Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Birinci vitse-prezident Mehriban Əliyeva: Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstaqram" səhifəsində Vətən müharibəsində şəhid olanların xatirəsinin yad edilməsilə bağlı paylaşım edilib. Milli.Az Trend-ə istinadən bildirir ki, paylaşımda deyilir: "Əziz qardaşlar və bacılar! Bu gün biz Vətən müharibəsi döyüşlərində həlak olmuş şəhidlərin xatirəsini yad edirik. Azərbaycan xalqının igid oğulları Zəfər naminə, Azərbaycanın gələcəyi naminə canlarından keçib.
Onların hər biri əsl qəhrəman, rəşadət və qorxmazlıq nümunəsidir. Bu gün mən şəhidlərimizin ailələri ilə birlikdə kədərlənir, Vətən naminə canından keçməyə hazır olan oğullar tərbiyə etmiş valideynlərin qarşısında baş əyirəm. Şəhidlərimizin qanı nahaq yerə tökülmədi - biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu! Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq! Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaq. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılara tezliklə şəfa, onların ailələrinə və yaxınlarına güc və səbir versin! Uca Tanrı Azərbaycanı və Azərbaycan xalqını qorusun!

2020-12-04 00:00:00
3207 baxış

Digər xəbərlər

Sülh və həmrəyliyə çağırış!

Hamısını oxu
Veteranlar polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə Bakıda “Türk şəhidliyi”ni ziyarət edib

Veteran.gov.az xəbər verir ki, 14 sentyabr 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri Təşkilatın sədri polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə Bakıdakı “Türk şəhidliyi”ni ziyarət edib, abidə önünə gül dəstələri qoyublar.  Tədbir iştirakçıları qarşısında çıxış edən polkovnik Cəlil Xəlilov 1918-ci il hadisələrindən, Bakı uğrunda gedən döyüşlərin əhmiyyətindən danışıb. Polkovnik qeyd edib ki, məhz 1918-ci ildə Osmanlı imperiyasının hərbi dəstəyi Azərbaycanın, eləcə də onun paytaxtı olan Bakının erməni-bolşevik silahlı dəstələrindən təmizlənməsində mühüm rol oynayıb, türk əsgərləri Azərbaycan hərbçiləri ilə çiyin-çiyinə anti-türk qüvvələrinə qarşı qəhrəmancasına mübarizə aparıb. Təşkilat sədri vurğulayıb ki, 1918-ci ilin 15 sentyabr tarixində Bakının erməni-bolşevik qüvvələrindən azad edilməsi Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtının Gəncədən Bakıya köçürülməsi üçün zəmin yaradıb. Həmçinin, bu qələbə yeni yaranan Cümhuriyyətin möhkəmlənməsi, dövlət olaraq hərbi-iqtisadi və siyasi dayaqlarını möhkəmləndirməsinə ciddi təkan verib. Ziyarət zamanı şəhdilərin ruhuna dualar oxunub, onların işıqlı xatirəsinin heç vaxt unudulmayacağı, daim ehtiram hisi ilə yad ediləcəyi bildirilib. Qeyd edək ki, tədbirdə veteranlarla yanaşı ictimaiyyət nümayəndələri, “SOS”MMC-nin əməkdaşları, gənclər və yeniyetmələr də iştirak edib. Seymur ƏLİYEV

