 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıqları vəsf ediblər. Tədbirin sonunda xatirə şəkli çəkilib.  

Hamısını oxu