Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Millət vəkili Respublika Veteranlar Təşkilatının sədri ilə görüşüb

Millət vəkili Şahin Seyidzadə bu gün Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşüb. Təşkilat sədrinin timsalında veteranları faşizm üzərində qələbənin 76-cı ildönümü münasibəti ilə təbrik edən millət vəkili, Fatma Səttarovaya gül dəstəsi və hədiyyə təqdim edib.   İkinci Dünya müharibəsində babasının da yüz minlərlə azərbaycanlı kimi döyüşlərdə iştirak etdiyini bildirən milllət vəkili, xalqımızın erməni faşizmi üzərində də böyük zəfər əldə etdiyinə diqqət çəkib.   Gəlişinə görə millət vəkilinə təşəkkürünü bildirən təşkilat sədri, Azərbaycanın hərb tarixinin qəhrəmanlıqlarla zəngin olduğunu, 44 günlük Vətən Müharibəsinin isə xüsusi yer tutduğunu vurğulayıb.   Millət vəkili hərbi vətənpərvərlik xidmətlərinə görə Respublika Veteranlar Təşkilatı tərəfindən medalla təltif edilib.   Millət vəkili Şahin Seyidzadə isə Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilova Azərbaycan Xalq Cümhuriyəti dövrü əsgərinin libasını əks etdirən hədiyyə təqdim edib.   Respublika Veteranlar Təşkilaıtnın mətbuat xidməti  

2021-05-08 00:00:00
3179 baxış

Digər xəbərlər

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb

Aprelin 15-də Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatının 40 illiyinə həsr olunmuş toplantı keçirilib. Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov toplantıda çıxışında Zərifə Əliyevanın yüksək insani keyfiyyətləri haqqında fikirlərini bölüşüb. Sözünə davam edən M.Həsənov Ulu Öndər Heydər Əliyevin fikirlərinə istinad edərək, Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanımın bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarmasından və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlməsindən danışıb. Bakı Regional Mərkəzinin rəis müavini Nəcəf Novruzov, digər çıxış edənlər akademik Zərifə Əliyevanın bir alim kimi Azərbaycan oftalmologiya elmini ölkənin hüdudlarından kənarda tanıtmasını iftixar hissilə dilə gətiriblər. Qeyd edilib ki, akademik Zərifə Əliyevanın keçdiyi şərəfli ömür yolu həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Azərbaycan oftalmologiya elminin beynəlxalq səviyyəyə qaldırılmasına böyük töhfə verən akademik Zərifə Əliyeva çoxşaxəli elmi-pedaqoji, elmi-tədqiqat fəaliyyəti ilə xalqımızın tərəqqisi yolunda ciddi işlər görüb. Daha sonra toplantıda görkəmli alimin həyat və fəaliyyətini əks etdirən “Unudulmaz Zərifə xanım” adlı film nümayiş olunub.      

Hamısını oxu
“Ali Baş Komandana “Ordu Marşalı” adı verilsin”

“Qələbəmizin təmin olunmasında müstəsna rolu olan, Azərbaycan xalqının ürəyində bu gün qəhrəman kimi əbədi yer tutan Cənab Prezident İlham Əliyevin təltif olunmasını təklif edirəm”. Oxu.Az-ın müxbiri xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında deputat Fəzail Ağamalı deyib. Deputat bildirib ki, xüsusi olaraq bir nüsxədə “Xilaskar” ordeni təsis edilsin və Cənab Prezident bu ordenlə  təltif olunsun.   Deputat Məlahət İbrahimqızı həmkarının fikirlərini dəstəkləyib. O qeyd edib ki, Ali Baş Komandana nadir dövlət liderlərinə verilən “Ordu Marşalı” adı verilsin. Könül Cəfərli