Hamısını oxu
İkinci Dünya müharibəsi veteranı Nuriyev Nəbi Balı oğlu vəfat edib

Veteran.gov.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı Nuriyev Nəbi Balı oğlu vəfat edib.  Nəbi Nuriyev Qərbi Azərbaycanın Vedi rayonunda anadan olub. 1942-ci ildə Qarabağlar rayon hərbi komissarlığından cəbhəyə yola düşərək 130-cu atıcı alayın tərkibində hərbi əməliyaytlara qatılıb. Bölmə komandiri vəzifəsinə qədər yüksələn Nəbu Nuriyev Yaponiyaya qarşı müharibədə də iştirak edib. Yaponiyanın Vadlin şəhərinədək döyüş yolu keçən Nəbi Nuriyev Kvantun ordusunun təslim olması əməliyyatında iştirak edərək böyük qəhrəmanlıqlar göstərib. Nəbi Nuriyev Yaponiya üzərində qələbəyə görə, həmçinin Qələbənin 20, 40, 50, 60, 65, 70, 75 illik yubiley medalları ilə təltif edilib, II dərəcəli "Vətən müharibəsi veteranı" medalına və SSRİ Silahlı Qüvvələrinin 70 illiyi ordeninə layiq görülüb. Nəbi Nuriyevin faşizm üzərində qələbənin 55 illiyi ilə əlaqədar 2000-ci ildə ulu öndər Heydər Əliyev Sərəncamına əsasən "1941-1945-ci illər müharibəsi veteranı" nişanı ilə də təltif olunub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Nəbi Nuriyevin vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!  

Hamısını oxu
“Beynəlxalq hüquq normaları Azərbaycan tərəfindədir”

“Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin iqtisadi sahəsi həmişə mühüm rol oynayıb” Prezident İlham Əliyev cari ilin 28 fevral tarixində Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bir sıra mühüm məsələlərə toxundu və ciddi mesajlar verdi.Son dövrlər bəzi dövlətlər ermənipərəstlikləri ilə açıq-aşkar ikili siyasət yeritsə də, onlardan fərqli olaraq baş verənlərə Almaniya neytrallıq nümayiş etdirir. Konkretləşdirsək, Almaniya Fransadan fərqli olaraq alovun üstünə benzin tökmür və Ermənistanı öldürücü silahlarla təchiz etmir.Bütün dövlətlərin, birliklərin qarşısında alnımız açıq, üzümüz ağdır. Azərbaycana qarşı qərəzli mövqe tutanlar da bilir ki, beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir. Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Acı reallıqdır ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib.Ermənistanla sərhəddə son dəfə 2023-cü ilin sentyabrında ciddi gərginləşmədən sonra bu ilin fevralınadək olan dövrdə sərhəddə vəziyyət sakit idi. Lakin fevral ayında erməni snayperi Azərbaycan əsgərini ağır yaraladıqdan sonra biz buna vaxtında adekvat və dəqiq cavab verməli olduq. Anti-Azərbaycan qüvvvələr unudurlar ki, Azərbaycan müharibəyə maraqlı deyil. Rəsmi kürsülərdən dəfələrlə elan olunub ki, biz sülh tərəfdarıyıq.Əleyhimizə aparılan təbliğatlar anti-Azərbaycan siyasətinin bir hissəsidir.Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək.Azərbaycan Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən də bu məsələyə münasibət bildirib.Dövlət başçısı qeyd edib ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib. Bu baxımdan Cozef Borrelin qeyri-adekvat bəyanatları bizi çox məyus edib. Əvvəla, onun bu bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir. İkincisi, Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. Belə ki, Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək.Əvvəla, Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur. Onlar cənab Makronun insinuasiyalarıdır. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlanması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir. Hazırda sərhəddə sakitçilik hökm sürür. Deməli, cənab Borrel və cənab Makron bu informasiyanı reallıqdan deyil, öz xəyallarından götürürlər.Azərbaycan haqqında bilərəkdən çox mənfi təəssürat yaradılır. Əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik.İkili siyasət aparanlar unudurlar ki, Azərbaycan davamlı inkişaf edən ölkədir. Ölkəmizdə gedən proseslər və həyata keçirilən işlər Azərbaycanın normal həyatını təmin edir.Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsidir. Dünyanın aparıcı dövlətləri ikili siyasətdən əl çəkib iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləməlidirlər. Məşhur Məmmədov,Milli Məclisin deputatı

Hamısını oxu