Hamısını oxu
“Azərbaycan Bayrağı” ordenli veteran Maarif Əhmədov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, 2 sentyabr 2026-cı il tarixində “Azərbaycan Bayrağı” ordenli veteran, ehtiyatda olan polkovnik-leytenanat Maarif Əhmədov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri polkovnik Cəlil Xəlilovla görüşüb. Görüş zamanı Maarif Əhmədova Təşkilatın gələcək fəaliyyəti haqqında ətraflı məlumat verən polkovnik Cəlil Xəlilov, ona Təşkilatın üzvlük vəsiqəsini təqdim edib. Səmimi qəbula görə polkovnik Cəlil Xəlilova təşəkkürünü bildirən Maarif Əhmədov, hər zaman olduğu kimi bundan sonra da Təşkilatın keçirdiyi tədbirlərdə aktiv iştirak edəcəyini, gənc nəslin milli-mənəvi dəyərlərə bağlı şəkildə, vətənpərvərlik ruhunda tərbiyəsində əlindən gələni əsirgəməyəcəyini bildirib. Görüşün sonunda xatirə şəkli çəkilib. Seymur ƏLİYEV  

Hamısını oxu
QHT sədri: “Uğurla inkişaf edən Azərbaycanın dünyada nüfuzu getdikcə güclənməkdədir”

Azərbaycan xalqı 2021-ci ilə uğurla yekun vurdu. Ölkəmiz 2020-ci ildə düşmən üzərində qazandığımız möhtəşəm Qələbəmizdən, ərazi bütövlüyümüzün bərpasından sonra daha da möhkəmləndi. Avropa İttifaqı, dünya dövlətləri Azərbaycanın regionda yaratdığı yeni reallığı qəbul etməyə məcbur oldular. Uğurla inkişaf edən ölkəmizin dünyada nüfuzu getdikcə güclənməkdədir.   Bu fikirləri Azərtac-a açıqlamasında "Sağlamlığın qorunması" İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.   Y.Abdiyeva Azərbaycan Prezidentinin Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsinin mühüm və əlamətdar hadisə olduğunu bildirib. Şuşanın müqəddəs şəhər olduğunu diqqətə çatdıran QHT sədri ötən müddət ərzində burada mühüm işlərin görüldüyünü qeyd edərək deyib:   “Şuşada Azərbaycanın musiqi və incəsənət dahilərinin ruhları dolaşır. İkinci Qarabağ müharibəsinin gedişində dönüş nöqtəsi olan Şuşa döyüşləri qəhrəmanlıq dastanı nümunəsidir. Bu torpaq, bu şəhər cəsur igidlərimizin qanı ilə suvarıldığı üçün müqəddəsdir. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa təbrikində vurğuladığı kimi, biz İkinci Qarabağ müharibəsini, işğal dövründə törədilmiş vəhşilikləri unutmamalıyıq və unutmayacağıq. Biz şəhidlərimizin xatirəsini daim öz qəlbimizdə yaşadacağıq”.   Y.Abdiyeva qeyd edib ki, digər ərazilərimiz kimi, 30 ilə yaxın işğaldan əziyyət çəkən Şuşamız indi azad nəfəs alır. Şuşada infrastruktur yenilənir, bərpa və quruculuq işləri sürətlə aparılır. Mədəniyyət paytaxtımız ötən il “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri kimi möhtəşəm tədbirlərə ev sahibliyi etdi. Dünya Azərbaycan musiqisinin əzəmətini, gözəlliyini bir daha gördü. Əminliklə deyə bilərik ki, Qarabağın incisi Şuşamız daha da inkişaf edəcək, daha da gözəlləşəcək.   “Dövlətimizin başçısı xalqa təbrikində regionda çoxtərəfli əməkdaşlıq platformasının formalaşdığını və bunun Azərbaycanın maraqlarına cavab verdiyini qeyd etdi. Humanist prinsipləri dövlət siyasətində hər zaman əsas tutan Prezident İlham Əliyev onu da vurğuladı ki, nə vaxtsa Ermənistanla da qonşuluq əlaqələrinin qurulacağı mümkün ola bilər. Bu isə reallıqla barışmaqdan başqa çarəsi qalmayan qonşumuzdan asılıdır. Regional çərçivədə öz rolunu artırmaq artıq onun öz öhdəsindədir”, - deyə Yazgül Abdiyeva vurğulayıb.   Şuşanın rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsinin hər bir həmvətənimizə qürur hissi yaşatdığını deyən QHT sədri bu sevinci bizə yaşadan şəhidlərimizə, qazilərimizə, Prezident Ali Baş Komandan İlham Əliyevə təşəkkürümüzü bildirib.  

Hamısını oxu